Məhkəmə qərarları › İş №2(104)-1935/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1935/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1935/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı və X5 iştirakı ilə, İddiaçılar İddiaçı və X5 cavabdehlər Cavabdeh1 Lənkəran oğlu, Cavabdeh2, X6, X2 və X1 qarşı torpaq sahəsinin naturada ayrılması, ayrıca adına qeydə alınması, evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(013)-4/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı və X10 cavabdehlər Cavabdeh1 Lənkəran oğlu, Cavabdeh2, X6, X2 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsnə dair şəhadətnamələrə əsasən (JN026A, JN-026B) 8 nəfərin adına olan 0,20 və 0,24 hektar həyətyanı torpaq sahəsindən, onlara məxsus JN:026A şəhadətnaməsinə əsasən 0,06, JN:026B nömrəli şəhadətnaməyə əsasən 0,05 hektar həyətyanı torpaq sahəsinin naturada ayrılıb onlara verilməsi və paylarının daşınmaz əmlak kimi ayrıca olaraq reyestrdə qeydə alınması, onlara Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən yaşayış evlərindən istifadə hüququnun tanınması və onların həmin evə məcburi köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdam Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(013)-4/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia əsaslı olduğu üçün təmin edilərək, X4, Cavabdeh1 Lənkəran oğlu, Cavabdeh2, X6, X2, X3, İddiaçı və X5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 0,20 torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünərək hər birinin 0,025 ha payının olması müəyyən edilməsi, onların payının naturada ayrılıb özlərinə təhvil verilməsi; X4, Cavabdeh1 Lənkəran oğlu, Cavabdeh2, X6, X2, X3, İddiaçı və X5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 0,24 torpaq sahəsinin paylı mülkiyyətçilər arasında bölünərək hər birinin 0,03 ha payının olmasının müəyyən edilməsi, onların payının naturada ayrılıb özlərinə təhvil verilməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh1 Lənkəran oğlundan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı Cavabdeh2 məhkəməyə apellyasiya şikayətindən imtina barədə teleqram göndərərək, Ağdam Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(013)-4/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətindən imtinanın məhkəmə tərəfindən qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı və X10 apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Ağdam Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(013)-4/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh2 Ağdam Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(013)-4/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar