Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1939/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)- 8/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş çıxarış və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi; həmin çıxarışın hüquqi nəticələrinin ləğv edilməsi; həmin çıxarış əsasında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 02 mart 2021-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair Ağstafa rayon Notariat Ofisində 4Ə-118 nömrəli müqavilənin ləğv edilməsi; həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixli, 391 nömrəli torpaqların alqı-satqısına dair aktla, Ağstafa rayon Dağkəsəmən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29 nömrəli qərarı ilə, kassa mədaxil orderinin qəbzi və torpaq sahəsinin plan ölçüsü, yerquruluşu planından çıxarışla 2006-cı ildən ona məxsus olan koordinatları X.41.101100, Y.45.387035 olan 0.04 hektar torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş, toyuq hini tikdirmiş və həmin vaxtdan da fasiləsiz olaraq istifadə edərək əkinbiçin edir. Onu Cavabdeh2 məhkəməyə verdikdən sonra, qətnamə əsasında rəsmi qaydada ərizə ilə xx.xx.2021-ci il tarixdə Ağstafa Rayon Məhkəməsinə müraciət etdikdən sonra, sənədləri poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə aldıqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 onun adına qərar, akt və plan-ölçü ilə verilmiş 0.04 hektar torpaq sahəsinin bir hissəsini öz adına çıxarış alarkən rəsmiləşdirmiş və onun torpaq sahəsini öz sənədləri daxilində göstərmişdir. Həmin dövrdə onların arasında dəmir setka tor olmuş və onun toyuq hini olmuşdur. Cavabdeh1 öz adına olan torpaq sahəsinin enini qısaldaraq, torpaq sahəsini sənəd üzərində uzunluğunu artıraraq, onun torpaq sahəsini öz adına rəsmiləşdirmiş və enindən qısaltdığı torpaq sahəsini (əslində özünün adına verilmiş torpağı) də faktiki olaraq öz torpağı kimi istifadə etmişdir. Belə ki, Ağstafa rayon Dağkəsəmən Bələdiyyəsinin müvafiq qərarı ilə 0.04 ha torpaq sahəsi ona ayrılmışdır. Ona indi məlum olmuşdur ki, iddiaçının 475 kv.m torpaq sahəsinin aldığı Cavabdeh1 adına torpaq sahəsinə dair çıxarış və texniki pasport rəsmiləşdirilərkən qanunsuzluğa yol verilmişdir. Belə ki, ona xx.xx.2021-ci il tarixdə bir nəfərin deməsinə görə Bələdiyyənin qərarı ilə Cavabdeh1 adına ümumilikdə 1.200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin 1.200 kv.m torpaq sahəsinin əslində 400 kv.m torpaq sahəsi ona məxsus torpaq sahəsinə bitişik torpaq sahəsindən, digər 800 kv.m torpaq sahəsi isə ona yaxın torpaq sahəsindən bölünmüşdür. Ancaq Cavabdeh1 həmin torpaq sahəsini 475 və 725 kv.m kimi bölmüşdür. Həmin 475 kv.m torpaq sahəsini qanunsuz yollarla həm 400 kv.m-dən artıq olan 75 kv.m torpaq sahəsini ona məxsus torpağın üzərinə vurdurmuş, həm də plan-ölçü sənədini, torpağın enini faktiki ayrılmış enini sənəd üzərində qısaldaraq, uzununu uzadıb, onun torpağına vurdurmaqla və torpağın enini qısaldaraq, uzununa onun torpaq sahəsi üzərinə koordinatlarını vurdurmuşdur. Bu yolla faktiki istifadə etdikləri torpaq sahəsinə dair deyil, onun torpaq sahəsinə dair öz adına çıxarış və texniki pasport almışdır. Bunları edərkən aralarında dəmir setka və onun tikdirdiyi toyuq hini olmuşdur. Belə olan da DƏDRX-nin əməkdaşının tərtib etdiyi plan-ölçü və texniki pasport da qanunsuzdur. Həmin çıxarışın da əsasında alqı-satqı edilmiş və çıxarış alınmışdır. Həmin 725 kv.m torpaq sahəsinin əvəzində 800 kv.m torpaq sahəsini istifadə edirlər. Bu yolla Cavabdeh1 aldığı 1.200 kv.m torpaq sahəsinin əvəzində 1.500 kv.m-ə yaxın torpaq sahəsindən istifadə edir. Təbii ki, bu zaman onun torpaq sahəsinə sahiblənmək istəyirlər və onun torpağını əlindən almaq istəyirlər. O, torpaq sahəsinə dair çıxarışı Cavabdeh1 öncə almadığından onun torpaq sahəsinin üzərində sənəd rəsmiləşdirmişlər. Cavabdeh1 bundan sonra həmin 475 kv.m torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Həmin çıxarış əsasında isə 02 mart 2021-ci il tarixdə Cavabdeh2 ilə torpaq sahəsinin alqı-satqısına dair Ağstafa rayon Notariat Ofisində 4Ə-118 nömrəli müqavilə bağlamışlar. Həmin müqavilə əsasında Cavabdeh2 xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarış almışdır. Həmin çıxarış əsasında Cavabdeh2 ona qarşı Ağstafa Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddia əsasında qəbul edilmiş qətnamədən o, apellyasiya şikayəti vermişdir. O, həmin iş üzrə sənədləri alanda qeyd etdiyi hallar ona məlum olmuşdur. Cavabdeh1 adına 475 kv.m torpaq sahəsinə dair çıxarış və plan ölçü işlənərkən qanunsuzluğa yol verilmiş və onun torpaq sahəsinin 400 kv.m-in sahəsi qanunsuz olaraq artırılaraq, 475 kv.m etmişlər və həmin 475 kv.m torpaq sahəsinin (əslində 400 kv.m olmalı idi) enini qısaldaraq, uzunluğunu uzatmış və onun torpaq sahəsi öz adına rəsmiləşdirmiş və enində qalan (əslində öz torpağını) torpaq sahəsini də faktiki olaraq, zəbt etmişdir. Bundan sonra Cavabdeh1 həmin çıxarış əsasında hüquqi nəticələrini mübahisələndirdiyi hərəkətləri etmişlər. Ümumiyyətlə onların torpaq sahələri 800 kv.m ölçüdə olmuşdur və həmin ölçü daxilində də bölgü aparılmış və satılmışdır. Həmin 800 kv.m torpaq sahəsinin təxmini uzunluğu 48.48 metr olmaqla, eni isə 16.50 metr olmuşdur. Həmin torpaq sahəsi isə 2 yerə bölünməli idi. Yarısı onun, digər yarısı isə Cavabdeh1. Ümumiyyətlə 400 kv.m torpaq sahəsində 475 kv.m torpaq sahəsini yerləşdirmək nə texniki cəhətdən mümkün deyil, nə də fiziki bölgü əsasında mümkün deyildir. Cavabdeh isə onun torpaq sahəsinin bir hissəsini öz adına sənədləşdirmişdir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(015)-8/2023 saylı qətnaməsini ləğv edib iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsi qismən – Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış və xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydə alınmış Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən 475 kv.m torpaq sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, tələb həmin hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı isə iddia ərizəsində Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış və xx.xx.2018-ci il tarixli **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydə alınmış Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən 475 kv.m torpaq sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsini xahiş etsə də, elə iddia ərizəsi ilə müəyyən olunur ki, Cavabdeh1 mübahisəli torpağı Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsinin qərarı əsasında alqı-satqı yolu ilə əldə etmiş və bələdiyyənin qərarını mübahisələndirməmişdir. Bu hal isə işə inzibati icraat qaydasında baxılmalı olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair verilmiş çıxarış və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi hissəsində işi icraata götürüb mahiyyəti üzrə baxmaqda səhvə yol vermiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin: 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsi qismən – iddianın Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış və xx.xx.2018-ci il tarixli **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydə alınmış Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən 475 kv.m torpaq sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilməli, iddiaçıya inzibati orqanın həmin hərəkətini qanunsuz hesab etdiyi halda müvfaiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 385.1.1, 391, 403.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsi qismən – Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsi qismən – iddianın Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış və xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydə alınmış Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən 475 kv.m torpaq sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. İddianın Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmış və xx.xx.2018-ci il tarixli **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydə alınmış Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən 475 kv.m torpaq sahəsinə dair verilmiş çıxarışın və texniki pasportun onun torpaq sahəsinə dair verilmiş hissəsində etibarsız hesab edilməsi hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, inzibati orqanın həmin hərəkətini qanunsuz hesab etdiyi halda müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan rəsmi təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1939/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1939/2024
02.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver