Məhkəmə qərarları › İş №2(104)-1940/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1940/2025

23.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1940/2025 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2023-cü il, qeydiyyat nömrəsi 2623011071 olan çıxarışdan görünür ki, Tovuz rayonu Əlibəyli kəndində xüsusi mülkiyyət hüququ üzrə 95,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Tovuz RKCI-yə məxsusdur;

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən verilmiş texniki pasportda Tovuz rayonu Əlibəyli kəndində yerləşən Tovuz RKCI-yə məxsus 95,4 kv.m. ümumi sahəsi olan mağazanın hüquq subyekti kimi İddiaçı göstərilmişdir;

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Əlibəyli və Hacallı kəndləri Ermənistanla sərhəd boyunca yerləşdiyindən həmin kəndlərdə islahat aparılmamışdır. Ona görə də ƏMDX-nin bazasında həmin kəndlər barədə hər hansı elektron xəritə materialları mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2023-cü il, qeydiyyat nömrəsi 2623011071 olan çıxarışda göstərilən ümumi sahəsi 95.4 kv.m olan Tovuz RKC-na məxsus qeyri yaşayış binasına gediş-gəliş yolu texniki pasportda göstərilən sxemə əsasən Əlibəyli-Hacallı yolundan nəzərdə tutulmuşdur. Iddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin şimal və cənub tərəfinə cavabdeh Cavabdeh tərəfindən hər iki tərəfə dəmir darvaza qoyulmuş və 50.5 metrə qədər daş hasara alınmışdır. Cavabdeh Cavabdeh məxsus hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş və baza məlumatlarında da hər hansı məlumat mövcud deyil. Qeyd: Rəyin tərtib edilməsi Əlibəyli və Hacallı kəndlərində islahat getmədiyinə görə və həmin kəndlər barədə ƏMDX-nin elektron bazasında hər hansı məlumat olmadığına görə yalnız ortofoto görüntülərinə və faktiki istifadəyə istinad edilmişdir.

4. Tovuz RIH başçısı aparatı memarlıq və tikinti şöbəsinin böyük mühəndisi Cabir Rüstəmovun, Tovuz RIH başçısının Hacallı kənd IƏD üzrə nümayəndəsi Sahib Quliyevin, Hacallı bələdiyyəsinin sədri Nazim Quliyevin və kənd sakini Cavabdeh iştirakı ilə tərtib edilmiş ## #### 2010-cu il tarixli akt (Cavabdeh aktı imzalamaqdan imtina edib) mövcuddur. Həmin aktda qeyd edilmişdir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Hacallı kənd sakini Cavabdeh Hacallı kəndində qanunsuz tikinti apararaq Əlibəyli və Hacallı kənd sakinlərinin, habelə məktəblilərin istifadə etdikləri yolu bağlamaqdadır.Özbaşına aparılmış tikintinin sökülməsi tələbinə məhəl qoyulmadan tikinti davam etdirilməkdədir.Qanunsuz hərəkətlərinin hüquqi nəticələri Cavabdeh izah edilmiş, lakin heç bir nəticə verməmişdir.

5. AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XIdmətinin *-**-*/*-*****/**** saylı ## #### 2026-cı il tarixli məkutubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan anbar barədə, ƏMDX-nin arxivində hər hansı məlumat yoxdur.

6. AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XIdmətinin *-**-*/*-*****/**** saylı ## #### 2026-cı il tarixli məkutubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan anbar barədə, həmçinin Nəbiyev Valeh Şəmşəd oğlu və Cavabdeh adına ƏMDX-nin arxivində hər hansı məlumat yoxdur.

7. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və iddiaçının açılmasını tələb etdiyi yolun şimal və cənub tərəfinə cavabdeh Cavabdeh tərəfindən hər iki tərəfə dəmir darvaza qoyulduğu və daş hasara alındığı, mübahisəli torpaq sahəsinin əvvəl yol kimi istifadə edildiyi və daş hasarın kənar hissəsindən kişik piyada yolunun qaldığı müəyyən olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu Hacallı kəndində yerləşən cavabdeh tərəfindən tutulmuş ümumi istifadədə olan yolun açılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Hacallı kəndində qeyri-yaşayış binası həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeyri-yaşayış binası qeydə alınmışdır. Hacallı kəndi Ermənistan Respublikası ilə sərhəd olduğu üçün islahat aparılmamışdır. Həyətyanı torpaq sahələrinə müvafiq şəhadətnamə verilməmişdir. Cavabdehə də, məxsus Hacallı kəndində fərdi yaşayış evi vardır. Cavabdeh ona məxsus evin, həyətyanı torpaq sahəsinin və qeyri-yaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulmuş yolu tutmuşdur. Yolun eni əvvəllər 8- 10 metr olmuşdur. Lakin cavabdeh ümumi istifadədə olan yolu tutaraq öz istifadəsində olan həyətyanı torpaq sahəsinə birləşdirmiş və daş hasarla əhatəyə almışdır. Cavabdeh həmin torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi istifadə edir. Hətta orada inşaat işləri apararaq çardaq tikdirmişdir. Bu barədə Hacallı bələdiyyəsinə və icra nümayəndəliyinə müraciət etmişdir. Hətta Tovuz rayon Icra Hakimiyyətində belə yolun açılması ilə bağlı məsələ qaldırmışdır. Lakin şikayətləri nəticə verməmişdir. Cavabdehin apardığı tikinti işlərinə heç bir icazə alınmamışdır. Cavabdeh onun evinə, həyətyanı torpaq sahəsinə və qeyri-yaşayış binasına gediş-gəliş yolunu zəbt edərək gediş-gəlişini məhdudlaşdırmışdır

10. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «yolun açılması və özbaşına tikilinin sökülməsi» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına gediş-gəliş yolu iddiaçının iddia etdiyi yerdən nəzərdə tutulmamışdır. Hansı ki, həmin rəyə əlavə olunan ortofoto görüntülərə istinad edilərək tərtib edilmiş plan sxemindən bunu aydın görmək olur. Həmin plan sxemdən müəyyən edilir ki, gediş-gəliş yolu kimi nəzərdə tutulmuş Əlibəyli-Hacallı yolu cavabdeh tərəfindən zəbt edilməmişdir. Doğrudur ki, cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsi vardır. Ancaq həmin yer gediş-gəliş yolu üçün nəzərdə tutulmuş ərazi deyildir. Həmin torpaq sahəsinin gediş-gəliş yolu kimi olması yalnız iddiaçının özü tərəfindən iddia edilir. Eyni zamanda məhkəmə onu da, qeyd edir ki, iddiaçı tərəfindən yol kimi iddia olunan torpaq sahəsi ilə ona məxsus qeyri-yaşayış binasının arasında başqa boş torpaq sahəsi də mövcuddur. Bu ona dəlalət edir ki, zəbt edilmiş ərazi ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının ümumiyyətlə birbaşa əlaqəsi yoxdur. Yəni birbaşa əlaqə olmadığından həmin ərazinin gedişgəliş yolu olması ağlabatan deyildir. Plan sxemdən bu hallar aydın görünür. Zəbt edilən ərazinin ümumi istifadədə olması halı olsa belə, iddiaçıya məxsus qeyri yaşayış binasına gediş-gəliş yolu oradan nəzərdə tutulmadığından iddianın təmin edilməsindən söhbət gedə bilməz. Məhkəmə diqqətə çatdırır ki, zəbt olunan bir ərazi olsa belə ilk növbədə bu halların iddiaçının hüquqlarını pozması şəraiti baş tutmalıdır ki, onun həmin ərazinin zəbtdən azad edilməsi və orada olan tikililərin sökülməsini tələb etmək hüququ yaransın. Hazırki mübahisə üzrə isə zəbt edilmiş ərazinin iddiaçının mülkiyyətinə olması və ya onun mülkiyyətində olan əmlaklara gediş-gəliş yolunu məhdudlaşdırması halı yoxdur. Yəni iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa sahib deyildir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 180.1 və 180.4-cü maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 47-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icra nümayəndəliyinə, həmçinin bələdiyyəyə müraciət etməklə yolun açılması məsələsini qaldırmışdır. Bundan başqa, ona məxsus əmlaka gediş-gəliş yolunun bağlanmasından söhbət gedir. Mülkiyyətində başqa torpaq sahəsindən və ərazidən yolun olması o demək deyil ki, cavabdeh Cavabdeh yolu özbaşına bağlamalıdır. Mülkiyyətimdə olan torpaq sahəsinə və fərdi yaşayış sahəsinə sərbəst şəkildə getməyinin qarşısı kiminsə tərəfindən məhdudlaşdırıla bilməz. Cavabdeh Cavabdeh məxsus hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmaması və onun yol üzərində özbaşına tikili inşa edərək oraya darvaza qoyması məhkəmə tərəfindən müəyyən edilsə də, lakin buna heç bir məhəl qoyulmaması işin ədalətli həll olunmadığını göstərir. Amma məhkəmə hər şeydən öncə ədaləti təmin etməli idi. Məhkəməyə yerində baxış keçirilməsini təklif etsə də, onun fikrinə heç bir məhəl qoyulmamışdır. Halbuki, torpaq sahəsinə yerində baxış keçirilsəydi, bir çox hallar üzə çıxa bilərdi. Bundan başqa, gediş-gəliş yolunun mövcud olması ağlabatanlıqla deyil, müvafiq sənədlərlə müəyyən olunur. Yol olsa belə həmin yolla əlaqəsinin olmaması fikri isə yəqin ki, məhkəmənin həmin ərazini görməməsi ilə bağlıdır. Axı yol ona məxsus sahənin qarşısından keçir və yolun birbaşa həmin əmlakla əlaqəsi mövcuddur. Məhkəmədə Cavabdeh ona məxsus olmayan torpaq sahəsində tikinti aparması öz təsdiqini tapmışdır. Əgər daşınmaz əmlaka gediş-gəliş yolunda hər hansı mane mövcuddursa, bu hal da mülkiyyətin toxunulmazlığının pozulması kimi qiymətləndirilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəmsində birinci icraat:

16. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat:

17. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsini ləğv edib, işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli 2(104)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən, cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin ərazidə anbar olmuş və atası həmin anbarı almışdır.

20. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

22. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.

23. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

24. Maddə 47. 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

25. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

26. Maddə 84. 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir.

39. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, iş materiallarında Tovuz RIH başçısı aparatı memarlıq və tikinti şöbəsinin böyük mühəndisi Cabir Rüstəmovun, Tovuz RIH başçısının Hacallı kənd IƏD üzrə nümayəndəsi Sahib Quliyevin, Hacallı bələdiyyəsinin sədri Nazim Quliyevin və kənd sakini Cavabdeh iştirakı ilə tərtib edilmiş ## #### 2010-cu il tarixli akt (Cavabdeh aktı imzalamaqdan imtina edib) mövcuddur. Həmin aktda qeyd edilmişdir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Hacallı kənd sakini Cavabdeh Hacallı kəndində qanunsuz tikinti apararaq Əlibəyli və Hacallı kənd sakinlərinin, habelə məktəblilərin istifadə etdikləri yolu bağlamaqdadır. Özbaşına aparılmış tikintinin sökülməsi tələbinə məhəl qoyulmadan tikinti davam etdirilməkdədir. Qanunsuz hərəkətlərinin hüquqi nəticələri Cavabdeh izah edilmiş, lakin heç bir nəticə verməmişdir. Lakin, birinci instansiya məhkəməsi göstərilən akt üzrə hər hansı bir hüquqi dəyərləndirmə aparmamış, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır. Həmçinin apellyasiya məhkəməsi mübahisə predmeti olan yol kimi istifadə olunduğu bildirilən torpağın statusunu müəyyən edərək həmin torpağın mülkiyyətçisi və ya torpaq sahəsinə dair hüququ olan digər şəxslərin iş üzrə cəlb edilməsi məsələsini də həll etməklə iş üzrə müvafiq araşdırmanı həyata keçirməli olduğu halda belə etməmişdir. Nəzərə almaq lazımdır ki, hər hansı bir şəxsin daşınmaz əmlakına bir neçə istiqamətdən gediş-gəliş yolunun olması istisna deyil. Iş üzrə əhəmiyyətli olan iddiaçının iddia etdiyi cavabdeh tərəfindən tutulan torpaq sahəsinin gediş-gəliş yolu olub olmamasının mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi, müvafiq araşdırma nəticəsində qeyd edilən torpaq sahəsinin gediş-gəliş yolu olması müəyyənləşdirilərkən iddiaçının həmin sahədən istifadə hüquqlarının pozulub-pozulmamasının da müəyyənləşdirilməsidir. Lakin, göstərilənlərin müəyyənləşdirilməsi üçün apellyasiya məhkəməsinin araşdırması və hüquqi dəyərləndirməsi kifayət deyil. Apellyasiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmək üçün mümkün prosessual vasitələrdən tam istifadə etməmişdir, gəldiyi nəticəni kifayət qədər əsaslandıra bilməmişdir.

40. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2023-cü il, qeydiyyat nömrəsi 2623011071 olan çıxarışdan görünür ki, Tovuz rayonu Əlibəyli kəndində xüsusi mülkiyyət hüququ üzrə 95,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Tovuz RKCI-yə məxsusdur. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən verilmiş texniki pasportda Tovuz rayonu Əlibəyli kəndində yerləşən Tovuz RKCI-yə məxsus 95,4 kv.m. ümumi sahəsi olan mağazanın hüquq subyekti kimi İddiaçı göstərilmişdir.

41. Iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Əlibəyli və Hacallı kəndləri Ermənistanla sərhəd boyunca yerləşdiyindən həmin kəndlərdə islahat aparılmamışdır. Ona görə də ƏMDX-nin bazasında həmin kəndlər barədə hər hansı elektron xəritə materialları mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2023-cü il, qeydiyyat nömrəsi 2623011071 olan çıxarışda göstərilən ümumi sahəsi 95.4 kv.m olan Tovuz RKC-na məxsus qeyri yaşayış binasına gediş-gəliş yolu texniki pasportda göstərilən sxemə əsasən Əlibəyli- Hacallı yolundan nəzərdə tutulmuşdur. Iddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin şimal və cənub tərəfinə cavabdeh Cavabdeh tərəfindən hər iki tərəfə dəmir darvaza qoyulmuş və 50.5 metrə qədər daş hasara alınmışdır. Cavabdeh Cavabdeh məxsus hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş və baza məlumatlarında da hər hansı məlumat mövcud deyil. Rəyin tərtib edilməsi Əlibəyli və Hacallı kəndlərində islahat getmədiyinə görə və həmin kəndlər barədə ƏMDX-nin elektron bazasında hər hansı məlumat olmadığına görə yalnız ortofoto görüntülərinə və faktiki istifadəyə istinad edilmişdir.

42. Həmçinin yerində baxış zamanı isə müəyyən edilmişdir ki, iddiaçının yol kimi açılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi həqiqətən yol kimi istifadə edilmiş, cavabdeh məhz həmin yolun üzərində, yolun hər iki tərəfindən darvaza qoymuş və yoldan istifadəni məhdudlaşdırmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh orada anbar olması və anbarın atası tərəfindən satın almasına dair izahat vermişdir. Bununla bağlı cavabdehə torpaq sahəsinə və mübahisə predmeti olan tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədinin mövcud olduğu təqdirdə məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh məhkəməyə bu barədə hər hansı bir sübut da təqdim etməmişdir. Əksinə Əmlak Məsələləri Dövlət XIdmətinin *-**-*/*-*****/**** saylı ## #### 2026-cı il tarixli məkutubda məhkəmə sorğusunda qeyd olunan anbar barədə, ƏMDX-nin arxivində hər hansı məlumatın olmaması, həmçinin Əmlak Məsələləri Dövlət XIdmətinin *-**-*/*-*****/**** saylı ## #### 2026-cı il tarixli məkutubda isə sorğuda qeyd olunan anbar barədə, həmçinin Nəbiyev Valeh Şəmşəd oğlu və Cavabdeh adına ƏMDX-nin arxivində hər hansı məlumatın olmaması qeyd edilmişdir.

43. Iş materiallarına əlavə edilmiş “Google” xəritədən tarixlər üzrə ərazinin çıxarışından görünür ki, 2010-cu il tarixdə iddiaçının mübahisələndirdiyi həmin ərazi yol kimi açıq olmuşdur. Lakin, 2012-ci il tarixli “Google” xəritədəki görüntüdə isə 2010-cu ildə yol kimi açıq olan ərazinin çəpərləndiyi görünür.

44. Iş materialları müəyyən olunur ki, mübahisəli torpaq sahəsi əvvəllər yol kimi istifadə olunmuş, 2012-ci ildə cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan daş hasara alınaraq bağlanmışdır. Həmin vaxt Tovuz RIH başçısı aparatı memarlıq və tikinti şöbəsinin böyük mühəndisi Cabir Rüstəmov, Tovuz RIH başçısının Hacallı kənd IƏD üzrə nümayəndəsi Sahib Quliyev, Hacallı bələdiyyəsinin sədri Nazim Quliyev tərəfindən Hacallı kənd sakini Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq özbaşına aparılmış tikintinin sökülməsi tələbinə məhəl qoymamış, tikinti davam etdirərək Hacallı kəndində qanunsuz tikinti apararaq Əlibəyli və Hacallı kənd sakinlərinin, habelə məktəblilərin istifadə etdikləri yolu bağlamış və bununla bağlı həmin şəxslərin iştirakı ilə ## #### 2010-cu il tarixli akt tərtib edilmişdir.

45. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

46. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

47. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası cavabdehin kəndin ümumi istifadədə olan yolun üzərində özbaşına hər iki tərəfdən darvaza qoymaqla iddiaçının ümumi istifadədə olan yola çıxış imkanının məhdudlaşdırması qənaətinə gəlmişdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

50. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :

Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Tovuz rayonu Hacallı kəndində yerləşən cavabdeh Cavabdeh tərəfindən tutulmuş ümumi istifadədə olan yol açılsın və həmin torpaq sahəsində inşa edilmiş tikililər cavabdeh Cavabdeh hesabına sökülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar