Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-195/2023 23.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Maraqlı şəxs3 və Maraqlı şəxs4nə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: giriş-çıxış yolunun açılması və maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 Cavabdeh1, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Maraqlı şəxs3 və Maraqlı şəxs4nə qarşı giriş-çıxış yolunun açılması və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(044)- 200/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfin təqdim etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2009-cu il qeydiyyat tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsində 0,1067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 kv.m yaşayış, 6.0 kv.m köməkçi sahədən ibarət 115 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2009-cu il tarixli 2(044)-88/09 nömrəli qətnaməsinin surətindən görünür ki, X14 və X15 faktiki nikah münasibətində olmaları və ünvan 1 ünvanda yerləşn evin onların bərabər paylı ümumi mülkiyyəti olması müəyyən edilmiş, X16 və X26, X14 və X15 qanun üzrə vərəsələri, X16, X26, X27, X28, X31 və X43, X14 qanun üzrə vərəsələri, X50, X8 qanun üzrə vərəsəsi, X29, X44, X34 və X54, X17 qanun üzrə vərəsəsi hesab edilmiş, ünvan 2 ünvanda yerləşən sahəsi 18,0 kvm, 20,0 kvm iki yaşayış otağı, 6,0 kv.m dəhliz, 19,8 kvm əl damından ibarət evin hər birinə 5/18 payla X2 və X35, 2/18 payla X6, 4/18 payla X7. 2/18 payla isə X39, X13, X33 və X19 payının müəyyən edilməsi qət olunmuşdur.
3. Azərbaycan Respublikasının Daxili İşlər Naizrliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı1, X30, X38 və Nümayəndə qeydiyyatdadırlar.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin 02 iyul 2021-ci il tarixli məktubundan görünür ki, mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, (115) 181 nömrəli 1927-ci ildə inşa edilmiş fərdi yaşayış evinin 5,0x 8,4m ölçüdə hissəsinin söküldüyü müşahidə edilmişdir. Söküntü işləri aparılan zaman evin dam örtüyündə deformasiyalar, tavan örtüyünün DVP materialından olan üzlüyünün yük daşımayan divardan aralanmış və divarda keçici olmayan xırda çatlar əmələ gəlmişdir. Rayonun inzibati ərazisində hər hansı söküntü və ya tikinti işlərinin yerinə yetirilməsinə icazənin verilməsi, mövcud qanunvericiliyə əsasən Fövqəladə Hallar Nazirliyinin hər hansı bir qurumunun deyil, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, qeyd edilən ünvanla əlaqədar aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir.
5. DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsindən göndərilmiş 11 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, həmin idarənin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən İddiaçı1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2021-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. 05 yanvar 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 115A ünvanında yerləşən, mülkiyyətində olan 0,0502 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 48,7 kv/m fərdi yaşayış evinin tam mülkiyyət üzrə Cavabdeh1 satmışdır.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 dekabr 2020-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. Qanun üzrə vərəsəlik hüquq haqqında 04 dekabr 2021-ci il tarixli şəhadətnamədən görünür ki, 26 noyabr 2012-ci il tarixdə vəfat etmiş X2 vərəsələri:Gəncə Ş.Rustaveli kü.ev 30 ünvanında qeydiyyatda olan qızı:X23 və o miras əmlakdan tam hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak: ƏMDK DƏDRX Ərazi İdarəsi tərəfindən 30 noyabr 2020-ci il tarixdə X4 verilmiş **********34-10301 reyestr nömrəli, ********** qeyddiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 48,7 kv.m olan fərdi yaşayış evinin və ƏMDK DƏDRX Ərazi İdarəsi tərəfindən 30 noyabr 2020 tarixdə X4 verilmiş **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Cavadxanküçəsi, 115A ünvanında yerləşən ümumi sahəsi 0,0502 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir.
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 noyabr 2020-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə X3 adına ½ hissə payı, X24 adına ½ hissə pay daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 noyabr 2010-cu il tarixli, 2(044)-1139/2010 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddiaçılar X2 və X35 cavabdehlər X18 və Məmmədova (İsmayılova) Zərinə İsmayıl qızına qarşı ümumi mülkiyyətdə olan payın real ayrılması tələbinə dair iddiası təmin edilmiş, X2 və X35 ünvan 7 ünvanda yerləşən mülkdən birgə 20/36 payları həmin küçəyə olan mövcud giriş-çıxışla, yaşayış evinin 18 kvm yaşayış otağının, 6 kv.m dəhlizin onların ümumi mülkiyyətinə, 36,9 kv.m şəşəbəndin 18,6 kv.m, 5,8 kv.m dəhlizin və 501,6 kv.m həyət sahəsinin onların ümumi istifadəsinə verilməsi ilə ayrılması, 6 kv.m dəhlizin 20 kv.m sahəli otağa açılan qapısı ləğv edilib bağlanması, şüşəbəndin ayrılan 18,6 kv.m, əks tərəfdə qalan 18,3 kv.m şüşəbənd sahəsindən arakəsmə ilə təcrid edilməsi, 5,6 kv.m sahəli dəhlizin yan tinindən çardağın sonunadək 10,85 metr uzunluğunda və son nöqtədən xətti əyib 3 metr uzadandan sonra yenidən həmin istiqamətdə daş hasarla 40,35 metr, yəni arxa sərhəd divarına birləşdirilənə kimi hörülməsi, şüşəbəndin ayrılan 18,6 kv.m sahəsinin və 5,8 kv.m dəhlizin əks tərəfə baxan pəncərələrinin bağlanması qərara alınmışdır.
12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsi 115 xüsusi mülkiyyət üzrə 10/26 payı X2, 4/36 payı X9, 8/36 payı X10, 1/36 payı X39, 1/36 payı X11, 1/36 payı X32, 1/36 payı X32, 1/36 payı X20, 10/36 payı X5 adına 12 aprel 2013-cü il tarixdə qeydiyyata alınmışdır.
13. 28 mart 2013-cü il tarixli Bəxşeyiş Müqaviləsinin surətindən görünür ki, X50 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin 1568 nömrəli 28 mart 2013-cü il tarixli arayışına və **********00-10301 nömrəli reyestr nömrəli ********** qeydiyyat nömrəli, 16.mart 2010-cu il tarixli çıxarışa əsasən 0,1067 ha torpaq sahəsində yerləşən 02 otaqlı, 38 kvm yaşayış sahəsindən, 6,0 kvm yardımçı sahədən 44,0 kvm ümumi sahədən, 19,8 kvm əl damından ünvan 8 ünvanda yerləşən evdən ona məxsus 1/36 hissəsini xalası qızı X12 bağışlamışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı1 Cavabdeh1, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Maraqlı şəxs3 və Maraqlı şəxs4nə qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, ünvan 2 evinə Cavabdeh1 tərəfindən qərəzli aparılan tikinti işləri zamanı dəymiş zərərə görə 50000 manat kompensasiyanın, əzəldən evinə olan giriş-çıxış yolunun açılması, bu illər ərzində evindən istifadə edə bilmədiyi üçün hər bir il üçün 1500 manat, 14 illik kirayə haqqı hesablanaraq və dövlət rüsumu üçün ödənilmiş 30 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2009-cu il tarixli 2(044)-88/09 nömrəli qətnaməsinə əsasən X14 və X15 faktiki nikah münasibətində olmaları və ünvan 1 ünvanda yerləşn evin onların bərabər paylı ümumi mülkiyyəti olması müəyyən edilmiş, X16 və X26, X14 və X15 qanun üzrə vərəsələri, X16, X26, X27, X28, X31 və X43, X14 qanun üzrə vərəsələri, X50, X8 qanun üzrə vərəsəsi, X29, X44, X34 və X54, X17 qanun üzrə vərəsəsi hesab edilmiş, ünvan 2 ünvanda yerləşən sahəsi 18,0 kvm, 20,0 kvm iki yaşayış otağı, 6,0 kv.m dəhliz, 19,8 kvm əl damından ibarət evin hər birinə 5/18 payla X2 və X35, 2/18 payla X6, 4/18 payla X7. 2/18 payla isə X39, CahangirTelman oğlu Məmmədovun, X33 və X19 payının müəyyən edilməsi qərara alınmışdır. Qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2009-cu il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 fevral 2009-cu il tarixli 2(044)-88/09 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eləcədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2009-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Buna baxmayaraq icra məmuru tərəfindən evə baxış keçirilmiş, evin bölgüsünün mümkünsüz olduğu bildirilməklə icra işi yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən daş hasar çəkilmiş, onların evini qəzalı vəziyyətə salmış və evdə yaşamaq insan həyatı üçün təhlükəli olmuş, evə gedişgəliş tam şəkildə bağlanmışdır. Cavabdeh tərəfindən özbaşınalıq edilərək tikinti işləri aparılmışdır. Özünə məxsus olan əmlaka girib yaşaya bilmir, neçə illərdir həmin əmlak yeyəsiz vəziyyətdə qalmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
16. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(044)- 200/2022 nömrəli (hakim K.Hüseynov) qətnaməsi ilə İddiaçı1 Cavabdeh1, qarşı gediş-gəliş yolunun açılması, evə dəymiş zərərə görə kompensasiya və 14 illik kirayə haqqının ödənilməsi tələbinə dair, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi, iddiası təmin edilməməsi; İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməsi qət olunmuşdur.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 97.5, 117, 119.1, 191.3, 217.4, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia ərizəsindəı qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, eləcədə subutlara düzgün qiymət verməmişdir. Evə neçə giribçıxmasını, 1942-ci ildən yaşadığı yaşayış sahəsindən istifadəyə əziyyət çəkməsinə və cavabdehin hərəkətlərinə aydınlıq gətirilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaarq bildirmişdir ki, cavabdeh gediş-gəliş yolunu tutub və evə girib-çıxmaq mümkün deyil. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1, Cavabdeh1, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Maraqlı şəxs3 və Maraqlı şəxs4 nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı1 məhkəmə iclasında nümayəndəsi ilə təminsil olunmuşdur. Məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
30. Maddə 175 Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə 18.2 Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.
32. Maddə 20 Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
33. Maddə 47 Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
34. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
38. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.
44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
45. Belə ki, işin faktiki falları ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsindı yerləşən 115 nömrəli fərdi yaşayış evi X16 (10/26 pay), X28 (4/36 pay), X27 (8/36 pay), X54 (1/36 pay), X29 (1/36 pay), X44 (1/36 pay), X44 (1/36 pay), X34 (1/36 pay) və X5 (10/36 pay) apylı mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış tərtib olunmuşdur. Eləcədə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 noyabr 2010-cu il tarixli, 2(044)-1139/2010 nömrəli icra vərəqəsinə əsasən iddiaçılar X2 və X35 cavabdehlər X18 və Məmmədova (İsmayılova) Zərinə İsmayıl qızına qarşı ümumi mülkiyyətdə olan payın real ayrılması tələbinə dair iddiası təmin edilmiş, X2 və X35 ünvan 7 ünvanda yerləşən mülkdən birgə 20/36 payları həmin küçəyə olan mövcud giriş-çıxışla, yaşayış evinin 18 kvm yaşayış otağının, 6 kv.m dəhlizin onların ümumi mülkiyyətinə, 36,9 kv.m şəşəbəndin 18,6 kv.m, 5,8 kv.m dəhlizin və 501,6 kv.m həyət sahəsinin onların ümumi istifadəsinə verilməsi ilə ayrılması, 6 kv.m dəhlizin 20 kv.m sahəli otağa açılan qapısı ləğv edilib bağlanması, şüşəbəndin ayrılan 18,6 kv.m, əks tərəfdə qalan 18,3 kv.m şüşəbənd sahəsindən arakəsmə ilə təcrid edilməsi, 5,6 kv.m sahəli dəhlizin yan tinindən çardağın sonunadək 10,85 metr uzunluğunda və son nöqtədən xətti əyib 3 metr uzadandan sonra yenidən həmin istiqamətdə daş hasarla 40,35 metr, yəni arxa sərhəd divarına birləşdirilənə kimi hörülməsi, şüşəbəndin ayrılan 18,6 kv.m sahəsinin və 5,8 kv.m dəhlizin əks tərəfə baxan pəncərələrinin bağlanması qət olunmuşdur.
46. Həmçinin ünvan 4 Cavabdeh1 xüsusi mülkiyyətindədir və buna dair sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2021-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarış tərtib edilmişdir.
47. İddiaçı1 Cavabdeh1 tərəfindən giriş-çıxış yolunun bağlanmasını və aparılmış tikinti işləri nəticəsində ona ziyan dəyməsi əsası ilə hazırki tələblə məhkəmədə iddia qaldırmış, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
48. Belə ki, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/8011 nömrəli ekspert rəyi ilə 02 avqust 2010-cu il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü sxemində qeyd olunan 3 saylı yaşayış otağından küçə istiqamətinə doğru açılmalı olan qapı boşluğunun açılmadığı nəzərə alaraq ünvan 2 fərdi yaşayış evinə giriş-çıxış Cavabdeh1 tərəfindən tutulmadığı, eləcədə ünvan 2 fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadığından İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə ziyan dəydiyini müəyyən etmək mümkün olmamışdır.
49. İddiaçı1 iddia ərizəsində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2009-cu il qeydiyyat tarixli MH seriyalı ******* nömrəli çıxarışa istinadən Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsində 0,1067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 kv.m yaşayış, 6.0 kv.m köməkçi sahədən ibarət 115 nömrəli fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu iddia etsədə, lakin işdən müəyyən olunur ki, sonuncunun adına olan çıxarış Gəncə şəhəri Nizami Rayon Məhkıəməsinin 19 iyun 2009-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsi 115-də yerləşən fərdi yaşayış evində İddiaçı1 4/36 payı var.
50. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsi 115A nömrəli fərdi yaşayış evi üçurulmuş və həmin həyətə giriş qapısı bağlanmışdır. Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsi 115 nömrəli fərdi yaşayış evi istiqamətindən əlavə girişcıxış üçün daş barı sökülmüşdür. Eləcədə Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsi 115 nömrəli fərdi yaşayış evinə zərər dəyməsi baxış zamanı aşkar olunmamaışdır.
51. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı1 mülkiyyətində olan (paylı) fərdi yaşayış evinə giriş-çıxış yolunun cavabdeh tərəfindən bağlandığını, eləcədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona zərər vurulmasımnı iddia etsədə, lakin sonuncunun bu dəlili sübut olunmur.
52. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaması dəlilini əsassız sayır və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 12 aprel 2023-cü il tarixli 10/8011 nömrəli bildirşdən görünür ki, aparılmış ekspertiza tətqiqatının dəyəri 50 manat təşkil edir.
55. Kollegiya hesab edir ki, İddiaçı1 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X21, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(044)- 200/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.