Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1957/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 İnqilab oğlunun və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-44/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-44/2024 saylı qətnaməsi ilə (hakim M.Məmmədov) İddiaçı, Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasının qismən təmin olunması, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən X5 mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,05 hektar həyətyanı torpaq sahəsinin, Cavabdeh qanunsuz sahibliyindən (zəbtindən) azad edilməsi və İddiaçı qaytarılması, iddia tələbinin Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən X5 mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,05 hektar həyətyanı torpaq sahəsində qanunsuz tikilinin sökülməsi hissəsində təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pulun alınıb, İddiaçı verilməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pulun tərəflərin hər birindən 25 (iyirmi beş) manat alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 vasitəsi ilə apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-44/2024 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mərhum əri X6 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin boşaldılması və Cavabdeh tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum əri X7 məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamə əsasında verilmiş ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona məktubla bildirilmişdir ki, şəhadətnamə qüvvədədir, lakin həmin torpaq sahəsində başqa şəxs ev inşa etdirmişdir. Bu barədə cavabdehə mübahisəni məhkəmədən kənar qaydada həll etməyi təklif etsə də, o, bununla razılaşmamışdır. Ona görə də hazırkı iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdehin mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi var və həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ona verilmiş 28 noyabr 2018-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarış da alımışdır. Bundan başqa onun əlavə torpaq sahəsi yoxdur. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini də zəbt etməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Bir tərəfdən qanunverici hər kəsin mülkiyyət hüquqlarının olduğunu xüsusi mülkiyyət hüququnun qanunla qorunduğunu göstərsə də, digər bir tərəfdən isə birinci instansiya məhkəməsi qanunvericiliyin bu tələblərini də pozmuşdur. Mülki işdən də görünür ki, İddiaçı öz iddiasının əsası kimi məhkəməyə heç bir sübut və dəlil təqdim etməmişdir. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini qismən təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. İşdə olan sübutlardan da açıqaydın görünür ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etməmiş və zəbt etdiyi torpaq sahəsində də yaşayış evi tikməmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv və hərtərfli qiymət verməmiş iş üzrə çıxarılmış qətnamə isə işin halları ilə eynilik təşkil etməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/9671 saylı rəyindən də açıq-aydın görünür ki, mərhum X5 mülkiyyətinə verilmiş JN- 958A (KOD:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsi onun mülkiyyətində olan ünvan 3 ünvanında yerlən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə olan halda necə ola bilər ki, cavabdehən iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmiş olsun. Məhkəməyə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilməsi barədə vəsatət versə də vəsatəti təmin edilməmişdir. Hələ də aydın deyil ki, o, hansı torpaq sahəsini zəbt etmiş və zəbt etdiyi torpaq sahəsini iddiaçıya qaytarmalıdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: İş üzrə iddiaçı və cavabdeh nümayəndə vasitəsilə təmsil olunsalar da özləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edib şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 İnqilab oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə kollegiyasının iclasında iştirak etmiş tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnaməni mübahisələndirmədiyinə görə araşdırma cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində aparılır. Belə ki, iş materiallarında olan “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X10 17 sentyabr 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 22 dekabr 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 30 may 2023-cü il tarixli Arxiv arayışından görünür ki, Xanlar Rayon XDS İcrayyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarına əsasən X7 şəhərin 10-cu və 11-ci məhəlləsi adlanan ərazisində torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən X5 mülkiyyətinə ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan Çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında 0,06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/9671 saylı rəyindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X5 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan Çıxarış əsasən Cavabdeh mülkiyyətində olan 600 kvadrat metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X5 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsi, Cavabdeh nümayəndəsi olan, mülki işdə adı keçən X3 naturada təqdim etdiyi 580 kvadrat metr torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X5 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsinin 270 kvadrat metr hissəsi üzərində tikili inşa edilməsi müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(066)-1197/2023 nömrəli qəaradadının (məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X5 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsində tikililərin kim tərəfindən tikilməsi barədə olan 6-cı sualına cavab vermək mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən İddiaçı əri X5 mülkiyyətinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı X10 ilə 17 sentyabr 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, sonuncu 22 dekabr 2019-cu ildə ölmüşdür. Cavabdeh ünvan 1 ünvanında 0,06 hektar torpaq sahəsinin mülkiyyətçisidir və həmin torpaq sahələri qonşu torpaq sahələridir. İddiaçının mərhum əri X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi cavabdeh tərəfin faktiki istifadəsində olmaqla həmin torpaq sahəsinin 270 kv.m hissəsində fərdi yaşayış evi inşa edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməməsinə baxmayaraq, iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən tutlması müəyyən edilmişdir. Ancaq iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin bir hisəsində tikilmiş tikilinin kimin tərəfindən tikilməsini müəyyən etmək mümkün olmamışdır. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9671 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Birincin instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1 maddələrinə əsasən İddiaçı mərhum X5 qanun üzrə birinci növbə vərəsəsi sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Məhkəmə kollegiyası tərəfdən mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və baxış zamanı X2 mövcud tikilini göstərərək ona məxsus olduğunu və həmin tikilinin özünə məxsus torpaq sahəsində inşa etdirdiyini bildirmiş, eyni zamanda baxış zamanı cavabdehə məxsus evdən sağ tərəfdə böyük ölçüdə boş torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Beləliklə də, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsinin zəbt edildiyi məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla müəyyən edildiyindən kollegiya hesab edir ki, məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi halda iddia tələbini əsassız olaraq təmin etməklə onun mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə mərhum ərinin mülkiyyətində 0,05 ha torpaq sahəsinin olmasını təsdiq edən Torpağa mülkiyyət hüququna dair şəhadətnaməni, iddiaçının təqdim etdiyi şəhadətnamədə göstərilmiş koordinatlarda olan torpaq sahəsində digər şəxs tərəfindən fərdi yaşayış evi inşa edildiyinə görə mərhum ərinin adına çıxarışın verilməsindən imtina edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunu təqdim etmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə də iddiaçının mərhum ərinə məxsus torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olduğu təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən rədd etməkdə haqlı olmasa da, həmin xüsusat iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə kollegiya həmin qətnamə ilə razılaşır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-44/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-44/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1957/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1957/2024
30.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver