Məhkəmə qərarları › İş №2(104)-1964/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1964/2023

29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1964/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 cavabdehlər X11, Bərdə Regional “ASAN Xİdmət Mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “ mənzildən çıxarılma, vərəsə kimi tanınma və əmlakın vərəsələr arasında bölünməsi ”tələbinə dair mülki iş üzrə Açar söz: mənzildən çıxarılma, vərəsə kimi tanınma və əmlakın vərəsələr arasında bölünməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(*21)-452/2*23 saylı mülki iş üzrə 22 fevral 2*23-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 avqust 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25.*8.2*2*-ci il tarixli Arayışdan görünür ki, X24 *7.*1.2*2*- ci il tarixdə vəfat etmişdir. 2.İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş № 5235 nömrəli 3*.11.2**6-cı il tarixli X14 görünür ki, X2* İ dərəcəli əlillik dərəcəsi verilmişdir. Əlillik səbəbi ümumi xəstəlik , gözdən əlil kimi göstərilmişdir. 3.İşdə olan Bərdə Rayon İcra Hakmiyyəti Başçısının 216№li 19.11.213-cü il tarixli Sərəncamından görünür ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı yanında Qayyumluq və Himayəçilik komissiyasının X24 ixtiyar qoca və xəstə olduğuna görə nəvəsi Elnur İbrahimovun onun üzərində patron (köməkçi) təyin olunması barədə qərarı təsdiq edilmiş, Elnur İbrahimova patron (köməkçi) təyin edildiyi babası Sabir Salahovun qanunla müəyyən olunmuş hüquqlarını təmin etməsi tapşırılmışdır. 4.İşdə olan 2*.*4.2*18-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsindən görünür ki, X24 mülkiyyətində olan Bərdə şəhər Səməd Vurğun küçəsində döngə 6-da mülkiyyətində olan *.*6 ha torpaq sahəsində 7 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv.m, yaşayış sahəsi 56.3 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan otaqlı fərdi yaşayış sahəsini X15 bağışlamışdır.

5. İşdə olan Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X5, İddiaçı3 və İddiaçı2 cavabdehlər X15, Bərdə "ASAN xidmət" Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Mkomitəsi yanında DƏDRX-in ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair cavabdeh X21 ilə bərabər X24 arasında Bərdə "ASAN xidmət" Mərkəzində bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilma tələbinə dair iddiaları rədd edilmişdir.

6. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış, Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(1*2)/67/22 nömrəli 18.*1.2*22-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 cavabdehlər X11, Bərdə Regional “ASAN Xİdmət Mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, X9 mübahisəli mənzildən məcburi qaydada çıxarılması, X16 vərəsələri kimi İddiaçı2, İddiaçı3, X5 tanınması, daşınmaz əmlakın vərəsələr arasında bərabər payda bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Daha sonra İddiaçı2 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizə verən zaman ərizənin xahiş etdi hissəsində texniki səhvlik edərək X16 vərəsələri kimi X12 adını qeyd etməmişdir. X16 vərəsələri kimi X7 adının ərizənin xahiş etdi hissəsində qeyd edilməsini xahiş etmişdir. 1*.İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X1 mülkiyyətində ünvan 3 ünvanlı ev olmuşdur. Onlar anadan olduqları vaxtdan həmin evdə yaşamışlar. İddiaçı1 hələ də həmin evdə yaşamağa davam edir. X6 1-ci qrup gözdən əlil olduğu üçün onun daima kənar şəxsin qulluğuna və köməyinə ehtiyacı olmuşdur. Bu səbəbdən də 19 noyabr 2*13-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə onun nəvəsi X2 Salahova patron təyin edilmişdir. Ataları 15 yanvar 2*2*-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bundan sonra onlar qanunla müəyyən edilmiş müddətdə Bərdə regional "ASAN- Xidmət" mərkəzində notariat ofisin xüsusi notariusuna "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamənin verilməsi üçün müraciət etsələr də onlara bildirilmişdir ki, miras əmlakla bağlı Forma 1 arayışını və digər sənədlərin təqdim edilməsi zəruridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə 12 oktyabr 2*2*-ci il tarixdə bildirmişdir ki, həmin sənədin əldə edilməsi üçün notariusa müraciət edilməlidir. Qeyd edilməlidir ki, bütün bu məsələ ondan qaynaqlanır ki, 2* aprel 2*18-ci il tarixda atalarının xəstə olmasından istifadə edib bağışlama müqaviləsi bağlatdıraraq miras əmlakı X17 öz adına rəsmiləşdirmişdir. Hazırda həmin bağışlama müqaviləsi və onun hüquqi nəticəsi olan çıxarış məhkəmə qaydasında mübahisələndirilir. Onlar məhkəməyə 2*18-ci ildə X1 müraciət edərək bağışlama müqaviləsini mübahisələndirmişdirlər. Miras qoyanın ölümündən sonra dəfələrlə həmin evdə yaşamaqla mirasın faktiki qəbul edilməsinə cəhd etsələr də cavabdeh onları evə buraxmamışdır. Bu səbəbdən də notariat orqanına müraciət etmişlər, lakin süründürməçilik nəticəsində şəhadətnamə ala bilməmişdirlər. Hazırda isə miras qoyan X16 birinci növbəli vərəsələri olduqları üçün ondan miras qalmış əmlakın qəbul edilməsi üçün müraciət edirlər. Miras qoyan Sabir Salahov 2*2*-ci ildə vəfat etdiyindən həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. 2*.*4.2*18-ci il tarixində Bərdə Rayon Dövlət Notariat kontorunda aparılmış bağışlama əməliyyatı zaman müqavilənin axırıncı səhifəsində X24 imza qrafasında Salahov Sabir səliqəli şəkildə təkrar Salahov yazmaqla İİİ şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, müqavilə ilə tanış olmaq qrafasında isə heç nə yazılmamışdır. Ancaq bağışlanan tərəfdə latın dilində tanış olduğu sözləri və Salahov Babək qrafasında isə imza ve latın dilində Salahov Babək sözləri yazılmışdır.Mübahisə edilən şəxsin X24 3*.11.2**6-ci il tarixli 5235 saylı TSEK-in rəyinə əsasən, həmin şəxs birinci qrup əlil olaraq görmə qabiliyyətini tam itirmiş şəxsdir. Arayışdan da görünür ki, bu şəxs görmə qabiliyyətini itirmiş şəxsdir. Yəni, imza atmaq iqtidarında olmamaqla, hər hansı bir yazını icra etməsi mümkün olmayan bir şeydir. Çünki, 19 noyabr 2*13-cü il tarixində 216 saylı sərəncamı ilə X16 ixtiyar qoca və xəstə olduğuna görə nəvəsi Elnur İbrahimovun onun üzərində köməkçi təyin edilmişdir. Həmçinin, 2*17-ci iyul ayında ağır dərəcəli beyin insultu keçirmişdir, heç kimi tanımırdı va hərəkətlərini bilmirdi. Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyi Bərdə Müalicə Diaqnostika Mərkəzi 28.*2.2*18-ci il tarixli KT-yə əsasən, baş beyin yarımkürələri ve beyincik hemisferlerinin keskin atrofiyası, baş beynin sağ yarımkürəsinin ensefalomalyasiyası müəyyən olunmuşdur. Beləliklə, X16 tibbi vəziyyəti daha da ağırlaşmışdır. Bu tibbi müayinələrdən sonra 87 yaşlı ixtiyar şəxs hər hansı bir gözəgörünməz təsadüf nəticəsində gözü açılır, imza icra edir ve daha sonra isə gözləri bağlanır, anlaqsız şəxs olur. Bu isə absurd olan bir şeydir, yəni dünyada analoqu olmayan bir hadisə baş verməlidir ki, gözündən mahrum olan şəxsin gözlərinin ani bir vəziyyatdə imza zamanı açılaraq, təkrar tutulması mümkün olmayan birşeydir. Həmçinin bu əməliyyat aparılarkən X16 digər vərəsələri bu əməliyyatda iştirak etməyiblər.

11. Bərdə Rayon Məhkəməsinin 2(*21)-452/2*23 saylı mülki iş üzrə 22 fevral 2*23cü il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 cavabdehlər X11, Bərdə Regional “ASAN Xİdmət Mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “mənzildən çıxarılma, vərəsə kimi tanınma və əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddianın təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı3 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(*21)- 452/2*23 saylı mülki iş üzrə 22 fevral 2*23-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum valideynlərindən miras qalmış əmlakı qanunsuz yolla cavabdeh rəsmi olaraq sənədləşdirmişdir, belə ki, mərhum atası Salahov Sabir birinci qrup əlil olmuşdur. 2*13-cü il tarixdə İbrahimov Elnur (yəni nəvəsi) ona patrondaj olmuş fəaliyyət qabliyyəti olmayan şəxs kimi, 2*17-ci il tarixdə qəyyumun xəbəri olmadan mərhum atasının adından bağışlanma müqaviləsi imzalanmış, bununlada miras əmlak cavabdehin adına sənədləşmiş, lakin onlar iddia ərizəsi ilə müraciət etsə də, Bərdə Rayon Məhkəməsi işi araşdırmadan qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. 16.İş üzrə digər iddiaçılara və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

17.Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 18.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 19.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 2*. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın..

21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2**7-ci il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

28. Maddə 384.*.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri barədə normalar

29.Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 3*.Maddə 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 33.Belə ki, X24 mülkiyyətində olan Bərdə şəhər Səməd Vurğun küçəsində döngə 6da mülkiyyətində olan *.*6 ha torpaq sahəsində 7 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv.m, yaşayış sahəsi 56.3 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan otaqlı fərdi yaşayış sahəsini 2*.*4.2*18-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən X15 bağışlamışdır. İddiaçılar X8, İddiaçı3 və İddiaçı2 cavabdehlər X15, Bərdə "ASAN xidmət" Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Mkomitəsi yanında DƏDRX-in ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair cavabdeh X21 ilə bərabər X24 arasında Bərdə "ASAN xidmət" Mərkəzində bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin olunmamışdır. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı2 Ali Məhkəmənin MK-nın qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə KM-nin icraatına qəbul edilməməsi barədə Konstitusiya Məhkəməsi Palatasının 16 .*1.2*23-cü il tarixli qərardad qəbul edilmişdir. Hazırda iddiaçılar X16 vərəsələri kimi tanınmalarını və Bərdə şəhər Səməd Vurğun küçəsində döngə 6-da mülkiyyətində olan *.*6 ha torpaq sahəsində 7 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv.m, yaşayış sahəsi 56.3 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan otaqlı fərdi yaşayış sahəsinin vərəsələr arasında bölünməsini və X13 həmin mənzildən çıxarılmasını tələb edirlər 34.İş üzrə yuxarıda qeyd edilən qərar qəbul edilmişdir. 35.Apellyatorun əsas dəlili ondan ibarətdir ki, mərhum valideynlərindən miras qalmış əmlakı qanunsuz yolla cavabdeh rəsmi olaraq sənədləşdirmişdir, belə ki, mərhum atası Salahov Sabir birinci qrup əlil olmuşdur. 2*13-cü il tarixdə İbrahimov Elnur (yəni nəvəsi) ona patron təyin olunmuş, fəaliyyət qabliyyəti olmayan şəxs kimi, 2*17-ci il tarixdə qəyyumun xəbəri olmadan mərhum atasının adından bağışlanma müqaviləsi imzalanmış, bununla da miras əmlak cavabdehin adına sənədləşmişdir. 36.Göründüyü kimi, iddiaçılar X5, İddiaçı3 və İddiaçı2 cavabdehlər X15, Bərdə "ASAN xidmət" Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Mkomitəsi yanında DƏDRX-in ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair cavabdeh X21 ilə bərabər X24 arasında Bərdə "ASAN xidmət" Mərkəzində bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbləri Tərtər Rayon Məhkəməsinin əvvəlki-29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış, Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(1*2)/67/22 nömrəli 18.*1.2*22-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 37.Apellyatorun bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. X3 ilə bərabər X24 arasında Bərdə "ASAN xidmət" Mərkəzində bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi haqqında qanuni qüvvəsini almış məhkəmə qərarı mövcüddur. 38.Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılıb, iş üzrə qətnamə qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.1, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(*21)-452/2*23 saylı mülki iş üzrə 22 fevral 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar