Məhkəmə qərarları › İş №2(104)-197/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-197/2025

05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-197/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, X27, X44, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsələyin qəbul edilməsi, payların müəyyən edilərək vərəsələrin arasında bölünməsi, payların naturada ayrılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər Cavabdeh2, X27, X44, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) qarşı pay torpaq sahəsinin üzərində vərəsəlik hüquqları tanınmaqla və paylarının müəyyən edilməklə vərəsələr arasında bölüşdürülərək mirasdan paylarının naturada ayrılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-39/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2000-ci ildə ölmüşdür.

2. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X45 08 iyul 2002-ci ildə ölmüşdür.

3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X58 04 oktyabr 2004-cü ildə ölmüşdür.

4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X46 23 yanvar 2022-ci ildə ölmüşdür.

5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X53 xx.xx.2020-ci ildə ölmüşdür.

6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2013-cü ildə ölmüşdür.

7. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2011-ci ildə ölmüşdür.

8. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X79 xx.xx.2008-ci ildə ölmüşdür.

9. 22.01.1974-cü il tarixli, 414175 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Atası – X45, anası X14 qeyd edilmişdir.

10. 11.05.1984-cü il tarixli, 447109 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X44 xx.xx.1984-cü il tarixdə doğulmuşdur. Atası – X45, anası – X15 qeyd olunmuşdur.

11. 15.02.1996-cı il tarixli, 090148 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. Atası – X34, anası – Cavabdeh2 qeyd olunmuşdur.

12. 22.01.1974-cü il tarixli, 414175 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. Atası – X45, anası – X14 qeyd olunmuşdur.

13. 03.06.2018-ci il tarixli, 115122 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2018-ci il tarixdə doğulmuşdur.

14. xx.xx.2018-ci il tarixli, 270679 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X46 və X47 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.

15. xx.xx.1972-ci il tarixli, 319250 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X45 və X16 xx.xx.1972-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlanıqdan sonra arvada – “Hətəmova” soyadı verilmişdir.

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 6,2044 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 70 nömrəlıi vərəqində qeydiyyata alınmış, ümumi birgə paylı mülıkiyyət hüququ əsasında Cavabdeh1 oglu, X59, X45, X22, Cavabdeh2, X27, İddiaçı, X46 və X48 mülkiyyətçi kimi qeyd edilmişlər.

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,5481 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 71 nömrəlıi vərəqində qeydiyyata alınmış, ümumi birgə paylı mülıkiyyət hüququ əsasında Cavabdeh1 oglu, X59, X45, X22, Cavabdeh2, X27, İddiaçı, X46 və X48 mülkiyyətçi kimi qeyd edilmişlər.

18. Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 167 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Bəyimsarov kəndində daimi qeydiyyatdadır, onun mərhum atası X45 xx.xx.2022-ci il tarixində Bəyimsarov kəndində vəfat etmişdir. Mərhum öldükdən sonra onunla birgə təsərrüfatda olan Cavabdeh1 oglu, Cavabdeh2, İddiaçı və X59 ailə üzvləri qalmışdır.

19. xx.xx.2023-cü ildə Tərtər Rayon Notariat Ofisinin notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 287 saylı qərarındın görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yaşayan X36 ********** Qeydiyyat nömrəlı çıxarışa əsasən 0,5481 hektar və ********** Qeydiyyat nömrəli çıxarışa əsasən 62044 hektar torpaq sahəsindən 1/9 hissədə öz payını ayırmaq üçün, təqdim etdiyi sənədləri nəzərdən keçirərək müəyyən etmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən bu növ notariat hərəkətləri tərəflər arasında müqavilə imzalayaraq yolu ilə həyata keçirilir. Müqavilə isə iki, üç və ya çoxtərəfli əqddir ki, təsdiq edilməsi üçün tərəflərin özləri və ya etibarnamə əsasında nümayəndələri iştirak etməlidir. Odur ki, vətəndaş İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22.09. 2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iştirakı ilə iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirilmişdir. Məlum olmuşdur ki, Bəyimsarov kəndi ərazisində RX seriyalı, **********0 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********0) verilmiş 6,2044 ha ölçüdə olan pay torpaq sahəsinin mras qalmış 2,756 ha və RX seriyalı ***-*******1 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********) verilmiş 0,5481 ha pay torpaq naturada bölünməsi mümkündür. İddiaçının iddia etdiyi və naturada faktiki istifadə olunan torpaq sahəsi hər birinə 1/9 hissəsi olmaqla birinci hissədən 0,66 ha, ikinci hissədən 0,06 ha pay torpaq sahəsinin bölünməsi mümkün olduğu qeyd edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-10/1259 saylı tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 3-21-3-46/2-3979/2023 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, iddiaçının iştirakı ilə iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirilmişdir və məlum olmuşdur ki, Bəyimsarov kəndi ərazisində RX seriyalı, **********0 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********0) verilmiş 6,2044 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 2,756 ha və RX seriyalı, ***-*******1 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********) verilmiş 0,5481 ha pay torpaq naturada bölünməsi mümkün olduğu müəyyən edilmişdir. İddiaçının iddia etdiyi və naturada faktiki istifadə olunan torpaq sahəsi hər birinə 1/9 hissəsi olmaqla birinci hissədən 0,66 ha ikinci hissədən 0,06 ha pay torpaq sahəsinin bölünməsinin mümkün olduğu müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər Cavabdeh2, X27, X44, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2000-ci ildə vəfat etmiş anası X17, 08 iyul 2022-ci ildə vəfat etmiş atası X45, 04 oktyabr 2004-cü vəfat etmiş nənəsi X58 və 23 yanvar 2022-ci ildə vəfat etmiş qardaşı X18 miras qalmış əmlaklar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, **********0 nömrəli çıxarışla verilmiş 6,2044 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 2,756 ha və RX seriyalı, **********61 nömrəli çıxarışla verilmiş 0,5481 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 0,244 ha hissələri üzərində vərəsəlik hüquqları tanınmaqla və payları müəyyən edilməklə vərəsələr arasında bölüşdürülərək mirasdan paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 oglu qardaşı, üçüncü şəxslər - Cavabdeh2, X27 və X48 isə bacılarıdır. Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 08 №-li qərarına əsasən adambaşına 0.75 ha olmaqla bizim 9 nəfərdən ibarət ailə üzvlərinə atası X73 ogluna, anası X11, nənəsi atasınının anası X49, qardaşı X74 ogluna, digər qardaşı Cavabdeh1 ogluna, bacıları Cavabdeh2, X27 və X28 iki konturda 6.2044 ha və 0.5481 ha ölçülərdə olmaqla cəmisi 6.7525 ha pay torpaq sahəsi verilmiş və bu hal «Torpağa mülkiyyət hüququna dair» JN:115, KOD 61100028 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Qeyd etmişdir ki, 6.2044 ha ölçüdə olan pay torpaq sahəsi 9 nəfərə adambaşına 0.689 ha olmaqla, 0.5481 ha ölçüdə olan pay torpaq sahəsi isə 9 nəfərə adambaşına 0.061 ha olmaqla verilmişdir. Bundan sonra 6.2044 ha və 0.5481 ha ölçülərdə olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq Çıxarışların verilməsi üçün müraciət etmiş və ailə üzvlərinə «X57» kitabında xx.xx.2023-cü il tarixdə A seriyalı 927536 və 927537 nömrələrlə uçota alınmış «Torpaq sahəsinin planı və ölçüsü», reyestr nömrələri **********0 və **********61 olan çıxarışlar verilmişdir. İddiaçı onu da qeyd etmişdir ki, anası X17 01 sentyabr 2000-ci ildə, atası X73 oglu 08 iyul 2002-ci ildə, nənəsi (atasının anası) X59 04 oktyabr 2004-cü ildə, qardaşı X74 oglu 23 yanvar 2022-ci ildə vəfat etdikdən sonra ailə üzvləri arasında baş verən narazılıqlarla bağlı ailələrə verilən ümumi pay torpaq sahəsindən ümumi birgə istifadə edə bilməmiş və aralarında daima mübahisələr yaranmışdır. Ailəsinə verilən ümumi pay torpaq sahəsindən ümumi birgə istifadə edə bilmədikləri və mirasla baglı daima mübahisələr yarandıgı üçün 01 sentyabr 2000-ci ildə vəfat etmiş anası X17, 08 iyul 2002-ci ildə vəfat etmiş atası X73 oglu, 04 oktyabr 2004-cü ildə vəfat etmiş nənəsi (atasının anası) X59 və 23 yanvar 2022-ci ildə vəfat etmiş qardaşı X74 oglundan miras qalmış əmlakların (Tərtər Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 08 №-li qərarına əsasən 6.2044 ha ölçüdə olan pay torpaq sahəsi üzrə adambaşına 0.689 ha olmaqla 4 nəfərə verilmiş miras qalmış 2.756 ha, 0.5481 ha ölçüdə olan pay torpaq sahəsi üzrə isə adambaşına 0.061 ha olmaqla 4 nəfərə verilmiş miras qalmış 0.244 ha payların) naturada ayrılmasını dəfələrlə tələb etməli olsa da cavabdeh hər dəfə buna mane olmaga başlamışdır. Buna görə də miras qalmış əmlak (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən RX seriyalı, **********0 №li Çıxarışla (qeydiyyat №-si **********) verilmiş 6.2044 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 2.756 ha və RX seriyalı, **********61№ıli Çıxarışla (qeydiyyat №-si **********) verilmiş 0.5481 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 0.244 ha hissələrinə) üzərində vərəsəlik huquqları tanınmaqla və payları müəyyən edilməklə vərəsələr arasında bölüşdürülərək mirasdan paylarının naturada ayrılması üçün «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq məqsədi ilə lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu 05 may 2023-cü il tarixli, 287 №-li qərarı ilə ilə ona bu növ notariat hərəkətlərinin tərəflər arasında müqavilə imzalanmaq yolu ilə həyata keçirilməli olmasını əsas tutaraq «Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə» verilməsindən imtina etmiş və mirasın qəbul edilməsi barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli oldugunu bildirmişdir. Başqa sözlə notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»nin verilməsindən imtina etmişdir ki, o da bunu qəbul etmişdir. Belə oldugu halda, yəni notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməli olmuşdur. Bu bir tərəfdən həm də ona görə zəruri olmuşdur ki, cavabdeh nəinki onun mərhum valideynlərinin, nənəsinin və mərhum qardaşının pay torpaqlarını zəbt edərək onu və üçüncü şəxsləri miras qalmış pay torpagından istifadə etməyə, həmin torpaqları əkib becərməyi və ondan məhsul götürməyə qoymamış və həmin sahəyə buraxmamışdır. Ona görə də məcbur olub müvafiq iddia ilə məhkəməyə mürciət etməli olmuşdur. Göstərdiklərinə əsasən xx.xx.2000-ci ildə vəfat etmiş anası X17, 08 iyul 2022-ci ildə vəfat etmiş X45, 04 oktyabr 2004-cü vəfat etmiş nənəsi X58 və 23 yanvar 2022-ci ildə vəfat etmiş qardaşı X18 miras qalmış əmlaklar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, **********0 nömrəli çıxarışla verilmiş 6,2044 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 2,756 ha və RX seriyalı, **********61 nömrəli çıxarışla verilmiş 0,5481 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 0,244 ha hissələri üzərində vərəsəlik hüquqları tanınmaqla və payları müəyyən edilməklə vərəsələr arasında bölüşdürülərək mirasdan paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-39/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev), iddianın təmin edilməsi, İddiaçı xx.xx.2002-ci ildə vəfat etmiş X23, xx.xx.2000-ci ildə vəfat etmiş X12, xx.xx.2022-ci ildə vəfat etmiş X24 və xx.xx.2004-cü ildə vəfat etmiş X37 vərəsəsi kimi tanınması, mərhumlar xx.xx.2002-ci ildə vəfat etmiş X19, xx.xx.2000-ci ildə vəfat etmiş X6, xx.xx.2022-ci ildə vəfat etmiş X18 və xx.xx.2004-cü ildə vəfat etmiş X29 miras qalmış RX seriyalı, **********60 nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 6,2044 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və RX seriyalı, **********61 nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 0,5481 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh1, üçüncü şəxslər Cavabdeh2, X27, X44 arasında bölünsün, İddiaçı 5/9 hissədə, Cavabdeh1 1/9 hissədə, üçüncü şəxslər Cavabdeh2 1/9 hissədə, X20 1/9 hissədə, X28 1/9 hissədə payları müəyyən edilməsi, paylarının naturada ayrılması qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı mərhumlar atası X23, anası X12, nənəsi X37 və qardaşı X24 vərəsələridir. İddiaçı valideynləri, nənəsi X58 və qardaşı X46 vəfat etdikdən sonra miras qalmış mülklə bağlı ona pay verilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin cavabdehlə bununla bağlı aralarında mübahisə olduğundan, iddiaçı miras qalmış mülkdən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

26. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh və üçüncü şəxslər vərəsəliyin qəbul edilməsi ilə bağlı Notariat Ofisinə müraciət etməmişlər. Eləcə də məhkəmə iclasında məlumatlandırılmalarına baxmayaraq iştirak etməmişlər. Bu da onların mərhumlar atası X19, anası X6, nənəsi X29 və qardaşı X18 miras qalmış əmlaklardan onlara düşən miras payını faktiki qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını göstərmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçının və cavabdehin mirasda payların müəyyən edilərək Cavabdeh1 1/9 hissə, iddiaçıya isə 5/9 hissə payın müəyyən edilməsi məqsədəmüvafiqdir.

27. Beləliklə, məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2002-ci ildə vəfat etmiş X23, xx.xx.2000-ci ildə vəfat etmiş X12, xx.xx.2022-ci ildə vəfat etmiş X24 və xx.xx.2004-cü ildə vəfat etmiş X37 vərəsəsi kimi tanınmalı, mərhumlar xx.xx.2002-ci ildə vəfat etmiş X19, xx.xx.2000-ci ildə vəfat etmiş X6, xx.xx.2022-ci ildə vəfat etmiş X18 və xx.xx.2004-cü ildə vəfat etmiş X29 miras qalmış RX seriyalı, **********60 nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 6,2044 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və RX seriyalı, **********61 nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 0,5481 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh1, üçüncü şəxslər Cavabdeh2, X27, X44 arasında bölünsün, İddiaçı 5/9 hissədə, Cavabdeh1 1/9 hissədə, üçüncü şəxslər Cavabdeh2 1/9 hissədə, X20 1/9 hissədə, X28 1/9 hissədə payları müəyyən edilməli, payları naturada ayrılmalıdır.

28. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1134.2, 1145, 1146, 1157, 1159, 1243.2, 1243.3, 1274 və 1291-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-39/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onların vərəsəlik hüquqları pozulmaqla, iddia ərizəsi təmin edilmişdir. Torpaq sahəsində olan hüquqlarımız iddia ərizəsində xronoloji olaraq kim tərəfindən keçdiyi barədə məlumat verilmişdir. Onlar hazırda həmin torpaqlar üzərində təsərrüfat aparırlar, iddiaçının isə həmin torpaqlada bu günə kimi heç bir təsərrüfat işləri aparmamış, qətnamənin qət hissəsi ilə iddiaçıya bu qədər pay düşməsi onların vərəsəlik hüquqlarının pozulması, Məhkəmə tərəfindən qəbul edilən qətnamənin, maddi hüquq normalarının və eləcədə prosessual hüquq normalarının hüquqlarımızın pozulması kimi qiymətləndirilir. 19 mart 2024-cü il tarixli, 3-16-16 /2-10/1259 saylı tikintitexniki ekspertizasının rəyi cavabdehlərin torpaqda ekspertiza keçirilməsində iştirakı təmin olunmadan rəy çıxarılmışdır, hansı ki, buda qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə isə buna hüquqi qiymət verməmişdir. belə olan halda bölgü zamanı onlar cavabdehlərə düşən pay torpaq sahələrinin iddiaçının xeyrinə çox hissəsinin bölünməsi qanunazidd olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh1 qardaşı, üçüncü şəxslər - Cavabdeh2, X27 və X44 isə bacılarıdır. Tərtər Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 08 №-li qərarına əsasən adambaşına 0.75 ha olmaqla onların 9 nəfərdən ibarət ailə üzvlərinə atası X73 ogluna, anası X11, nənəsi (atasınının anası) X49, qardaşı X30, digər qardaşı Cavabdeh1, bacıları Cavabdeh2, X27 və X28 iki konturda 6.2044 ha və 0.5481 ha ölçülərdə olmaqla cəmisi 6.7525 ha pay torpaq sahəsi verilmiş və bu hal “Torpağa mülkiyyət hüququna dair” JN:115,KOD 61100028 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Qeyd etmişdir ki, 6.2044 ha ölçüdə olan pay torpaq sahəsi 9 nəfərə adambaşına 0.689 ha olmaqla, 0.5481 ha ölçüdə olan pay torpaq sahəsi isə 9 nəfərə adambaşına 0.061 ha olmaqla verilmişdir. Bundan sonra 6.2044 ha və 0.5481 ha ölçülərdə olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq Çıxarışların verilməsi üçün aidiyyəti üzrə müraciət etmiş və ailə üzvlərinə «X57» kitabında xx.xx.2023-cü il tarixdə A seriyalı 927536 və 927537 nömrələrlə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”, reyestr nömrələri **********0 və **********61 olan çıxarışlar almışdır. Bundan sonra heç bir vərəsə miras qalmış əmlaklarla bağlı notariat Ofisinə müraciət etməmişdir. Lakin o, miras qalmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən RX seriyalı, **********0 №li Çıxarışla (qeydiyyat №-si **********) verilmiş 6.2044 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 2.756 ha və RX seriyalı, **********61№ıli Çıxarışla (qeydiyyat №-si **********) verilmiş 0.5481 ha ölçüdə olan pay torpaq sahəsinin miras qalmış 0.244 ha hissələrinə) üzərində vərəsəlik huquqları tanınmaqla və payları müəyyən edilməklə vərəsələr arasında bölüşdürülərək mirasdan paylarının naturada ayrılması üçün «Qanun üzrə vərəsəlik hüququ haqqlnda Şəhadətnamə» almaq məqsədi ilə lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu Şəhriyar Əliyev 05 may 2023-cü il tarixli, 287 №-li qərarı ilə ilə ona bu növ notariat hərəkətlərinin tərəflər arasında müqavilə imzalanmaq yolu ilə həyata keçirilməli olmasını əsas tutaraq “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilməsindən imtina etmiş və mirasın qəbul edilməsi barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli oldugunu bildirmişdir. O da bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. X58 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Belə ki, Ağca Hətəmovanın 2 oğlu olmuşdur. Biri onun atası və digəri isə Rəhim olmuşdur. Rəhim adlı əmisi hazırda Rusiya Federasiyasında yaşayır. Lakin, onun və uşaqları barəsində məlumatı yoxdur. Çünki, sənədlərin çoxusu Qərbi Azərbaycanda, hazırki ermənistan respublikasında qalmışdır. Eyni zamanda, X46 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun isə uşaqları səhv etmirsə olmalıdır. Lakin, onlar barədə də tam məlumatı yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. İş üzrə İddiaçı, üçüncü şəxslər Cavabdeh2, X27, X44, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

35. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

38. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

39. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

40. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

41. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

42. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

43. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

44. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

45. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

46. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

47. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

48. Maddə 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

49. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

50. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

51. Maddə 1174. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

52. Maddə 1191. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı.

53. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

64. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

65. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

66. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

67. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

68. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

69. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

70. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

71. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

72. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

73. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

75. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

77. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

78. Belə ki, işin halları ondan ibarətdir ki, X45 və X16 xx.xx.1972-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Hətəmova soyadı verilmişdir. Onların birgə nikahlarından İddiaçı, Cavabdeh1, X38, Cavabdeh2, X27, X44, X31 və X39 adlı uşaqları doğulmuşdur. Daha sonra onların valideynləri, yəni ataları X45 xx.xx.2002-ci il tarixdə və anaları X21 isə xx.xx.2000-ci il tarixdə ölmüşdür. Buna görə də onlar mərhum valideynlərinin birinci dərəcəli vərəsələri olmuşlar. Bundan sonra isə iddiaçının qardaşı X46 23 yanvar 2022-ci il tarixdə və nənəsi X58 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Onlar 2 qardaş və 5 bacı olmuşlar. İddiaçının valideynləri, qardaşı və nənəsi öldüyündən miras açılmışdır. İddiaçı miras qalmış əmlaklarla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etmiş öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədləri almışdır. Həmin sənəddə 9 nəfər-Cavabdeh1 oglu, X59, X45, X22, Cavabdeh2, X27, İddiaçı, X46 və X44 paylı mülkiyyətçi kimi qeyd edilmişdir. Mərhum valideynləri, qardaşı və nənəsi öldükdən sonra iddiaçı vərəsəlik şəhadətnaməsi alınması üçün notariat ofisinə müraciət etmişdir. Lakin, notariat ofisi digər vərəsələr olmadığından şəhadətnamə verməkdən imtina etmişdir. Digər vərəsələr bununla bağlı notariat ofisinə müraciət etməmişlər.

79. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edibetməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir.

80. Bundan əlavə isə birinci instansiya məhkəməsi tərəfindən ölən şəxslərə münasibətdə vərəsələrinin dairəsini düzgün müəyyən etməyərək, miras əmlaka dair payları düzgün bölməmişdir.

81. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul edib-etməməsinə görə onun vərəsəlik hüququnun tanınması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

82. Eyni zamanda, birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad etməmiş, araşdırmanı vərəsələr tərəfindən mirasın faktiki olaraq qəbul edilib-edilməməsi üzrə araşdırma aparmayaraq mahiyyəti üzrə qətnamə qəbul etmişdir.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

84. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

85. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

86. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

87. Baxılan işin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 6.2044 və 0.5481 ha torpaq sahələri üzrə Cavabdeh1 oglu, X59, X45, X22, Cavabdeh2, X27, İddiaçı, X46 və X25 paylı mülkiyyətindədir.

88. Belə ki, həmin paylı mülkiyyətçilər hazırda bir ailə üzvləri olmaqla, onlardan X21 xx.xx.2000-ci il tarixdə, X45 xx.xx.2002-ci il tarixdə, X58 xx.xx.2004-cü il tarixdə və X46 xx.xx.2022-ci il tarixdə ölmüşlər.

89. Mülki iş materialları ilə müəyyən edilir ki, mərhum X22 xx.xx.2000-ci il tarixdə ölmüş, öldükdən sonra onun birinci növbəli vərəsələri, əri – X45, uşaqlar – İddiaçı, Cavabdeh1, X38, Cavabdeh2, X27, X44, X31 və X39 olmuşdur. Mərhum öldükdən sonra Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 6.2044 və 0.5481 ha torpaq sahələri üzrə ayrı-ayrılıqda 1/9 hissədə miras əmlak qalmışdır. Lakin, vərəsələr mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişlər. Tərtər Notariat Ofisinin xx.xx.2023-cü il tarixli imtina qərarı ilə, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

90. Göründüyü kimi, vərəsələr mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmiş, bununla da vərəsələr mübahisəli miras əmlakını qəbul etmişlər.

91. Bu səbəbdən kollegiya hesab edir ki, X1 qalmış miras əmlakı vərəsələr arasında bərabər şəkildə bölünməlidir.

92. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.

93. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X2rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; X3rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

94. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, miras qoyan şəxslərə münasibətdə ardıcıl olaraq vərəsələr müəyyən edilməli və onlara münasibətdə miras əmlakdan qanuna müvafiq olaraq payları müəyyən edilməlidir.

95. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası aşağıda göstərilən miras qoyanlara münasibətdə ardıcıllaqla göstərməyi zəruri hesab edir: - X21 xx.xx.2000-ci il; - X45 xx.xx.2002-ci il; - X58 xx.xx.2004-cü il; - X46 xx.xx.2022-ci il.

96. Belə ki, İddiaçı yuxarıda adları qeyd olunan miras qoyanlardan qalan miras əmlaka payının müəyyən edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, bunun üçün ilk öncə bütün vərəsələrin payları müəyyən edilməlidir. Beləliklə, X6 qalan mirasın bölünməsi ilə bağlı kollegiya qeyd edir ki, mərhum X22 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 6.2044 və 0.5481 ha torpaq sahələri ümumi birgə mülkiyyətçilərin hər-birinin ayrı-ayrılıqda 1/9 hissədə payları olmuşdur. X22 vəfat edəndən sonra vərəsələri: həm payçılar əri – X45, uşaqları – İddiaçı, Cavabdeh1, X38, Cavabdeh2, X27, X44, həm də payçı olmayan şəxslər X31 və X39 müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, Leylan Hətəmovadan sonra Rəşid Hətəmov da vəfat etmişdir. Odur ki, həm Leylan Hətəmova həm də ondan sonra vəfat edən Rəşid Hətəmovdan miras qalan əmlaklar vərəsələr arasında bölünərək paylar müəyyən edilməlidir. Leylan Atamova öləndən sonra ondan qalan 1/9 hissə 9 vərəsə (əri Rəşid Hətəmov, uşaqları İddiaçı, Cavabdeh1, Cavabdeh2, Fəridə Hətəmova, Ruslan Hətəmov, Ağca Hətəmova, Zəminə Hətəmova və Səbnə Hətəmova) arasında bölünərkən hər birinin 1/81 payı təşkil etmişdir. Eyni zamanda vəfat edən Rəşid Hətəmovun (1/9+1/81=10/81:9=10/729) payı da 9 vərəsələri anası Ağca Hətəmova, uşaqları Nazdı, Nurlan, Xalidə, Fəridə, Ruslan, Ağca, Zəminə və Səbinə arasında bölünməlidir. Yəni miras qalan əmlaklardan ümumi birgə mülkiyyətçilərin payları toplayarkən (övladlar Nazdı, Nurlan, Xalidə, Fəridə, Ruslan və Ağcanın payı 1/9 öz payları + 1/81 analarından qalan pay + 10/729 atadan qalan pay, nənə Ağca Hətəmovanın payı öz payı 1/9+10/729 oğlu Rəşiddən qalan payı, payçı olmayan vərəsələr miras qoyanların qızları Səbinə və Zəminənin payları anadan 1/81+atadan 10/729) aşağıdakı qaydada müəyyən edilir: 1.İddiaçı-100/729; 2.Cavabdeh1-100/729; 3.Cavabdeh2-100/729; 4.Fəridə Hətəmova-100/729 5.Ruslan Hətəmov-100/729 6.Ağca Hətəmova-100/729 (miras qoyanların qızları) 7.Zəminə Hətəmova-19/729 8.Səbinə Hətəmova-19/729 9.Ağca Hətəmova-91/729 (nənə)

97. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan X58 xx.xx.2004-cü il tarixdə ölmüşdür.Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, miras qoyanın birinci növbəli vərəsələri olan Rəşid, Rəhim, Laçın və Zülfüqar adlı uşaqları, eyni zamanda sonuncuların da uşaqları, yəni birinci növbəli vərəsələri vardır.

98. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X37 vərəsələrinin müəyyən edilməsi üçün iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir.

99. Məhkəmə kollegiyası tərəfindən X37 vərəsələrinin müəyyən edilməsi üçün tərəflərə həmçinin Tərtər rayon Qeydiyyat İdarəsinə sorğu verilməklə müvafiq sənədlər (doğum və ölüm şəhadətnamələrin surəti), sübutların təqdim olunması təklif edilsə də, hazırda digər vərəsələrə aid sənədlərinin əksəriyyətinin hazırki halda ermənistan respublikasında qaldığından və başqa sübutların olmadığını bildirmişlər. Həm də, onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından (Rəşid Hətəmovdan başqa), onların adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməməsini məqsədəmüvafiq hesab edir. Ona görə də X9 aid miras payı açıq saxlanılmalıdır. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır.

100. Həmçinin, miras qoyan X46 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Belə ki, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 6.2044 və 0.5481 ha torpaq sahələri üzrə ayrıayrılıqda X24 100/729 hissədə payı vardır. İşdə olan xx.xx.2018-ci il tarixli, 270679 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X46 və X47 xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Odur ki, birinci növbəli vərəsə olduğu təqdirdə İddiaçı qardaşından qalan paya iddia etməsi yolverilməzdir. İkinci növbəli vərəsəyə vərəsəlik hüququnun tanınması üçün ilk öncə birinci növbəli vərəsələr tərəfindən qohumluq əlaqələrinin kəsilməsi barədə işdə sübutlar mövcüd olmalıdır.

101. Eyni zamanda tərəflər sonununcunun uşaqlarının olmasını bildirsələr də, bu barədə onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də kollegiya miras qoyan X30 münasibətdə də adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməməsini məqsədəmüvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır.

102. Məhkəmə kollegiyası iddianın torpaq sahələrinin ayrılayaraq naturada bölünməsi hissəsi ilə bağlı qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Baxılan işdə isə torpaq sahələrinin ayrılayaraq naturada bölünməsi ilkin vəziyyətdə təmin edilə bilməz. Çünki, tərəflərin torpağa olan payları məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən, qətnamə qanuni qüvvəyə mindikdən sonra bu məsələyə baxıla bilər.

103. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmamışdır.

104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

105. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

106. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

107. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

108. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

109. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

110. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

112. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

113. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir.

114. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə ödənilmiş dövlət rüsumu və iddiaçının özünə aid edilməlidir.

115. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat, tərəflərdən İddiaçı və Cavabdeh1 hər birindən 50(əlli) manat tutulmalıdır.

116. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-39/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. X1 miras qalmış, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********61 reyestr nömrəli çıxarışa əsasən 0.5481 ha torpaq sahəsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********60 reyestr nömrəli çıxarışa əsasən 6.2044 ha torpaq sahəsinin 1/9 hissəsinin əri – X45, uşaqları – İddiaçı, Cavabdeh1, X38, Cavabdeh2, X27, X44, X31 və X39 tərəfindən qəbul edilmiş hesab edilsin. X4 miras qalmış, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********61 reyestr nömrəli çıxarışa əsasən 0.5481 ha torpaq sahəsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********60 reyestr nömrəli çıxarışa əsasən 6.2044 ha torpaq sahəsinin 10/81 hissəsinin anası – X58, uşaqları – İddiaçı, Cavabdeh1, X38, Cavabdeh2, X27, X44, X31 və X39 tərəfindən qəbul edilmiş hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********61 reyestr nömrəli çıxarışa əsasən, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0.5481 ha torpaq sahəsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********60 reyestr nömrəli çıxarışa əsasən 6.2044 ha torpaq sahəsinə dair X1 və X19 miras qalmış hissəyə vərəsələrin aşağıdakı qaydada payları müəyyən edilsin: 1.İddiaçı-100/729; 2.Cavabdeh1-100/729; 3.Cavabdeh2-100/729; 4.X27-100/729 5.X38-100/729 6.X44-100/729 7.X31-19/729 8.X32-19/729 9.X58-91/729 (X19 qalmış əmlaka vərəsədir). X9 aid 91/729 hissədə payı açıq saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1553 nömrəli ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat, tərəflərdən İddiaçı və Cavabdeh1 hər birindən 50(əlli) manat tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar