Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1971/2024 11.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadə hüququna xitam verilməklə evdən çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-680/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1459/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilmiş və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qət edilmişdir. Həmin qərardaddan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2900/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1459/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin cavabdehə qaytarılması üçün mülki işin həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1459/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(104)-1459/2024 nömrəli qərardadından Cavabdeh adından vəkil X1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması və kassasiya şikayəti verən şəxsin qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 10 (on) iş günü ərzində qərardadın əsaslandırıcı hissəsində göstərilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilmək hüququnun izah edilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-680/2022 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-680/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh qətnamədən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllədə müəyyən olunmuş müddətdə və qaydada tərtib edilmiş apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermək hüququnun olması izah olunmaqla, qeyd edilən çatışmazlığın aradan qaldırılması üçün 10 gün müddət verilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən Cavabdeh yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə iş materilları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh təqdim edilmiş və o, bu barədə apellyasiya şikayətində qeyd etmişdir. Hazırkı apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi isə, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni mazkirə etmədən, apellyasiya şikayətini Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun hesab edərək, mülki işi apellyasiya məhkəməsinə göndərmişdir. Məhkəmə nəzərə almamışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarında göstərdiyi məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsinin məqsədəmüvafiqliyi, yenidən ümumi qaydada müraciət etməni, yəni apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməsini də ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 680/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 269, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-680/2022 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1971/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1971/2024
11.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver