Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-198/2025 06.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abdullayeva Maral Rafiq qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh2 (eləcədə cavabdeh Abdullayeva Maral Rafiq qızının etibarnamə üzrə nümayəndəsi), cavabdeh Abdullayeva (Əsədova) Maral Rafiq qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abdullayeva Maral Rafiq qızına qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-1333/2023 nömrəli qətnaməsindən cavabdeh Abdullayeva Maral Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(114)- 2276/2021 nömrəli qərarından görünür ki, Cavabdeh1, Abdullayevə Maral Rafiq qızı və Cavabdeh2, iddiaçı İsmayılova Sevda Şakir qızının xüsusi nülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Gəncə şəhər Baş Polis idarəsinin üzərinə qoyulmuşdur.
2. Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(104)- 451/2022 nömrəli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021- ci il tarixli 2-1(114)-2276/2021 nömrəli qərarı ləğv edilərək, iddiaçı İsmayılova Sevda Şakir qızının cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızı və Abdullayevə Dürdanə Dəmir qızı) qarşı ünvan 3 ünvandan pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.
3. 16 sentyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı İsmayılova Sevda Şakir qızı ünvan 4 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 28 sentyabr 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə 28 sentyabr 2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 240 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Abdullayevə Dürdanə Dəmir qızı, Abdullayeva Maral Rafiq qızı və Cavabdeh1 yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadırlar.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 4 olan istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul olıunmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilini əldə etmişdir. Qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evin köhnə mülkiyətçilərinin qohumlarıdır və onunla heç bir münasibətləri yoxdur. Mənzili alarkən həmin əmlakda heç kəs yaşamamışdır. Müqavilə bağlanarkən qeydiyyatda olan şəxslər barəsində arayışda cavabdehlərin adları qeyd olunmamışdır. Hazırkı iddia tələbi ilə müraciət etməmişdən əvvəl Gəncə İnzibati Məhkəməsində cavabdeh Gəncə şəhər Baş Polis idarəsininı üzərinə 3-cü şəxslər Abdullayeva Durdanə Dəmir qızı, Cavabdeh3 və Cavabdeh1 onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mülkdən pasport qeydiyyatından çıxarılmalarının öhdəlik olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etsə də, iddiası rədd olunmuşdur. Həmin işə baxılarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyul 2007-ci il tarixli, 1mk-1077/07 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin mübahisələndirilən mənzildən istifadə hüquqlarının olması müəyyən edilmişdir. Ona görə də iddiaçı mübahisəli əmlaka mülkiyyət hüququ əldə etsə də, həmin əmlakı üçüncü şəxslərin məhdud əşya hüququ, istifadə hüququ ilə yüklü əldə etmişdir. Cavabdehlər mənzildən istifadə hüququ əldə etmiş olsalar belə, bunun ona hər-hansı bir aidiyyəti yoxdur. Belə ki, mənzili alarkən cavabdehlər nə həmin mənzildə qeydiyatda olmuşlar, nə də ki faktiki olaraq orda yaşamışlar. Sonradan Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(104)-451/2022 nömrəli qərarına əsasən icraya dönüş edildikdən sonra həmin mənzilə qeydiyyata düşmüşlər. O, vicdanlı alıcı kimi mənzil almışdır. Cavabdehlərin hər-hansı bir tələbi olsa da, onlar bunu mənzilin köhnə mülkiyətçisindən tələb edə bilər. Cavabdehlər bu gündə həmin mənzildə yaşamırlar və mənzilin bir otağını zəbt edib başqa şəxslərə kirayə veriblər.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək, Cavabdeh3 qarşı tələblərindən imtina etdiyini; Abdullayeva (Əsədova) Maral Rafiq qızının cavabdeh kimi işdə iştiraka cəlb edilməsini; Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Abdullayeva (Əsədova) Maral Rafiq qızının ünvan 4 olan istifadə hüquqlarının itirilmiş hesab olunması və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-1333/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Abdullayevə (Əsədova) Maral Rafiq qızının və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları qət olunmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.5, 158.3 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 81, 217.3, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Abdullayeva Maral Rafiq qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(114)-451/2022 nömrəli qərarı əsasında pasport qeydiyyatı bərpa edilmişdir. Mübahisəli mənzilə pasport qeydiyyatının bərpa edilməsi istifadə hüququnun olmasıdır. İddiaçı mübahisəli əmlakı alan zaman mənzilə baxış keçirməmişdir. Həmin mənzil 2 otaqdan ibarət olsa da, 30 ildən çox müddətdir ki mənzil faktiki olaraq 2 hissəyə bölünüb və otağın biri iddiaçının istifadəsində olmaqla rəsmi ünvana açılan qapıdan istifadə edir. Mənzilin otaqlar kərpic hörgü ilə ayrılmış şdır. Bir otaqdan digər otağa keçid üçün qapı yoxdur. Nəcəf Hüseynov onlar arasında mənzil mübahisəsi olmasından xəbərdar olmuş və onun əvvəlki mülkiyyətçi ilə qohumluq münasibətləri vardır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 (eləcədə cavabdeh Abdullayeva Maral Rafiq qızının etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətinin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mabahisəli ev iki otaqdan ibarətdir və hər birinin ayrıca giriş-çıxışı var. Otağın birinin açarı ondadır və uşaqları ilə birlikdə həmin otaqda yaşayır. Qızı Lalə bəzən işi ilə bağlı Türkiyə Respublikasına gedib-gəlir, gələndə isə onunla birlikdə həmin evdə qalır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abdullayeva Maral Rafiq qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 da Cavabdeh2 (eləcədə cavabdeh Abdullayeva Maral Rafiq qızının etibarnamə üzrə nümayəndəsidir) eyni məzmunlu izahat verdikdən sonra cavabdeh Abdullayeva Maral Rafiq qızına münasibətdə qətnamənin ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, alqı-satqı əqdi bağlanılarkən ev boş alınıb, cavabdehlər isə sonradan həmin mənzilə köçmüşlər. Cavabdeh Maral Abdullayeva Türkiyə Respublikasında otraq izni alıb və həmin ölkədə yaşayır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və cavabdehlər Cavabdeh1, Abdullayeva Maral Rafiq qızı məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
25. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Cavabdeh Abdullayeva Maral Rafiq qızı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsədə, lakin şikayətin məzmunundan görünür ki, sonuncu qətnamənin özünə aid hissədə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər
38. İşin müəyyən olunmuş faktik hallarından görünür ki, İsmayılova Sevda Şakir qızı mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi ev 10 ünvanda yerləşən 15 nömrəli mənzili İddiaçı satmış və bu barədə sonuncuya Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 28 sentyabr 2022-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Abdullayeva (Əsədova) Maral Rafiq qızının qeyd olunan mənzilə istifadə hüququ olmaqla həmin mənzildə qeydiyata alınmışlar. İddiaçı mənzili mülkiyyətinə keçirdikdən sonra sonuncuların mənzildən istifadə hüquqlarının itirilməsinə dair hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
39. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən yalnız cavabdeh Abdullayeva Maral Rafiq qızı aspellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
40. Belə ki, mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi, yəni İsmayılova Sevda Şakir qızı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavcabdehlər Cavabdeh1, Abdullayeva (Əsədova) Maral Rafiq qızı və Cavabdeh2 ona məxsus ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci tarixli, 2- 1(114)-2276/2021 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2-1(104)-451/2022 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci tarixli, 2-1(114)- 2276/2021 nömrəli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyul 2007-ci il tarixli, 1mk-1077/07 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2005-ci il tarixli qətaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Abdullayev Rafiq Şakir oğlunun Cavabdeh2 qarşı uşaqları ilə birgə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 iyun 2005-ci il tarixli qətaməsinın icrasının geriyə dönüşü edilməsi, Cavabdeh2, Cavabdeh1 və Abdullayeva Maral Rafiq qızının Gəncə şəhəri, D.Qorqud küçəsi, 10 saylı evin, 15 saylı mənzilinə pasport qeydiyyatlarının bərpa edilməsi qət olunmuşdur.
41. Gəncə İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 8-1(114)-02/2023 nömrəli qərardadı ilə də Gəncə İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci tarixli, 2- 1(114)-2276/2021 nömrəli qərarının icrası nəticəsində ünvan 7 ünvanından pasport qeydiyyatından çıxarılmış Cavabdeh1, Abdullayeva Maral Rafiq qızı və Cavabdeh2 yenidən ünvan 7 ünvanında qeydiyyata alınmışlar.
42. Mübahisəli əmlakın hazırkı yeni mülkiyyətçisidə cavabdehlərin pasport qeydiyyatından çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2-1(114)-673/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 oğlunun ünvan 4 ünvanından pasport qedydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməmiş, bu səbəbdən də cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair məhkəməyə müraciət olunmuşdur.
43. İşə baxan birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə, eləcədə digər cavabdehlərə münasibətdə iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin mənzili alqı-satqı əqdi ilə əldə edərkən həmin mənzil cavabdehlərin istifadə hüquqları ilə yüklü olmamışdır. Belə halda iddiaçı ilə heç bir qohumluq münasibəti olmayan cavabdehlərin həmin mənzilə sonradan bərpa edilən istifadə hüquqlarının itirilmiş hesab edilməməsi iddiaçının Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarının pozulması alnamına gələr. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işin yuxarıda qeyd olunan bu halı cavabdeh Maral Abdullayevaya münasibətdə (qətnamə mübahisələndirilən hissədə) istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz.
44. Belə ki, işdə olan və qanuni qüvvəsini almış məhkəmə qərarlarından müəyyən etmək olur ki, Abdullayeva Maral Rafiq qızının Gəncə şəhəri, D.Qorqud küçəsi 10 nömrəli evin 15 saylı mənzilinə istifadə hüququ yaranmışdır. İşin qeyd olunan bu halı iddiaçının özünün verdiyi iddia ərizəsində də qeyd olunmuşdur. Sonuncunun mübahisəli mənzildən istifadə hüququ iki dəfə məhkəmə qətnaməsi ilə itirilmiş hesab olunsada, lakin hər iki halda yuxarı məhkəmə tərəfindən həmin qərarlar ləğv edilmiş və cavabdeh təkrar mübahisəli mənzilə qeydiyyata alınmışlar.
45. Həmçinin müəyyən olunur ki, mübahisəli mənzil iki otaqdan ibarətdir və otaqların hər birinin ayrı-ayrılıqda giriş-çıxışı var. Bir otaq İddiaçı, digər otaq isə cavabdehlərin faktiki istifadəsindədir. İddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamamasını qeyd etsədə, lakin onun bu dəlili sübut olunmur. Belə ki, mənzilin bir otağının açarı Cavabdeh2 olmaqla cavabdehlər həmin otaqdan istifadə edirlər. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan da müəyyən olunur ki, cavabdeh Maral Abdullayeva müəyyən vaxtlarda, yəni müvəqqəti Türkiyə Respublikasına gedib-gəlir. Türkiyyə Respublikasından gələn zaman da anası Cavabdeh2 ilə birlikdə mübahisəli mənzildə qalır.
46. Cavabdeh Abdullayeva Maral Rafiq qızının Gəncə şəhəri, D.Qorqud küçəsi 10 nömrəli evin 15 saylı mənzilinə istifadə hüququ yaranmışdır və həmin hüququn itirilməsi üçün hazırda heç bir hüquqi əsas yoxdur. Həmin hüquqa bazar qiymətinə uyğun müvafiq kompensasiya verilməklə xitam verilə bilər.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 373, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Abdullayeva (Əsədova) Maral Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(125)-1333/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdeh Abdullayevə (Əsədova) Maral Rafiq qızının İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Dədə Qorqud küçəsi 10 nömrəli evin 15-ci mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması” hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.