Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1981/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-387/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı Tərtər rayonu, İrəvanlı kəndində yerləşən mərhum atasından miras qalmış ümumi sahəsi 110 kv.metr, 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onların istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yaşadıqları Tərtər rayonunun İrəvanlı kəndində yerləşən və 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsünlər, yaşayış sahəsindən istifadə qaydaları ümumi əsaslarla müəyyən edillməsi (evin bir otağı onların istifadəsinə verilsin, yardımçı sahələrdən, habelə mənzil-məişət kommunal xidmətlərdən birgə istifadə olunsun) qət edilmişdir. Cavabdeh1 31 iyul 2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı yaşayış sahəsinə köçürülməklə, həmin evdən istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)- 387/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət Cavabdeh1 münasibətdə bərpa edilməmiş və apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək Tərtər Rayon Məhkəməsinin 2(061)- 387/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsini və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qərardadı ilə Cavabdeh1 Tərtər Rayon Məhkəməsinin 2(061)-387/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayətinin əsassız olduğundan təmin edilməməsi, mülki işin şikayətlə birlikdə 7 gün müddətində baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-387/2024 saylı qərardadı və həmin qərardadla bağlı 27 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarına əlavə edilmiş 17 aprel 2024-cü il tarixli reyestrdən görünür ki,Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qətnaməsi poçt vasitəsi ilə tərəflərə, o cümlədən Cavabdeh1 göndərilmişdir. İş materiallarına əlavə edilmiş 10 may 2024-cü il tarixli xəbərnamədən görünür ki, Cavabdeh1 Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qətnaməsini poçt vasitəsi ilə almışdır. İş materiallarına əlavə edilmiş 15 aprel 2024-cü il tarixli 2(061)-387/2024 saylı qətnamə 30 may 2024-cü il tarixdə icra edilməsi üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, 04 iyun 2024-cü il tarixdə Tərtər rayon İcra və Probasiya Şöbəsi icraata başlama haqqında qərar qəbul etmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 31 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-387/2024 saylı, 15 aprel 2024-cü il tarixli qətnaməsini poçt vasitəsi ilə 03 iyul 2024-cü il tarixdə aldİğını, ASAN imzası da olmadığından şəxsi kabineti olduğundan və qətnamənin oraya köçürülməsindən məlumatı olmamış, ASAN imzanı xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Bu səbəbdən də buraxılmış prosessual müddətin ötürülməsinin üzürlü sayılmasını və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsi araşdırılmış, ona münasibətdə Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)- 387/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsinə şikayət verilməsi ilə bağlı hüquqları izah edilmişdir. Bununla da Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 vəsatətində 2 aya yaxın müddət ərzində apellyasiya şikayətinin verilməsinin mümkünsüzlüyü barədə sübütlarını məhkəməyə təqdim etməmişdir. Tərtər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(061)- 387/2024 saylı qətnaməsindən şikayət vermə müddəti üzrsüz səbəbdən ötürüldüyündən cavabdehin xahişi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən göründüyü kimi Cavabdeh1 birinci instansiya məhkməsinin sonuncu iclasında iştirak etmiş, qətnamədən məlumatlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən qətnamə onun yaşadığı ünvana göndərilərək 10 may 2024-cü il tarixdə qəbul edilmiş olsa da, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermə müddətini buraxmış, məhkəməyə müddətin üzrlü səbəbdən buraxdığını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(061)-387/2024 nömrəli və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-387/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.
Məhkəmə qərarları › İş №2(104)-1981/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1981/2024
23.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver