Məhkəmə qərarları › İş №2(104)-1984/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1984/2024

26.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1984/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-656/2021 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə qanun üzrə varis olaraq vərəsəllik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-656/2021 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. X3 həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-656/2021 nömrəli qərardadı ilə (hakim C.Tağıyev) apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. X3 həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-656/2021 saylı qərardadının ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, mübahisə olunan ünvan 2 ünvanında uşaqlıqdan böyüyüb boya-başa çatmış və hal-hazıradək ailəsi ilə birgə qeydiyyatda olmaqla həmin evdə yaşayır. Sözügedən qətnamə çıxarılanda, həmin evdə yaşadığı halda onun məlumatı olmadan, onun evinə başqası vərəsə təyin olunmuşdur. Hesab edir ki, məhkəmə onun apellyasiya şikayətinə əlavə etdiyi sənədləri araşdırmadan qətnamənin onun hüquqlarına və maraqlarına toxunmadığını əsas gətirərək apellyasiya şikayətini qanunsuz olaraq geri qaytarmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-656/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-656/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, X1 iş üzrə işdə iştirak edən şəxs olmamış və həmin qətnamə qəbul olunarkən onun hər hansı bir hüququna toxunmamışdır. Ərizəçi qeyd olunan qətnamənin onun marağına toxunmasını göstərsə də, bunun nədə ifadə olunmasını əsaslandırmamışdır. Ona görə də, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1. maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. İş materiallarından görünür ki, miras predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 miras qalmışdır. X1 hazırkı işlə bağlı apellyasiya şikayəti versə də, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunmasını əsaslandırmamış, mərhumun vərəsəsi olamsını təsdiq edən heç bir sənədi əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-656/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(043)-656/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar