Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1985/2025 31.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 4412/2025 nömrəli, 02 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 31 nömrəli əmrin ləğv edilməsinə, İddiaçı işə bərpa olunmasına və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4412/2025 nömrəli, 02 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin xx.xx.2025-cü il tarixli, 31 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)- 4412/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci tərəfindən verilmiş şikayətə qanunverciliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, eləcə də cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4-cümaddəsinə görə apellyasiya və kassasiya şikayətlərindən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci apellyasiya şikayətində büdcə təşkilatı olmasına istinad edərək dövlət rüsumunu ödəməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Göründüyü kimi, qanunvericiliklə publik hüquqi şəxslər dövlət rüsumundan azad olunması nəzərdə tutulan şəxslərin sırasına daxil edilməmişlər. Birinci instansiya məhkəmsi isə apellyasiya şikayətinin 361.3-cü maddəsinin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-4412/2025 nömrəli, 02 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1985/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1985/2025
31.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver