Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-199/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qazax rayon notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və üçüncü şəxs X27 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi və mirasın faktiki qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(023)-711/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 ilə X8 xx.xx.1954-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar;
2. Doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur, atası X10, anası X2r;
3. Doğum haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur, atası X10, anası X2r;
4. Doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur, atası X10, anası X2r;
5. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx xxxx 1968-ci il tarixdə anadan olmuşdur, atası X10, anası X2r;
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0687 ha torpaq sahəsi və üzərində yerləşən 181.30 kv.m olan fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur;
7. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 21 aprel 1990-ci il tarixdə Qazax şəhərində vəfat etmişdir;
8. 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum X6 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan X4, X31, X16 və Cavabdeh1 onun əmlaklarından bərabər hissələrdə irs almalıdırlar;
9. Qazax rayon notariat ofisi tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 1990-cı il tarixdə vəfat etmiş X23 ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 həmin miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanındakı 0.0687 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 181.3 kv.m olan fərdi yaşayış evindən ibarətdir;
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 181.30 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə verilmişdir.
11. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur, atası X31, anası X17r;
12. Ölüm haqqında şəhadətnamədən görünür ki, X31 05 iyun 1995-ci il tarixdə Qazax şəhərində vəfat etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qazax rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisindən verilmiş 21 aprel 1990-cı il tarixdə vəfat etmiş babası X6 mirasından payların müəyyən edilməsi barədə 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh1 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Qazax rayon notariat ofisindən verilmiş 19 aprel 1994-cü il tarixdə vəfat etmiş atası X24 mirasdan payların müəyyən edilməsi barədə 28 noyabr 2012-ci il tarixli, 2V-5-2361 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi babası X21 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən atasına münasibətdə miras payının verilməsi, eləcə də X22 miras qalmış Qazax şəhəri Mərkəzi bazarda yerləşən mağazaya vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat və **********80-10301 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən ünvan 3 ünvanında yerləşən mərhum babası X21 miras qalmış və cavabdeh əmisi bütün vərəsələrin bu evdə miras payı olduğu halda 14 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə miras əmlakı bütövlükdə öz adına keçirtmişdir. Hansı ki, 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında atası X31 da babasının hüquqi varisi olaraq müəyyən edilməklə ondan miras pay almışdır. Buna baxmayaraq, son vərəsəlik işində yalnız cavabdeh əmisi mirasdan pay alımışdır. Atasının isə 3 varisi vardır ki, hamısı babasından miras qalmış evdə yaşayaraq mirası qəbul etmişlər. Bundan başqa onun xəbəri olmadan qanunsuz olaraq qardaşı da atasının bankda olan puluna 2012-ci ildə vərəsəlik işi açdırmışdır. Bununla da digər vərəsələrin hüquqları pozulmuşdur. Onların babalarının mirasından atalarına düşən pay hissəsində payları müəyyən edilməliydi. Atasının vəfatından sonra bu əmlakı payçılar olaraq babası və atası idarə etmişdir. Atasının vəfatından sonra onlar bu əmlakı idarə etmişlər. Babalarının vəfatından sonra da bu əmlaka onlar sahiblənərək idarə etmişlər.
15. Qazax Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(023)-711/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddianın qismən təmin edilməsi, Qazax rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş 04 sentyabr 2021-ci il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışının ləğv edilməsi, X6 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində Cavabdeh1 və ½ hissəsində isə İddiaçı paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, habelə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 532 və 552-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, miras qoyan X11 atası, X31 qardaşı, İddiaçı isə qardaşının oğludur. Atası X10 31 may 1954-cü il tarixdə 31 saylı nikah akt qeydi ilə anası Xanbabayeva (Bağırova ) Rüxsarə İbrahimxəlil qızı ilə ailə qurmuşlar. Onların birgə nikahından dörd uşaq dünyaya gəlmişdir: X19, X31, X20 və Cavabdeh1. X42 sağlığında ünvan 4 ünvanındakı 0,0687 ha torpaq sahəsini alıb orada 181,3 kv.m fərdi yaşayış evi inşa etmişdir. X13 xx.xx.1990-cı il tarixdə ölmüşdur. Atası öləndən sonra 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X21 qalmış miras əmlakı X5, X31, X20 və Cavabdeh1 birgə qəbul edib təsərrüfatı idarə etmişlər. 1995-ci ildə qardaşı Tağı Xanbabayev həbsxanada (1993-cü ildə Gürcüstan Respublikasında həbs edilmişdir) ölmüşdür. Onun üç uşaqları yetim qalmışdır və həmin uşaqlar onun bacısı Dürdanə Xanbabayevanın qəyyumluğuna verilmişdir. Ancaq, bacısının onları saxlamaq imkanı olmadığından həmin uşaqları özü böyüdüb boya-başa çatdırmışdır. Anası 1999-cu ildə ölmüşdür. Ondan miras qalmış əmlakı o və bacıları birlikdə qəbul etmişlər. Miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsi alan zaman bacıları notarial qaydada ərizə verərək öz miras paylarından onun xeyrinə imtina etmişlər. Məhkəmə qətnamənin ikinci səhifəsinin 2-ci abzasında qeyd etmişdir ki, “o cavabdeh olaraq iddanı qəbul etmiş və sözü gedən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsinə etiraz etməmiş, X21 qalmış miras əmlaka iddiaçı ilə birlikdə sahiblik etmiş və iddanın təmin edilməsinə etiraz etmir” Bildirir ki, həmin ifadə onun fikri deyildir. O, iddaçının “qardaşı oğlu olduğunu bildirmiş, onu və digər qardaşı və bacısı uşaqlarının baba evinə gəlib getmələrinə etirazının olmadığını bildirmişdir. O, şəhadətnamənin ləğv edilməsini və iddaçıya evdən pay verilməsi barədə heç bir razılıq bildirməmişdir”. Əgər iddaçıya pay verilməlidirsə, qanunauyğun həcmdə pay verilməli idi, evin ½ hissəsi yox. Atası öləndən sonra miras əmlakı anası, o, qardaşı və iki bacısı qəbul etmişlər. X38 ölümündən sonra miras əmlakı anası, bacıları və o qəbul edib təsərrüfat idarə etmişlər. Tağı Xanbabayev ölən zaman iddaçının 10 yaşı olmuşdur. Öz atasının və qardaşı Tağının vəfatından sonra demək olar ki, miras qalmış fərdi yaşayış evinin yan divarlarından başqa tamamilə söküb yenidən inşa etdirmişdir. Evin damını və döşəməsini dəyişdirib ikinci mərtəbədə mətbəx inşa edib, hamam və sanitar qovşağı inşa etmişdir. Evin həyətinə 200 kv.m metlak (daş) düzdürmüşdür. İddiaçının və digər iki qardaşının nişan və toy mərəsimlərini keçirib onları evləndirmişdir. Məhkəmə miras qoyanın vərəsələrin dairəsini müəyyən etməmiş, habelə onların işə cəlb edilmələrini təmin etməmişdir. Eyni zamanda, məhkəmə 18 mart 1991-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədə miras qoyan Fərrux Xababayevin vərəsələrinin X5, XanbabayevTağı Fərrux oğlu, X20 və Cavabdeh1 olduğunu qeyd edilən fərdi yaşayış evinə pay sahibi olduqlarını nəzərə almadan miras əmlakda payları müəyyən etmişdir. Həmçinin, hüquqların Dövlət qeydiyyatı haqqında 18 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ləğv edilsə də, hüquqların Dövlət qeydiyyatı haqqında 01 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ləğv etməmiş və həmin çıxarış əsasında bölgü aparılmasına hüquqi qiymət verməmişdir. Məhkəmə miras qoyan Tağı Xanbabayevin ölümündən sonra onun azyaşlı uşaqlarının kimin qəyyumluğunda olmasını, harada və kiminlə yaşadıqlarını, habelə miras əmlakı qəbul edib təsərrüfat kiminlə birgə idarə etdiyini müəyən etməmişdir. Məhkəmə miras qoyan Fərrux Xanbabayevdən miras qalmış fərdi yaşayış evi üzərində Tağı Xanbabayevin varisi kimi iddiaçının 1/10 hissə payını müəyyən etməli olduğu halda, ½ hissə pay müəyyən etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Apellyasiya instansiyasında icraat zamanı X32 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermişlər. Sonda isə məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi
24. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
25. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
26. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
27. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
28. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X10 ilə X18 xx.xx.1954-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından X19, X31, X20 və Cavabdeh1 adlı uşaqları anadan olmuşdur. ünvan 5 ünvanda yerləşən 181.30 kv.m fərdi yaşayış evi X6 xüsusi mülkiyyətində olmuşdur. X10 21 aprel 1990-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri X19, X31, X20 və Cavabdeh1 adlı uşaqları, habelə arvadı X18 olmuşdur. Miras qoyan Fərrux Xanbabayevdən miras qalan əmlak isə ünvan 5 ünvanda yerləşən 181.30 kv.m fərdi yaşayış evi olmuşdur. Miras qoyanın vərəsələrindən Cavabdeh1 atasından miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş və Qazax rayonu notariat ofisi tərəfindən miras əmlak olan ünvan 1 ünvanındakı ümumi sahəsi 181.3 kv.m olan fərdi yaşayış evinə dair vərəsə Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da miras əmlak vərəsə Cavabdeh1 adına qeydə alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, 18 mart 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X6 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan X4, X31, X16 və Cavabdeh1 miras qoyanın əmlakından bərabər hissələrdə irs alması göstərilmişdir. Miras qoyan Fərrux Xanbabayevin qanun üzrə birinci növbəli vərəsələrindən oğlu Tağı Xanbabayev xx.xx.1995-ci il tarixdə, arvadı Rüxsarə Xanbabayeva isə 1999-cu ilfə vəfat etmişlər. Lakin, vərəsə Tağı Xanbabayevin də hüquq varisi olan övladları vardır.
42. Birinci instansiya məhkəməsi Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmiş, həmin şəhadətnamə əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ləğv etmiş, miras əmlak üzərində İddiaçı və Cavabdeh1 hər birinin ½ hissədə paylarını müəyyən etmişdir.
43. Bu qətnamənin 39-cu bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə xx.xx.1990-cı il tarixdə ölmüş X3 miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi və miras qoyanın vərəsəsi X28 çatası payın onun vərəsələri arasında paylara bölünməsi tələb edilir.
45. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi miras qoyan X10 xx.xx.1990-cı il tarixdə ölmüşdür və iddia tələbində həmin miras qoyanın miras əmlakın vərəsələr arasında paylara bölünməsi xahiş edilmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Miras qoyan X6 mirası açılan zaman (xx.xx.1990-cı il) qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.
47. Qeyd edilməlidir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin - vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
48. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X10 21 aprel 1990-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri X19, X31, X20 və Cavabdeh1 adlı uşaqları, habelə arvadı X18 olmuşdur. Miras qoyan Fərrux Xanbabayevdən miras qalan əmlak isə ünvan 5 ünvanda yerləşən 181.30 kv.m fərdi yaşayış evi olmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı və mirasın kütləsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.
50. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X3 qalmış mirası onun birinci növbəli vərəsələri olan oğulları Tağı Xanbabayev və Cavabdeh1 qəbul etmişlər. Qeyd olunan hal cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə sübuta yetirilir.
51. Belə ki, cavabdeh Fərrux Xanbabayev apellyasiya şikayətinin dəlillərində mərhum X42in ölümündən sonra miras əmlakı X5, X31, X20 və Cavabdeh1 birgə qəbul edib təsərrüfat idarə etdiklərini göstərmişdir.
52. Göründüyü kimi, işin müəyyən edilmiş və faktiki halları ona dəlalət edir ki, miras qoyanın övladları Tağı Xanbabayev və Cavabdeh1 atalarından miras qalmış mülkə maraqlarını itirməmişlər və əmlaka sahib çıxaraq miras əmlakı faktiki qəbul etdiklərini nümayiş etdirmişlər.
53. Qazax rayon notariat ofisi tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən isə görünür ki, həmin şəhadətnamə əsasında mərhum Fərrux Xanbabayevdən miras qalmış əmlak üzərində onun oğlu Cavabdeh1 tam həcmdə pay verilmişdir. Bunun nəticəsində isə miras qoyanın mirası qəbul etmiş digər vərəsəsi Tağı Xanbabayevın miras əmlakdakı payı nəzərə alınmamışdır.
54. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmiş və şəhadətnamə etibarsız hesab edildiyindən onun əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı da ləğv etmişdir.
55. Bununla yanaşı, miras qoyan Fərrux Xanbabayevin mirası qəbul etmiş vərəsəsi Tağı Xanbabayev mirası qəbul etdikdən sonra xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Lakin, adı qeyd olunan vərəsənin də hüquq varisi (oğlu) İddiaçıdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, miras qoyan Fərrux Xanbabayevin miras əmlakından vərəsə Tağı Xanbabayevə çatası payın sonuncunun oğlu İddiaçı verilməsi qanuni və əsaslıdır.
56. “X1 və X9 miras əmlakı qəbul etmələri nəzərə alınmadan onların miras əmlakda paylarının müəyyən edilməməsi, həmin vərəsələrin də miras əmlakda paylarının müəyyən edilməsi” barədə apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız saymışdır.
57. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə X1 və X12 miras əmlakdan pay verilməsə də, lakin adları qeyd olunan vərəsələr qətnamədən apellyasiya şikayəti verməmişlər. Digər tərəfdən iş materialları əsasında müəyyən olunur ki, miras qoyanın birinci növbəli vərəsələri X20 və X19 mirasdan imtina etmələri barədə notariat qaydada ərizə vermişlər ki, həmin ərizələr də adları qeyd olunan vərəsələrin mirasdan pay almaq niyyətlərinin niyyətlərinin olmadığını göstərir.
58. Nəzərə almaq lazımdır ki, iradə sərbəstliyi prinsipi mülki münasibətlərin və mülki dövriyyənin inkişafı baxımından aparıcı rol oynayır. İradə sərbəstliyi olmadan nə mülkiyyət haqqından tam istifadə etmək, nə də ki azad mülki münasibətlərin qurulması şəraitini təmin etmək mümkündür. Ona görə də iradə sərbəstliyi yalnız müqavilə və hətta bütövlükdə əqdlər baxımından şəxslərin iradə azadlığını deyil, ümumiyyətlə insanların öz şəxsi məsələləri ilə bağlı subyektiv mənafe və mövqeləri barəsində müstəqil qərar vermək və bu qərar istiqamətində hərəkət etmək azadlığına malik olduqlarını da ifadə edir. İradə sərbəstliyi bir tərəfdən mülkiyyət haqqının və işgüzar təşəbbüskarlıqların həyata keçirilməsinə, digər tərəfdən isə istehsal olunan əmtəə və xidmətləri arasında, başqa istehlakçılar olmaqla bütün mülki dövriyyə iştirakçıları tərəfindən şüurlu və sərbəst seçim imkanı təmin edərək həm istehsal, həm də istehlak səviyyəsinin inkişafına şərait yaratmış olur. Nəticə etibarilə özəl hüquq subyektlərinin öz şəxsi mənafeləri ilə bağlı qurduqları münasibətlər birbaşa qanunvericilik müddəaları ilə o hallarda tənzimlənir ki, həmin subyektlər öz iradələri ilə qurduqları bu münasibəti fərqli şəkildə tənzimləyən qaydaları özləri üçün müəyyənləşdirməmiş olsunlar. Mülki hüquq subyektləri üçün məcburi olubolmamaq baxımından mülki qanunvericilik normaları iki əsas qrupa bölünür: 1) mülki hüquq subyektləri üçün məcburi olan normalar və 2) məcburi olmayan normalar. Bir qayda olaraq məcburi olan, yəni imperativ, məcburi olmayan isə dispozitivlik normaları şəklində ifadə olunur. Beləliklə, mülki qanunvericiliyə aid qaydaların (normaların) məcburi olduğu müəyyənləşdirilmədiyi müddətcə həmin normaları ixtiyarı (dispozitiv) hüquq qaydası (norması) hesab etmək lazımdır. Mülki hüquq subyektləri üçün məcburi olmayan (dispozitiv) normalar ixtiyari qaydada xüsusi qanunvericilik normaları, əksi sübut olmadığı müddətcə, dispozitiv hüquq qaydası hesab olunur.
59. Mirası qəbul etmə də vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.
60. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(023)-711/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.