Məhkəmə qərarları › İş №2(104)-1992/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1992/2025

19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1992/2025 19.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X11 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqılı şəxs Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1179/2025 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 19 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il təvəllüdlüdür.

2. Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kənd nümayəndəliyi tərəfindən 14 sentyabr 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə X7 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonunda anadan olması, ata qrafasında X14, ana qrafasında X15 qeyd edilmişdir.

3. Tərtər rayon Hüsənli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 64 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X17 qeydiyyatsız olaraq 2007-ci ildən 2018-ci ilə qədər Tərtər rayon Hüsənli kəndində bibisi Ərizəçi himayəsində yaşamışdır.

4. Tərtər rayon Hüsənli kənd İdris Hüseynov adına tam orta məktəbin direktoru tərəfindən verilmiş 01 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X17 2007-2018-ci illərdə Tərtər rayonu Hüsənli kənd İdris Hüseynov adına tam orta məktəbdə təhsil almışdır.

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021ci il tarixli ******* nömrəli Xəzər rayonu Türkan qəsəbəsində yaşayan X1 cavab məktubundan görünür ki, X12 onun atası olması faktının məhkəmə qaydasında tanındıqdan və bu əsasla yeni doğum haqqında şəhadətnamə əldə etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti ilə bağlı əlavə araşdırma aparıla biləcəyi qeyd edilmişdir.

6. Maraqlı şəxs 23 iyun 2025-ci il tarixdə X3 cavab məktubundan görünür ki, onun X8 doğum haqqında akt qeydinin olub-olmaması haqqında arayışın istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Naziriyinin Maraqlı şəxsnə daxil olmuş müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktıın qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş etibarnamələr əsasında digər şəxslərə verilə bilər. Maraqlı şəxs bildirmişdir ki, X8 yaxın qohumları (bacı, qardaş) ona notariat qaydasında təsdiq olunmuş etibarnamələri olmadığı üçün doğum haqqında akt qeydinin olub-olmaması haqqında arayışın ona verilməsinin mümkün olmadığı göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək faktiki himayəsində olan qohumu X7 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X18, anası X5 övladı kimi anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı oğlu X17 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Onun atası X18, anası X9r. Onlar 1999-cu ildə nikaha daxil olmadan faktiki ailə qurmuş və birgə ailə kimi yaşamışlar. Onların faktiki evliliklərindən onun qardaşı oğlu X17 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Bu səbəbdən xx.xx.2017-ci ildə onun adına heç bir doğum sənədi verilməmişdir. 2017-ci ildə Rusiya Federasiyası tərəfindən verilmiş İV-BD seriyalı, 650459 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X18 yazılmış, bu da atalıq faktının rəsmən tanınmasına mane olmuşdur. Məhz bu səbəbdən indiyədək Həmid şəxsiyyət vəsiqəsi əldə edə bilməmişdir. Halbu ki, X17 2007-ci ildən 2018-ci ilə qədər onun və həyat yoldaşı X19 himayəsndə yaşamış, bu müddətdə Tərtər rayonu Hüsənli kənd tam orta məktəbdə təhsil almışdır. Bu faktı təsdiq edən şəkilli məktəb arayışı və digər sənədlər ərizəyə əlavə olunmuşdur. Həmidin şəxsiyyət vəsiqəsi olmadığına görə o öz kontitusion hüquqlarını – təhsil almaq, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq əldə etmək, əmək fəaliyyəti ilə məşğul olmaq, sosial və siyasi və digər hüquqlarını həyata keçirə bilmir. Bu hüquqlarını həyata keçirmək üçün Həmidin Azərbaycan Respublikası Dövlət Mirqasiya Xidmətinə edilən müraciətlərə cavab olaraq bildirilmişdir ki, doğum və atalıq faktı yalnız məhkəmə qaydasında müəyyən edildikdən sonra şəxsiyyət sənədlərinin verilməsi və vətəndaşlıq məsələsi həll edilə bilər. Eyni zamanda onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının qeydiyyat orqanları Həmidin Dağıstan Respublikasında doğulduğunu təsdiq edən sənədi əsas götürərək ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Dağıstan Respublikasından alınmış sənədin hüquqi qüvvəsinin tanınması səbəbi ilə Həmidin Azərbaycan Respublikasında şəxsiyyət vəsiqəsi alması qeyri-mümkün olmuşdur. Belə ki, Həmidə şəxsiyyət vəsiqəsi almaq üçün rəsmi qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də Həmidə atasının X18 olması faktı məhkəmə qaydasında tanındıqdan və bu əsasla ona yeni doğum haqqında şəhadətnamə verildikdən sonra Azərbaycan Respublikasının mənsubiyyəti ilə bağlı müvafiq sənədin verilməsinin mümkünlüyü bildirilmişdir. Hazırda Həmidin doğum haqqında şəhadətnaməsinin olmaması ona Azərbaycan Respublikası vətəndaşıa uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına, sosial və siyası hüquqlarından istifadə erməsinə maneçilik törədir. Həmid isə həm doğum haqqında şəhadətnaməni və həm də onun əsasında verilməli olan şəxsiyyət vəsiqəsini məhkəmədən kənar qaydada ala bilməmişdir.

9. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1179/2025 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) ərizənin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3cü bəndinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 89, 119.1, 216-220, 227, 233, 305, 307, 308, 311 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Ərizəçi apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1179/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X17 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Bu faktı təsdiq edən Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kənd nümayəndəliyi tərəfindən 14 sentyabr 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surəti iddia tələbinə əlavə edilmişdir. Məhkəmədə elan olunmuş Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kənd nümayəndəliyi tərəfindən 14 sentyabr 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə X7 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonunda anadan olması, ata qrafasında X14, ana qrafasında X15 qeyd edilmişdir. Məhkəmə iclasında izahatında göstərmişdir ki, qardaşı oğlu X17 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Onun atası X18, anası X9r. Onlar 1999-cu ildə nikaha daxil olmadan faktiki ailə qurmuş və birgə ailə kimi yaşamışlar. Onların faktiki evliliklərindən onun qardaşı oğlu X17 anadan olmuşdur. 2017-ci ildə Rusiya Federasiyası tərəfindən verilmiş İV-vd seriyalı, 650459 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X18 yazılmış, bu da atalıq faktının rəsmən tanınmasına mane olmuşdur. Məhz bu səbəbdən indiyədək Həmid 25 yaşında olmasına baxmayaraq heç bir sənəd əldə edə bilməmişdir. Halbu ki, X17 2007-ci ildən 2018-ci ilə qədər onun və həyat yoldaşı X19 himayəsndə yaşamış, bu müddətdə Tərtər rayonu Hüsənli kənd tam orta məktəbdə təhsil almışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə ata qrafası boş saxlanılmamış, X18, ana qrafasında X15 qeyd edilmişdir. O, X7 atasının X18 olmasını, onun atası ilə anasının faktiki olaraq ərarvad kimi yaşamalarını təsdiq edən hər hansı bir sənədi məhkəməyə əlavə edə bilməmişdir. X13 verilmiş doğum haqqında şəhadətnamədə ata qrafası qeydiyyatsız olmuş olsaydı onun atasının X18 olması faktı məsələsinə baxılmış olardı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, qardaşı oğlu X17 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Onun atası X18, anası X9r. Onlar 1999-cu ildən nikaha daxil olmadan faktiki ailə qurmuş və birgə yaşamışlar. 2017-ci ildə Rusiya Federasiyası tərəfindən verilmiş İV-BD seriyalı, 650459 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X14 yazılmış, bu da atalıq faktının rəsmən tanınmasına mane olmuşdur. Məhz bu səbəbdən indiyədək Həmid şəxsiyyət vəsiqəsi almamışdır. Azərbaycan Respublikasının qeydiyyat orqanları Həmidin Dağıstan Respublikasında doğulduğunu təsdiq edən sənədi əsas götürərək ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Belə ki, Həmidə şəxsiyyət vəsiqəsi almaq üçün rəsmi qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də Həmidə atasının X18 olması faktı məhkəmə qaydasında müəyyən olunması bildirilmişdir. Hazırda Həmidin atasının soyadı ilə doğum haqqında şəhadətnaməsinin olmaması ona Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına maneçilik törədir. Şəxsiyyət vəsiqəsini məhkəmədən kənar qaydada almaq olmur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Ərizəçi X8 doğum haqqında akt qeydinin olub-olmaması haqqında arayışın istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Naziriyinin Maraqlı şəxsnə müraciət etmişdir. Ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktıın qeydi tərtib olunmuş şəxslərin özlərinə verilməsi, eyni zamanda şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş etibarnamələr əsasında digər şəxslərə verilə bilinməsi izah edilmişdir. Maraqlı şəxs ərizəçiyə bildirmişdir ki, X8 yaxın qohumları (bacı, qardaş) ona notariat qaydasında təsdiq olunmuş etibarnamələri olmadığı üçün doğum haqqında akt qeydinin olubolmaması barədə məlumatın onlara verilməsi mümkün olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40- 6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

27. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

28. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

29. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır

30. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

32. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.

33. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarı

34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı

35. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

36. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

37. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1179/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə tam əsaslı olmuşdur.

46. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

47. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

48. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

49. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

50. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

51. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

52. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

53. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə göstərir ki, mülki icraat (hüquqi faktın təsdiqi) qaydasında və ərizənin tələb üzrə sübuta yetirilməyən dəlillərinə münasibətdə mahiyyəti üzrə ziddiyyətlərin mövcudluğu xüsusi olaraq diqqətə çatdırılmalıdır. Qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən edilmiş halların mümkün olmadığının sübutetmə yükü ərizəçiyə mənsub olduğu halda, o, iddia edilən şəxsə yalnız və məhz onun tərəfindən qulluğun göstərilməsini, mərhumun bu qulluğa ehtiyacının olduğunu və sair diqqətəlayiq halları sübut etməyə cəhd etməmişdir. Mötəbər sübutların olmadığı təqdirdə hər hansı halın və ya faktın müzakirəsi belə mümkün deyil, nəinki münasibətlərə tətbiq olunacaq hüquq norması barədə müzakirələrin aparılması.

54. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir.

55. Məhkəmə kolegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.

56. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.

57. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-in 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.

59. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi hazırki ərizəylə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

60. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

61. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

62. İşin halları araşdırıldıqda isə müəyyən edilir ki, Ərizəçi hazırki tələbə dair subyektiv hüququ yoxdur.

63. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

68. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi Tərtər rayon məhkəməsinə ərizə ilə müraciət edərək qardaşı oğlu X7 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X10 və anası X6 övladı kimi anadan olması faktının müəyyən edilməsini xahiş etmişdir. İşdə olan Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kənd nümayəndəliyi tərəfindən 14 sentyabr 2017-ci ildə verilmiş İV-vd seriyalı, 650459 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2000-ci ildə Dağıstan Respublikası, Dərbənd rayonunda anadan olması, ata qrafasında X14, ana qrafasında X15 qeyd edilmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, qardaşı oğlu X17 xx.xx.2000-ci ildə anadan olmuş ona Rusiyada 2017-ci ildə doğum şəhadətnamə verilmişdir. X17 2007-ci ildən 2018-ci ilə qədər ərizəçinin və Aidənin həyat yoldaşı X19 himayəsndə Tərtər rayonunda yaşamışdır. Bu müddətdə Tərtər rayonu Hüsənli kənd tam orta məktəbində təhsil almışdır. X2 olmadığı üşün şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Birinci instansiya Məhkəməsi tərəfindən ərizə təmin edilməmişdir. Baxılan işdə ərizənin təmin edilməsi üçün mötəbər sübut yoxdur. Apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır.

69. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1179/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar