Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1995/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Hüseynov küçəsi, 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Hüseynov küçəsi, 1 ünvanında ona məxsus 0.06 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin Cavabdeh bu torpaq sahəsini tamamilə qanunsuz olaraq zəbt edərək oranı hasarlamışdır. Bununla bağlı o, cavabdehə dəfələrlə müraciət etmişdir ki, ona məxsus qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxsın. Lakin cavabdeh onun sözlərimə məhəl qoymayaraq torpaq sahəsini tərk etmir. İlk iddia üzrə cavabdeh olan Cavabdeh ilk İddiaçı, Gəncə şəhəri 1 saylı dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi və ünvan 1 ünvanda yerləşən 0.06. ha torpaq sahəsinə dair Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinə, DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə və ödənilmiş 30.4 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı 16 iyul 2024-cü il tarixli qərardadı ilə Cavabdeh ilk İddiaçı, Gəncə şəhəri 1 saylı dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsi ilə (sədrlik edən Ədil Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 380.0 kv.m hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayətləri verərək, Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 219 saylı sərəncamına əsasən ona 0,06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən JN235 saylı 50600038 saylı şəhadətnamə verilmişdir. Həmin vaxtdan o, həmin bu torpaq sahəsini, həmçinin bu torpaq sahəsinin qarşısında yerləşən 110 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin altındakı boş torpaq sahəsindən istifadə etmişdir. O, dəfələrlə həmin bu torpaq sahəsinin də onun mülkiyyətinə verilməsinə dair Daşkəsən rayonu Quşçu bələdiyyəsinə müraciət etmişdir. Lakin Quşçu bələdiyyəsindən ona bildirmişlər ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” ARQanununun 6.4- cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xərcləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajlarının tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Torpaq sahəsini Ruzbəh Müqəddimədən alan İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun torpaq sahəsindən çıxmağını tələb etmişdir. Bundan sonra o, Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həmin bu torpaq sahəsinə dair verilmiş qərar və protokolun ləğv edilməsini xahiş etmişdim. X2 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiam təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07.012.2023-cü il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmiş və onun belə bir iddia ilə müraciət etmək üçün subyektiv hüququnun olmadığı bildirilmişdir. Ona görə də, o, AR Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə məhkəməyə iddia ərizəsi vermək öhdəliyinin AR Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş və iddia ərizəsi İnzibati Məhkəmə tərəfindən icraata qəbul edilmişdir. O, Gəncə Şəhər Məhkəməsində mülki üzrə icraatın dayandırılmasını xahiş etsə də, iş üzrə icraat dayandırılmamış və məhkəmə qanunsuz olaraq iddianı təmin etmişdir. Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə alınması ilə bağlı məhkəmə kollegiyasına göndərdiyi ərizəsi nəzərə alınmaqla, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təzirə alınmış və o, təkrarən məhkəmə kollegiyasına göndərdiyi ərizəsi ilə məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin baxılma müddətini və ərizəyə təxirlə bağlı üzürlü səbəblərə dair sənədlər əlavə olunmamasını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla, cavabdeh həmin sahəni tutaraq, oranı hasarlamışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etsə də, şikayətinin dəlillərində iddianın qismən təmin edilmiş hissəsində təmin olunmamasını xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə **********96 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə Dair İN-231 A saylı Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən Rayon İcra hakimiyyəti Başçısının 22 iyul 1998-ci il tarixli 219 saylı sərəncamı ilə Cavabdeh 0,06 ha torpaq sahəsi ayrılmışdır (torpaq sahəsinin hansı ərazidən ayrılması göstərilməyib). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mülki iş materiallarında olan ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq onun özü tərəfindən istifadə edilmədiyi müəyyən olundu. Belə ki, həmin 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 220.0 kv.m hissəsi faktiki olaraq ərazidə mövcud olan istifadəsiz sahə, 380.0 kv.m hissəsi isə Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh faktiki istifadə sahəsi, ********** qeydiyyat nömrəli və xx.xx.2021 -ci il qeydiyyat tarixli Çıxarışın 14949 inventar nömrəli texniki pasportla eynidir. Belə ki, texniki pasportda göstərildiyi kimi, Cavabdeh faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir. Lakin faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.072 ha hissəsi mülkiyyətindən əlavə istifadə sahəsidir. İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220.0 kv.m hissəsi ərazidə yerləşən boş sahə ilə, 380.0 kv.m hissəsi isə, cavabdehin mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 05 avqust 2022-ci il tarixli, 10/4325 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadə sahəsinin, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın 14949 inventar nömrəli texniki pasportla eynilik təşkil etdiyi müəyyən olundu. Belə ki, texniki pasportda göstərildiyi kimi, Cavabdeh faktiki istifadəsində ola 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir. Lakin faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.072 ha hissəsi mülkiyyətindən əlavə istifadə sahəsidir. 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220 m2 hissəsinin ərazidə yerləşən boş sahə ilə, 380 m2 hissəsinin isə, cavabdehin mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.Həmin ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmış və hesab etmişdir ki, Cavabdeh mübahisə edilən torpaq sahəsinin 380.0 kv.m hissəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə, yəni iddianın mübahisə edilən torpaq sahəsinin 380.0 kv.m hissəsindən çıxarılması hissəsi ilə razılaşır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********96 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və həmin 0.06 ha torpaq sahəsinin 380.0 kv.m hissəsi heç bir hüquqi əsaslar olamadn Cavabdeh tərəfindən zəbt edilərək, istifadə olunur. İşin həmin halı birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş müvafiq mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq edilir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edərək, qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə hüquqi əsas vermir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, həm də, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində qeyd edilən daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyasını əsas kimi qəbul edir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(125)-19/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1995/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1995/2024
05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver