Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı torpaq sahəsindən çıxarılma və onlar tərəfindən tikilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-30/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh7 Sərdar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-30 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 JN-256 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 49 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 Ziyatxan qızının, X2, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.81 ha hissəsindən çıxarılmaları və həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş ev və yardımçı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Cavabdeh7 Sərdar oğlu ayrılıqda, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X13 isə birlikdə apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN:256 (KOD ********) saylı, 16 iyul 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətlərində olan, Şəmkir rayonun Qaracəmirli kəndinin inzibati ərazisində yerləşən 2.27 ha torpaq sahəsinin 1.81 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 çıxarılmaları və onlar tərəfindən tikilmiş qanunsuz tikililərin onların hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçılar İddiaçı3 və İddiaçı5 münasibətdə baxılmamış saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbini onunla əsaslandırmışlar ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 saylı qərarı ilə onların mülkiyyətinə Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu torpağa hüquqları torpağa mülkiyyət hüququna dair JN-256 (kod ********) saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. Hazırda cavabdehlər onların mülkiyyətində olan 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.81 ha hissəsini zəbt etmişlər və cavabdehlər tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehlərdən mülkiyyətlərində olan torpaq sahəsini zəbtdən azad etmələrini, orada qanunsuz olaraq tikinti işləri aparmamalarını tələb etmələrinə baxmayaraq, cavabdehlər torpaq sahəsinin Şəmkir rayonu Qaracəmirli bələdiyyəsi tərəfindən onlara verildiyini iddia edərək, torpaq sahəsindən çıxmaqdan imtina etmiş, bununla da onların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını pozmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh7 Sərdar oğlu qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun tikinti apardığı torpaq sahəsi ona və onun kimi digər kənd sakinlərinə qanuni əsaslarla fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Bu barədə müvafiq qərar da vardır. Məhkəmə araşdırma apararaq müəyyən etməmişdir ki, iddiaçıların torpağını hansı koordinatlarda tutmuşdur. Bundan başqa məhkəmə torpağın hüquqi statusunu müəyyən etmədən, onun məhkəmə baxışında iştirakını təmin etmədən belə nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı barədə ona bildiriş gəlməmişdir. Həmçinin məhkəmə müətəxəssis dəvət etməmiş, iş üzrə ekspertiza təyin etməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X13 qətnamədən verdikləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, tikinti aparılan torpaq sahəsi onlara qanuni əsaslarla fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Bu barədə müvafiq qərar da vardır və apellyasiya baxışı zamanı təqdim edəcəklər. İddiaçılar hər hansı sübut təqdim etmədiyi halda məhkəmə iddianı təmin etmişdir. Onların məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Halbuki, məlumatları olsa idi, məhkəmə iclasında iştirak edərdilər. Bundan başqa, iş üzrə ekspertiza keçirilməmiş və mübahisəli torpaq sahəsinin hüquqi statusu müəyyən edilməmişdir. Prosessual məsələlər və apellyasiya şikayətləri üzrə izahatlar: İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 qızı, cavabdehlər və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR 11 saylı Ərazi İdarəsinin və Şəmkir rayon Qaracəmirli bələdiyyəsinin müvafiq surətdə nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb şikayətini təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavbdehlər Cavabdeh7 Sərdar oğlu, Cavabdeh3, Cavabdeh5, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh12 apellyasiya şikayətlərini müdafiə edib apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq izah etmişlər ki, onlara məxsus fərdi yaşayış evlərinin yerləşdiyi həmin torpaq sahəsi onlara Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında verilmiş, lakin sonradan həmin torpaq sahəsinin iddiaçılara məxsus olmaqla kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edildiyindən inşa etdirdikləri yaşayış evlərini sənədləşdirə bilmirlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən qətnamə həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən yalnız cavabdehlər Cavabdeh7 Sərdar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X13 apellyasiya şikayəti vermişdir, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı verilmiş şikayətlər həddində yoxlanılır. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Torpağa mülkiyyətə hüququna dair JN-256 (KOD ********) saylı dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 49 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 Ziyatxan qızının, X2, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 2,27 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında verilmiş torpaq sahəsinin iki fərqli yerdə olduğu əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 Ziyatxan qızının, X2, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş, JN-256 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsi Şəmkir rayonun Qaracəmirli kəndinin cənub-qərbində yerləşir. Həmin ərazi vətəndaşlara verilmiş pay torpaq sahələrinin yerləşdiyi ərazidir. Mübahisəli torpaq sahəsinin 1.81 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən zəbt edilərək çəpərlənmiş və həmin ərazidə cavabdehlər tərəfindən ev və yardımçı tikililər inşa edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21377 saylı rəyindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 Ziyatxan qızının, X2, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilən və DWG xəritə faylında JN-256 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi onların faktiki istifadəsində olan torpaq sahəsi iləüst-üstə düşür. 1,81 ha torpaq sahəsi cavabdehlər tərəfindən bütünlüklə istifadə edilir. JN-256 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən yaşayış evləri və istilikxanaların inşa edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 11 saylı Şəmkir Layihə Tədqiqat İdarəsinin mühəndisi İlqar Məmmədov tərəfindən verilmiş 30 mart 2018-ci il tarixli müətəxəssis rəyindən görünür ki, iddiaçılara məxsus 1,81 ha torpaq sahəsi cavabdehlər tərəfindən bütünlüklə istifadə edilir. JN-256 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən yaşayış evləri və istilikxanaların inşa edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 11 saylı Şəmkir Layihə Tədqiqat İdarəsinin mühəndisi İlqar Məmmədovun iştirakı ilə verilmiş 24 dekabr 2019-cu il tarixli müətəxəssis rəyindən isə görünür ki, mübahisəli əraziyə baxış keçirilmiş, müəyyən ölçülər götürülmüş, lakin kameral dəqiqləşdirmə aparılarkən ortofoto və faktiki vəziyyət arasında uyğunsuzluqlar müəyyən edildiyi üçün müvafiq mütəxəssis rəyinin hazırlanması mümkün olmamışdır. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/783 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:
1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 Ziyatxan qızının, X2, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş və JN-256 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsinin koordinatları (mübahisəli torpaq sahəsində onların faktiki istifadəsində olan torpaq sahəsi yoxdur) ilə onların iddia etdikləri torpaq sahəsi üst-üstə düşür.
2. JN-256 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2 qızının, X2, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Gülməmmədov Abil tərəfindən 0.1040 ha,Cavabdeh7 Sərdar oğlu tərəfindən 0.1721 ha.X3 tərəfindən 0.0765 ha.X5 tərəfindən 0.1524 ha.X8 tərəfindən 0.0631 ha, X6 tərəfindən 0.0820 ha.X9 tərəfindən 0.1309 ha, X10 tərəfindən 0.0651 ha, Əliyeva Sahibə tərəfindən 0.0729 ha, Cavabdeh9 tərəfindən 0.0783 ha, İsmayılova Qaratel tərəfindən 0.0254 ha, Mustafayev Asəf tərəfindən 0.0195 ha, Cavabdeh11 tərəfindən 0.0827 ha, naməlum şəxs (Gədəbəyli) tərəfindən 0.0784 ha, X4 tərəfindən 0.0915 ha, Yadigarova Ülviyyə tərəfindən 0.1576 ha və Cavabdeh3 tərəfindən 0.3502 ha torpaq sahəsi istifadə olunur.
3. JN-256 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsində cavabdehlər Cavabdeh7 Sərdar oğlu tərəfindən 201.44 kv.m tikili, X5 tərəfindən 60.35. kv.m tikili, X6 tərəfindən 50.82. kv.m tikili, İsmayılova Qaratel tərəfindən 50.82. kv.m tikili, Cavabdeh9 tərəfindən 95.84. kv.m, X10 tərəfindən 32.76. kv.m, naməlum şəxs (Gədəbəyli) tərəfindən 65.80 kv.m, Cavabdeh11 tərəfindən 34.86. kv.m, X4 tərəfindən 77.06. kv.m və Yadigarova Ülviyyə tərəfindən 199.55 kv.m tikili inşa edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tələbi əsaslı oİduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X14, Cavabdeh7, Həsənova EJnarə Zahid qızı, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 oğiu JN- 256 (KOD ********) saylı Torpağa Mülkiyyətə hüququna dair Dövlət Aktına əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 Ziyatxan qızının, X2, İddiaçı4 Bəhınan oğlunun və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.81 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsində cavabdehlər tərəfmdən inşa edilmiş ev və yardımçı tikililər cavabdehlərin vəsaiti hesabına sökülməlidir. Məhkəmə baxışmda cavabdehlər Cavabdeh4 və Cavabdeh12 mübahisəli torpaq sahəsini zəbt etməkləri müəyyən edilmədiyindən, iddia onlara aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Beləliklə də, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsinin zəbt edildiyi məhkəmə iclasında müəyyən edildiyindən kollegiya hesab edir ki. məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin vurğulayır ki, iş materiallarından göründüyü kimi göstərilən ünvandakı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və cavabdehləri yuxarıda göstərilən qaydada iddiaçının torpağının zəbt edilməsi müəyyən olunmuşdur. Odur ki, kollegiya apellyasiya şikayətlərinin dəlillərini cavabdehlərin formal mülahizəsi kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh7 Sərdar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-30/2017 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdehlər Cavabdeh7 Sərdar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X7 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.