Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2002/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-524/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC və "xxxx" QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli hərracın nəticələrinə dair 08/04 nömrəli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməklə mərzlənməsi və həmin sahələrin, sərhədlərin, çox illik əkmə olan ağacların və tikililərin natura qaydasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərdən olan "xxxx" QSC ilə aralarında bağlanmış 21 dekabr 2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsinə əsasən Süleyman X9ın kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 2,6066 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan, ümumi sahəsi 17182 kv.m olan əmlak kompleksini ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsindən sonra ipoteka predmetinin sahəsi kimi dövlət qeydiyyatı yalnız ipoteka predmetini təşkil edən əmlak kompleksi və tikili altında yerləşən torpaq sahəsi ipoteka qeydə alınmışdır. İpoteka predmetinin sahəsi olaraq mülkiyyətində olan 2,60656 ha torpaq sahəsi ipoteka predmetinin sahəsi olaraq dövlət qeydiyyatına alınmamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə yalnız tələb əmlak kompleksi olaraq mülkiyyətində olan sahələrə tələb yönəltmişdir, əmlak kompleksinin fəaliyyətini təmin etdiyi torpaq sahəsinə deyil, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsi kimi həmin qeyriyaşayış sahəsinin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onunla 3-cü şəxs arasında "xxxx" QSC ilə heç bir razılaşma və əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Lakin buna baxmayaraq keçirilmiş hərrac nəticəsində hərracın yekunlarına dair alqı-satqı müqaviləsində və protokolunda yalnız qeyri-yaşayış sahəsi qeyd olunduğundan və alqısatqı müqaviləsinin predmeti olduğundan, hazırda ona məxsus olan qeyri-yaşayış sahəsinin həyətyanı torpaq sahəsinin və əlavə tikililərin 3-cü şəxsin mülkiyyətinə verilməsinə dair apardığı qeydiyyat əsassızdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-524/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev ) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-524/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasnı xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd edilən arqumentlərlə əsaslandırılmışdır. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh4 QSC-nin iddia tələbləri qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinə yönəldilməsi və əmlakların hərracdan satılaraq banka olan borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmiş, keçirilmiş hərraclar baş tutmadığından əmlaklar yekunda ipoteka saxlayan Cavabdeh4 QSC-yə təklif edilmiş və bank tərəfindən əmlakların borcun müəyyən hissəsinin qarşılığından bankın mülkiyyətinə götürülmüşdür. Hərrac tam qanunauyğun keçirilmişdir. İpoteka müqaviləsi bağlanarkən həm 2.6066 ha torpaq sahəsi və həm də üzərində yerləşən əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlak həm torpaq sahəsi və həm də üzərində yerləşən müəssisədən ibarətdir. Həmin əmlak kompleksinin daxilində əkilmiş ağaclar, tikilmiş hər hansı tikili ipoteka predmetinin dəyərini artıran yaxşılaşdırmalardır və ipoteka predmetinin tərkib hissəsi hesab olunur və likvid dəyər müəyyən edilərkən nəzərə alınmışdır. Həmçinin o da qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlak bankın mülkiyyətinə qəbul edildikdən sonra artıq digər şəxsə satılmışdır və hazırda bankın mülkiyyətində deyildir. Qətnaməni qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-524/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin nümayəndələri heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-524/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: MA ******* seriya nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən ümumi sahəsi 2919,4 m² olan əmlak kompleksi və onun yerləşdiyi 2,6066 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 06L000003201 nömrəli kredit xətti müqaviləsi və və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2919,4 m² ümumi sahədən ibarət əmlak kompleksini ipoteka qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 319,278 manat müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 1ndə yerləşən əmlak kompleksi xx.xx.2011-ci il tarixli, 06L000003201 nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 120 ay müddətə "xxxx" QSC-nin Gəncə filialının xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər “Süleyman adına X6”, X4 və İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin olunmuş, cavabdehlər “Süleyman adına X11”, X7 və İddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada ümumilikdə 594537,28 ABŞ dolları milli manat ekvivalentində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus ünvan 1ndə yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışlarından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)- 788/2018 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsi dəyişdirilərək, ünvan 1ndə yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 mant dəyərində müyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4932/19 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-788/2018 nömrəli qətnaməsindən cavabdehlər X7 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, dörd kredit razılaşması üzrə cəmi tutulacaq məbləğ 521913,61 ABŞ dolları manatın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Süleyman adına X9”dan, X2 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X15 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərrasın yekunlarına dair 28 yanvar 2020-ci il tarixli, 08/04 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)- 4932/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2919,4 kvm olan əmlak kompleksini 612000 manat qiyməti ilə tələbkar "xxxx" QSC əldə etmişdir. xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən ümumi sahəsi 2919,4 m² olan əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 2,6066 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" QSC-nin adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Bakı şəhəri 53 saylı notariat ofisində 4Ə-3648 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ƏMDK yanında DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-yə verilmiş **********14-12302 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 2,6066 ha torpaq sahəsi 500000 manata alıcı X1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, Yeni qaydalarla: AZ 2024, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 2620,3 m² olan əmlak kompleksi kimi müəssisə və 2,6066 ha torpaq sahəsi xüsusi mülkiyyət olmaqla tam mülkiyyət hüququ üzrə X5 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər “Süleyman adına X6”, X4 və İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin olunmuş, tutmanın ünvan 1ndə yerləşən əmlak kompleksinə yönəldilməsi və əmlak kompleksinin ilkin satış qiymətinin 319278 manat müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli, 2(104)- 788/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 1ndə yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4932/19 nömrəli qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-788/2018 nömrəli qətnaməsindən cavabdehlər X7 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, dörd kredit razılaşması üzrə cəmi tutulacaq məbləğ 521913,61 ABŞ dolları manatın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər “Süleyman adına X9”dan, X2 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Azərbaycan Respublikası Respublika Xammal və X15 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərrasın yekunlarına dair 28 yanvar 2020-ci il tarixli, 08/04 nömrəli protokol ilə Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)- 4932/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2919,4 kvm olan əmlak kompleksini 612000 manat qiyməti ilə tələbkar "xxxx" QSC əldə etmiş və bununla əlaqədar olaraq hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 08/04 nömrəli protokol tərtib edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 51.1-ci maddəsinə görə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. 61.1-ci maddəsinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı məhkəmə icraçının sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus əmlak kompleksini ipoteka qoyarkən 2,6066 ha torpaq sahəsinin ipoteka predmeti olmadığını iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 06L000003201 nömrəli kredit xətti müqaviləsi və və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2919,4 m² ümumi sahədən ibarət əmlak kompleksini ipoteka qoymuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərkən ipoteka predmetinin ilkin satış qiyməti olan 319278 manat məbləği mübahisələndirərək təkcə həmin torpaq sahəsinin bazar qiymətinin 319278 manatdan üç dəfə baha artıq olduğunu göstərmiş, apellyasiya qaydasında işə baxılarkən əmlakın dəyəri qiymətləndirilmiş, 2,6066 ha torpaq sahəsindən və ümumi sahəsi 2919,4 kvm olan əmlak kompleksinin dəyəri 960000 (doqquz yüz altmış min) manata qiymətləndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, mülki iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 06M000000724 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 06L000003201 nömrəli kredit xətti müqaviləsi və və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2919,4 m² ümumi sahədən ibarət əmlak kompleksini ipoteka qoymuşdur. Həmçinin qanunu qüvvədə olan və yuxarıda qeyd edilən qətnamələrlə İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 2,6066 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2919,4 m² ümumi sahədən ibarət əmlak kompleksinin ipotekaya qoyması, tələbin məhz həmin torpaq shəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın likvid dəyəri məhz torpaq sahəsi və orada əkilmiş ağaclar və əlavə tikililər nəzərər alınmaqla qoyulması təsdiq edilir. Məhz iddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-618/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, ipoteka predmetinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin aşağı olmasını mübahisələndirdiyi üçün, apellyasiya şikayətinə baxılarkən ipoteka predmeti yenidən qiymətləndirilərək 2,6066 ha torpaq sahəsindən və ümumi sahəsi 2919,4 kvm olan əmlak kompleksinin hərracda ilkin satış qiyməti 960000 (doqquz yüz altmış min) manat müəyyən edilmişdir. Göründüyü ki, iddiaçının dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 524/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-524/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2002/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2002/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver