Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2017/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və üçüncü şəxs X6 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə onun övladları 27 mart 2009-cu il təvəllüdlü X14, 07 iyun 2010-cu il təvəllüdlü X16 və 11 iyul 2012-ci il təvəllüdlü X19 ilə birlikdə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddia təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları X14, X16 və X19 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə köçürülməsi, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ünvan 2 ünvanda yerləşən 4A nömrəli mənzil ümumi mülkiyyətdə olmaqla, həmin mənzilin 3/6 hissəsi onunla yaşayan oğlu X3 mülkiyyətindədir, 1/6 hissəsi onun, 1/6 hissəsi X6 mülkiyyətindədir və 1/6 hissəsi isə İddiaçı mülkiyyətindədir. İddiaçı özü 2009-cu ildən rəsmi nikah qeydiyyatından keçməklə Tovuz rayonu, Aşağı Quşçu kəndinə gəlin köçmüş və həmin vaxtdan da orada ər evində yaşamaqla 3 uşağı da orada anadan olmuşdur. Həmin vaxtdan İddiaçı bu mübahisəli evdə yaşamamışdır. Eyni zamanda mübahisəli ünvan 3 ünvanda yerləşən mənzil 4 otaqlı olmaqla orada iddiaçının mülkiyyət payı cüzi olmaqla yalnız 1 otağın yarısı edir və onun da payı naturada ayrılmamışdır. Buna baxmayaraq Gəncə Şəhər Məhkəməsi İddiaçı 3 uşağı ilə bütün mənzilə köçürməklə ona digər mülkiyyətçilər X7 və X10 içə cəlb etmədən, onların fikrini dinləmədən qətnamə çıxarmışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı onun ögey qızıdır. Belə ki, iddiaçı onun ərinin əvvəlki nikahından olan övladıdır. Hazırda mübahisəli mənzildə o və yetkinlik yaşa çatmayan oğlu Nihad yaşayır. Digər paylı mülkiyyətçi Anarın isə ayrıca evi vardır. İddiaçı mülkiyyət payı 1/6 hissədə olmaqla, çox cüzidir və onların bir evdə yaşaması düzgün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 saylı ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, ailəsindən boşanmış və hazırda azyaşlı uşaqları ilə bilikdə Gəncə şəhərində kirayədə yaşayır. Başqa yaşayış yeri yoxdur, cavabdehlər isə onu paylı mülkiyyətdə olan evinə buraxmırlar. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs X15 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, özünün ayrıca evi vardır. Təranə onun bacısıdır, evə köçürülməsinə razı deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 saylı ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3879/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə 3/6 hissədə X3, 1/6 hissədə Cavabdeh, 1/6 hissədə X6 və 1/6 hissədə İddiaçı Vəli qızının mülkiyyət hüququ vardır doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X14 27 mart 2009-cu il tarixdə, X16 07 iyun 2010-cu il tarixdə, X19 isə 11 iyul 2012-ci il tarixdə anadan olmuşlar. Həmin uşaqların atası X20, anası isə X11r. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(043)- 899/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri 1 saylı Notariat ofisində 07 fevral 2021-ci il tarixli 2V-22 qeyestr nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 07 fevral 2021-ci il tarixli 2V-23 reyestr nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 07 fevral 2021-ci il tarixli 2V-24 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir və Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi ev 52/24, 4A nömrəli mənzilə dair Cavabdeh adına verilmiş 17 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəl mənzilinə 4/8 hissədə X3, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X6, 1/8 hissədə X4 və 1/8 hissədə Cavabdeh vərəsəlik qaydada payları müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(104)-348/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmişdir, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(043)- 899/2021 nömrəli qətnaməsi «Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi 52/24 nömrəli evin 4A nömrəli mənzilinə 1/8 hissədə X4 vərəsəlik qaydada payının müəyyən olunması» hissəsində ləğv edilmişdir. X1 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilindən miras payın müəyyən olunması barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası təmin edilməmişdir. Qətnamə «Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 52/24 nömrəli evin, 4A nömrəli mənzilinə 4/8 hissədə X23 oglu, 1/8 hissədə X8, 1/8 hissədə X26 oglu və 1/8 hissədə X2 paylarının müəyyən olunması» hissəsində dəyişdirilmişdir. Həmin hissədə X5 payı 3/6 hissə, İddiaçı, X15 və X2 hər birinin payları 1/6 hissədə müəyyən olunmuşdur. İddianı təmin edən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(104)- 348/2022 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 4A nömrəli mənzilə iddaçı İddiaçı 1/6 hissədə payı müəyyən olunmuşdur. Hazırki halda isə Cavabdeh İddiaçı həmin mənzildən istifadə hüququna və iddiaçının həmin evdə yaşayış hüququnun həyata keçirilməsinə mane törədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,9 kv.metr olan mənzil 3/6 hissədə X3, 1/6 hissədə Cavabdeh, 1/6 hissədə X6 və 1/6 hissədə İddiaçı Vəli qızının mülkiyyətindədir. Cavabdeh mülkiyyətçi olan İddiaçı sözügedən evə köçməsinə və orda yaşamasına maneələr yaratmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, İddiaçı Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən 52/24 saylı evin 4A nömrəli mənzilinin 1/6 hissədə mülkiyyətçisi olduğundan onun və sonuncunun razılığı əsasında uşaqları X9, X12 və X13 digər mülkiyyətçilərlə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüququ vardır. Bu hüququn həyata keçirilməsinə cavabdeh maneə yaratdığından İddiaçı himayəsində olan uşaqlar X14, X16 və X19 ilə birlikdə Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən 52/24 saylı evin 4A nömrəli mənzilinə köçürülməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,9 kv.metr olan mənzilin 1/6 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüquqları vardır, həmçinin onun mülkiyyətçi kimi öz ailə üzvlərini (uşaqlarını) mülkiyyətində olan evə köçürməyə ixtiyarları olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3879/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2017/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2017/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver