Məhkəmə qərarları › İş №2(104)-2017/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2017/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2017/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə Açar sözlər: Yaşayış sahəsindən istifadə hüququnun tanınması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(125)-2562/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ seriyalı 520298 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2012-ci ildə ölmüşdür.;

2. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0408 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin ¼ hissəsi üzərində mülkiyyət hüququ X2, ¼ hissəsi üzərində mülkiyyət hüququ X3 və 2/4 hissəsi üzərində mülkiyyət hüququ X13 məxsusdur;

3. **********04-10301 reyestr nömrəli daşınmaz əmlaka dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0237 hektar torpaq sahəsində və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ Cavabdeh4 məxsusdur;

4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(043)- 187/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh2 və Cavabdeh1 qarşı «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir;

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli 2(104)-2413/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-187/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-890/2023 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2413/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi üzərində istifadə hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi İddiaçı valideynlərindən miras qalmışdır. Buna görə də onun həmin fərdi yaşayış evindən istifadə hüququ vardır. Çünki, daim həmin ünvana gedibgəlmiş və orada yaşamış, hətta mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisinə vəsait sərf etmişdir. Lakin, cavabdehlər onun həmin ünvana köçməsinə və orada yaşamasına şərait yaratmırlar. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, əvvəllər Gəncə Şəhəri İcra Hakimiyyəti Memarlıq Şöbəsində memar vəzifəsində işləmişdir. Həmin vaxt Nümayəndə2 sifariş verib, qohumu üçün layihə lazım olduğunu bildirmişdir. O, layihə hazırlayıb, Nümayəndə2 vermişdir. O, hər gün işə gedərkən Nümayəndə2 Gəncə Şəhəri İcra Hakimiyyətinin yanında yerləşən «Vego» hotelin üzərindəki çoxmənzilli binanın eyvanında gördüyünə görə Nümayəndə2 həmin binada yaşadığını bilmişdir.

10. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi onun yaşadığı evlə qonşudur. X8 1989-cu ildə gəlin köçmüş, bundan sonra İddiaçı Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində yaşamamış, ildə bir neçə dəfə qonaq gəlib-getmişdir. Həmin evdə İddiaçı qardaşı Xanəhmədin arvadı Leyla və uşaqları yaşayır.

11. Məhkəmə iclasında cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi onun yaşadığı evin qonşuluğunda yerləşir. İddiaçı 1989- cu ildə nikaha girmiş, nikaha girdikdən sonra bir daha Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evində yaşamamış, ildə bir neçə dəfə qonaq gəlib-getmişdir. X4 əvvəllər yaşadığı və miras qoyduğu ev sökülmüş, həmin evin yerində başqa yaşayış evi tikilmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(125)-2562/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı «mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə» tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53.3, 53.4, 54, 60, 87.2 və 123-cü maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 86.2-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhкəmə iclаsındа iştirаk еdən Məmmədоv Əlövsət Müsеyib оğlu izаhаtındа iddiаçının mübahisəli еvdə dаimi оlаrаq yаşаmış olduğunu və həmin еvin əlаvə tikintisini əri Əlizаkir Əmrаhоvun vеrdiyi pul vаsitəsi ilə birlikdə həyata keçirtdiklərini bildirmişdir. Bundan başqa, əri Əlizаkir Əmrаhоvlа Rusiyаyа gеtmiş və Аzərbаycаna öz аtаsı еvinə qаyıtmışdır. Bеlə ki, əri Əlizаkir Əmrаhоv Rusiyаdа ticаrətlə məşğul оlmuş və iddiаçı dа оnа köməklik еtmişdir. Həmçinin məhkəmə iclаsındа iştirаk еdən şаhid Misirоv Tаhir Аllаhvеrdi оğlu dа bildirmişdir ki, iddiаçının iddiа еtdiyi еvin lаyihəsini о, tərtib еtmiş оnа bu lаyihənin tərtibi üçün Əlizаkir Əmrаhоv mürаciət еtmişdir. Həmçinin, məhkəmənin istinаd еtdiyi digər məhkəmə qətnаməsində оlаn hаl üzrə də müəyyən еdilmişdir ki, Əmrаhоv Əlizаkir həmin еvin tikintisini аpаrmаqlа iddiаçı аilə qurduqdаn sоnrа dа həmin еvdə dаimi оlаrаq yаşаmışdır. İşdə оlаn əvvəlki məhkəmə qətnаmələrində dindirilmiş 4 nəfər şаhidlər də göstərmişlər ki, iddiаçı və оnun əri Əmrаhоv Əlzакir mübаhisələndirilən еvin tikilməsində еvin tikinti хərcini sоnuncu хərcləmişdir. Həmçinin məhkəmə iclаsı zаmаnı dindirilmiş şаhid Misirоv Tаhir Аllаhvеrdi оğlu izаhаtındа dа göstərmişdir ki, еvin lаyihəsini iddiаçının əri Əlzаkir sifаriş vеrmiş və sifаriş üzrə dövlət rüsumunu хərc də о, çəкmiş və еvin tiкintisi üzrə bütün rəhbərliyi Əlzаkir icrа еtmiş lаkin məhkəmə qətnаməsində şаhidin izаhаtını göstərməmiş və оnun izаhаtını qiymətləndirməmişdir. Göstərilən bu izаhаtlаrı оnа görə məhkəmənin nəzərinə çаtdırır ki, əgər iddiаçı həmin еvdə yаşаmırsа və yаşаmаq niyyəti yохdursа hаnsı məntiqlə iddiаçı və əri həmin еvin tikintisini həyаtа kеçirməli idi. О, cümlədən cаvаbdеhin vəsаtəti üzrə dindirilmiş şаhidlər Kərimоvа Nərminə Fərhаd qızı və Nаmаzоvа İrаdə Nаdir qızı yаlаn izаhаtını sübut оlаrаq qiymətləndirilərəк göstərilmişdir кi, guyа iddiаçı mübаhisələndirilən еvdə yаşаmаmış və оnun övlаdlаrı Аzərbаycаndа аnаdаn оlmаmışdır. Lаkin, аpеllyаsiyа şikаyətinə əlаvə еtdiyi dоğum hаqqındа şəhаdətnаmələrlə müəyyən еdilir ki, o, Аzərbаycаndа yаşamış və övlаdlаrı da Аzərbаycаndа аnаdаn оlmuşdur. Məhkəmənin iddiаçının mübаhisələndirilən еvə gеdib-gəlməsi кimi qiymət vеrdiyi hаlа düzgün qiymət vеrməmişdir. Bеlə ki, iddiаçı məhkəmə iclаsındа verdiyi izаhаtındа dа göstərmişdir ki, о, ticаrətlə məşğul оlmаq məqsədi ilə əri Əlzаkir ilə Rusiyаyа gеdib-gəlməкlə dаimi оlаrаq yаşаyış yеrini tərk еtməmişdir. Həmçinin bu hаlı məhкəmə iclаsındа izаhаtı аlınmış üçüncü şəхs Məmmədоv Əlövsət Müsеyib оğlu bildirmişdir ki, iddiаçı mübаhisəli еvdə yаşаmış və yаşаmаsı ilə bаğlı dа еvin tikilməsini təmin еtmişdir. Məhкəməyə cаvаbdеhin vəsаtəti üzrə dəvət еdilmiş şаhidlərin yаlаn izаhаt vеrməsi cаnlı оlаrаq müəyyən еdilsə də, lakin məhкəmə bunа əhəmiyyət vеrməmişdir. Bеlə ki, şаhidlərə işin digər hаllаrı ilə bаğlı suаllаr vеrərəк şаhidlər həmin suаllаrı cаvаblаndırа bilmədikləri təqdirdə, nеcə оlа bilər ki, оnlаrın iddiаçının аilə qurmаsı müddətini dəqiqlillə məlumаt vеrirlər. Bu hаl оnu dеmyə əsаs vеrir ki, şаhidlər əvvəlcədən öyrədilərəк məlumаtlаndırılmışlаr və оnlаrın izаhаtlаrı sübut növü кimi qiymətləndirilməli dеyil.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 1989-cu ildə ailə quraraq ərinə məxsus evə gəlin köçmüşdür. İddiaçı həmin vaxtdan mübahisəli evi tərk etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

21. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

22. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

24. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

25. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, Vaqif küçəsi, 39 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı atası X4 və anası X12 paylı mülkiyyətində olmuşdur. İddiaçı valideynlərinə məxsus fərdi yaşayış evində doğulub orada yaşamışdır. İddiaçı 1989-cu ildə nikaha girdiyi üçün həmin vaxtdan mübahisəli fərdi yaşayış evini tərk etmişdir. Onun atası M.X.Məmmədov 1991-ci ildə, anası P.Q.Quliyeva isə 2012-ci ildə vəfat etmişdir. Hazırkı iddiadan əvvəl İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh2 və Cavabdeh1 qarşı «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-187/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı əvvəllər mərhum valideynlərinə məxsus olmuş, hazırda isə vərəsəlik qaydasında cavabdehlərin mülkiyyətinə keçmiş fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. İşin hallarından göründüyü kimi, İddiaçı doğulduğu vaxtdan, yəni 1968-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından iddia tələbi həmin dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Yuxarıda göstərildiyi kimi, İddiaçı doğulduğu vaxtdan, yəni 1968-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından həmin evdən istifadə hüququ əldə etmişdir.

41. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmış olduğu təsdiq olunduğuna görə, artıq növbəti araşdırılmalı məsələ - həmin hüququn itirilibitirilməməsinin müəyyən edilməsidir.

42. Çünki, mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

43. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

44. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

45. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, İddiaçı 1989-cu ildə ailə quraraq mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk etmiş və mərhum atasının vəfatından (xx.xx.1991-ci il) sonra da ümumiyyətlə orada yaşamamışdır. Qeyd olunan hal Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)- 187/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapır (bax həmin qətnamənin 9-cu vərəqi 7-ci abzas).

46. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Nəzərə almaq lazımdır ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

48. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı)

49. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)- 187/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı 1989-cu ildə ailə quraraq mübahisəli yaşayış sahəsini tərk etmiş olduğu və mərhum atasının vəfatından (xx.xx.1991-ci) sonra da ümumiyyətlə orada yaşamadığı öz təsdiqini tapdığına görə artıq bu halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur.

50. Yuxarıda aparılan təhlilin yekun nəticəsi olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı mübahisəli yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. Bu halda isə iddiaçının sözügedən yaşayış sahəsinə köçürülməsi üçün hər hansı hüquqi əsas yoxdur.

51. Mübahisəli yaşayış sahəsinin təmirinə vəsait sərf etmiş olması barədə iddiaçı tərəfin dəlilləri də məhkəmə kollegiyası tərəfin əsassız sayılmışdır.

52. Belə ki, İddiaçı hazırkı iddiadan əvvəl cavabdehlər Cavabdeh4, Cavabdeh3, X11, Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürdüyü «vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddiasında da əmlakın (mübahisəli yaşayış sahəsinin) öz vəsaiti hesabına onun tərəfindən təmir edilməsi barədə irəli sürdüyü arqument məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və onun həmin tələbi təmin olunmamışdır.

53. İşin yuxarıda şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(125)-2562/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar