Məhkəmə qərarları › İş №2(104)-2018/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2018/2024

19.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2018/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-325/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqlarının ünvan 4 nömrəli evə cavabdehlər tərəfindən maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-325/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-325/2024 saylı qətnaməsinin ləğv edilməsinini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 01 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan iki övladı anadan olmuşdur. Cavabdehlə birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Hazırda mübahisəli mülk cavabdeh əri Cavabdeh1 və qaynanası Cavabdeh2 adına paylı mülkiyyətdir. Qeyd olunan əmlak Dövlət reyesrində qeydiyyatdan keçmişdir. Hazırda isə onun və övladlarının qeyd olunan fərdi yaşayış evindən məhrum olmağa gətirib çıxarmışdır. O, həmin fərdi yaşayış evindən sadəcə köçürülərək istifadə etmək istəmişdir. Qeyd olunan əmlak üzərində hüquqlar Dövlət reyestrində qeydiyyata alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 adına çıxarış verilmişdir. O, cavabdehlə 2007-ci ildən birgə yaşamış və həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda həmin evdə pasport qeydiyyatındadır. Bununla bağlı cavabdeh xx.xx.2011-ci il tarixli arayışla qeyd olunan evə daimi qeydiyyata düşməyilə bağlı etiraz etmədiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, cavabdehlə evləndikdən sonra 2008-ci ildə mübahisəli mənzilə köçmüşdür. Mübahisəli ev qayınatasının adına olmuşdur. O, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 3 ay vaxt verilmişdir. Cavabdeh əri Rusiyada yaşayır və 2024-cü ilin avqust ayında evin açarı dəyişdirilərək, onunu evə girişi məhdudlaşdırılımışdır. Əşyaları mübahisəli evdədəir. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(066)-325/2024 saylı qətnaməsinin ləğv edilməsinini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 325/2024 saylı qətnaməsinin ləğv edilməsinini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-325/2024 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı uşaqları 30 noyabr 2018-ci il təvəllüdlü X2 və 10 iyun 2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 4 nömrəli evə köçürülməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin evə dair idiaçıya yaradılan maneələr aradan qaldırılmalı, iddianın evdən istifadə hüqunun tanınması hissəsi rədd edilməldir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 dekabr 2010 olan çıxarışın surətindən görünür ki, ünvan 4 nömrəli, xüsusi mülkiyyət növlü fərdi yaşayış evi 1/4 hissədə Cavabdeh1 və 3/4 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı 17 mart 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 06 iyul 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X3 01 dekabr 2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, X2 03 dekabr 2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 049223 nömrəli, 30 noyabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (Atası Cavabdeh1, anası İddiaçı) 02 dekabr 2013-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin dekabr ayının 18-ci günündə 816 nömrə ilə qeyd edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 649919 nömrəli, 10 iyun 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (Atası Cavabdeh1, anası İddiaçı) 28 may 2011-ci il tarixdə Göygöl şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin 06-cı ayının 10-cu günündə 379 nömrə ilə qeyd edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 381179 nömrəli, 01 avqust 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 01 avqust 2008-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin 08-ci ayının 01-ci günündə 121 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada İsayeva soyadı verimişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12376/2024 nömrəli əldə edilmiş məktubdan görünür ki, Göygöl (Xanlar) şəhərində aqrar islahat aparılan zaman Göygöl şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 1 nömrəli qərarına əsasən Cavabdeh2 və Cavabdeh1 adlarına JN- 2088F, KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Göygöl rayon Dövlət notariat kontorunun xx.xx.2010-ci il tarixli, 2V-1-154 reyestr nömrəli “Qanun üzrə vərəsəllik hüququ haqqında” şəhadətnamə və xx.xx.2010-cu il tarixli, 2V-1-153 reyestr nömrəli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən, Cavabdeh2 və Cavabdeh1 X1 vərəsəsi tanınmışdır.Yuxarıda göstərilən sənədlər üzrə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair paylı mülkiyyət hüququ üzrə ¼ hissədə Cavabdeh1 və ¾ hissədə Cavabdeh2 adlarına xx.xx.2010-cu il tarixli, **********75-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. (Müvafiq sənədlər qoşma kimi əlavə edilmişdir). İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi cavabdehlərin mülkiyyət hüquqlarını pozur. Mübahisənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razlaşmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdehlərdən Cavabdeh1 ilə 01 avqust 2008-ci ildə rəsmi nikah münasibətinə daxil olaraq evlənmiş və həmin vaxtan mübahisəlin evə köçərək, cavabdehlərdən Cavabdeh1 ailə üzvü kimi həömin evdə yaşamaışdır. Birgə nikahlarından 30 noyabr 2018-ci il təvəllüdlü X2 və 10 iyun 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12376/2024 nömrəli əldə edilmiş məktubdan görünür ki, Göygöl (Xanlar) şəhərində aqrar islahat aparılan zaman Göygöl şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 1 nömrəli qərarına əsasən Cavabdeh2 və Cavabdeh1 adlarına JN-2088F, KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Göygöl rayon Dövlət notariat kontorunun xx.xx.2010-ci il tarixli, 2V-1-154 reyestr nömrəli “Qanun üzrə vərəsəllik hüququ haqqında” şəhadətnamə və xx.xx.2010-cu il tarixli, 2V-1-153 reyestr nömrəli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.1995-cimildə vəfat etmiş X1 vərəsələri Cavabdeh2 və Cavabdeh1 tanınmış, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair paylı mülkiyyət hüququ üzrə ¼ hissədə Cavabdeh1 və ¾ hissədə Cavabdeh2 adlarına xx.xx.2010-cu il tarixli, **********75-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2008-ci ildə iddiaçının mübahisəli evə gəlin köçməsi ilə yarandığına görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinəxitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 27.2-ci maddəsinə əsasən, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarında göstərilmişdir ki: “mülkiyyət anlayışı“ mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair “legitim gözləntisi” olduğunu iddia edə bildikdə, legitim gözləntilər mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Göründüyü kimi, AHİM tərəfindən real mövcud olan əmlakı gələcəkdə əldə etməyi qanuni gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilmişdir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, mübahisə edilən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 1 nömrəli qərarına əsasən Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilərək, bu barədə JN-2088F, KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş, fərdi yaşayış evi isə Cavabdeh1 mərhum atasının gözlənilən mülkiyyəti olmuş və onun xx.xx.1995-ci ildə vəfatından sonra, Göygöl rayon Dövlət notariat kontorunun xx.xx.2010-ci il tarixli, 2V-1- 154 reyestr nömrəli “Qanun üzrə vərəsəllik hüququ haqqında” şəhadətnamə və xx.xx.2010-cu il tarixli, 2V-1-153 reyestr nömrəli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməyə əsasən, X1 vərəsələri Cavabdeh2 və Cavabdeh1 tanınmış, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair paylı mülkiyyət hüququ üzrə ¼ hissədə Cavabdeh1 və ¾ hissədə Cavabdeh2 adlarına xx.xx.2010-cu il tarixli, **********75-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu isə onu təsdiq edir ki, İddiaçı mübahisəli evin gözlənilən mülkiyyətçilərindən olan Cavabdeh1 ilə 01 avqust 2008-ci ildə rəsmi nikah münasibətinə daxil olaraq, həmin vaxtan mübahisəli evə köçdüyü zamandan, Cavabdeh1 ailə üzvü kimi həmin evdə yaşamış və evdən istifadə hüququ əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı uşaqları 30 noyabr 2018-ci il təvəllüdlü X2 və 10 iyun 2011-ci il təvəllüdlü X3 ilə birlikdə gəlin köçdüyü, cavabdehlərin yaşadığı ünvan 4 nömrəli evə köçürülmə və cavabdehlər tərəfindən həmin evə dair idiaçıya yaradılan maneələr aradan qaldırılması tələbində haqlı olmuşdur. İddiaçının həmin evdən istifadə hüquq olduğu üçün, iddianın evdən istifadə hüququnun tanınması hissəsinin təmin edilməsinə isə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları qismən düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-325/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı uşaqları 30 noyabr 2018-ci il təvəllüdlü X2 və 10 iyun 2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 4 nömrəli evə köçürülməli, cavabdehlər tərəfindən həmin evə dair idiaçıya yaradılan maneələr aradan qaldırılmalı, iddianın evdən istifadə hüqunun tanınması hissəsi rədd edilməldir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 390, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-325/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı uşaqları 30 noyabr 2018-ci il təvəllüdlü X2 və 10 iyun 2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 4 nömrəli evə köçürülsün, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin evə dair idiaçıya yaradılan maneələr aradan qaldırılsın. İddianın evdən istifadə hüqunun tanınması hissəsi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar