Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2024/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftalıyev Rəsul Fərrux oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondununun etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1261/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ərizəçi 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsini qeyd etmişdir.
2. Azərbaycan Respublikası "xxxx" MMC-nin 10 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Ağdam 42 nömrəli TMSD-də işlədiyi illərin təsdiqi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir.
a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi ilə Ağdam Rayon Məhkəməsinə ərizə verərək, 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləyib, hazırda isə "xxxx" MMC-də iş icraçısı işləyir. Lakin Ağdam 42 nömrəli X1 Dəstəsininin arxiv sənədləri işğal olunmuş torpaqlarda qaldığına görə həmin illərə dair iş stajını təsdiq edən səbədləri əldə edə bilməmişdir. Həmin iş illərinin müəyyən olunması gələcəkdə ona əmək pensiyası verilməsi üçün zəruridir.
5. Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1261/2023 nömrəli (hakim M.Niftəliyev) qətnaməsi ilə ərizə əsaslı olduğundan təmin edilməsi; Ərizəçi 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 370.2.11. maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 21.1 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizınin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ərizəçi Ağdam rayonu işğal olması və buna görədə sənədlərini ala bilməməsini qeyd etsədə, Ağdam rayonu işğal olunan anadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Müvafiq qeydlərin olmaması ərizəçinin iradəsindən aslı olan səbəb olmuş və 1989-cu ilə aid qeydin hansı səbəbdən əmək kitabçasında olmaması əsaslandırılmamışdır. Ağdam rayonu 23 iyul 1993-cü il tarixdə işğal olunduğa halda Ərizəçi 29 dekabr 1995-ci il tarixdək işləməsi mümükün deyil. Həmçinin hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırlmasına dair müraciət və hər hansı imtina və ya sənəddəki səhvlərin düzədilməsinin mümükün olmaması barədə cavabdeh mövcud deyil. Ərizəçinin lazımı sənədlərin alına bilməməsini yaxud itən sənədlərin bərpasının mümükünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondununun etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmamasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
17. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
18. 305.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
19. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
20. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
21. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
22. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
23. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
24. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
25. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığına görə apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1261/2023 nömrəli qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılaraq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə təmin edilməlidir.
31. Belə ki, işdən müəyyən olunur ki, Ərizəçi 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsini lakin həmin dövrdə olan sənədlərin işğal zonasında qalmasını əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizəni təmin etmişdir.
32. Bu qətnamənin 30-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
33. Birinci instansiya məhkəməsi Ərizəçi 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktını təsdiq edərkən onun özünün deməsindən əlavə iki şahid ifadələrinə də istinad etmişdir. Belə ki, şahid X5 1969-cu ildən 1993-cü ilə kimi 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində işləməsi Ağdam Rayon Məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə təsdiq olunsada, lakin digər şahid X2 1986-cı ildən 1995-ci ilə kimi 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində işləməsi sübut olunmur. Sonuncunun adına olan əmək kitabçasının surətindən müəyyən olunur ki, o 05 avqust 1991-ci ildən 25 yanvar 1993cü ilə kimi qeyd olunan müəssədə betonçu işləmişdir. Buna baxmayaraq sonuncu şahid qismində ifadə verərkən göstərmişdir ki, 1986-cı ildən 1995-ci ilə kimi 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində işləmiş və həmin dövrlərdə Ərizəçi onunla birlikdə həmin müəssədə işləmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halını araşdırmadan şahid X2 ifadəsini sübut kimi qiymətləndirmişdir. Difər tərəfdən Ağdam rayonu 23 iyul 1993-cü ildə işğal olunmuşdur. Ərizəçi isə 29 dekabr 1995-ci ilə kimi 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində işləməsini ərizədə qeyd etmişdir. Ağdam rayonu işğal olunduqdan sonra 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsinin hansı ərazidə fəaliyyət göstərib-göstərməməsi barədə isə işdə hər hansı sübu mövcud deyil. Hətda müəssə işğaldan sonra fəaliyyətini davam etdirmiş olsaydı belə bu halda ərizəçi işğaldan sonrakı dövr üçün işləməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmək imkanında olardı. Göründüyü kimi ərizəçinin 10 yanvar 1986-cı ildən 29 dekabr 1995-ci ilə kimi 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi onun özünün deməsində və bir nəfər şahid ifadəsində (məhkəmə qətnaməsi əsasında işləməsi faktı müəyyən olunmuş) başqa digər sübutlarla təsdiq olunmur. Halbu ki, ərizəçinin 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində qeyd olunan illərdə iş icraçısi işləməsi ən azı iki şahid ifadəsi ilə təsdiq olunmalıdır.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)- 1261/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və Ərizəçi 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən olunmasına dair ərizə əsassız olduğundan təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(013)-1261/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi 10 yanvar 1989-cu il tarixdən 29 dekabr 1995-ci il tarixdək 4 nömrəli Təsərrüfatlararası “Aqrarsənayetikinti” Trestinin Ağdam 42 nömrəli X1 Dəstəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən olunmasına dair ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.