Məhkəmə qərarları › İş №2(104)-2029/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2029/2025

03.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2029/2025 03.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X15 və X2rşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evdən çıxarılma tələbi, vahid mülkiyyət Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh X4, digər Cavabdeh1 və onun nümayəndəsi (vəkil) X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1159/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) X19 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X8 dair JN 1631A, KOD 61101004 olan Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarına əsasən Tərtər şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün X20, X13, X16 və İddiaçı mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə 125.2 kv.m olan yaşayış evinin olduğu qeyd olunmuşdur.

2. Tərtər şəhər İƏD üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş 195 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Rəhimov küçəsində yaşamış mərhum X17 məxsus olan fərdi yaşayış evi 1961-ci ildə tikilmişdir.

3. Tərtər şəhər İƏD üzrə nümayəndəsi S.Həsənov tərəfindən İddiaçı adına verilmiş 188 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Rəhimov küçəsində yaşamış atası X13 xx.xx.2010-cu ildə, anası X20 xx.xx.1994-cü ildə vəfat etmişdir. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən 2006- 2010-cu illərdə həmin ünvanda ailə üzvləri İddiaçı və X16 yaşamışdır.

4. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabın 155-ci səhifəsinin 58-ci şəxsi hesabında ailə üzvləri kimi İddiaçı (hazırkı iddiaçı) və X16 (hazırkı iddiaçının bacısı) yazılmışdır.

5. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Ədalət Paşayev küçəsi üzrə tərtib edilmiş 3№-li Təsərrüfatbaşına kitabın 4-cü səhifəsində ailə başçısı X18, onun ailə üzvləri kimi X11 (həyat yoldaşı), Cavabdeh1 (oğlu) və Cavabdeh1 (oğlu) yazılmışdır.

6. Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyinin yerli qurumları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X14 adına müxtəlif texniki sənədlər (texniki inventarlaşdırma, ev dəftəri və s.) tərtib edilmişdir.

7. Bərdə 1 saylı Mediasiya təşkilatının mediatoru Mehman Əhmədov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdehlər mediasiya sessiyasında iştirak etməmişlər.

8. Tərtər Rayon Məhkəməsinin 1(061)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə yaşadıqları fərdi yaşayış evində bibisi İddiaçı ilə aralarında sonuncunun adına götürdüyü kredit borcu ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı İddiaçı sinə nahiyəsinə qəsdən yumruqla vurub yerə yıxaraq sonuncuya sağ süd vəzi nahiyəsinin qançırları, kəllə beyin travması, baş beyin silkələnməsi, alt dodağın sol yarısının, sağ təpə nahiyəsinin kiçik ölçülü şişkinliyi xəsarətləri ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bu əməlinə görə ona Azərbaycan Resspublikası CM-nin 128-ci maddəsi ilə ittiham verilərək, cinayət işi məhkəməyə göndərilmiş və məhkəmə prosesinin gedişində İddiaçı barışıq ərizəsi verdiyi üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir.

9. Tərtər Rayon Məhkəməsinin 6(061)-8/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, tərəflər (Yekatrina Drojjina ilə İddiaçı) arasında sonradan da davadalaş olmuş, şikayət əsasında Tərtər rayon Polis Şöbəsinddə araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı və İddiaçı hərəkətində Azərbaycan Respublikası İXM-nin 157 və 564-cü maddələrinin, X6 hərəkərində isə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olması qənaətinə gələrək onların barələrində inzibati xətaya dair tədbir görülməsini qərara almışdır. Həmin qərardan verilən şikayətə əsasən məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları və əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşı oğlu, digər cavabdeh Yekatrina Drojjina isə Ramilin arvadıdır. Haqqında mübahisə qaldırılan ev 1961ci ildə tikilməklə onun X33ya məxsus olmuşdur. X33 1994-cü ildə, atası Məmməd Nəcəfov 2010-cu ildə vəfat etmişdir. Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda ailə üzvləri kimi yalnız İddiaçı (hazırkı iddiaçı) və X16 (hazırkı iddiaçının bacısı) yazılmışdır. Cavabdehlərin adı Təsərrüfatbaşına kitabda yazılmamışdır. Əslində Cavabdeh1 atası X27 şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus evi vardır və Cavabdeh1 həmin evə dair Təsərrüfatbaşına kitabda ailə üzvü kimi yazılmışdır. Cavabdeh1 sonradan atası ilə münasibətləri pozulduğu üçün ona hazırda sözügedən evdə müvəqqəti yaşamasına icazə vermiş və Cavabdeh1 2012-ci ildən ailəsi ilə birlikdə sözügedən evdə yaşamağa başlamışdır. Sonradan, daha doğrusu 2024-cü ilin avqust ayından Ramil ona qarşı kobudluq etməyə başlamış, hətta onu döymüşdür. Bu əməlinə görə Cavabdeh1 Azərbaycan Respublikasının 128-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə prosesinin gedişində o, barışıq ərizəsi verdiyi üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir. Hazırda tərəflər münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata götürülmüşdür. Cavabdehlər dözülməz şərait yaratıqlarından o, evdən çıxmağa məcbur olmuşdur. O, evinə baş çəkməyə gedəndə isə hər dəfə cavabdehlər müxtəlif bəhanələrlə onu şərləyib, dava-dalaş yaratmışlar. O, doğulduğu, uşaqlıqdan böyüyüb boya-başa çatdığı və son vaxtlara kim yaşadığı sözügedən evdə rahat yaşaya bilmir. Ona görə də onun cavabdehləri evdən çıxartmaqdan başqa yolu qalmamışdır. Bu məqsədlə o, mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlər mediasiya sesiyasında iştirak etmədikləri üçün məsələnin mediasiya qaydasında həlli mümkün olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçrilməsə də, ev fiziki olaraq, həm də onun və digər ailə üzvləri üçün ayrılmış həyətyanı torpaq sahəsində tikilməklə və Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda qeydiyyatdan keçirilməklə mövcud olduğundan özbaşına tikili deyildir. Onun həmin evdən istifadə hüququ yaranmış və gələcəkdə mülkiyyət hüququna gözləntisi olduğundan onun həmin hüququna dövlət tərəfindən təminat verilməlidir.

12. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1159/2025 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları və əşyaları ilə birlikdə çıxarılmaları, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 135.2, 135.4, 152.2, 152.3, 157.8, 158.1 və 158.2 və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4, 218.3, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 nümayəndəsi (vəkil) X19 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1159/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisəli Tərtər şəhəri T. Rəhimov küçəsi ev 56 Cavabdeh1 X30 və babası Məmməd Nəcəfova məxsusdur. Ramil xx.xx.1986-cı ildə həmin evdə doğulmuş və həmin vaxtdan da indiyə kimi həmin evdə yaşayır, həmin evdə pasport qeydiyyatındadır. 2009-2012-ci illərdə o, müvəqqəti işləmək üçün, yəni çörək pulu qazanmaq üçün Moskva şəhərinə və Kazaxstan Respublikasına gedib orada işləyib yaşasa da, 2012-ci ildən yenə qayıdıb ailəsilə doğulduğu, yaşadığı və pasport qeydiyyatında olduğu həmin evdə, həyətdə yaşayır və həmin evdə uşaqları doğulmuşdur. Mübahisəli ünvanda yerləşən ev qeydiyyatsız olmaqla daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Orada yaşadığı müddətdə də, həmin evdə dəfələrlə təmir işləri və 2 otaq tikməklə xeyli tikinti işləri aparmaqla evdə artırmalar etmişdir. X30 1994-cü ildə, babası Məmməd Nəcəfov isə 2010-cu ildə vəfat etməklə onların mübahisəli evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsində olan paylarına və evə miras açılmışdır. X34 də babasının və nənəsinin qanun üzrə birinci növbə vərəsəsi olmaqla, həmin torpaq sahəsindən və evdən vərəsə kimi pay almaq hüququ olmaqla həmin torpaq sahəsinin və evin paylı mülkiyyətçisidir. Bundan əlavə mübahisəli evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin (JN1631A, kod : 61101004 saylı Şəhadətnamə üzrə) paylı mülkiyyətçilərindən X16 torpaq sahəsində olan öz payını və mübahisəli evdən gələcəkdə ona düşən payını notarial qaydada ona vəsiyyət etməklə vəsiyyətnamə vermişdir. X16 xx.xx.2025-ci ildə vəfat etmiş və onun payına miras açılmışdır. O, vəsiyyətnamə üzrə vərəsə kimi artıq vərəsəlik Şəhadətnaməsi almaq üçün Tərtər rayon Notariat Ofisinə rəsmi ərizə ilə müraciət etmiş və ərizəsi vərəsəlik Şəhadətnaməsi almaq üçün qeydiyyata alınmışdır. Göründüyü kimi istər onun X34in, istərsə də, onun mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə gözlənilən mülkiyyət hüququ vardır və doğulan bir gündən hal-hazıra kimi həmin evdə yaşamaqla evdən istifadə hüququda əldə etmişdir. Ancaq, Tərtər Rayon Məhkəməsi işin bu həqiqi və faktiki hallarını araşdırmamış və nəzərə almamışdır ki, o, iddiaçının dediyinə əsasən orada 2012ci ildən yox, 1986-cı ildən anadan olduğu bir gündən yaşamaqla, həmin evdən baxçaya, orta məktəbə və hərbi xidmətə getmiş, həmin evə və torpaq sahəsinə sahiblik edib, istifadə etmiş və hazırda da istifadə etməklə istifadə hüququ əldə etmişdir. Hətta həmin mübahisəli evi bir neçə dəfə təmir etməklə, evə bitişik əlavə 2 otaq tikdirməklə, artırmalar etməklə, orada onun əmlak hüquqları da vardır. Bundan əlavə həmin həyətyanı torpaq sahəsinə və evə vəsiyyətnamə üzrə vərəsə kimi gözlənilən mülkiyyət hüququ vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X12 və Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) X19 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1159/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

32. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

33. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

34. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

45. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

46. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

47. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

48. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.

Apellyasiya baxışının hədləri

50. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

53. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

55. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

56. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının qardaşı oğlu, digər cavabdeh Yekatrina Drojjina isə Cavabdeh1 arvadıdır. Haqqında mübahisə qaldırılan ev 1961-ci ildə tikilməklə iddiaçının X33ya məxsus olmuşdur. İddiaçının X33 1994-cü ildə, atası Məmməd Nəcəfov 2010-cu ildə vəfat etmişdir. Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda ailə üzvləri kimi yalnız İddiaçı (hazırkı iddiaçı) və X16 (hazırkı iddiaçının bacısı) yazılmışdır. Cavabdehlərin adı həmin evə dair Təsərrüfatbaşına kitabda yazılmamışdır. Əslində Cavabdeh1 atası X27 şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus başqa evi vardıır və Cavabdeh1 həmin evə dair Təsərrüfatbaşına kitabda ailə üzvü kimi yazılmışdır. Cavabdeh1 sonradan (iddiaçının bildirməsinə görə atası ilə münasibətləri pozulduğu üçün) İddiaçı hazırda sözügedən evdə müvəqqəti yaşamasına icazə vermiş və Cavabdeh1 2012-ci ildən ailəsi ilə birlikdə sözügedən evdə yaşamağa başlamışdır. Sonradan, daha doğrusu 2024-cü ilin avqust ayından Cavabdeh1 hazırkı İddiaçı qarşı kobudluq etməyə başlamış, hətta onu döymüşdür. Bu əməlinə görə Cavabdeh1 Azərbaycan Respublikasının 128-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə prosesinin gedişində İddiaçı barışıq ərizəsi verdiyi üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir. Hazırda tərəflər münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata götürülmüşlər. Dözülməz şərait yaradıldığından İddiaçı evdən çıxmağa məcbur olmuşdur. İddiaçı doğulduğu, uşaqlıqdan böyüyüb boya-başa çatdığı və 2024-cü ilin avqust ayına kimi yaşadığı sözügedən evdə rahat yaşaya bilmir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

57. İlk növbədə məhkəmə kollegiyası göstərir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Cavabdeh1 da həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır.

58. Belə ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

59. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

60. Məhkəmə qeyd edir ki, X1 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, bu halda Cavabdeh1 onun vəfatından sonra ondan miras qalmış əmlakı faktiki sahiblik və onu faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Həmçinin, X16 tərəfindən Cavabdeh1 mübahisəli əmlakla bağlı vəsiyyətnamə verilmişdir.

61. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

62. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

63. Həmçinin qeyd olunmalıdır ki, mübahisəsi gedən əmlak mərhum Çimnaz Nəcəfovanın vəfatından sonra onun miras əmlakı kimi vərəsəliyin predmeti olması, Cavabdeh1 özünün və mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqlarının olduğuna dəlalət edir - Avropa Məhkəməsinin presedentləri baxımından isə qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

64. Sözügedən əmlakın mərhum Çimnaz Nəcəfovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması əmlakın miras kütləsi sayılmaması kimi də qiymətləndirilə bilməz. Ona görə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

65. Digər tərəfdən, həmin əmlaka dair Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsi verilməmiş olması iş üzrə fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz – belə ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.

66. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında bu məsələnin əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.

67. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyriformal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

68. Məhkəmə kollegiyası bundan əlavə gözlənilən mülkiyyət hüququ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən qaynaqlanır və aşağıdakıları qeyd edir.

69. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

70. Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”.

71. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X3rşı” işlər).

72. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

73. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

76. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

78. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

79. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

80. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

81. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

82. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

83. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı qardaşı oğlu, digər cavabdeh Yekatrina Drojjina isə Ramilin Nəcəfovun arvadıdır. Haqqında mübahisə qaldırılan ev 1961-ci ildə tikilməklə iddiaçının X33ya məxsus olmuşdur. X33 1994-cü ildə, atası Məmməd Nəcəfov 2010-cu ildə vəfat etmişlər. Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda ailə üzvləri kimi yalnız İddiaçı (hazırkı iddiaçı) və X16 (hazırkı iddiaçının bacısı) yazılmışdır. Cavabdehlərin adı Təsərrüfatbaşına kitabda yazılmamışdır. Cavabdeh1 atası X27 şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus evi vardıır və Cavabdeh1 həmin evə dair Təsərrüfatbaşına kitabda ailə üzvü kimi yazılmışdır. Cavabdeh1 sonradan atası ilə münasibətləri pozulduğu üçün ona hazırda sözügedən evdə yaşamasına iddiaçı icazə vermiş və Cavabdeh1 2012-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Sonradan, 2024-cü ilin avqust ayından münasibətləri pozulmuşdur. xx.xx.2025-ci ildə X16 ona məxsus daşınar və daşınmaz əmlakını qardaşı oğlu Cavabdeh1 vəsiyyət etmişdir. İddiaçının bacısı X16 xx.xx.20225-ci ildə vəfat etmişdir. Tərəflər mübahisəli evdə yaşayırlar. X8 dair JN 1631A, KOD 61101004 olan Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarına əsasən Tərtər şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün X20, X13, X16 və İddiaçı mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə 125.2 kv.m olan yaşayış evinin olduğu qeyd olunmuşdur. Göründüyü kimi, ev həmin torpaq sahəsinin üzərində yerləşməklə bölünməz əmlakdır. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. X1 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, bu halda Cavabdeh1 onun vəfatından sonra ondan miras qalmış əmlakı faktiki sahiblik və onu faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Həmçinin, yuxarıda qeyd olunduğy kimi, X16 tərəfindən Cavabdeh1 mübahisəli əmlakla bağlı vəsiyyətnamə verilmişdir.

84. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

85. Vahid daşınmaz əşya qaydası Roma hüququndan gələn “Quicquid plantatur solo, solo cedit” (torpağa bağlı olan torpağa aiddir) prinsipinə əsaslanır. Kollegiya nəzərə alır ki, mülki qanunvericiliyimizdə torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əşya (onların hər birini mülkiyyət hüququnun müstəqil obyekti) kimi tanıyan normalar olsa da, son illərdə qanunvericinin bu cür hüquq münasibətlərinin tənzimlənməsində ortaya qoyduğu iradə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti yönündədir.

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.

87. Belə olan halda, kollegiya hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir.

88. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur.

89. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir.

90. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma iddiaçının mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.

91. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir.

92. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

93. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.

94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 nümayəndəsi (vəkil) X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-1159/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar