Məhkəmə qərarları › İş №2(104)-2041/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2041/2024

23.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2041/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasın qəbul edilməsi faktının və miras üzrə payın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(066)-347/2024 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «mirasın qəbul edilməsi faktının və miras üzrə payın müəyyən edilməsi tələbi barədə» iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(066)-347/2024 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «Mirasın qəbul edilməsi faktının və miras üzrə payın müəyyən edilməsi tələbi barədə» iddiası təmin edilməsi, X1 miras qalmış Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda 0.1172 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49.4 kv.m-dən ibarət 1 nömrəli mənzili miras əmlak kimi qəbul etməsi müəyyən edilməsi, həmin mənzilə İddiaçı vərəsəlik və mülkiyyəti hüquqları tanınması qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(066)-347/2024 saylı qətnaməsindən narazı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-347/2024saylı qətnaməsinin “həmin mənzilə İddiaçı mülkiyyəti hüquqları tanınması” hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini araşdıraraq hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(066)-347/2024 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi apellyasiya şikayətində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsinın üzərinə öhdəlik qoyularaq qanuni qüvvəsini almış qətnamənin icra olunması tələb edilməsini qeyd etsə də, iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(066)- 347/2024 saylı qətnaməsində belə bir göstərişin olması müəyyən edilməmişdir. Bundan başqa apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən “Notariat haqqında” Qanunun tələblərinin pozulmasını, həmçinin vərəsələlik qəbul edilən zaman qanunun tələblərinin pozulmasını bildirmişdir ki, bununla bağlı kollegiya qeyd edir ki, İddiaçı Hüquqların Dövlət qeydiiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında anası X2 mülkiyyətində olmuş və anasından miras qalmış, Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda 0.1172 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49.4 kv.m-dən ibarət, 2 otaqlı, 1 nömrəli mənzili miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsini və onun həmin əmlakda payının müəyyən edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi isə qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi hüquqların dövlət qeydiyyatını aparan orqandır və hüquqların dövlət qeydiyyatı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddələrində nəzərdə tutulmuş əsaslar təqdim edildikdə, hüquqların dövlət qeydiyyatın aparmaq onun vəzifəsi kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Tovuz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(066)-347/2024 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar