Məhkəmə qərarları › İş №2(104)-2042/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2042/2024

21.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2042/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, onun nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3 və q. qarşı “Mülkiyyətdə olan yaşayış evinə aid olan 20,4 kvadrat metr köməkçi sahənin azad edilməsi” tələbinə dai iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göygöl şəhəri, H.Əliyev prospekti 96 saylı evin, 02 saylı ümumi sahəsi 55.6 kv.m olan yaşayış evinin zəbt edilmiş 20,4 kvadrat metr köməkçi sahənin cavabdehlərin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Ümumi istifadə olunan torpaq sahəsində inşa edilən qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsində qanunsuz inşa edilən tikililərin onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan yaşayış evinə aid olan 20,4 kvadrat metr köməkçi sahənin azad edilməsi” tələbi üzrə ilkin iddiasının təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64- 05101- 093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzilin 20,4 kvadrat metr köməkçi sahədən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Ümumi istifadə olunan torpaq sahəsində inşa edilən qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiasının əsassız olmasına təmin edilməməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul alınıb, İddiaçı verilməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməsi qət olunmuşdur. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)- 54/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən çoxmənzilli yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsu ümumi istifadədədir, digər şəxslərin məhdud istifadə hüququna malikdirlər. Bu hal məhdud istifadə hüququ ilə tamamlanır. Buna baxmayaraq qonşu İddiaçı binaya aid torpaq sahəsini zəbt edərək, qanunsuz tikintilər aparmış, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsini kənarlarını qanunsuz olaraq hasarlamışdır. İddiaçı qanunsuz olaraq ümumi istifadədə olan torpaq sahəsindən istifadə hüquqlarını tam məhdudlaşdırmışdır. Bundan başqa binaya aid zirzəmini də zəbt edərək, zirzəmidən istifadə etməyə imkan vermir. O, zirzəmidən istifadə edə bilmir.Cavabdeh zirzəminin və binaya aid torpaq sahəsini 3 m hündürlükdə divarla hasar çəkmişdir. Bundan başqa həyətdə avtomobillərin təmiri üçün geniş miqyaslı obyekt inşa edərək, onun mənzildən giriz-çıxış yollarını, tam bağlamışdır. Torpaq sahəsindən binada yaşayanlar 150 ildən artıqdır ki, istifadə edirlər. Son zamanlar heç bir hüquqi icazə alamadan İddiaçı torpaq sahəsinə qanunsuz tikintilər apararaq binada yaşayanların torpaqdan istifadə hüquqları tam məhdudlaşdırılmışdır. O, mövcud yaşayış sahəsini İddiaçı qardaşı X2 almışdır. O, yaşayış evini alqı-satqı həyata keçirilmədən əvvəl evə baxmış, ümumi evin ətrafında olan torpaq və əlavə tikililərlə razılaşdıqdan sonra almışdır. İddiaçının iddia etdiyi yaşayış sahəsində heç bir mübahisə olmadığı üçün almışdır. İddiaçının belə bir fikri olmuşdursa hansı səbəbdən alqı-satqı zamanı buna etiraz etməmişdir. Evi satan iddiaçının doğma qardaşıdır. İddiaçı məqsədyönlü şəkildə belə bir oyun qurmuşlar. Əgər yaşayış sahəsi onun qardaşına məxsus olan dövrdə hansı səbəbdən iddia qaldırılmamışdır.Bu yaşayış evi ondan əvvəl olduğu kimi 5 nəfər bir-birinə satmışlar. Heç vaxt yaşayış sahələri ilə əlaqədar belə mübahisə olmamışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehlərdən Maksim onun atası, Anjela isə anasıdır. Onların aldığı yaşayış evi köhnə alman həyət evləridir ki, 2023-cü ilin avqust ayında notarial qaydada iddiaçının qardaşı Kamrandan almışlar. Mübahisə edilən köməkçi sahə mətbəx, hamam və sanitar qovşaqdan ibarətdir. Düzdür, evin alqı-satqısından əvvəl iddiaçı həmin köməkçi sahəsinin ona aid olduğunu bildirmiş və bununla bağlı daşınmaz əmlakın reyestri xidmətinə gedib aydınlaşdrmışlar ki, həmin sahə iddiaçıya aid pasportda qeyd edilmilş, lakin iddiaçının qardaşı evi satarkən ona aid olduğunu bildirərək, onlardan əlavə pul almışdır. Bundan başqa, iddiaçı ona qarşı iddia qaldırdığı üçün, o da, ümumi istifadədə olan torpaq sahəsini bölən ara barının sökülməsini istəyir. Həmin barı onlar evi alarkən mövcud olan barıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisə edilən evi almaq üçün iddiaçının qardaşı ilə qiymət razılaşması ərəfəsində iddiaçı mübahisəli hissəinin ona aid oluğunu bildrimiş və bununla bağlı Əİ-də onlara bildirmişlər ki, həmin sahə 1988-ci ildən iddiaçının mülkiyyətindədir. Lakin iddiaçının qardaşı Kamran onu aldatmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, yoldaşının izahatı ilə razı olduğunu bildirərk, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzilin 35,4 kvadrat metr hissəsi yaşayış sahəsi, 20,4 kvadrat metr köməkçi sahədən ibarətdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan həmin 20,4 kvadrat metr köməkçi sahəni zəbt etmişlər, dəfələrlə bildirməsinə baxmayaraq oradan çıxmırlar. Həmin sahəni müvəqqəti olaraq orada yaşayan qardaşı Kamranın istifadəsinə vermidir. Qardaşı Kamran evini satmazdan əvvəl, cavabdehlərə həmin köməkçi sahənin onun mülkiyyəti olduğunu bildirmiş, Maksim ilə birlikdə Əİ-nə gedərək, mübahisəni aydınlaşdırmışlar. Cavabdehlər buna məhəl qoymayaraq, həmin sahəni boşaltmaq istəmirlər.Cavabdehin mübahisələndiridiyi barı isə keçən əsrin 70-80-cı illərindən mövcuddur və mərkəzi küçədən hər ikisinin evinə ayrıca maşın və piyada giriş-çıxış yolu nəzərə alınmaqla, hörülmüşdür. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası yerli baxış keçirmiş və yerli baxışla müəyyən edilmişdir ki, tərəflərin hər ikisinin evinə mərkəzi küçədən ayrıca minik avtomobil və piyada giriş-çıxış darvazaları mövcuddur və həmin darvazalar boyunca onların evlərinə gediş istiqamətində olan daş barı tərəflərin deməsinə görə, keçən əsrin 70-80-cı illərində çəkilmişdir və tərəflərin birbirlərinə heç bir maneçiliyi yoxdur. Əksinə, həmin barının sökülməsi ümumi küçənin görünüşünə xələl gətirər və tərəflərin evlərinə giriş və çıxışı üçün yeni mübahisələr yarada bilər. Bundan başqa, ümumi barının cavabdehlər tərəfində, cavabdehlərin istifadəsində olan barıya bitişik əlavə tikilillər, yəni əl damı və ayaq yolu da mövcuddur. İddiaçı tərəfindən hər hansı əlavə tikililərin tikilməsi halı müəyyən olunmadı. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan Çıxarışdan məlum olur ki, ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzili İddiaçı oğlunun mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 avqust 2023-ci il olan Çıxarışdan məlum olur ki, ünvan 1 evin, ümumi sahəsi 56,5 kvadrat metr olan, 01 saylı mənzili Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 22 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/1759 saylı saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64- 05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzilin sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101- 093001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 avqust 2023-ci il olan çıxarışda qeyd edilən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin, ümumi sahəsi 56,5 kvadrat metr olan, 01 saylı mənzilin sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzilin, 20,4 kvadrat metr köməkçi hissəsinin Cavabdeh3 faktiki istifadəsində olması müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64- 05101-093001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 avqust 2023-ci il olan çıxarışda qeyd edilən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin, 01 saylı mənzilinin 56,5 kvadrat metr olan ümumi sahəsinə İddiaçı tərəfindən müdaxilə hal aşkarlanmamışdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, mübahisə edilən 20,4 kvadrat metr köməkçi hissə İddiaçı mülkiyyətində olan ünvan 1 evin, 02 saylı mənzilin köməkçi sahəsidir. Bu hal, iddiaçıya aid mənzilin texniki pasportu və iş üzrə əldə edilmiş müvafiq ekspertiza rəyi ilə təsdiq edilir. Həmin sahə cavabdehlər tərəfindən tutulmaqla, istifadə edilir. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsində qanunsuz inşa edilən tikililərin onun öz hesabına sökülməsi barədə qarşılıqlı iddiasına gəldikdə isə, məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, onun bu tələbi əslində ara barının sökülməsi ilə bağlıdır. Yuxarıda qeyd edilən ekspertiza rəyi ilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin, 01 saylı mənzilinin 56,5 kvadrat metr olan ümumi sahəsinə İddiaçı tərəfindən müdaxilə hal aşkarlanmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası yerli baxış keçirmiş və yerli baxışla müəyyən edilmişdir ki, tərəflərin hər ikisinin evinə mərkəzi küçədən ayrıca minik avtomobil və piyada giriş-çıxış darvazaları mövcuddur və həmin darvazalar boyunca onların evlərinə gediş istiqamətində olan daş barı tərəflərin deməsinə görə, keçən əsrin 70-80-cı illərində çəkilmişdir və tərəflərin bir-birlərinə heç bir maneçiliyi yoxdur. Əksinə, həmin barının sökülməsi ümumi küçəsinin görünüşünə xələl gətirər və tərəflərin evlərinə giriş və çıxışı üçün yeni mübahisələr yarada bilər. Bundan başqa, ümumi barının cavabdehlər tərəfində, cavabdehlərin istifadəsində olan barıya bitişik əlavə tikilillər, yəni əl damı və ayaq yolu da mövcuddur. İddiaçı tərəfindən hər hansı əlavə tikililərin tikilməsi halı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qonşu İddiaçı binaya aid torpaq sahəsini zəbt edərək, qanunsuz tikintilər aparmasını, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsini kənarlarını qanunsuz olaraq hasarlamasını, ümumi istifadədə olan torpaq sahəsindən onların istifadə hüquqlarını tam məhdudlaşdırmasını göstərsə də, həmin hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-54/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar