Məhkəmə qərarları › İş №2(104)-206/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-206/2024

13.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-206/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin direktoru X7 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)- 865/2*22 nömrəli qətnaməsindən cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru X4 onun barəsində verdiyi *1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmrinin ləğv edilməsi, onun öz əvvəlki işinə - gənclərin çağırışa qədərki hazırlıq rəhbəri və müəllimi vəzifəsinə işə bərpa edilməsinə və məcburi işə buraxma dövrləri üçün cavabdeh tərəfindən əməkhaqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəb apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2*23-cü il tarixli 2(1*4)-781/2*23 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi; İş üzrə yeni qətnamə qəbul edilməsi; İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı *1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllim vəzifəsinə işə bərpa edilməsinə və məcburi iş buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair iddiasının təmin edilməməsi; Mediasiya xidmətinə görə ödənilmiş xərcin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *7 sentyabr 2*23-cü il tarixli 2(1*2)-3324/2*23 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2*23-cü il tarixli, 2(1*4)-781/2*23 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ali təhsilli olmaqla 2**3-cü ildən Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədəki hazırlıq rəhbəri və müəllimi kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində müəllim kimi və hazırlıq rəhbəri kimi işinin öhdəsindən layiqincə gəlmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş, hərbi oyunların keçirilməsində, hərbi hissələrdə və şəhərdə keçirilən müxtəlif tədbirlərdə məktəbin gənc şagirdləri ilə birlikdə iştirak etmişdir. O və hərbi kollektivi dəfələrlə Gənclər və idman nazirinin Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin, Gənclər və İdman baş idarəsinin, hərbi hissələrin rəhbərliyinin, Gəncə şəhəri Təhsil idarəsinin müdriyyətinin fəxri fərman və tərifnamələrinə layiq görülmüşdür. O, Gəncə şəhəri, X24 adına 39 nömrəli orta məktəbdə 2**3-cü ildən, yəni 19 ildir ki, hərbi rəhbər vəzifəsində işləyir. Onun işlədiyi dövrdə uğurlu fəaliyyəti ilə əlaqədar 26 dəfə müxtəlif fəxri fərmanlarla təltif edilmiş, heç bir intizam məsuliyyətinə cəlb edilməmiş və ya ona əvvəllər hər hansı xəbərdarlıq, töhmət və.s intizam tənbehi verilməmişdir. Məktəbdə işlədiyi dövrdə məktəbin nüfuzuna və rəhbərliyinə xələl gətirə biləcək hər hansı nöqsanı olmamışdır. 2*21ci ilin ilk tədris ayından başlayaraq birinci yarım ilinin sentyabr, oktyabr və noyabr ayları müddətində həmin məktəbin 11Ə və 11Ç sinif şagirləri dərsə gəlmədikləri və davamiyyəti pozduqlarına görə onun tərəfindən həm sinif, həm də elektron jurnallara qayıb qoyulmuş, bundan sonra həmin məktəbin direktoru X1* onu kabinetinə çağıraraq jurnalda yazdığı qayıblara görə ona irad bildirərək bununla məktəbin şagirdlərinin davamiyyət göstəricilərinin aşağı səviyyəyə düşməsini və buna görə də üstünə yüksək tonla qışqırıb “sənin axırına çıxacağam” deyərək ona qarşı kobud davranmışdır. Bundan sonra o, 24 noyabr 2*21-ci il tarixdə məktəbin direktorunun özbaşınalığı barədə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmiş, 29 noyabr 2*21-ci il tarixdə Gəncə şəhəri Təhsil İdarəsinin inspektoru Rauf adlı şəxs həmin məktəbə onun yazmış olduğu şikayətlə əlaqədar gələrək bir sıra araşdırma aparmışdır. Bundan sonra 3* noyabr 2*21-ci il tarixdə və 1* dekabr 2*21-ci il tarixdə saat 12 radələrindən sonra işdə olmadığına görə onun barəsində qərəzli olaraq aktlar tərtib olunmuşdur. Halbuki, onun 3* noyabr 2*21-ci il tarixdə və 1* dekabr 2*21-ci il tarixdə saat 12 radələrindən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda məktəbin 2**7-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması, həkim komissiyasından həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsində olması idi. Bundan başqa, 17 dekabr 2*21-ci il tarixdə və 3* dekabr 2*21-ci il tarixdə saat 12 radələrindən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda məktəbin 2**6-2**7-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması həkim komissiyasmdan həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon şöbəsində olması idi. 28 fevral 2*22-ci il tarixdə saat 12 radələrindən sonra işdə olmamağının səbəbi həmin vaxtı məktəbin yeddi nəfər yeniyetmə şagirdini hərbi qeydiyyatla bağlı Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasından həkim komissiyasından müayinədən keçirməyi ilə bağlı olmuşdur. Bundan başqa o, 14 mart 2*22-ci il tarixdə və 15 mart 2*22-ci il tarixdə saat 12dən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda məktəbin şagirdləri ilə N saylı hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etməyi ilə əlaqədar olmuşdur. O, aktlarda göstərilən vaxtlarda özünün şəxsi işi ilə əlaqədar hər hansı bir yerə getməmişdir. Məktəbdə 14 yaşı tamam olmuş oğlan şagirdlərinin həkim müayinəsindən keçirilməsi və hərbi qeydiyyata uçota alınması məktəbin hərbi rəhbəri tərəfindən həyata keçirilir. Onun barəsində tərtib edilən aktlardan isə ümumiyyətlə xəbəri olmamış və işdən kənarlaşdırılarkən Həmkarlar İttifaqı tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Bundan sonra o, həmin məktəbin 11Ç və 11Ə sinif şagirdlərinin 2*21-ci ilin dekabr, 2*22-ci ilin yanvar, fevral və mart aylarında hərbi dərslərə gəlmədikləri üçün onun tərəfindən qayıblar qoyulmuş və həmin sinif şagirlərinin 2*21-ci ilin oktyabr ayından 2*22-ci ilin yanvar ayına qədər olan və onun tərəfindən keçirilmiş summativ qiymətləndirmə sinif jurnalı təhrif olunaraq saxtalaşdırılmış və şagirdlərə əla qiymətlər yazılmışdır. Onun tərəfindən keçirilmiş summativ qiymətləndirmə sinif jurnalına baxış keçirilərsə göstərdiyi xüsusatlar öz təsdiqini tapmış olar. Bundan əlavə olaraq Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli məktəbin müavini X12 tərəfindən tərtib olunan məlumatdan görünür ki, 1*-cu və 11-ci sinif şagirdlərinin davamiyyəti aşağı olmuş, 1*Ç və 1*E-nin riyaziyyat müəllimi Günel Zeynalova işdə olmamışdır. Lakin məhkəmə araşdırması zamanı aydın olar ki, Günel Zeynalova barəsində məktəbin rəhbəri tərəfindən işdə olmadığına görə hər hansı akt tərtib edilməmişdir. Bundan əlavə o, hər hansı bir müəllim barəsində təhqiramiz ifadələr işlətməmiş, hər hansı qeyri-etik davranışlara yol verməmişdir. Əgər belə bir hal baş vermiş olsaydı, həmin neqativ hal işlədiyi 19 il müddətində üzə çıxmış olardı. Məhkəməyə sübut növündə təqdim etdiyi sənədlərdən də aydın olur ki, Gəncə şəhəri X24 adına 39 nömrəli məktəbin direktoru X4 onun barəsində vermiş olduğu *1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmr qərəzli olmaqla qeyri-qanunidir. Mülki iş materiallarında olan: Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı *5.*9.2**3-cü il tarixdə 492 nömrəli əmrlə Gəncə şəhəri, X24 adına 39 nömrəli tam orta məktəbdə gənclərin çağırışa qədərki hazırlığı müəllimi və hərbi rəhbər təyin edilmişdir. *1.*4.2*22-ci il tarixdə 188 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ləğv edilmişdir; Gəncə şəhəri, X24 adına 39 nömrəli tam orta məktəbin X16 Komitəsinə həmin məktəbin direktoru X13 tərəfindən ünvanlanmış təqdimatda göstərilmişdir ki, İddiaçı 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bunlara baxmayaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə ştat işçi olmasına baxmayaraq saat 11-12 olmamış iş yerini tərk edir, rəhbərliyə və müəllimlərə qarşı lazımsız ifadələr işlədir. 15.*3.2*22-ci il tarixdə isə bütün günü işdə olmamışdır. Bütün bunları, ən əsası da əmək intizamını ciddi şəkildə pozduğuna görə İddiaçı işdən çıxarılmasına münasibət bildirilməsi xahiş olunmuşdur; Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin X9 16 mart 2*22-ci il tarixdə keçirilən iclasının 11 nömrəli protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ - Məktəb direktoru X7 məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X16 Komitəsinə təqdim etdiyi təqdimatın müzakirəsi, Məktəbin X16 Komitəsinin sədri X2 çıxış edərək iclas üzvlərinə və İddiaçı onunla bağlı şikayətlərin olduğunu, məktəb rəhbərinin bu barədə X16 Komitəsinə təqdimatı göndərdi. Bildirdi ki, İddiaçı 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirdlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bunlara baxmayaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə ştat işçi olmasına baxmayaraq saat 11-12 olmamış iş yerini tərk edir. *1 mart 2*22-ci il tarixdə tədris qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmişdir. İddiaçı etik davranışlardan kənar məktəbin müəllim və şagird kollektivi arasında işlətdiyi ifadələr müəllimlərin ciddi narazılığına səbəb oldu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova və digər çıxış edən müəllimlər də ümumi deyilənlərə öz ciddi etirazlarını və iradlarını bildirib, məktəbin direktoru Nizami Rzayevin məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X16 Komitəsinə təqdim etdiyi təqdimatla razılaşdılar. Məktəb direktoru X7 məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X16 Komitəsinə təqdim etdiyi təqdimatda nöqsanlar məqsədəmüvafiqdir, müəllim kimi vəzifəsindən və hərbi rəhbərlikdən uzaqlaşdırılmasından etiraz edilməməsi qərara alınmışdır; Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin 16 mart 2*22-ci il tarixli, 175 nömrəli əmrinin surətindən görünür ki, X24 adına 39 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 15 mart 2*22-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri ciddi yanaşdığı üçün töhmət verilməsi, 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir; Əmrlər kitabından çıxarışa əsasən X24 adına 39 nömrəli tam orta məktəbin hazırlıq müəllimi İddiaçı 23.11.2*21-ci il tarixli, 593 nömrəli inzibati tənbeh barədə əmrə əsasən müəllimlərin etik davranış qaydalarına və əmək intizamına, şagirdlərin təlim tədris qaydalarına düzgün əməl etmədiyi üçün xəbərdarlıq edilməsi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir; Əmrlər kitabından çıxarışa əsasən, X24 adına 39 nömrəli tam orta məktəbin *1.*3.2*22-ci il tarixli, 595 nömrəli əmr ilə hazırlıq müəllimi İddiaçı tədris qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmişdir; Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin *1.*4.2*22-ci il tarixli, 188 nömrəli əmrindən görünür ki, İddiaçı - məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllimi ilə bağlanmış əmək müqaviləsi *1 aprel 2*22 ci il tarixdən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ləğv edilməsi, sonuncu haqqhesabın ödənilməsi, İddiaçı öhdəsində olan inventarların təhvil-təslimi məktəbin təsərrüfat işlər üzrə direktor müavini X3 və məktəbin fiziki tərbiyə müəllimi X8 həvalə edilməsi əmr edilmişdir; Gəncə şəhər birləşmiş xəstəxanası Publik hüquqi şəxsinin *2.*9.2*22-ci il tarixli məktubundan görünür ki, M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin Hərbi rəhbəri İddiaçı 28 fevral 2*22ci il tarixdə təxminən saat 12 dən sonra 2 saylı uşaq poliklinikasında olmuşdur və yeddi nəfər yeniyetməni hərbi qeydiyyatla bağlı həkim komisiyasından (stomotologiyadan) müayinədən keçirmişdir; 777 nömrəli Hərbi Hissənin 3*.*8.2*22-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 14 mart 2*22-ci il və 15 mart 2*22-ci il tarixlərdə təxminən saat 12-**-dan sonra hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etmişdir; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin *1.*9.2*22-ci il tarixli, 2*33 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 17.12.2*21-ci il və 3*.12.2*21-ci il tarixlərində təxminən saat 14:**-dan sonra məktəbin 2**6- 2**7-ci il təvəllüdlü kişi cinsli şagirdlərinin sənədlərini təqdim etmək və onların hərbi-həkim komissiyasından keçirilmələri ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində olmuşdur; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 31 avqust 2*22-ci il tarixli 1**6 nömrəli məktubundan görünür ki, M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin hərbi rəhbəri İddiaçı 2**7-ci il təvəllüdlü oğlan şagirdlərinin ilkin hərbi qeydiyyata alınması, həkim komissiyasından həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar 3* noyabr 2*21-ci il və 1* dekabr 2*21-ci il qeyd olunan saatlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində yuxarıda göstərilən xüsusatlarla bağlı iştirak etmişdir; İş materiallarına əlavə edilmiş, TTİÜDM Cəmilova A.T, TTİÜDM Məhərrəmova T.C, TTİÜDM Miskinova R.Ş, təşkilatçı Alverdiyev A.C, psixoloq Səmədova E.S, loqofed Qarayeva M.B, UBTR Hüseynova S.M, dram dərnəyi rəhbəri Bayramova S.S, xor dərnəyi rəhbəri Rəfiyeva E.M, musiqi dərnəyi rəhbəri Rüstəmova L.Q, poeziya dərnəyi rəhbəri Baratzadə G.R, informatika laborantı İsmayılzadə A.S, kimya laborantı Qocayeva N.İ, informatika laborantı Seyidova T.A, informatika laborantı Kazımova İ.Z, kitabxana müdiri Bağırova V.S, kitabxanaçı Qəribova L.A tərəfindən imzalanmış, 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22-ci il tarixli aktların təsdiq olunmuş surətindən görünür ki, məktəbin ştat işçiləri əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmiş, hər biri öz iş vaxtında məktəbdə işlərində olmuşlar. Məktəbin Gənclərin çağırıça qədərki hərbi hazırlıq rəhbəri İddiaçı günün ikinci yarısında, yəni təxminən 12:**-da sonra işdə olmur və məktəbin ştat işçilərinin imza kitabına atmamışdır. Aktı imzalamaqdan da imtina etmişdir; M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin TTİÜDM Rəna Misginova tərəfindən ünvanlanmış 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22-ci il tarixli məlumatların təsdiq olunmuş surətindən görünür ki, məktəbin bütün ştat işçiləri iş qrafikinə uyğun olaraq işlərində olmuşlar. Məktəbin GÇQHHR İddiaçı səhər işə gəlsə də, saat 12:**-da sonra əmək müqaviləsi üzrə iş saatlarında işdə olmamışdır. Nəzərə alınması xahiş olunmuşdur; M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin riyaziyyat müəlliməsi X14 tərəfindən ünvanlanmış 3*.*3.2*22-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, məktəbin hərbi müəllimi İddiaçı müəllimlər otağında müəllimlərə layiq olmayan, etik normalara uyğun gəlməyən, nalayiq sözlər işlətdiyi üçün o, otağı tərk etmişdir. Ölçü götürülməsi xahiş olunmuşdur; M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin müəllimi Əhmədova Cəlalət tərəfindən ünvanlanmış tarixsiz izahatdan görünür ki, 15.*3.2*22-ci il tarixdə məktəbin hərbi müəllimi İddiaçı müəllimə yaraşmayan, etik davranış qaydasına uyğun olmayan ifadələr işlətmişdir. O da “Bu nə tərbiyəsizlikdir?! Bura müəllimlər otağıdır.” deyib otağı tərk etmişdir; 777 nömrəli Hərbi Hissə tərəfindən verilmiş *8 fevral 2*23-cü il tarixli 853 nömrəli məktubda qeyd edilmişdir ki, 2*22-ci ilin 14-15 mart tarixlərində hərbi hissədə Novruz bayramı tədbiri keçirilməmişdir. Hazırkı apellyasiya baxışı zamanı alınmış 777 nömrəli Hərbi Hissə tərəfindən verilmiş 11 yanvar 2*24-cü il tarixli 52 nömrəli məktubda qeyd edilmişdir ki, hərbi hissədən digər qurumlara göndərilən bütün növ yazışmalar hərbi hissə komandirinin şəxsi imzası ilə imzalanaraq təsdiq edilir və təsdiq edilmiş sənədlər rəsmi hesab olunur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəb apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçının hansı əmək funksiyası və öhdəliyini yerinə yetirməməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının xanım müəllimələri təhqir etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa şagirdlər və valideynlər iddiaçının şagirdləri döyməsi barədə məktəb rəhbərliyinə dəfələrlə şikayət etmişdir. İddiaçının iş vaxtı ərzində işdə olmaması şahid ifadələri və aktlarla təsdiqlənmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddət kəsici olmaqla müddət keçdikdən sonra hüququn mövcudluğuna xitam verilməsinə səbəb olur. Əmək mübahisələri ilə bağlı 1 aylıq müddət tələb hüququ deyil, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddət olduğundan kəsici müddətdir. İddiaçı *5 aprel 2*22-ci il tarixdən əmək kitabçasını götürmüş, *6.*4.2*22-ci ildə iddiaçı mediasiyaya müraciət etmiş 26.*4.2*22-ci il tarixdə mediasiya ilə bağlı protokol tərtib edilmişdir. İddiaçı isə məhkəməyə 3 ay sonra müraciət etmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş aktları sübut kimi qəbul etməsə də onu imzalayan şəxsləri dəvət edib dindirməmişdir. İddiaçının tədbirlə bağlı hərbi hissədə olmasına dair, eləcə də şagirdləri hərbi həkim komissiyasına aparmasına dair arayışlar saxta olmuşdur. Belə ki, novruz bayramı tədbiri olmamış və şagirdlər həmin tarixdə hərbi həkim komissiyasına görə poliklinikaya aparılmamışlar. Ona görə də onlar qətnamənin əsasını təşkil edə bilməz. Apellyasiya şikayətinə qarşı etiraz: İddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, onun 11Ə və 11Ç sinif şagirdlərinə dərsə gəlmədikləri üçün qayıb yazdıqdan sonra məktəbin direktoru müəllim kollektivinə və texniki işçiləri, hətta həmkarlar ittifaqının heyətinə, göstəriş verərək 18.11.2*21-ci il tarixli iclasın keçirilməsini, onun tərəfindən davamiyyət kitabının imzalanmasına qadağa qoyulmasını, bu qadağanın *1 aprel 2*22-ci il tarixədək qüvvədə qalmasını bildirmişdir, həmkarlar ittifaqının iclası onun özünün iştirakı ilə keçirilmişdir. 18 noyabr 2*21-ci il tarixli iclas keçirildikdən sonra günün yarısında, yəni 12:**-dan sonra işdə olmamağı barədə və məktəbin ştat işçilərinin imza kitabına imza atmaması barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini başda olmaqla 21 nəfərin məktəbin müəllim kollektivinin 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22ci il tarixlərdə 21 nəfər məktəb müəllim kollektivinin tərtib etdikləri 6 ədəd akt qərəzli tərtib olunmaqla inandırıcı deyildir. Çünki tərtib olunmuş aktın tarixləri arasında 11, 7, 13, 59, 14 gün fərq vardır, tərtib olunmuş aktlardan belə nəticəyə gəlmək olur ki, 21 nəfər məktəbin müəllimi 3*.11.2*21-ci il tarixdən başlayaraq mütəmadi olaraq nəzarət etməklə onu izləmişlər. 6 ədəd tərtib olunmuş akta əsasən məktəbin direktoru *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrlə onu işdən çıxarmışdır. Halbuki işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsinin 7*-ci maddəsinə əsasən ləğv edilməlidir. Tərtib edilmiş 6 aktın tərtib edilməsində iştirak edən şəxslərin hər biri imza etməmişdir. Bu özü-özlüyündə aktın etibarsızlığı deməkdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar: 28 noyabr 2*23-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin direktoru X13 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı əmək funksiyası və öhdəliyini yerinə yetirməmişdir. Onun xanım müəllimləri təhqir etməsi və tədris qaydalarını pozması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa şagirdlər və valideynlər iddiaçının şagirdləri döyməsi barədə məktəb rəhbərliyinə dəfələrlə şikayət etmişlər. Eləcə də, iddiaçının mütəmadi olaraq iş vaxtı ərzində işdə olmaması şahid ifadələri və aktlarla təsdiqlənmişdir. İddiaçı 28.*2.2*22-ci ildə yeniyetmələri həkim komissiyasından (stomotologiyadan) müayinədən keçirməmişdir. Ümumiyyətlə həmin günü qeyd olunan şöbədə həkim komissiyası təşkil olunmamışdır. Bu hal birinci apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X1 ifadəsi ilə öz təsdiqini tapmışdır. Həmçinin 14 mart 2*22-ci il tarixdə saat 1* radələrinə kimi işdə olmuş, həmin saatdan sonra işdə olmamışdır. Həmçinin 15 mart 2*22-ci il tarixdə də iddiaçı işdə olmamışdır və onun tədbirlərdə iştirakı barədə verilmiş arayışlar da saxtadır, həmin gün hərbi hissədə heç bir tədbir təşkil edilməmişdir. 15 mart 2*22-ci il tarixdə İddiaçı iş saatlarında işdə olmadığına görə 16 mart 2*22-ci il tarixdə ona töhmət verilmişdir, İddiaçı onun barəsində verilmiş əmrlərdən məlumatlı olmuşdur, düz xətt qoyulmasının səbəbi ondan ibarətdir ki, iddiaçı davamiyyət jurnalını özü imzalamaqdan imtina etmişdir. Həmçinin bildirmişdir ki, bir əmək pozuntusuna görə iki dəfə inzibati tənbeh verilməyib, İddiaçı 15 mart 2*22-ci il tarixdə işdə olmadığından 16 mart 2*22-ci il tarixdə ona töhmət verilmişdir. Eyni zamanda qeyd etdiyi digər pozuntular törətmişdir. Ona görə də, hesab edir ki, tərəflərindən verilmiş təqdimat əsasında iddiaçı haqlı olaraq *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrlə həmkarlar təşkilatının razılığı ilə işdən çıxarılmışdır. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçıya *1.*3.2*22-ci il tarixdə xəbərdarlıq edilməsinin səbəbi onun 28.*2.2*22-ci il tarixdə işə gəlməməsi olmuşdur. Həmçinin bildirmişdir ki, müvafiq arayış 3* noyabr 2*22-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilib və həmin tarixdə məhkəmə tərəfindən hazırkı mübahisələndirilən qətnamə qəbul edilmişdir, ona görə də həmin sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. 28 noyabr 2*23-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı barəsində tərtib edilmiş aktlardan, habelə barəsində verilmiş əmrlərdən məlumatsız olmuşdur, həmin sənədlər iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Bundan başqa, o həmkarlar ittifaqı tərəfindən onun barəsində keçirilmiş iclasdan da məlumatsız olmuşdur. Həmçinin iddiaçıya cavabdeh məktəb rəhbərliyi tərəfindən davamiyyət kitabının imzalanması ona qadağan edilmişdir. İddiaçının qərəzli olaraq işdən çıxarılmasına səbəb isə sonuncunun şagirdlərin dərsdə iştirak etməməsini jurnalda qeyd etdiyi üçün məktəb rəhbərliyinin ona irad bildirilməsi nəticəsində aralarında baş vermiş münaqişə, sonrasında şikayət əsasında araşdırmanın aparılması olmuşdur. Hesab edir ki, təmsil etdiyi şəxsin işdən çıxarılması hər bir halda qanunvericiliyin tələblərinə zidd olmuşdur. 26 dekabr 2*23-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, o, 2 saylı uşaq poliklinikasında həkim stomoloq işləməklə həkim komissiyasının üzvüdür. Onun tərəflərlə heç bir qohumluq əlaqəsi olmamaqla, onlara qarşı qərəzliliyi yoxdur. İddiaçı 28 fevral 2*22-ci il tarixdə məktəbin şagirdlərini müayinə üçün poliklinikaya gətirməmişdir. Bu barədə tərəfindən əvvəl verilmiş arayış İddiaçı xahişi ilə verilmişdir. İddiaçı ona bir gün işdə olmadığını və buna görə problem yarandığını bildirərək həmin tarixdə, yəni 28.*2.2*22-ci il tarixdə onun 7 nəfər uşaqları müayyinədən keçirməsi barədə arayış verilməsini xahiş etmişdir. O da əvvəldən tanıdığı üçün ona inanaraq həmin arayışı vermişdir. Əslində İddiaçı 28.*2.2*22-ci il tarixdə uşaqları komissiyadan keçirmək üçün 2 saylı uşaq poliklinikasında olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq şahid bildirmişdir ki, İddiaçı sözügedən arayışın verilməsi barədə 2*22-ci ilin yay aylarında ona müraciət etmişdir, yəni müraciət edilən tarixdən əvvəlki tarixə arayış verilmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin direktoru X13 apellyasiya şikayətini müdafiə etdiyini və məhkəmə kollegiyasının əvvəlki iclasında verdiyi izahatlarına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etmədiyini və məhkəmə kollegiyasının əvvəlki iclasında verdiyi izahatlarına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Lakin məhkəmə kollegiyasının iclasında iddiaçını etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil təmsil etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı *5 sentyabr 2**3-cü il tarixdə Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbdə gənclərin çağırışa qədərki hazırlığı müəllimi və hərbi rəhbər təyin edilmişdir. Tərəflər arasında əmək münasibətlərinə *1 aprel 2*22-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*- ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilmişdir. İşəgötürən əmrini İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsilə əsaslandırmışdır. İşçi əmrin qanunsuz olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İşdən göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqı verilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmə kollegiyasının qənaətinə görə mübahisə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1*-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a)əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 7*-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 71.2. maddəsinə əsasən, bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 8*.1. maddəsinə əsasən, bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 8*.2. maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinə müvafiq olaraq, işəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-ci maddəsinə müvafiq olaraq, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, cavabdehin *1 aprel 2*22-ci il tarixli əmri iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə əsaslandırılsa da, bunun konkret olaraq hansı hərəkətlərlə (hərəkətsizliklə) ifadə olunması əmrdə qeyd olunmamışdır. Halbuki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini əsaslandırmalı olması tələbi Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsindən və 84-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Cavabdeh tərəf təqdim etdiyi sənədlərlə bununla bağlı müxtəlif əsaslar: iddiaçının işə gecikməsi, işdən vaxtından əvvəl çıxması, tədris qaydalarını pozması, digər müəllimlərə qarşı kobud olmasını əsas gətirmişdir. Bundan başqa, qəbul edilmiş əmrin əsaslı olmasına dair cavabdeh tərəfin birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərindən biri iddiaçının iş saatlarında işdə olmamasıdır. Cavabdeh tərəf bununla bağlı məktəbin əməkdaşları tərəfindən tərtib olunmuş 3* noyabr 2*21-ci il, 1* dekabr 2*21-ci il, 17 dekabr 2*21-ci il, 28 fevral 2*22-ci il, 14 mart 2*22-ci il və 15 mart 2*22-ci il tarixli aktları təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhz apellyasiya icraatında təqdim olunmuş sübutları iş üzrə mötəbər sübut qismində qəbul etməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Bu zaman, apellyasiya məhkəməsi MPM-in 372.2-ci maddəsinin tələblərini nəzərə almamış, cavabdehin təqdim etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim edilməməsi səbəbini aydınlaşdırmamış, həmçinin məhkəmə instansiyalarına verilən sübutlar arasında olan kəskin ziddiyyətlərin olması səbəbini araşdırmamışdır. Həmçinin, Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev həmin məktəbin X16 Komitəsinə 16 mart 2*22-ci il tarixli təqdimatla müraciət edərək, İddiaçı 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirdlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini, sonuncunun bundan nəticə çıxardıb əməllərində dönüş yaratmaqdansa, yenə də qanunları pozmaqda davam etməsini, məktəbin ştat işçi olmağına baxmayaraq saat 11-12 olmamış iş yerini tərk etməsini, rəhbərliyə və müəllimlərə qarşı lazımsız ifadələr işlətməsini, 15 mart 2*22-ci il tarixdə isə bütün günü işdə olmamasını göstərərək, onun əmək intizamını ciddi şəkildə pozduğuna görə işdən çıxarılmasına münasibət bildirilməsini xahiş etmişdir. Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin X9 16 mart 2*22-ci il tarixdə keçirilən iclasında həmin təqdimat müzakirə olunmuş və 11 nömrəli protokoldan çıxarışla qərara alınmışdır ki, məktəb direktoru X7 məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X16 Komitəsinə təqdim etdiyi təqdimatdakı nöqsanlar məqsədə müvafiqdir, müəllim kimi vəzifəsindən və hərbi rəhbərlikdən uzaqlaşdırılmasından etiraz edilmir. Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin 16 mart 2*22- ci il tarixli, 175 nömrəli əmri ilə, məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 15 mart 2*22-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri-ciddi yanaşdığı üçün ona töhmət verilmiş və 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmr faktlarla əsaslandırılmasa da, həmin əmrin qəbul edilməsi üçün əsas olan hallar məktəbin direktorunun yuxarıda qeyd olunan təqdimatında və X9 16 mart 2*22-ci il tarixli iclasında sadalanan hallar olduğu təqdirdə, həmin əmrin qəbul edilməsi zamanı Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulub-pozulmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının 15 mart 2*22- ci il tarixdə üzrsüz səbəbdən işdə olmamasına görə ona töhmət verildiyi halda, təkrarən *1 aprel 2*22-ci il tarixli əmrlə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Yox, *1 aprel 2*22-ci il tarixli əmrin qəbul edilməsi üçün iddiaçının başqa hərəkətləri (hərəkətsizliyi) əsas olduğu halda, həmin hallarla bağlı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq araşdırmanın aparılmasına və ƏM-in 8*-ci maddəsinin 1-ci hissəsinə əsasən məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığının alınmasına da məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası göstərir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 42*-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında *1 aprel 2*22-ci il tarixli, 188 nömrəli əmrdə işçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilsə də, lakin işçinin əmək funksiyasını yerinə yetirməməsinin nədən ibarət olduğu və konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edildiyi əsaslandırılmamışdır. Lakin əmrin əsası kimi göstərilən və surəti iş materiallarına əlavə edilmiş materiallardan aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini üzrsüz səbəbdən bütün iş saatı ərzində işdə olmaması, habelə özbaşına iş yerini tərk etməsi, etik davranış qaydalarını pozması barədə hallar təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Qeyd olunmalıdır ki, əmək qanunvericiliyində işçi Əmək Məcəlləsi ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsinin və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinin nəticəsi olaraq hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydalarına”na əsasən və əmək intizamına, şagirdlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin dikrektoru tərəfindən İddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddət töhmət verilmişdir. Bundan başqa, iş materiallarındakı sənədlərə istinad edilən zaman müəyyən edilir ki, cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin kollektivi tərəfindən 3* noyabr 2*21-ci il, 1* dekabr 2*21-ci il, 17 dekabr 2*21-ci il, 3* dekabr 2*21-ci il tarixlərdə müvafiq aktlar tərtib edilmiş və aktlarda göstərilmişdir ki, İddiaçı aktlar tərtib edildiyi tarixlərdə günün ikinci yarısında, yəni təxminən saat 12:**-dan sonra işdə olmamışdır və məktəbin ştat işçilərinin imza kitabını imzalamamışdır, habelə aktı da imzalamaqdan imtina etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş iş materiallarında olan 3* noyabr 2*21-ci il, 1* dekabr 2*21-ci il, 17 dekabr 2*21-ci il, 3* dekabr 2*21-ci il tarixlərdə saat 12:**-dən sonra öz başına iş yerini tərk etməsi barədə aktlar və izahatlarada göstərilənlər təsdiqini tapmış olsaydı belə, cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin rəhbərliyi həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək İddiaçı barəsində intizam tənbehi tətbiq etmə səlahiyyətində olmuşdur. Lakin, hazırkı işdə istinad edilən pozuntuların aşkar edildiyi vaxtdan bir ay keçdikdən sonra, yəni *1.*4.2*22-ci il tarixdə intizam tənbehi verilmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, 3* noyabr 2*21-ci il, 1* dekabr 2*21-ci il, 17 dekabr 2*21-ci il, 3* dekabr 2*21-ci il tarixlərdə tərtib edilmiş izahat və aktlarda göstərilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi qiymətləndirilə bilməz. Belə ki, əmək qanunvericiliyinə görə, işəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə kollegiyası həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş 28.*2.2*22, 14.*3.2*22 və 15.*3.2*22-ci il tarixlərdə onun iş yerini öz başına tərk etməsi ilə bağlı aşağıdakıları qeyd edir; Hazırkı apellyasiya icraatı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq Gəncə şəhəri 2 saylı uşaq poliklinikasında həkim stomoloq işləməklə həkim komissiyasının üzvü olan X5 şahid qismində dindirilmiş və şahid ifadəsində bildirmişdir ki, onun tərəflərlə heç bir qohumluq əlaqəsi olmamaqla onlara qarşı qərərzliliyi yoxdur. İddiaçı 28 fevral 2*22-ci il tarixdə məktəbin şagirdlərini müayinə üçün poliklinikaya gətirməmişdir. Bu barədə tərəfindən əvvəl verilmiş arayış İddiaçı xahişi ilə verilmişdir. İddiaçı ona bir gün işdə olmadığını və buna görə problem yarandığını bildirərək həmin tarixdə, yəni 28.*2.2*22-ci il tarixdə onun 7 nəfər uşaqları müayinədən keçirməsi barədə arayış verilməsini xahiş etmişdir. O da əvvəldən tanıdığı üçün ona inanaraq həmin arayışı vermişdir. Əslində İddiaçı 28.*2.2*22-ci il tarixdə uşaqları komissiyadan keçirmək üçün 2 saylı uşaq poliklinikasında olmamışdır. İddiaçı sözügedən arayışın verilməsi barədə 2*22-ci ilin yay aylarında ona müraciət etmişdir, yəni müraciət edilən tarixdən əvvəlki tarixə arayış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya icraatı zamanı dindirilmiş şahid X5 mübahisə barədə məlumatı olan şəxsdir. Belə ki, iş materiallarında olan İddiaçı 28.*2.2*22-ci il tarixdə 7 nəfər uşağı hərbi həkim komissiyasında müayinədən keçirməsi barədə arayış məhz adı qeyd olunan şahid tərəfindən verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 vermiş olduğu ifadənin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmur, eyni zamanda kollegiya həmin şahidin ifadəsini mötəbər sübut olaraq qiymətləndirir. Beləliklə, hazırkı apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X1 ifadəsi ilə müəyyən olunmuşdur ki, ddiaçı İddiaçı 28.*2.2*22-ci il tarixdə 7 nəfər uşağı hərbi həkim komissiyasında müayinədən keçirməmişdir və bu barədə verilmiş iş materiallarındakı arayış saxtadır. İşin qeyd olunan halı isə öz-özlüyündə göstərir ki, İddiaçı 28 fevral 2*22-ci il tarixdə həqiqətən işdə olmamışdır. Lakin işdən göründüyü kimi cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin direktoru tərəfindən İddiaçı barəsində həmin pozuntuya görə *1 mart 2*22-ci il tarixdə 595 nömrəli əmrlə yazılı xəbərdarlıq edilmişdir. Yəni, işə götürən işçinin qeyd olunan nöqsanına görə intizam tənbehi tətbiq etməmiş, sadəcə işçiyə yazılı xəbərdarlıq etməklə kifayətlənmişdir. Həmçinin işdən görünür ki, cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəbin kollektivi tərəfindən müvafiq aktlar tərtib edilərək göstərilmişdir ki, İddiaçı 14 mart 2*22-ci il tarixdə 12:**-dan sonra, 15 mart 2*22-ci il tarixdə isə bütün iş saatı ərzində işdə olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmiş 777 nömrəli Hərbi Hissənin 3*.*8.2*22-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 14 mart 2*22-ci il və 15 mart 2*22-ci il tarixlərdə təxminən saat 12-**-dan sonra hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etmişdir. Həmin hərbi hissə tərəfindən birinci apellyasiya icraatı zamanı təqdim edilmiş *8 fevral 2*23-cü il tarixli 853 nömrəli arayışda, habelə hərbi hissənin 3-cü taborunda şəxsi heyyət üzrə müavin vəzifəsində çalışan X6 ifadəsində isə göstərilmişdir ki, pandemiya başlanandan sonra hərbi hissədə Novruz bayramı tədbirləri keçirilməmişdir. 2*22-ci ildə 14-15 mart tarixlərdə bayramla əlaqədar tədbir olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı 777 nömrəli Hərbi Hissə tərəfindən verilmiş 3*.*8.2*22-ci il tarixli məktubla, birinci apellyasiya baxışı zamanı məhkəməyə verilən məktub və şahid ifadəsi arasında kəskin ziddiyyətlər vardır. Eyni zamanda kollegiya qeyd edir ki, bu ziddiyyətlərin aydınlaşdırılmalı olduğu kassasiya instansiyası məhkəməsinin qərarında da göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən ziddiyyətin aradan qaldırılması üçün hazırkı apellyasiya baxışı zamanı 777 nömrəli Hərbi Hissəyə müvafiq sorğu verilmiş və sorğuya alınmış cavabdeh məktubunda qeyd olunmuşdur ki, hərbi hissədən digər qurumlara göndərilən bütün növ yazışmalar hərbi hissə komandirinin şəxsi imzası ilə imzalanaraq təsdiq edilir və təsdiq edilmiş sənədlər rəsmi hesab olunur. Bu baxımdan 777 nömrəli Hərbi Hissə tərəfindən verilmiş sənədlər təhlil olunduqda görünür ki, hərbi hissə tərəfindən verilmiş 3*.*8.2*22-ci il tarixli məktub hərbi hissənin müvafiq təminat bölməsinin rəisi tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmə kollegiyası həmin sənədi mötəbər sübut olaraq qiymətləndirmir. İddiaçı 14 və 15 mart 2*22-ci il tarixlərdə 777 nömrəli Hərbi Hissədə keçirilmiş Novruz bayramı tədbirində iştirak etdiyini və bu səbəbdən həmin tarixlərdə işdə olmadığını bildirsə də, lakin əslində qeyd olunan tarixlərdə hərbi hissədə belə bir mərasim təşkil edilməmişdir. İşin bu halı isə İddiaçı həqiqətəndə 14 mart 2*22-ci il tarixdə qeyd olunan saatlardan sonra və 15 mart 2*22-ci il tarixdə isə bütün günü iş yerində olmadığına dəlalət edir. Bununla yanaşı müəyyən olunmuşdur ki, İddiaçı 15 mart 2*22-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri ciddi yanaşdığı üçün məktəbin direktoru tərəfindən 16 mart 2*22-ci il tarixdə ona töhmət verilməsi və 1 (bir) günlük əmək haqqının tutulması barədə 175 nömrəli əmr verilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin tarixdə, yəni 16.*3.2*22-ci il tarixdə məktəbin direktoru N.Rzayev tərəfindən İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onun işdən çıxarılmasına münasibət bildirilməsi üçün Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin X16 Komitəsinə təqdimat verilmiş və 16 mart 2*22-ci il tarixdə keçirilən iclasında həmin təqdimat müzakirə olunaraq 11 nömrəli protokoldan çıxarışla İddiaçı ilə bağlı X16 Komitəsinə təqdim edilmiş təqdimatda göstərilən nöqsanlar məqsədəmüvafiq hesab edilərək, onun müəllim kimi vəzifəsindən və hərbi rəhbərlikdən uzaqlaşdırılmasına etiraz edilməməsi qərara alınmışdır. Bundan sonra *1 aprel 2*22-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçının 15 mart 2*22- ci il tarixdə üzrsüz səbəbdən işdə olmamasına görə ona töhmət verildiyi halda, təkrarən *1 aprel 2*22-ci il tarixli əmrlə tərəflər arasında bağlanmış əmək müqaviləsinə onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Digər tərəfdən iş materialları ilə *1 aprel 2*22-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi üçün iddiaçının başqa hərəkətləri (hərəkətsizliyi) əsas olması öz təsdiqini tapmamışdır. İşin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3**.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən sonuncunun məcburi iş buraxma müddəti üçün ödənilməmiş əməkhaqqı da hesablanaraq ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.*.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384.*.1, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh Gəncə şəhəri X24 adına 39 nömrəli tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar