Məhkəmə qərarları › İş №2(104)-2065/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2065/2024

14.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2065/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi olan vəkili Vəkil iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(066)-372/2011 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “miras əmlaka mülkiyyət hüququnun tanınması və şəhadətnamənin verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 nömrəli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl rayon Məhkəməsinin 2(066)- 372/2011-ci il tarixli, 24 avqust 2011-ci il tarixli qətnaməsi ilə, X5 Göygöl rayon, Quşqara kəndində yerləşən 51,6 kv m yaşayış sahəsindən 60.3 kv m köməkçi sahədən, eləcə də 22.5 və 22.5 kv m sahəli otaqlardan ibarət olan yaşayış evi və həmin kəntdə yerləşən, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-083A və JN-83B №-li şəhadətnamələrə əsasən X6 adına olan cəmi 0.24 ha (0.13 ha və 0.11 ha) torpaq sahələri tərəflər arasında bölünməsi, həmin yaşayış evinin 8/20 hissəsi İddiaçı, 5/20 hissəsi X7, 5/20 hissəsi İddiaçı, 2/20 hissəsi X8, X9, X2 mülkiyyət hüquqları, həmcinin torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-083A və JN-83B №-li şəhadətnamələrə əsasən X6 adına olan cəmi 0.24 ha (0.13 ha və 0.11 ha) torpaq sahəsinin 6/8 hissəsi İddiaçı, 1/8 hissəsi Cavabdeh2, 1/8 hissəsi isə X7 mülkiyyəthüquqları tanınmışdır. İddianın predmetini təşkil edən əmlakları X1ndan və X4 14 mart 1998-ci il tarixdə alqı-satqı edərək almışdır. Həmin vaxtdan hal-hazıra qədər istifadə etməklə əmlaka sahiblik edir. X1 və X11 ilə bağladığımız “14 mart 1998-ci il tarixli alqı-satqı müqaviləsi” Göygöl rayonMəhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(066)-244/2023 saylı qiyabi qətnaməsi ilə təsdiqini tapmış və mülkiyyət hüquqları tanınmışdır. İddiaçı məhkəmə kollegiyasına yazılı ərizəsini təqdim edərək, göstərdi ki, mübahisə edilən ev həqiqətən valideynləri tərəfindən Maraqlı şəxs satılmışdır və hal hazırda evdə Gəray yaşayır. İddiadan imtina edir və imtinanın nəticələri ona aydındır. Ona görə də, iddiadan imtinanın qəbul edilərək, Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi olan vəkili Vəkil məhkəmə kollegiyasının iclasında iddiadan iddiadan imtinanın qəbul edilərək, Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak şəxsləri dinləyərək, hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Göygöl Rayon Məhkəməsinin 24 avqust 2011-ci il tarixli, 2(066)-372/2011 saylı qətnaməsi işin icraatına xitam verilməli və qətnamənin icrasına dönüş edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini... təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 370-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0, 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 384.0 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. İddiaçı məhkəmə kollegiyasına ünvanlanmış olduğu ərizəsindən görünür ki, o, iddiadan imtina etdiyini, imtinanın nəticələrinin aydın olduğunu göstərməklə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(066)-372/2011 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, cavabdehin qanunla qorunan mənafelərini pozmur və iddiadan imtina prosessual qanunvericiliyin tələbinə uyğun verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(066)-372/2011 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin MPM-nin 191, 261, 263-264, 384, 391, 405-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(066)-372/2011 saylı qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar