Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2068/2024 14.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2(015)-1115/2024 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı X2 tək ana və kirayələrdə qalmağını nəzərə alınaraq şəxsi istifadəsi və yaşayışı üçün ev tikməkdən ötrü 6 sot torpağın onun istifadəsinə verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar verilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2(015)-1115/2024 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdehnə qarşı “Torpaq mübahisəsi tələbi barədə” iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia ilə inzibati hüquq münasibəti ilə bağlı mübahisə qaldırılmışdır. İddia, növünə görə məcburetmə haqqında iddiadır. Hazırkı iş üzrə irəli sürülmüş iddiadan görünür ki, iddiaçı torpaq sahəsinin verilməsini inzibati orqanlardan tələb edir. Əslində publik hakimiyyətin daşıyıcısı olan yerli icra hakimiyyəti orqanı tərəfindən hər hansı şəxsə torpaq sahəsinin verilməsi üçün həmin orqan tərəfindən bu barədə inzibati akt qəbul olunmalıdır. Əgər həmin orqan belə aktın (iddiaçının arzuladığı inzibatı aktın) qəbulundan imtina edərsə, yaxud həmin orqanın hərəkətsizliyi səbəbindən inzibati akt qəbul edilməzsə iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldıra bilər. Lakin iddiaçı qeyd olunan orqana onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün müraciət etməyib, birbaşa məhkəməyə müraciət edib. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2(015)-1115/2024 nömrəli qərardadından narazı qalan İddiaçı X2 şikayət verərək, qərardadın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi haqqında qərar verilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(015)-1115/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(015)-1115/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılması, iddiaçı X2 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətini onunla əsaslandırmışdır ki, qəbul olunmuş qərardadı qanunsuz, formal və əsassız hesab edir. Çünki məhkəmə qeyd olunan qərardadı qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Ona görə, qərardadın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi haqqında qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e- 2(015)-1115/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı X1 tələbi tək ana və kirayələrdə qalmağını nəzərə alınaraq şəxsi istifadəsi və yaşayışı üçün ev tikməkdən ötrü 6 sot torpağın onun istifadəsinə verilməsini cavabdehin üzərinə qoyulmasına dair qərar verilməsindən ibarət olmuşdur ki, həmin tələb inzibati hüquq münasibətlərindən irəli gələn tələbdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2(015)-1115/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2(015)-1115/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2068/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2068/2024
14.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver