Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-208/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2022 saylı mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 hüquqi varisi X10, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil1 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətinə 05 iyul 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş 503-1/2731 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, Tovuz şəhəri Səməd Vurğun küçəsi 8 ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı1 məxsusdur.
2. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.2904 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 383.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 məxsusdur.
3. İşdə olan X6 ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin direktoru X8 arasında bağlanmış xx.xx.2001ci il tarixli 150 nömrəli alğı-satqı müqaviləsinə əsasən “Orbita-servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı 379000 manat dəyərində Ədalət Quliyevə satılmışdır.
4. İşdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli 000435 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən “Orbita-servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı 379000 manat dəyərində X1. 5.İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1996-cı il tarixli 008962 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, Tovuz rayonu, Bozalqanlı kəndi Səsyazma sexinin avadanlığı 231000 (iki yüz otuz bir min) manata Cavabdeh2 satılmış və mülk alıcının toxunulmaz mülkiyyətinə verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli 001690 nömrəli Şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən Ayaqqabı təmiri sexi ******* (bir milyon dörd yüz on səkkiz min) manata Cavabdeh3 satılmışdır. 7.İşdə olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 890 nömrəli xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2006-cı il tarixdə Tovuz rayonu Abulbəyli kəndində ölmüş, bu barədə xx.xx.2006-cı il tarixdə 12 nömrə ilə ölüm akt qeydi aparılmışdır.
8. İşdə olan Tovuz rayonu Tovuz şəhər soveti tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1963-cü il tarixdə Qazax rayonu Abulbəyli kəndində anadan olmuşdur, atası Cavabdeh3dur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaqdan çıxarma və tikilinin sökülməsi tələbinə dair iddia ərizsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 4 ünvanda yerləşən torpaq sahəsindən çıxarılmalarına və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2022 saylı mülki iş üzrə 17 may 2022ci il tarixli qətnaməsi ilə (hakim: Z.Hünmətov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 əmlakları ilə birlikdə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0.2904 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. 11.Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar ünvan 4 ünvanda yerləşən 0.2904 ha torpaq sahəsinin mülkiyyətçiləridir, cavabdehlərin həmin torpaq sahəsi barəsində mülkiyyət hüquqlarını tasdiq edən sənədləri yoxdur, onlar həmin torpaq sahəsindəh qanunsuz istifadə edirlər, ona görə də iddia təmin olunmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh3 hüquqi varisi X10, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil1 qətnamədən ayrı ayrılıqda apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
13. Cavabdeh3 hüquqi varisi X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tam əsassızdır. Belə ki, həmin torpaq sahəsi və tikili daşınmaz əmlaka aid deyil, həmin torpaq sahəsi dövlət əmlakı olduğu üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində özəlləşib mülkiyyətə dair çıxarış alınmalı idi. Ancaq iddiaçılar özləri saxta yol ilə Dövlət torpağı olan əmlakı başqa yol ilə daşınmaz əmlakdan mülkiyyətlərinə dair Çıxarış almışlar. Buradan aydın olur ki, iddiaçıların aldığı Çıxarış tam saxtadır, ona görə ki, onlar həmin torpağı dövlət torpağı olduğu üçün Dövlət Əmlakının özəlləşdirilməsi departamentindən almalıdırlar. Həmin torpaq sahəsi və üzərində olan köşk 1975-ci ildə onların istifadəsində olmuş, sonra həmin köşkü özəlləşdirmişlər, torpağı onlara nə vaxt almağı təklif edib desələr özəlləşdirməyə hazırdırlar. Əgər həmin köşkdən onlar istifadə etmişlərsə, torpaq sahəsi ilk növbədə onlara satılmalıdır, lakin onlara heç kim tərəfindən təklif olunmamışdır. Məhkəmə işə baxarkən işin faktiki halları aydınlaşdırılmamış, iş üzrə şahidlər dindirilməmiş, obyektiv araşdırma aparılmamışdır. Bununla da məhkəmə tərəfindən həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir.
14. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, məhkəmə iclasında iştirak etməsinə baxmayaraq qətnamədə onun adı qeyd edilməmiş, sonda iddia tələbindən kənara çıxmaqla iddia təmin edilmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi üzərində onun mülkiyyətində olan əmlakın mövcudluğu və iddiaçıların adına olan müvafiq çıxarışı mübahisələndirməyini nəzərə almamış, onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında sübut kimi yalnız iddiaçıların vəkilinin izahatı və onun mübahisələndirdiyi çıxarışa əsaslanaraq qətnamə qəbul edilmişdir. Belə olan halda qətnamənin qanunsuz olmasına məhkəmə kollegiyasının inamının yaranmasına heç bir şübhəsi yoxdur.
15. Cavabdeh X3 nümayəndəsi Vəkil1 şikayəti onunla əsaslandırmışdır ki, iddiaçıların tələbi onların maraqlarına toxunur. xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilməli, ekspertiza təyin edilərək yenidən daşınmaz əmlaka baxış keçirilməli və onların maraqları nəzərə alınmalıdır. Qeyd etmişdir ki, texniki pasportdan da görünür ki, X5 məxsus olan 10 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə heç bir maneçiliyi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın X5 aid hissəsə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətində qeyd edilənlərə etirazını bildirərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 18.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh X3 nümayəndəsi Vəkil1 iştirak etmiş, apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və Vəkil1 məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
19. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının 07 yanvar 1993-cü il tarixli Qanunu
2 6 . Maddə 1.Dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin bu Qanunda müəyyən edilən qaydada xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. 2 7 . Maddə 3. Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir.
28. Maddə 7.4. Özəlləşdirilən müəssisələrin balansında olan mənzil və sosialmədəni obyektlər, yardımçı təsərrüfatlar, onların ümumi əmlakının tərkibində, yaxud ayrıca özəlləşdirilir. Onların özəlləşdirilməsi mümkün olmadıqda, həmin obyektlər dövlət əmlakını idarə edən orqanın sərəncamına verilir. 2 9 . Maddə 25.Özəlləşdirilən obyektin alıcısına dövlət əmlakını idarə edən orqan tərəfindən onun mülkiyyət hüququnu təsdiq edən sənəd verilir.
Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanunu
30.Maddə 1.0.1.dövlət əmlakının özəlləşdirilməsi- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 31.Maddə 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
32. Maddə 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. 33.Maddə 29.5.Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir. 34.Maddə 29.6. Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. 35.Maddə 33.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
46. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar ünvan 4 ünvanında yerləşən 0.2904 ha torpaq sahəsinin mülkiyyətçiləridir, cavabdehlərin həmin torpaq sahəsi barəsində mülkiyyət hüquqlarını tasdiq edən sənədləri yoxdur, onlar həmin torpaq sahəsindən qanunsuz istifadə edirlər, ona görə də iddia təmin olunmalıdır. 47.Apellyatorların şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmə iddia tələbini təmin edərkən mübahisəli torpaq sahəsində yerləşən obyeklərin onlara dövlət tərəfindən qanuni əsaslarla verilməsini nəzərə almamışdır.
48. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1996-cı il tarixli 008962 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, Tovuz rayonu, Bozalqanlı kəndində yerləşən Səsyazma sexinin avadanlığı 231000 (iki yüz otuz bir min) manata Cavabdeh2 satılmış və mülk alıcının toxunulmaz mülkiyyətinə verilmişdir. Bundan başqa işdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli 000435 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən “Orbita-servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı 379000 (üç yüz yetmiş doqquz min) manat qarşılığında X1. Həmçinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli 001690 nömrəli Şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən Ayaqqabı təmiri sexi ******* (bir milyon dörd yüz on səkkiz min) manata Cavabdeh3 satılmışdır.
49. Belə olan halda kollegiya yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanmaqla hesab edir ki, cavabdehlərin, o cümlədən barəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1996-cı il tarixli 008962 saylı Şəhadətnamənin verildiyi ünvan 5i ünvanında “Səsyazma sexinin avadanlığı” adlandırılmış əmlakın mülkiyyətçisi olan Cavabdeh2 vaxtilə tam dəyərini ödəməklə aldıqları və yerləşdiyi obyektdə də istifadə edilməsi ehtiva edilən ayrı ayrı əmlaklar üzərində onların (cavabdehlərin) mülkiyyət hüquqlarının real gözləntisi vardır.
50. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərə əsaslanır.
51. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. 52.Eyni hüquqi mövqe Həmin Məhkəmənin bir sıra başqa qərarlarında da (“Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü il tarixli, “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X2rşı” işlər). İfadə edilmişdir.
53. Qanunvericiliyin tələblərinə görə, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.
54. Torpaq sahəsindən çıxarılma ilə bağlı məhkəmə diqqətə çatdırır ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
55. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
56. Məhkəmə kollegiyası iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmaması məsələsinə aydınlıq gətirilməsi məqsədilə iş üzrə məhkəmə mühəndis ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2188 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 1400/2023 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 sökülməsini tələb etdikləri tikililərin xx.xx.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 0.2904 ha torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir.
57. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
58. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə iddiaçılar hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsalar da, onların mülkiyyət hüquqları cavabdehlərin real gözləntisi olan mülkiyyət hüquqlarından üstün tutula bilməz. Bundan əlavə, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununun 29.6-cı maddəsi nəzərdə tutur ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Ona görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmamasına əsas verir.
59. İrəli sürülən iddia rədd edildiyindən Azərbaycan Respublikasının MPM-in 119cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri iddiaçılara aid edilməli, 100 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ünvan 6 ünvanda yerləşən 0.2904 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində verilməsi barədə olan “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın qanuni əsaslarla verilib verilmədiyi məsələsi hazırki məhkəmə araşdırmalarının predmeti deyildir, ona görə də həmin məsələyə hazırki işdə hüquqi qiymət verilə bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayətləri təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2022 saylı mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcləri iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.