Məhkəmə qərarları › İş №2(104)-2096/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2096/2024

20.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2096/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlaklar üzərində payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Мəhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(030)-404/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Daşkəsən Rayon Мəhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(030)-404/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın təmin edilməsi, Cavabdeh Adil oğluna məxsus olmuş, ünvan 1ində yerləşən ümumi sahəsi 102 kv.metr fərdi yaşayış evinin ikidə bir hissəsinə ( hər birinə dörddə bir hissə olmaqla) İddiaçı1 və İddiaçı2 İsa qızının məcburi payları, ünvan 1ində yerləşən, “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı (KOD ********) Dövlət Aktında göstərilən 2,60 ha torpaq sahəsinin Cavabdeh Adil oğlunun mülkiyyətinə aid sahəsinin üzərində qanun üzrə vərəsə olaraq İddiaçı1, X10 hər birinin üçdə bir hissə üzrə miras paylarının müəyyən olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 vasitəsi ilə apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Мəhkəməsinə müraciət edərək, ünvan 1ində 0,30 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsinə məcburi payların, ünvan 1ində yerləşən və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 2,60 ha təsərrüfat təyinatli torpaq sahəsinin mərhum ataları Cavabdeh Adil oğluna məxsus olan hissəsinə isə qanun üzrə vərəsə olaraq hər birinin 1/3 hissədə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində 0.30 ha yaşayış məntəqə təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kv.m olan fərdi yaşayış evi iddiaçıların məhrum ataları Cavabdeh Adil oğlunun adına, Daşkəsən rayonu, Xoşbulaq kəndində “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh Adil oğlu, X21, X7, X11 və X9 adına qeydiyyata alınmışdır. Ataları Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Ailədə 3 uşaq olmuşlar, onlar və Cavabdeh məhrum atası, iddiaçıların qardaşı X21 atalarından əvvəl, yəni 07 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Ataları vəfat etməzdən xeyli əvvəl Gəncə şəhərində onların yanında yaşamışdır. Onun dəfn xərclərini də onlar (iddiaçılar) çəkmişlər. Atalarının vəfatından sonra ona (atalarına) aid olan bəzi sənədlər və xeyli sayda əşyalar hazırda da onlardadır. Yəni atalarından qalmış miras onlar tərəfindən qəbul edilmişdir. Onlar atalarının 03 noyabr 2006-cı il tarixdə özünə məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini Cavabdeh vəsiyyət etməsini nəzərə alaraq hesab edirlər ki, sözügedən fərdi yaşayış evinin ½ hissəsinə onların məcburi payları müəyyən edilməlidir. Eyni zamanda, ünvan 1ində “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum ataları Cavabdeh Adil oğluna məxsus olan hissəsinə də qanun üzrə vərəsə tanınaraq hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Bununla əlaqədar olaraq notariat ofisinə müraciət etsələr də, mübahisə olması səbəbindən imtina edilərək məhkəməyə müraciət etmələri izah edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni nə iş materiallarında olan sübutlara, nə məhkəmə tədqiqatı zamanı aparılmış araşdırılmanın nəticələrinə uyğun əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçıların mirası nə rəsmi, nə də faktiki olaraq qəbul etməmələrinə hüquqi qiymət verməmişdir. Qətnamədə qeyd edilir ki, iddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapmışdır. Miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. Halbuki, iş materiallarından aydın olur ki, miras qoyan Cavabdeh Adil oğlunun 22 oktyabr 2022-ci il tarixdə vəfatından sonra qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2023-cü il tarixdə rəsmi olaraq notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Bundan başqa, o, həm də miras mülkdə yaşayaraq mirası faktiki olaraq qəbul etmişdir. İş üzrə dindirilmiş hər bir şahid, istər iddiaçı tərəfdən dindirilmiş və istərsə də cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin hər biri iddiaçıların miras açıldıqdan sonra miras mülkdə yaşamadıqlarını, miras mülkdə yalnız Cavabdeh yaşadığını bildirmişlər. Hətta iddiaçı tərəfdən dəvət edilmiş şahidlərə mərhum İsa Adil oğlundan hər hansı əşya qalmışdırmı, sualına cavab olaraq bildirilmişdir ki, heç bir əşya qalmamışdır. Məhkəmə heç bir əsaslandırma aparmadan bir cümlə ilə iddiaçıların mirası faktiki qəbul etdiklərini qeyd etmiş, lakin qətnamənin təsviri-əsaslandırıcı hissəsində bununla bağlı heç bir açıqlama, əsaslandırma verməmişdir. Göründüyü kimi, məhkəmə iş materiallarında olan sübutları obyektiv araşdırmamış, iş üzrə qeyri-qanuni nəticəyə gəlmişdir.Bundan başqa miras açılandan sonra iddiaçılar mirasın qəbulu ilə bağlı heç bir hərəkət nümayiş etdirməmişlər, onlar nə miras mülkdə yaşamamış, nə torpaq sahəsini əkib becərməmiş, kommunal xərcləri ödəməmiş, nə də qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etməmişlər. Lakin iş materiallarından göründüyü kimi, bütün bu sadalanan hərəkətlər Cavabdeh tərəfindən edilmişdir. Qeyd edilən hüquq normasına görə Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan təqdirdə mübahisəli əmlak mirası vaxtında qəbul etmiş Cavabdeh mülkiyyəti hesab edildiyi üçün və mülkiyyət hüququ toxunulmaz olduğu üçün həmin əmlakın başqa-başqa şəxslərin arasında bölüşdürülməsi yolverilməzdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarına istinad etmişdir ki, həmin qərar qüvvəyə mindiyi zaman məhkəmələrin icraatında olan, yəni xx.xx.2023-cü il tarixədək məhkəmələrə daxil olmuş iddia tələblərinə aiddir. Hazırkı iş isə, 2024-cü ilin may ayında məhkəmənin icraatına daxil olmuşdur. Miras isə xx.xx.2022-ci il tarixdə açılmışdır. Ona görə də həmin qərar hazırkı işdə tətbiq edilə bilmədiyi üçün miras əmlaka dair vərəsəliklə bağlı Azərbaycan Respublikası MM-nin 1273-cü və 1246-cı maddələri tətbiq edilməli və iddiaçılar mirası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etmədikləri üçün onların iddiaları təmin edilməməli idi. Bununla belə, iddiaçılar nə notariat kontoruna vaxtında müraciət etməmiş, nə də əmlakı idarə etməyə faktiki başlamadıqları iş materailları ilə sübuta yetirilməsinə baxmayaraq, iddianı rədd etməli olduğu halda, təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı qətnaməni çıxararkən hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və qanunu səhv təfsir etməklə yuxarıda qeyd edilən maddi hüquq normalarını pozmuş, nəticədə qeyri-qanuni qərar qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar və cavabdeh nümayəndə vasitəsilıə təmsil olunsalar da özləri gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib həmin şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrini dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Daşkəsən Rayon Мəhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(030)-404/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,32 ha torpaq sahəsi və ümumi sahəsi 102 kv.metr fərdi yaşayış evi Cavabdeh Adil oğlunun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı KOD 50605028 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh Adil oğlunun, X14, X3, X8 və X9 paylı mülkiyyətinə ünvan 1i ərazisindən 2,60 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-326A Seriyalı KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh Adil oğlunun, X14, X3 və X8 birgə mülkiyyətinə ünvan 1i ərazisindən 0,38 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 20 may 1962-ci ildə ünvan 1ində anadan olmuşdur. Atası Cavabdeh Adil oğlu, anası X4r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 03 iyun 1962-ci il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1965-ci ildə ünvan 1ində anadan olmuşdur. Atası Cavabdeh Adil oğlu, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 aprel 1965-ci il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxxxx 1967-ci ildə ünvan 1ində anadan olmuşdur. Atası Cavabdeh Adil oğlu, anası X4r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 12 oktyabr 1967-ci il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Adil oğlu ilə X1 rayon Xalq məhkəməsinin 18 iyun 1974-cü il tarixli 2-69 saylı qətnaməsinə əsasən boşanmışlar. Bu barədə Daşkəsən rayon vətəndaşlıq vəziyyəti aktlarının qeyd kitabında 05 iyul 1974-cü il tarixdə 13 nömrə ilə müvafiq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı1 arasında 03 noyabr 1984-cü il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVAQ şöbəsində 111 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X18 arasında 20 aprel 1993-cü il tarixdə nikah bağlanmış və Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən rayonu Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Daşkəsən rayon dövlət notariat ofisində təsdiq edilmiş 03 noyabr 2006-cı il tarixli 2V-1-23 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, Mövlayev X22 rayonu Xoşbulaq kəndində yerləşən 2 otaqlı yaşayış evini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda ölmüşdür. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm akt qeydləri kitabında 26 oktyabr 2022-ci il tarixdə qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Gəncə regional “ASAN xidmət “ mərkəzində notariat ofisinin 09 yanvar 2023-cü il tarixli 05101-8863/10 saylı məktubundan görünür ki, Daşkəsən rayon dövlət notariat ofisində 03 noyabr 2006-cı il tarixdə 2V-1-23 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin 29 dekabr 2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət “ mərkəzində notariat ofisinin 13 oktyabr 2023-cü il tarixli 2928 saylı məktubundan görünür ki, Cavabdeh Adil oğlu tərəfindən ona məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair Daşkəsən rayon dövlət notariat ofisində 03 noyabr 2006-cı il tarixli 2V1-23 reyestrlə təsdiq olunmuş vəsiyyətnamə ləğv olunmamış, qüvvədədir. İş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş X8 20 oktyabr 2023-cü il tarixli 8İ-5766 reyestr nömrəli ərizəsindən görünür ki, babası Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra 12 sentyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin mirasın vərəsəliyini qəbul etməmişdir. Mirasdan imtina edir. İş materiallarında olan 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 25 oktyabr 2023-cü il tarixli 05/09/S/171333-23 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti akttarı” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşığdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1932-ci il təvəllüdlü Cavabdeh Adil oğlunun ailə tərkibi oğlu - xx.xx.1962-ci il təvəllüdlü X21 xx.xx.2021-ci ildə vəfat etmişdir İş materiallarında olan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyinin 06 noyabr 2023-cü il tarixli 5-42-17/2-614/2023 saylı arayışından görünür ki, ******* seriyalı, 12 sentyabr 2015-ci il tarixli, **********97- 10301 qeydiyyat nömrəli, ********** reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evində heç kim pasport qeydiyyatında deyildir. İş materiallarında olan 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi 23 yanvar 2024-cü il tarixli 05/09/S/204171-24 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti akttarı” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşığdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1932-ci il təvəllüdlü Cavabdeh Adil oğlunun ailə tərkibi oğlu - xx.xx.1962-ci il təvəllüdlü X21 (xx.xx.2021-ci ildə vəfat etmişdir. Qızları- xx.xx.1965ci il təvəllüdlü İddiaçı1 İsə qızı və xx.xx.1967-ci il təvəllüdlü X12r. İş materiallarında olan 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 11 mart 2024-cü il tarixli 581 saylı məktubundan görünür ki, İddiaçı1 11 mart 2024cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır”. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir”. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Lakin, İddiaçı1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, miras əmlak üzərində miras qoyan Cavabdeh Adil oğlunun vərəsələri arasında mübahisə mövcüddur. Odur ki, Azərbaycan Respublikası Müfki Məcəlləsinin 1291-ci maddəsinə əsasən “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.” Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətində təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində ələqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. Ona görə də, mirasın qəbuluna dair razılığa gələ bilmədikləri üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmnlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli 3-21-33/2-3638/2024 saylı məktubundan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.32 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 102 kv.m olan fərdi yaşayış evi 12 sentyabr 2015-ci il tarixli, **********97-10301 reyestr nömrəli huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X19 adına olmuşdur. Gəncə “ASAN ximdət” notariat kontorunun 13 aprel 2017-ci il tarixli, 4Ə-837 reyestr nömrəh alqı-satqı müqaviləsinə əsasən evin yerəşdiyi 0.32 ha torpaq sahəsinin 0.02 ha hissəsi X2. Yerdə qalan fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh Adil oğlunun vərəsəsi Cavabdeh etibamamə üzrə nümayəndəsi Nümayəndə2 ərizəsinə 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, aparılmış araşdırma zamanı torpaq sahəsinin faktiki ölçüləri ilə ərizəyə əlavə olunmuş bölgü planında olan ölçülərin üst-üstə düşmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, vətəndaşa bu barədə 28 dekabr 2023-cü il tarixli, 3-21-3-33/212363/2023 nömrəli bildiriş verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-464, KOD 50605028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə Cavabdeh Adil oğlunun, X14, X3, X8 və X9 adlarına işlənilmişdir. Vətəndaş Cavabdeh əmlaka dair 13 noyabr 2023-cü ü tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onlann məhdudlaşdınlmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verilmiş, əmlakın özgəninkiləşdirilməsinə dair məlumat ərazi idarəsinə daxil olmamışdır. Cavabdeh (İsə) Adil oğlu tərəfindən 2020-2022-ci il ərzində özgəninkiləşdirilmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, miras qoyan Cavabdeh Adil oğlunun üç övladı - oğlu X21 və qızları İddiaçı1 və İddiaçı2 olmuşdur. Cavabdeh Adil oğlu ilə X5 18 iyun 1974-cü il tarixdə boşanmışlar. Cavabdeh Adil oğlu isə 22 oktyabr 2022-ci ildə, oğlu X21 isə 07 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Adil oğlu hələ sağlığında Daşkəsən rayon dövlət notariat ofisində təsdiq edilmiş 03 noyabr 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən ünvan 1ində yerləşən 2 otaqlı yaşayış evini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İddiaçılar hələ atalarının saqlığında ailə qurmaları ilə əlaqədar köçərək Gəncə şəhərində yaşayırlar, ataları Cavabdeh Adil oğlu isə xx.xx.2021ci il tarixdə vəfat etmiş oğlu Qaliblə yaşamışdır. Cavabdeh Adil oğlunun ölümündən sonra “Torpağa mülkiyyət hüququna dair” JN-464 Seriyalı KOD 50605028 olan Dövlət Aktına əsasən onun, X14, X3, X8 və X9 bərabər paylarla birgə mülkiyyətində olan ünvan 1i ərazisindən 2,60 ha pay torpaq sahəsi, həmçinin, tək Cavabdeh Adil oğlunun mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində 0,32 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evi miras olaraq qalmışdır, vəsiyyət üzrə vərəsə Cavabdeh mirasa faktiki yiyələnməklə qəbul etmiş olsa da, qanun üzrə birinci növbəli vərəsələr olan iddiaçılar qanunla nəzərdə tutulmuş müddətdə mirası qəbul etməmişlər. Hazırda iddiaçılar ünvan 1ində yerləşən ümumi sahəsi 102 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsinə onların məcburi payının, ünvan 1ində “Torpağa mülkiyyət hüququna dair” dövlət Aktında göstərilən 2,60 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsinin Cavabdeh Adil oğluna məxsus olan hissəsinə isə qanun üzrə vərəsə olaraq hər birinin 1/3 hissədə miras paylarının müəyyən edilməsini tələb edirlər. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapmışdır. Miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. İddiaçı1 və İddiaçı2 miras qoyanın birinci növbədə vərəsələri olduqları üçün, onların qeyd edilən əmlaklardan pay tələb etmələrinin hüquqi əsasları vardır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarına əsaslanaraq qeyd etmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Qərarın qüvvəsi hazırda məhkəmələrin icraatında olan işlərə də şamil edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum Cavabdeh Adil oğlu 22 oktyabr 2022-ci il tarixdə, iddiaçıların qardaşı X21 atalarından əvvəl, yəni 07 oktyabr 2021-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcələnin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Yuxarıda göstərilən normalara əsasən məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyriformal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki miras qoyan Cavabdeh Adil oğlunun 22 oktyabr 2022-ci il tarixdə vəfatından sonra Cavabdeh miras mülkdə yaşayaraq mirası faktiki olaraq qəbul etmiş, eyni zamanda qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2023-cü il tarixdə notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmiş və mirası qəbul etmişdir. İddiaçılar isə miras qalmış fərdi yaşayış evi və pay torpaq sahəsindən ibarət əmlakı nə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə, nə də faktik olaraq qəbul etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etsə də nəzərə almamışdır ki, həmin qərarların həmin vaxt icraatda olmuş işlər və ondan sonra yaranan hüquq münasibətlərinə tətbiq olunması nəzərdə tutulmuşdur. Hazırki işdə isə hüquq münasibətləri 22 oktyabr 2022-ci il tarixdə yaranmasına baxmayaraq iddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi həmin qərarlara əsaslanmaqla iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə iddiaçılar tərəfindən mirasın faktiki olaraq qəbul edilmiş olması sübutlarla təsdiqini tapdığını, miras əmlaklar üzərində onların paylarının müəyyən olunmasını istisna edən halların mövcud olmadığını göstərmiş olsa da, lakin iddiaçıların mirası qəbul etməsinin konkret olaraq hansı sübutlar əsasında təsdiqini tapdığını əsaslandırmamışdır. İddiaçıların özləri isə iddia ərizəsində mirası faktiki qəbul etmələrini təsdiq edən sübut kimi atalarına məxsus bəzi sənədlərin və xeyli sayda əmlakın onlarda olması ilə əsaslandırmışlar. Məhkəmıə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi isə iddiaçıların mirası qəbul etmələrini təsdiq edən sübut kimi mərhum atalarına məxsus şəxsiyyət vəsiqəsinin və pensiya kartının, yataq çarpayısının iddiaçılarda olması ilə əsaslandırdı. Halbuki elə birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Cavabdeh Adil oğlu oğlu vəfat edənədək oğlu ilə birlikdə Daşkəsən rayonunda, oğlu vəfat edəndən sonra isə xəstə olduğuna görə bir il müddətində Gəncə şəhərində yaşayan qızlarının yanına gəlmiş və növbəliliklə, gah bu qızının, gah digər qızının yanında qalmılşdır. Növbəliliklə iddiaçıların (qızlarının) yanında Gəncə qalan Cavabdeh Adil oğlunun özü ilə çarpayı və digər əmlak gətirməsi məhkəmə kollegiyasının qənaətinə görə inandırıcı deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamış, lakin birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericilik normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Мəhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(030)-404/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlaklar üzərində payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar