Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2097/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(042)-351/2023 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X2 miras qalmış, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən, JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evindən ibarət mirasın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun atasıdır. X4 anası X11 ilə ailə qrumuş, onların dörd övladı olmuşdur: 1. X12 (d/t: xx.xx.1958); 2. Nümayəndə (d/t: xx.xx.1962); 3. Ərizəçi (d/t: xx.xx.1965); 4. X8 (d/t: xx.xx.1968). X22 xx.xx.1998-ci ildə, qardaşı X12 xx.xx.2004-cü ildə, X4 isə xx.xx.2010-cu ildə vəfat etmişdir. Atası ölən günədək Gədəbəy rayonu, Arıxdam kəndində yaşamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Arıxdam kəndində 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Atası ona məxsus 0.42 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Ev zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evidir. X4 ölən günədək onunla Gədəbəy rayonu, Arıxdam kəndində yaşamış, ona o baxmışdır. Bu səbəbdən atası xx.xx.1997-ci il tarixdə vəsiyyətnamə verərək Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən bütün əmlakını, fərdi yaşayış evini, ev əşvalarını ona vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Mən də atası vəfat etdikdən sonra onun bütün dəfn xərclərini çəkərək atasını dəfn etdirmişdir. Atasının ölümündən sonra da X2 qalmış evdə yaşamaqla mirası həm vəsiyyətnamə üzrə, həm də faktiki qəbul etmişdir. Hal hazırda da həmin evdə yaşayır. İşıq, qaz və digər kommunal xərclər onun adına gəlir. O, hal-hazırda atasından miras qalmış mülkü adına sənədləşdirmək istəyir. X2 qalmış miras kütləsinə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsi və Gədəbəy rayonu, Arıxdam kəndində həmin 0.42 ha həyətyanı torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evi daxildir. Həmin əmlakları atası sağlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evi X2 qalmış miras kütləsinə daxil edilməlidir. O, atasının ölümündən sonra da, ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini vəsiyyətnamə üzrə faktiki olaraq qəbul etmişdir. O, atasının vəfatından sonra ondan qalmış miras mülkü dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy rayon notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Atasından qalmış miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Bacısı Nümayəndə bu barədə notarial ərizə vermiş, qardaşı Pərviz Allahverdiyev 10 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır, mirasın onun tərəfimdən qəbul edilməsi üçün heç bir etiraz etmir. Odur ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(042)-351/2023 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) ərizə təmin edilərək, X9 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.42 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 23 avqust 2007-ci il tarixdə X15 ilə nikahlarını rəsmi qeyd etdirməkə ailə qurmuş və həmin vaxtdan da mərhum həyat yoldaşı S.Allahverdiyevin yaşamış olduğu, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən 0.42 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində yaşayaraq təsərrüfatı idarə etmişdir. Ona məxsus əmlaklar da həmin ünvandadır. Birgə nikahdan övladları dünyaya gəlməmişdir. Həyat yoldaşı Səməndər Allahverdiyev xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bundan sonra mərhum həyat yoldaşının ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmiş və onun adına ölüm haqqında şəhadətnamə almışdır. Daha sonra isə cavabdehlər Nümayəndə, X10, X12 və X5 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X6 miras qalmış, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən miras mülkə vərəsəliyin və payların müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, Mingəçevir Şəhər Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra ərizə ilə notariat kontoruna müraciət edərək, mərhum həyat yoldaşından miras qalmış əmlakın qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, X13 xüsusi icraat qaydasında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”ni xahiş etmiş və Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(042)- 351/2023 saylı qətnaməsinə əsasən ərizə təmin edilmişdir. Lakin, ərizəçi məhkəməyə ərizə verərkən mərhum Səməndər Allahverdiyevin qanun üzrə birinci növbəli vərəsəsi kimi onu maraqlı şəxs kimi göstərməmiş, bu faktı məhkəmədən gizlətmişdir. Məhkəmə isə xüsusi icraat qaydasında işə baxarkən tərəflər arasında mübahisənin olubolmamasını araşdırmamış, eyni zamanda miras qoyan Səməndər Allahverdiyevin qanun üzrə birinci növbəli vərəsələrini müəyyən etmək üçün qeydiyyat şöbəsindən lazımi sənədləri tələb etməmişdir. Hesab edir ki, hazırki mülki işə ümumiyyətlə xüsusi icraat qaydasında baxıla bilməz. Çünki, miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri arasında ixtilaflar mövcuddur. Digər tərəfdən, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən 0.42 ha hektar torpaq sahəsində inşa olunmuş tikililər daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariatİdarəsinin rəisi Mehman Soltanovun imzası ilə imzalanmış xx.xx.2013-cü il tarixli cavab məktubundan görünür ki, mərhum əri X9 vəsiyyətnamə qoyması barədə “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”nda məlumat aşkar edilməmişdir. İşə baxan məhkəmə bu halları tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Maraqlı şəxs2 onun mərhum atasının arvadı olmamışdır. Ümumiyyətlə, mərhum atasının nikah haqqında şəhadətnamədən məlumatı olmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1968-ci il tarixdə, X12 xx.xx.1958-ci il tarixdə, Ərizəçi xx.xx.1965-ci il tarixdə doğulmuşlar, onların ataları X15, anaları X7r; Ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə, X11 xx.xx.1998-ci il tarixdə, X12 isə xx.xx.2004-cü il tarixdə ölmüşdür; Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 14 saylı məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıxdam kənd X25 1991-1995-cı illərə dair 6 saylı təsərrüfatbaşına kitabının 713-cü şəxsi hesabında X9 adına olan təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur; N-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə X14 Gədəbəy rayonu Arıxdam kəndində 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir; Nümayəndə tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, X2 qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlaklardan ona çatası miras payını rəsmi olaraq qəbul etməmişdir və qəbul etmir. Gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır; xx.xx.1997-ci il tarixdə X15 tərəfindən verilmiş, Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə qeyd edilmişdir ki, X3 rayonu Arıxdam kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa hamısını qızı Ərizəçi vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir; Gədəbəy rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 90 saylı məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini ötürdüyünə görə vəziyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müracitə etməsi tövsiyə olunmuşdur; AZ-İ seriyalı 340707 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X27 xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar, nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. MPM-nin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yeri faktının müəyyən barədə işlərə baxır. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, mərhum X1 X11 ilə ailə qurmuş və onların ailə münasibətlərindən Ramiz, Yazgül, Ağgül və Pərviz adlı uşaqları anadan olmuşdur. Bununla yanaşı müəyyən olunur ki, mərhum X1, yəni xx.xx.2007-ci il tarixdə Allahverdiyeva (Tomilina) Qalina Markovna ilə nikaha daxil olaraq ailə qurmuşdur. Miras qoyan Səməndər Allahverdiyev xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 mərhum əri Səməndər Allahverdiyevdən miras qalmış əmlakın onun tərəfindən qəbul edildiyini bildirir və mirasdan ona pay verilməsi iddiasındadır. Qeyd olunmalıdır ki, hüquq haqqında mübahisə digər şəxsin eyni predmetə hüquqlarının olmasını iddia etməsi anlamına gəlir. Göründüyü kimi, hüquqi əhəmiyyət fakt, məhkəmə qaydasında müəyyən oluna bilər. Lakin, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Analoji qayda Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsində də müəyyən edilməklə göstərilmişdir ki, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırkı işdən isə görünür ki, ərizəçinin tələb etdiyi faktın müəyyən olunması məsələsində hüquq haqqında mübahisə vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mərhum (miras qoyan) X9 bütün vərəsələrinin dairəsi müəyyən edilməmiş, onlar işə baxılmasına cəlb edilərək miras əmlakın hansı vərəsələr tərəfindən qəbul edilibedilməməsi araşdırılmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.5-ci bəndində qeyd olunmuşdur ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsində göstərilir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də ərizə baxılmamış saxlanılmaqla yanaşı ərizəçiyə izah olunmalıdır ki, ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 259.0.10, 263-264, 384.0.5 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(042)-351/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Ərizəçi vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, həmin tələblə ümumi əsaslarla iddia vermək hüquqları vardır. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2097/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2097/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver