Məhkəmə qərarları › İş №2(104)-2101/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2101/2024

30.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2101/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Nəsibov Hicran Rüstəm qızının nümayəndəsi (əri) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 2zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)- 6/2024 saylı qətnaməsindən iddiaçı Nəsibov Hicran Rüstəm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-6/2024 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddianın qismən təmin edilməsi, Ağstafa rayonu Poylu kəndində yerləşən İddiaçı məxsus pay torpaq sahəsinin 6.1 kv/m hissəsinin (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) Cavabdeh tərəfindən zəbtdən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 , S.W.İ.F.T. Bik CTREAZ22 saylı hesabına köçürülməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Nəsibov Hicran Rüstəm qızına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il, tarixli 2(015)-6/2024-saylı qətnaməsinin bütövlükdə ləğv olunması və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi Ağstafa rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən zəbt edilmiş Ağstafa rayonu Poylu kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Ağstafa rayonu Poylu kəndində torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə 0,7282 ha pay torpaq sahəsi İddiaçı verilmişdir. Dövlət Aktını DƏDRXnə təhvil verərək xx.xx.2020-ci il tarixdə **********-saylı qeydiyyata düşməklə çıxarış almışdır. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir, amma torpağın 0,04 ha hissəsi yaxını Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı Poylu bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə isə öz cavab məktubunda bu işin onun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etməyi qeyd etmişdir. Odur ki, Cavabdeh tərəfindən Ağstafa rayonu Poylu kəndi ərazisində 0,04 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddia tələbində qeyd olunmuşdur ki, ona məxsus DƏDRX-dən alınmış **********-saylı çıxarışla 0,7282 ha pay torpaq sahəsi vardır və həmin torpaq sahəsinin 4 sota yaxın bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, 01 may 2024-cü il tarixli 3-21-3- 37/2- 3010/2024-saylı məhkəmə ekspertizasının rəyi ilə bildirilir ki, guya ki ona məxsus torpaq sahəsinin 6.1 kv.m hissəsi cavabdehin sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Təbii ki, o, həmin ekspert rəyi ilə razılaşmamış və məhkəmədən yeni ekspertiza keçirilməsini bildirsə də məhkəmə, mənim sözləri nəzərə almadan mahiyyəti üzrə işə baxıb qərar qəbul edərək onun hüquqlarını görməzdən gələrək iddia tələbini qismən təmin edərək sözü gedən qətnaməni çıxarmışdır. Həmin qətnamə isə onun birbaşa mülkiyyət hüquqlarına toxunur. Prosessual məsələlər və apellyasiya şikayətləri üzrə izahatlar: İş üzrə İddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və Cavabdeh oğılu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X3 apellyasiya şikayətini müdafiə edib şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsini dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubilkası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Poylu kəndindən 0,7287 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Poylu kəndindən 0,7836 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli, 3-21-3-37/2-3010/2024 saylı ekspert rəyindən görünür ki, “AZCAD və TEKUİS məlumatlarına əsasən İddiaçı Dövlət aktında olan torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 6.1 kv.m sahəsinin üst-üstə düşdüyü müəyyən edilir”. Məkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli reyestr nömrəsi **********11, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Ağstafa rayonu Poylu kəndində yerləşən 0,7287 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********37, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Ağstafa rayonu Poylu kəndində yerləşən 0,7836 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İddiaçı ona məxsus Ağstafa rayonu Poylu kəndində yerləşən 0,7287 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,04 ha-ya qədər hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini qeyd edərək məhkməyə hazırkı iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib edilməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin etmiş, keçirilmiş ekspertizanın rəyi ilə cavabdeh tərəfindən iddiaçıya aid torpaq sahəsinin yalnız, 6.1 kv.m hissəsindən istifadə edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərə məxsus torpaq sahələrinin hüquqi və texniki vəziyyəti ilə bərabər əsaslandırılmış sübut olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi obyektiv və qərəzsiz sübut olaraq qəbul edilməlidir. Bununla bağlı tərəflərə aidiyyəti sənədlərin təqdim edilməsi və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, yalnız iş materiallarında olan sənədlər təqdim edilmişdir. Məhkəmə müvafiq rəy və təqdim edilmiş sənədlər əsasında hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 6.1 kv.m-ə qədər hissəsinin İddiaçı məxsus pay torpaq sahəsi ilə üst-üstə düşməsinə əsasən iddianın qismən təmin olunması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Beləliklə də, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsinin zəbt edildiyi məhkəmə iclasında müəyyən edildiyindən kollegiya hesab edir ki, məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Yenidən ekspertizanın təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və cavabdehləri yuxarıda göstərilən qaydada iddiaçının torpağının zəbt edilməsi müəyyən olunmuşdur. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizəsi kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-6/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar