Məhkəmə qərarları › İş №2(104)-2106/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2106/2023

12.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2106/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-979/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-979/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Q.Əbilov) iddia təmin edilmiş, cavabdeh X2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-979/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun yaşadığı ev Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, ev 10 olmuşdur. Həmin evi atası X6 tərəfindən X5 26 oktyabr 2013-cü il tarixdə AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmışdır. Evin ünvanı həmin alqı-satqı müqaviləsində də ünvan 2dir. Lakin məhkəmə öz qətnaməsində həmin alqı-satqı müqaviləsində atası X5 aldığı evin ünvanının guya ünvan 1 olduğu qeyd edilmişdir.Onun mülkiyyətində olan ev Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, ev 10 ünvanıdır, ünvan 1 ünvanının ona aidiyyatı yoxdur. Tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-979/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: AN-İ №0844805 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı X7 tam mülkiyyət üzrə ona məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 20000 (iyirmi min) manata alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********11-10301, inventar nömrəsi 9098 olan Texinki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmənin sorğusu üzrə verdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi ilə X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi eyni fərdi yaşayış evidir. O cümlədən daşınmaz əmlak obyektinə ünvan verilməsi məqsədilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020ci il tarixli, 684 saylı arayışına əsasən ev sənədində səhvən döngə 4, ev 10 kimi qeyd olunmuş və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsilə ünvan 11 ünvan adlandırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmənin sorğusu üzrə verdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan Cavabdeh adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlak obyektinə ünvan verilməsi məqsədilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 684 saylı arayışına əsasən ev sənədində səhvən döngə 4, ev 10 qeyd olunub və ünvan 12 ünvan adlandırılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, AN-İ №0844805 nömrəli xx.xx.2020ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X7 tam mülkiyyət üzrə ona məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 20000 (iyirmi min) manata alıcı İddiaçı satmış və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən həmin fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına tam mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh X7 İddiaçı məxsus daşınmaz əmlakdan qanunsuz olaraq istifadə edir və bu iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətinin dəlilərində onun mülkiyyətində olan evin Bərdə şəhəri, Təbriz küçəsi döngə 4, ev 10 ünvanın olması, ünvan 1 ünvanının ona aidiyyatı olmadığını göstərsə də, həmin dəlillər iş materialları ilə təsdiq edilmir. Belə ki, AN-İ №0844805 nömrəli xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə cavabdehX7 tam mülkiyyət üzrə ona məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 133.6 kv/m, yaşayış sahəsi 74 kv/m, yardımçı sahəsi 59.6 kv/m olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmənin sorğusu üzrə verdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi ilə X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi eyni fərdi yaşayış evidir. O cümlədən daşınmaz əmlak obyektinə ünvan verilməsi məqsədilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 684 saylı arayışına əsasən ev sənədində səhvən döngə 4, ev 10 kimi qeyd olunmuş və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsilə ünvan 11 ünvan adlandırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 979/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-979/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar