Məhkəmə qərarları › İş №2(104)-2115/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2115/2024

19.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2115/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(062)-617/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə doğulmuşdur, atası X16, anası İsgəndərova (Nəcəfova) Fatimə Gümüş qızıdır;

2. Doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1996-cı il tarixdə doğulmuşdur, atası X16, anası İsgəndərova (Nəcəfova) Fatimə Gümüş qızıdır;

3. Boşanma haqqında şəhadətnamədən görünür ki, X16 ilə X21 arasında olan nikah xx.xx.2002-ci il tarixdə pozulmuşdur;

4. Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir;

5. Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1971-ci il tarixdə mərhum atası X6 ilə anası X7 birgə nikahlarından anadan olmuşdur. Mərhum atası X6 14 iyul 2014-cü il tarixdə, mərhum anası X11 isə 08 fevral 2016-cı il tarixdə vəfat etmişlər. Mərhum atası X6 21 mart 1936-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. ünvan 3n mənzil DƏDRX tərəfindən verilmiş 28 fevral 2006-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X4 adına (kitab 239, səhifə 16044, qeydə alma 30/3134) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda da mülkiyyətindədir. Mərhum atası X6 ilə mərhum anası X7 birgə nikahlarından bir oğul övladları xx.xx.1966-cı il təvəllüdlü X16 dünyaya gəlmişdir. Mərhum atası X1 özünə məxsus ünvan 4 ünvanında yerləşən mənzili xx.xx.2013-cü il tarixli “fərdi Evin bağışlama müqaviləsinə” əsasən oğlu X12 bağışlamışdır. Qardaşı X3 Fatimə Gümüş qızı ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından iki övladları xx xxxx 1995-ci il təvəllüdlü Cavabdeh və 26 oktyabr 1996-cı il təvəllüdlü X17 anadan olmuşdur. X5 ilə X21 arasında bağlanmış nikah 30 aprel 2002-ci il tarixdə Bakı şəhəri “Səadət sarayında pozulmuşdur. Həmin vaxtdan qardaşının keçmiş arvadı X21 iki övladını da götürüb çıxıb getmiş və onlarda olan məlumata görə onlar həmin vaxtdan xaricə köçüb orada yaşamağa başlamışlar. X16 ağır xəstə olmuş və o xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum qardaşı vəfat edənədək sonuncuya, o, qulluq etmiş, onun bütün müayinə və müalicə pullarını ödəmişdir. Vəfat etdikdə isə mərhum qardaşının bütün dəfn xərcləri onun tərəfindən ödənilmişdir. Hazırda mərhum X5ndan miras qalmış ünvan 5 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmişdir. Lakin, oradan ona mərhum miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etdikləri üçün ona həmin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Halbuki, mərhum X5nun övladı bu neçə illər ərzində atası ilə maraqlanmamış, hətta vəfat etdikdə belə onun dəfnində iştirak etmədiyi halda belə hansı əsasla miras əmlakdan pay almaq istəyir ona aydın deyildir.

8. Tovuz Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(062)-617/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1159.2 və 1160-cı maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum X5nun övladı olan cavabdeh bir çох illər ərzində atası ilə maraqlanmamış, оnun аğır хəstə оlmаsınа bахmаyаrаq, bir dəfə də оlsun аğır yаtаq хəstəsi оlаn аtаsınа bаş çəkməmiş, hətta vəfat etdikdə belə onun dəfnində iştirak etməmişdir. Аtаsı vəfаt еtdikdə guyа hаmilə оlduğundаn təyyаrəyə minə bilməməsi хüsusаt isə heç bir sübutlа təsdiq оlunmаmışdır. Аncaq, Cavabdeh mərhum X16 vəfаt еdən kimi, miras əmlakdan pay almaq hüququndаn dərhаl istifаdə еtmək istəyini bildirmişdir. Kifаyət qədər sübutlаr təqdim еtmişdir ki, cavabdeh mərhum atasının sağlığında onunla heç vахt mаrаqlаnmаmış, оnun аğır yаtаq хəstəsi оlmаsınа bахmаyаrаq bir dəfə də оlsun аtаsınа bаş çəkməmişdir. Onun isə хəstə qаrdаşınа bахmаsı, оnu dərmаnlаrlа təmin еtməsi və digər bu hərəkətləri bir bacının qardaşına qulluq etməsi kimi qiymətləndirilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil3 və cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə ayrı-ayrılıqda məhkəməyə ərizə göndərərək səhhətlərində problem yarandığnı bildirmiş və işə baxılmasının təxitə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası nümayəndələrin ərizələrində göstərdikləri hallarla bağlı müvafiq sübutları təqdim etmələlərini nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 1137. miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

15. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

16. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

17. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı mərhum X10 bacısıdır. Bununla yanaşı müəyyən olunur ki, mərhum X2 X21 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə ailə münasibətlərindən Cavabdeh və X13 adlı uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə X16 ilə X18 nikahları pozulmuşdur. Bundan sonra, X21 xx.xx.2016-cı il tarixdə, X16 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X14 üzrə birinci növbəli vərəsələri – uşaqları Cavabdeh və X13 olmuşlar. İddiaçı qardaşı qızı olan Cavabdeh ləyəqətsiz vərəsə hesab olunması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

30. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1137-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

31. Eyni zamanda, qanunverici, şəxsin ləyaqətsiz vərəsə elan edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini də Mülki Məcəllənin 1139cu maddəsi ilə müəyyənləşdirmişdir. Həmin maddənin tələbinə görə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

32. Məsələnin həllinə Mülki Məcəllənin 1139-cu maddəsində göstərilən prizmadan yanaşıldıqda müəyyən olunur ki, iddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik deyildir.

33. Belə ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağrılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaşbacıları, nənə - babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir.

34. Mülki Məcəllənin qanun üzrə vərəsəlik zamanı növbəlikdən bəhs edən 1160-cı maddəsində deyilir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

35. Yuxarıda da göstərildiyi kimi mərhum X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları Cavabdeh və X13 olmuşlar. İddiaçı isə X25 bacısı olmaqla onun ikinci növbəli qanun üzrə vərəsəsidir.

36. Məhkəmə kollegiyası miras qoyan X10 uşaqları Cavabdeh və X9 mərhum atalarının qanun üzrə birinci növbəli vərəsələri olmasını nəzərə alaraq qeyd edir ki, əvvəlki növbəli vərəsələrin mövcudluğu özlüyündə ikinci növbəli vərəsə İddiaçı mərhum qardaşı Azər İsgəndərovun miras əmlakına vərəsəliyini istisna edir. İddiaçı cavabdeh Aygün İsgəndərovanın ləyaqətsiz vərəsə hesab ediləcəyi təqdirdə hər hansı əmlak nəticələri əldə etmir ki, bu hal da onun hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yaranmır.

37. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».

38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

39. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. Həmçinin nəzərə alınmalıdır ki, MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(062)-617/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar