Məhkəmə qərarları › İş №2(104)-2122/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2122/2024

27.11.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2122/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X16 və X6 cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Nəsir oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Gəncə “Asan Xidmət” mərkəzində notariat kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi (əvvəlki adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi)) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı (eyni zamanda iddiaçı X27 oglunun prosessual hüquqi varisi) X6 və cavabdeh (o, Cavabdeh6 nümayəndəsidir) Cavabdeh5 iştirakı ilə, İddiaçılar X16 və X6 cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Nəsir oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Gəncə “Asan Xidmət” mərkəzində notariat kontoru, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (əvvəlki adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsindən iddiaçı X6 nümayəndəsi (vəkili) Vəkil2 və cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 27 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair, 25 aprel 2006-cı il tarixli, Kod 50806018, JN 496 saylı dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xanlar rayonu, Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55A saylı qərarı ilə həmin akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 2.20 hektar (0,20 ha ictimai iaşə obyektinin tikintisi və 2.0 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli) torpaq sahəsi X1.

2. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********* olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha tikinti məqsədli ehtiyat fondu təyinatlı torpaq sahəsi 18 aprel 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində X6 adına mülkiyyət hüququ qeydə alınmışdır.

3. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********* olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 18 aprel 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində X6 adına mülkiyyət hüququ qeydə alınmışdır.

4. 16 may 2011-ci il tarixli, 4Ə-2-225 reyestr nömrəli (AN-İ 0235474) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X6 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 3000 (üç min) manata satılmışdır.

5. 16 may 2011-ci il tarixli, 4Ə-2-226 reyestr nömrəli (AN-İ 0235473) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X6 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 6000 (altı min) manata satılmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(104)-1808/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X16 və X6 cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4na (maraqlı şəxs DƏDRX-nin 3 saylı Ərazi İdarəsi) qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

7. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır.

8. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır.

9. Gəncə “Asan Xidmət” mərkəzində notariat kontorunda bağlanmış 20 noyabr 2018ci il tarixli, 4Ə-3330 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsini Cavabdeh8 5000 (beş min) manata satmışdır.

10. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh7 adına mülkiyyət hüququ qeydə alınmışdır.

11. Gəncə şəhər 5 saylı notariat ofisində bağlanmış 03 aprel 2019-cu il tarixli, 4Ə- 157 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh8 Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0,08 ha torpaq sahəsinin 0,015 ha Cavabdeh7 5000 (beş min) manata satmışdır.

12. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır.

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.65 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır.

14. Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 24 mart 2020-ci il tarixli ittiham aktının nəticə hissəsindən görünür ki, Cavabdeh5 X4 etibarnamə əsasında satın aldığı 0.20 ha torpaq sahəsinə dair 3 il müddətinə verilmiş və 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Əhlidil Əliyevanı aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək v.s hüquqlara dair öz adına ƏN-İ 178272 nömrəli etibarnamə almış, bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan X11 arvadı Əhlidil Əliyevanın adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün X12 müvəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı Əhlidil Əliyevanın adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən 1,10 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə xx.xx.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib orada Əhlidil Əliyevanın nümayəndəsi kimi xx.xx.2011-ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqısatqı müqavilələri əsasında torpaq sahəsini anası Cavabdeh6 satıb həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə edib, biləbilə həmin saxta alqı-satqı müqavilələrindən istifadə etməklə həmin saxta müqavilələri xx.xx.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməklə oradan Cavabdeh6 adına 1.10 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli saxta çıxarışları qanunsuz olaraq əldə edib ər-arvad olan Əhlidil Əliyevaya və Şərif Şərifova məxsus 1 sotunun dəyəri 1420 (min dörd yüz iyirmi) manat, ümumi dəyəri isə külli miqdar, yəni 167560 (yüz altmış yeddi min beş yüz altmış manat) manat təşkil edən 1,10 ha və 0,08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir.

15. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmündən görünür ki, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib müddətin keçməsi ilə bağlı Cavabdeh5 CM-in 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, lakin o, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh5 həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 il 11 ay 28 müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 04 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmə əsasən zərərçəkmiş şəxs X6 mülki iddiası baxılmamış saxlanılmış və ona mülki iddianı mülki-mühakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izah edilmişdir. Həmçinin hökmlə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1.10 ha və 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam vermək cavabdehə və üçüncü şəxsə qadağan edilməsi və həmin ünvanda cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işləri aparılmasına müvəqqəti olaraq qadağa qoyulması barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır.

16. Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(104)-464/2021 nömrəli hökmünün surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmü Cavabdeh5 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş və o Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Cavabdeh5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş Cavabdeh5 onun həmin maddələrlə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz tutulması, barəsində qanunsuz qətimkan tədbiri seçilməsi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz hökmün çıxarılması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi izah edilmiş; - Mülki iddia geri qaytarılmış; - Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1,10 ha və 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsinə və həmin ünvanda həm cavabdehlər, həm də üçüncü şəxslər tərəfindən tikinti işlərinin aparılmasına müvəqqəti olaraq qadağa qoyulmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-21/2021 nömrəli qərarı ləğv edilmiş; Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, köhnə “MERO”-nun arxası deyilən ərazidə olan 1,10 ha və 0,08 ha torpaq sahəsinin üzərinə həbs götürülmüş və həmin torpaq sahəsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmişdir. Hökm elan edildiyi andan qanuni qüvvəyə minmişdir.

17. Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 24 dekabr 2021-ci il tarixli, 4Ə- 90 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 adından Cavabdeh5 Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsini Cavabdeh9 Nəsir oğluna 20000 (iyirmi min) manata satmışdır.

18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 27 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh9 Nəsir oğlunun adına mülkiyyət hüququ qeydə alınmışdır.

19. 17 iyun 2022-ci il tarixli, AZ-İİ 280364 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02 iyun 2022-ci il tarixdə ölmüşdür.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(102)-939/2022 nömrəli qərarından görünür ki, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(104)-464/2021 nömrəli hökmü ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur.

21. Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, 1(104)-229/2023 nömrəli qərarından görünür ki, Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(100)-21/2021 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Zərərçəkmiş şəxs X6 nümayəndəsi Vəkil2 və zərərçəkmiş şəxs X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Hökm həmin apellyasiya protestinə və apellyasiya şikayətinə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsinə əsasən cəza təyin olunması hissəsində dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb olunma müddəti keçdiyinə görə Cinayət-Prosessual Məcəllənin 39.1.3 və 42.2-ci maddələrinə əsasən, Cavabdeh5 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilmişdir. Hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmış, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

22. İddiaçılar X16 və X13 cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh1, Gəncə “Asan xidmət” mərkəzində notariat kontoru, müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (əvvəlki adı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X6 mülkiyyətində olmuş 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin və 0.08 ha torpaq sahəsinə dair X6 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış AN-1 ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən Cavabdeh6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 1.10 ha torpaq sahəsi üzərində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsi üzərində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışların ləğv olunması, Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, sonradan xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Cavabdeh8 tərəfindən Cavabdeh7 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar xx.xx.1971-ci ildə rəsmi nikaha daxil olmuşlar. Xanlar rayonu (indiki Göygöl rayonu) Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55A nömrəli qərarına əsasən Quşqara kəndi ərazisində yerləşən 2.20 ha (2.20 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün, 0.20 ha ictimai iaşə obyektinin tikintisi üçün) torpaq sahəsi Əhlidil Əliyevanın mülkiyyətinə verilmişdir. AR ƏMDK yanında DƏDRX-in Gəncə Ərazi İdarəsinin xx.xx.2007-ci ildə verdiyi daşınmaz əmlakın dövlət reyesterindən çıxarışlara əsasən Quşqara kəndində yerləşən 1.10 ha və 0.08 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə Əhlidil Əliyevaya məxsus olmuşdur. İddiaçıların övladı X19 2007-ci ildə Cavabdeh5la razılığa gələrək torpağın 0.20 ha hissəsini 10000 (on min) manata satmış və alqı-satqının rəsmiləşdirilməsi üçün həmin ildə Əhlidil Əliyeva 0.20 ha torpaq sahəsinə dair Cavabdeh5 3 illik etibarnamə verilmişdir. 0.20 ha torpaq sahəsinə dair 3 illik etibarnamənin vaxtının bitməsini bəhanə edən Cavabdeh5 xx.xx.2010-cu ildə notariat ofisində aparıcı mütəxəssis işləyən X7 ilə Əhlidil Əliyevanın iş yerinə gəlmiş, Cavabdeh5 Əhlidil Əliyevanı aldadaraq 3 illik etibarnamənin vaxtının bitdiyini ona göstərib onun adından öz adına bütün mülkiyyət hüququna dair etibarnaməyə notarius Elşən Əliyevin iştirakı olmadan qol çəkdirmiş, Əhlidil Əliyeva isə həmin etibarnaməni oxumadan imza etmişdir. Həmin etibarnaməyə əsasən Ə.Əliyeva harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı üzərində sərəncam vermək hüququnu 20 il müddətinə Cavabdeh5 etibar etmişdir. Daha sonra Göygöl rayonu, Quşqara kəndində yerləşən X6 mülkiyyətində olmuş 1.10 ha və 0.08 ha torpaq sahələrinə dair Əhlidil Əliyevanın adından Cavabdeh5 ilə anası Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011- ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh6 1.10 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta çıxarışlar almışdır. Alqı-satqı obyekti olmuş torpaq sahələri Şərif Şərifov ilə Əhlidil Əliyevanın birgə nikah dövründə əldə olunduğu üçün onların payları bərabər olan ümumi birgə mülkiyyət sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. X24 belə bir razılığı alınmamışdır. Notariat işində olan Şərif Şərifovun adından Gəncə şəhər 2 saylı DNK-da xx.xx.2007-ci ildə 7E-5-1340 reyestr nömrəli ərizədən görünür ki, guya o, həyat yoldaşı X8 məxsus 1.18 ha torpaq sahəsinin satılmasına razılıq vermişdir. Gəncə şəhər 2 saylı DNKnun xx.xx.2019-cu il tarixli, 275 nömrəli məktubundan görünür ki, Şərif Şərifov arvadı Əhlidil Əliyevaya məxsus 0.20 ha və 712 ha torpaq sahələrinin satılmasına dair Gəncə şəhər 2 saylı DNK-da xx.xx.2007-ci ildə 7E-05-1940 və 7E-05-1941 reyestr nömrəli razılıq ərizələri vermişdir. Notariat kontorunda xx.xx.2007-ci ildə 7E-5-1340 saylı reyestrlə heç bir əməliyyat aparılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xətşünaslıq ekspertizasının təyin olunması haqqında xx.xx.2019-cu il tarixli, 2(104)- 1808/2019 №-li qərardadına əsasən Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2019- cu il tarixli, 17329 №-li ekspert rəyinə görə 1.10 ha və 0.08 ha torpaq sahələrinin alqısatqısına dair notariat işində olan Şərif Şərifovun adından verilmiş razılıq ərizəsinin sonunda “İmza" qrafasındakı imza və “İərifov" soyadı Şərif Şərifov tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa torpaq mülkiyyətçisinin soyadı Əliyeva olduğu halda həmin torpaq sahələrinin alqı-satqısına dair notariat işindəki ərizədə torpaq mülkiyyətçisinin soyadı Şərifova kimi göstərilmişdir. Qeyd olunan saxtakarlıqla bağlı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2019-cu ildə xüsusi qərardad çıxarılmış və Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Gəncə şəhər prokurorluğu həmin Xüsusi Qərardad əsasında araşdırma aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş, aparılmış təhqiqat zamanı toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, 320-ci maddəsində nəzərdə tutulmuş rəsmi sənədləri saxtalaşdırma və biləbilə ondan istifadə etmə maddələrində nəzərdə tutulmuş cinayət əməlinin müəyyən edilməsi əsasına görə material xx.xx.2019-cu il tarixli qərarla istintaq aidiyyətinə verilmişdir, hazırda Cavabdeh5 Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilıməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir. Göstərilən hallardan da göründüyü kimi qarşı tərəf iddiaçılara məxsus olan torpaq sahəsini öz adına saxta yolla rəsmiləşdirmək üçün sənədlərin saxtalaşdırılmasından belə istifadə etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 bağlanmış qeyd edilən müqavilələrin bağlanması zamanı ər X11 heç bir razılıq ərizəsi olmamışdır, notariat işində olan razılıq ərizəsi də müvafiq ekspert rəyi ilə saxta hesab edilmişdir. Həmçinin cinayət işi üzrə Cavabdeh5 verilmiş ittihamdan məlum olur ki, o, iddiaçı Əhlidil Əliyevanı aldadaraq sonuncunun adından ümumi etibarnamə almış və həmin etibarnamə əsasında da Əhlidil Əliyevanın nümayəndəsi kimi çıxış edərək göstərilən alqı-satqı müqavilələrini bağlamışdır. Hansı ki, ittihamdan göründüyü kimi Cavabdeh5 Əhlidil Əliyevadan bütün mülkiyyət hüququna dair deyil, yalnız 20 sot torpağın üzərində mülkiyyət hüququna dair etibarnamə almalı olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Sözügedən alqı-satqı müqavilələri bağlanarkən qanunun bu tələbi də pozulmuşdur. Belə ki, Cavabdeh5 alqı-satqı müqavilələrində təmsil etdiyi Əhlidil Əliyevanın adından sonuncunun mülkiyyətində olan 1.10 ha və 0.08 ha torpaq sahələrini anası Cavabdeh6 satmaqla həmin torpaq sahəsinə eyni ünvanda yaşadığı anası ilə birgə mülkiyyət hüququ əldə etmiş və bununla da, faktiki olaraq müqaviləni özü barəsində bağlamışdır. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, saxta alqı-satqı müqavilələri əsasında Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanaraq 0,08 ha torpaq sahəsini 5000 manata Cavabdeh8 satmış, sonuncu isə öz növbəsində xx.xx.2019-cu il tarixində həmin torpağa RX Seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Cavabdeh8 xx.xx.2019-cu il tarixli müqavilə ilə isə həmin torpaqdan 0,015 ha hissəsini Cavabdeh7 5000 manat müabilində satmışdır. Sonuncu isə qeyd olunan torpaq sahəsinə xx.xx.2019-cu il tarixində RX Seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhlidil Əliyeva və əri Şərif Şərifov qeyd edilən torpaq sahələrinin saxta sənəd əsasında ələ keçirilmələrini, yəni, alqısatqı edilmələrini 2018-ci ildə bilmişlər, bildikdən dərhal sonra Göygöl Rayon Məhkəməsinə iddia vermişlər. Lakin verilmiş iddiada iddianın predmetini müqavilələrin etibarsız hesab edilməsi deyil, ləğvi tələbinə dair qoyulması səbəbindən iddia tələbi təmin edilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Əhlidil Əliyevanın adından onun mülkiyyətində olan torpaq sahələrinin Cavabdeh5 tərəfindən anası Cavabdeh6 saxta sənədlər əsasında satılmasına dair müqavilələr, daha sonra Cavabdeh6 tərəfindən Cavabdeh8, Cavabdeh8 tərəfindən isə Cavabdeh7 satılmasına dair müqavilələr etibarsız sayılmalı və həmin torpaq sahələrinə mülkiyyət hüququna dair yuxarıda göstərilən şəxslərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv olunmalıdır.

24. Bundan sonra, işin birinci instansiya məhkəməsində baxılmağa hazırlanması zaman iddiaçılar iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh9 Nəsir oğlu və Gəncə şəhər 6 saylı notariat kontoru əlavə cavabdeh qismində cəlb edilməklə, Cavabdeh6 ilə Cavabdeh9 Nəsir oğlu arasında xx.xx.2021-ci il tarixdə 1,10 ha torpaq sahəsini 20000 manata satılmasına dair müqavilənin və həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Həmçinin, iddiaçı (eyni zamanda iddiaçı Ş.Q.Şərifovun prosessual hüquqi varisi) X13 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, onun mülkiyyətində olmuş 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış, 4Ə-2-227 saylı alqı-satqı müqaviləsi və 0.08 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilələrə əsasən 1.10 ha və 0.08 ha torpaq sahələrinə mülkiyyət hüququna dair Cavabdeh6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, Cavabdeh6 ilə Cavabdeh9 Nəsir oğlu arasında xx.xx.2021-ci il tarixli 4Ə-90 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli **********22 nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 birinci instansiya məhkəməsinə ünvanladıqları iddia tələbinə dair etiraz ərizəsindən görünür ki, iddiaçı X6 vəkili Vəkil2 İnqilab oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə vahid məhkəmə portalında yaradılmış şəxsi kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmişdir. İddia tələbini dəqiqləşdirilməsi barədə ərizədə xahiş edilir ki, onun mülkiyyətində olan 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış, 4Ə-2-227 saylı alqı-satqı müqaviləsi və 0.08 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqaviləyə əsasən 1.10 ha və 0.08 ha torpaq sahələrinə mülkiyyət hüququna dair Cavabdeh6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, Cavabdeh6 ilə Cavabdeh9 Nəsir oğlu arasında xx.xx.2021-ci il tarixli 4Ə-90 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, **********22 nömrəli çıxarış ləğv edilməsi xahiş olunmuşdur. İddia tələbi əsassızdır və iddia tələbinə aşağıdakı qaydada etiraz edirlər. 1. İddiaçı X6 özünün və mərhum həyat yoldaşı X11 adından 1.10 ha torpaq sahəsi ilə bağlı aparılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçılar X16 ilə X13 arasında bağlanmış nikah Xanlar rayonu, Sərkar kənd sovetliyində xx.xx.1971-ci il tarixdə qeydə alınmışdır. Mübahisə predmeti Göygöl (Xanlar) rayonu Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların birgə nikahı dövründə, yəni xx.xx.2007-ci il tarixdə əldə edilmiş və iddiaçı X6 adına rəsmiləşdirilmişdir. Sonradan iddiaçı X13 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi xx.xx.2030-cu ilə kimi Cavabdeh5 etibar etmişdir. Bundan sonra Cavabdeh5 xx.xx.2011-ci il tarixdə mülkiyyətçi X6 adından çıxış edərək mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh6 salmış və mübahisəli torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Halhazırda iddiaçı X6 öz adından mübahisələndirdiyi torpaq sahəsinin alqı-satqısı ilə bağlı hər hansı qanun pozuntusu yoxdur. Yəni, iddiaçı X13 yalnız 1.10 ha sahəsinin yarısına dair əri X11 prosessual hüquqi varisi olaraq iddia qaldıra bilər. 2. Mübahisəli torpaq sahəsi üzərində hüquqlarının olduğunu iddia edən Ş.Şərifov prosessual hüquqi varisi X13 bu əmlakın başqa şəxsin mülkiyyətinə keçməsini qanunsuz hesab edirsə və bu halın aradan qaldırılması, yəni özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək istəyirsə, o məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir və bu zaman, həmin şəxs özünün bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmasını sübuta yetirməlidir. Mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmiş və müqavilənin bağlanmasından keçən 13 il ərzində müqavilənin etibarsızlığı ilə bağlı hər hansı iddia qaldırmamışdır. Bundan başqa, mübahisələndirilən alqı-satqı müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlansa da, iddiaçı Ə.Əliyeva həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni müqavilənin bağlanmasından 13 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş, bununla da, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşdür. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni, qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. 3. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə mahiyyət etibari ilə iddiaçıların Göygöl Rayon Məhkəməsində qaldırdıqları iddia ilə eynidir. Fərq ondan ibarətdir ki, ilk iddia alqı-satqı müqaviləsinin ləğvi, hal-hazırki iddia isə etibarsızlığıdır. Birinci iddia üzrə yekun məhkəmə qərarları qəbul edilərək iddiaçıların iddia tələbi rədd edilmişdir. Bu əsasa görə də, iddia tələbi üzrə MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

27. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), iddianın qismən təmin edilməsi, X6 mülkiyyətində olmuş Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X6 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X9 ona vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair cavabdehlər Cavabdeh5 və Cavabdeh6 qarşı məhkəmədə iddia qaldırmaq hüququ izah olunsun. Məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tutulub, iddiaçı X9 ödənilməsi qət edilmişdir.

28. Məhkəmə həmin nəticəyə gələrkən “Ə.İbrahimovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Rrabx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4.3, 139.1, 139.2, 140, 144.1, 148.2, 149.2, 178.1, 182.1, 324.1, 331.1, 337.1, 324.6, 337.3, 337.4, 359.1, 359.3, 362.1 və 362.2-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

29. İddiaçı X6 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsinin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə Cavabdeh6 ilə Cavabdeh9 Nəsir oğlu arasında 24dekabr 2021-ci il tarixdə 1.10 ha torpaq sahəsinin 20000 manata satılmasına dair Cavabdeh2 bağlanmış 4Ə-90 saylı alqısatqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı iddiaçının tələbinə münasibət bildirərək belə hesab etmişdi ki, həmin hissədə də iddia tələbitəmin edilə bilməz, ona görə ki, Əhlidil Əliyeva ilə Cavabdeh6 arasında bağlanan etibarsız əqdlər istisna olmaqla digər əqdlərlə bağlı gəldiyi qiymətlə, yəni vicdanlılığa söykənən qənaətlə əsaslandırır. Məhkəmənin gəlmiş olduğu bu qənaətlə bağlı onu qeyd eləmək istərlər ki, əvvala göstərilən normaların tələblərinə görə əqd etibarsız olduğu halda bununla bağlı sonradan bağlanan əqdlərin hamısı etibarsız və ya ləğv edilməlidi. Eynizamanda əqd bağlanan zaman yəni 24 dekabr 2021-ci il tarixdə artıq bu iş üzrə məhkəmələrdə mübahisələr vardı və Cavabdeh9 Nəsir oğlununda bundan xəbəri vardı digər tərərfdan 1 ha artıq torpaq sahəsinin cəmi 20000 manatasatılması özü də onun göstəricisidi ki, əqdi bağlayan tərəflər artıq həmin əqdin məhkəmə tərəfindən mübahisələndirilməsini bilirdilər və belə olan vicdanlıq prinsipinindən söhbət gedə bilməz. Həmçinin iddia tələbinin təmin edilməyən digər hissisi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiçı tərəf bununla bağlı sübut məhkəməyə sübut təqdim etməmişdir. Lakin bununla bağlı qeyd etmək istərdi ki, əqdin etibarsızlığı bütün sonrakı bağlanan əqlərin etibarsızlığı üçün əsasdır.

31. Həmçinin, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı X6 özünün və mərhum həyat yoldaşı X11 adından 1.10 ha torpaq sahəsi ilə bağlı aparılmış alqı-satqımüqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçılar X16 ilə X13 arasında bağlanmış nikah Xanlar rayonu Sərkar kənd sovetliyində xx.xx.1971-ci il tarixdə qeydə alınmışdır. Mübahisə predmeti Göygöl (Xanlar) rayonu Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların birgə nikahı dövründə, yəni xx.xx.2007- ci il tarixdə əldə edilmiş və iddiaçı X6 adına rəsmiləşdirilmişdir. Sonradan iddiaçı X13 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi xx.xx.2030-cu ilə kimi Cavabdeh5 etibar etmişdir. Bundan sonra Cavabdeh5 xx.xx.2011-ci il tarixdə mülkiyyətçi X6 adından çıxış edərək mübahisəli torpaq sahəsinialqı-satqımüqaviləsiəsasında digər Cavabdeh6 qızma salmış və mübahisəli torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hal-hazırda iddiaçı X6 öz adından mübahisələndirdiyi torpaq sahəsinin alqı-satqısı ilə bağlı hər hansı qanun pozuntusu yoxdur. Yəni, iddiaçı X13 yalnız 1.10 ha sahəsinin yarısına dair əri X11 prosessual hüquqi varisi olaraq iddia qaldıra bilər. 2. Mübahisəli torpaq sahəsi üzərində hüquqlarının olduğunu iddia edən Ş.Şərifov prosessual hüquqi varisi X13 bu əmlakın başqa şəxsin mülkiyyətinə keçməsini qanunsuz hesab edirsə və bu halın aradan qaldırılması, yəni özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək istəyirsə, o məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir və bu zaman, həmin şəxs özünün bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmasını sübuta yetirməlidir. Mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmiş və müqavilənin bağlanmasından keçən 13 il ərzində müqavilənin etibarsızlığı ilə bağlı hər hansı iddia qaldırmamışdır. Bundan başqa, mübahisələndirilən alqı-satqı müqaviləsi xx.xx.2011 -ci il tarixdə bağlansa da, iddiaçı Ə.Əliyeva həmin müqavilənin etibarıslığı ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni müqavilənin bağlanmasından 13 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş, bununla da, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşdür. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni, qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə mahiyyət etibari ilə iddiaçıların Göygöl Rayon Məhkəməsində qaldırdıqları iddia ilə eynidir. Fərq ondan ibarətdir ki, ilk iddia alqı-satqı müqaviləsinin ləğvi, hal-hazırki iddia isə etibarsızlığıdır. Birinci iddia üzrə yekun məhkəmə qərarları qəbul edilərək iddiaçıların iddia tələbi rədd edilmişdir. Bu əsasa görə də, iddia tələbi üzrə MPM-nin 261.0.2.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (eyni zamanda iddiaçı X27 oglunun prosessual hüquqi varisi) X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5, eyni zamanda Cavabdeh6 nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

36. İş üzrə cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Nəsir oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, Gəncə “Asan Xidmət” mərkəzində notariat kontorunun nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

37. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

40. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

43. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

44. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

45. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

46. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

49. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

50. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

51. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.

53. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

54. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

55. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

56. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

57. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

58. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur

59. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

60. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

61. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.[359]

62. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

63. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı

64. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar

65. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı

66. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

67. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı

68. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

69. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

70. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

71. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

72. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

79. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

80. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

81. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

82. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

83. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

84. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

86. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

88. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

89. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Torpağa Mülkiyyət Hüququna dair 25 aprel 2006-cı il tarixli, Kod 50806018, JN 496 saylı dövlət aktına əsasən keçmiş Xanlar rayonu, Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55A saylı qərarı ilə həmin akta əlavə edilmiş cizgidə göstərilən sərhəd daxilində 2.20 hektar (0,20 ha ictimai iaşə obyektinin tikintisi və 2.0 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli) torpaq sahəsi X1. 18 aprel 2007-ci il tarixdə Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha tikinti məqsədli ehtiyat fondu təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydə alınmışdır. 18 aprel 2007-ci il tarixdə isə Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydə alınmışdır. 16 may 2011-ci il tarixli, 4Ə-2-225 reyestr nömrəli (AN-İ 0235474) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X6 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 3000 (üç min) manata satılmışdır. 16 may 2011-ci il tarixli, 4Ə-2-226 reyestr nömrəli (AN-İ 0235473) Göygöl rayon dövlət notariat kontorunda başlanmış alqısatqı müqaviləsinə əsasən Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsi 7E-20-17815 nömrəli etibarnamə əsasında X6 adından Cavabdeh5 iştirakı ilə Cavabdeh6 6000 (altı min) manata satılmışdır. Bundan sonra X13 və X16 tərəfindən həmin alqı-satqı müqavilələri Göygöl Rayon Məhkəməsində mübahisələndirilərək həmin müqavilələrin ləğvini xahiş etmişlər. Lakin iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir. Bundan sonra iddiaçı Göygöl Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(104)-1808/2019 nömrəli qətnaməsinə əsasən iddiaçılar X16 və X6 cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4na (maraqlı şəxs DƏDRX-nin 3 saylı Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Lakin, həmin icraat zamanı xüsusi qərar çıxarılaraq araşdırılması üçün hüquq mühafizə onqanlarına göndərilmişdir.

91. Daha sonra müəyyən edilmişdir ki, Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 iyun 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində Cavabdeh6 adına mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə “Asan Xidmət” mərkəzində notariat kontorunda bağlanmış 20 noyabr 2018-ci il tarixli, 4Ə3330 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,08 ha torpaq sahəsini Cavabdeh8 5000 (beş min) manata satmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.08 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır. Gəncə şəhər 5 saylı notariat ofisində bağlanmış 03 aprel 2019-cu il tarixli, 4Ə157 reyestr nömrəli (AN-İ ******* nömrəli) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh8 Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0,08 ha torpaq sahəsinin 0,015 ha hissəsini Cavabdeh7 5000 (beş min) manata satmışdır. Seriya MH, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh7 adına mülkiyyət hüququ qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan Gəncə şəhəri, Nizami rayonunda yerləşən 0.65 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi 29 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh8 adına mülkiyyət hüququ qeydə alınmışdır.

92. Kollegiya göstərir ki, iddia tələblərinə hüquqi qiymət verilərkən ilkin olaraq tələblərin bir-birini tamamlaması və sonrakı tələbə qiymət verilməsi onun əvvəlki tələbin hüquqi nəticəsindən asılı olması nəzərə alınmalıdır. Bu aspektdən çıxış etməklə ilk öncə iddiaçının mübahisələndirdiyi təmsilçi tərəfindən bağlanmış əqd olan xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə diqqət yetirilməlidir. Çünki, digər tələblərə hüquqi qiymət verilməsi üçün ilkin olaraq həmin alqı-satqı müqaviləsinin etibarsız olubolmaması müəyyən edilməlidir.

93. Mülki qanunvericilik müvafiq hüquqi əsaslar olduqda əqdlərin etibarsızlığını da müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

94. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

95. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.

96. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanması (340-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).

97. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır.

98. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər.

99. Mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.

100. Yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi etibarlı əqdin yaranması üçün əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

101. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

102. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

103. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

104. Bu qətnamənin 14 və 21-ci paraqraflarında qeyd olunmuş işin hallarından görünür ki, Əhlidil Əliyevanın adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən 1,10 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə xx.xx.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib orada Əhlidil Əliyevanın nümayəndəsi kimi xx.xx.2011-ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqısatqı müqavilələri əsasında torpaq sahəsini anası Cavabdeh6 satıb həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə etmiş və bu hallar.

105. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

106. Bununla bağlı, məhkəmə kollegiyası etibarnamə səlahiyyətlərindən istifadənin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

107. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi).

108. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

109. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

110. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

111. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

112. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

113. Göründüyü kimi, nə zahiri ifadəyə görə, nə də başqa hallara görə X6 mülkiyyətində olmuş Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair onun adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X6 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011- ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2- 226 reyestr nömrəli alqı-satqı müqaviləsi X13 və mərhum X11 iradəsini əks etdirməmiş, başqa sözlə onların həmin müqavilələrə dair iradələri mövcud olmamışdır.

114. Məkhəmə kollegiyası buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək göstərir ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair X6 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X6 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış (ANİ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi əhəmiyyətsiz (etibarsız) əqddir.

115. Bundan başqa, iddiaçı X14 hazırkı iddia tələbində yuxarıda qeyd edilən əqdlərlə yanaşı Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, sonradan xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Cavabdeh8 tərəfindən Cavabdeh7 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsini, həmçinin Cavabdeh6 ilə Cavabdeh9 Nəsir oğlu arasında 24 dekabr 2021-ci il tarixdə 1.10 ha torpaq sahəsinin 20000 manata satılmasına dair Cavabdeh2 bağlanmış 4Ə-90 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında verilmiş, xx.xx.2021-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir.

116. Məkhəmə kollegiyası qeyd edir ki, iddianın yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinin və mübahisəli əmlaka dair verilmiş çıxarışların etibarsız hesab edilməsinə dair hissəsində mübahisəli əmlakların üçüncü şəxsə satılıb-satılmamasını və şəxsin vicdanlı əldə edib-etməməsi ilə bağlı Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırılaraq qiymət verilməlidir.

117. Əvvəla, mülki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır.

118. Beləliklə, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb.

119. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur.

120. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

121. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüqüqunu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin, məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir.

122. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Lakin, bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur.

123. Hazırkı halda, alıcı Cavabdeh8 və Cavabdeh9 Nəsir oğlu, əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh6 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, həmin əmlakı alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni X2 alıb.

124. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh6 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, habelə və sair sübutlarla da təsdiq olunur. Başqa sözlə, əmlaka dair Cavabdeh6 ilə Cavabdeh8 arasında notarial qaydada xx.xx.2018-ci il tarixli və Cavabdeh6 ilə Cavabdeh9 Nəsir oğlu arasında notarial qaydada xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən iddiaçının iddiası olmayıb və əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə Cavabdeh8 və Cavabdeh9 Nəsir oğluna məlum olmamışdır. Çünki, yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı alqı-satqı müqavilələri bağlandıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

125. Göründüyü kimi, Cavabdeh8 və Cavabdeh9 Nəsir oğlu əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və fərdi yaşayış evi əvəzli şəkildə əldə edərək, hüquqlarını qeydə aldırmışdır.

126. Belə ki, mülki qanunvericilikdə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri, yəni əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri ilə tənzimlənir və həmin norma daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma əslində reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.

127. Məhkəmə iddianın - Cavabdeh6 ilə Cavabdeh8 arasında xx.xx.2018-ci il tarixdə 0,08 ha torpaq sahəsini 5000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli müqavilə ilə həmin torpaqdan 0,015 ha hissəsinin Cavabdeh8 tərəfindən Cavabdeh7 5000 manat müqabilində satılmasına dair müqavilənin etibarsız hesab edilməsi və həmçinin Cavabdeh6 ilə Cavabdeh9 Nəsir oğlu arasında 24 dekabr 2021-ci il tarixdə 1.10 ha torpaq sahəsinin 20000 manata satılmasına dair Cavabdeh2 bağlanmış 4Ə-90 saylı alqı satqı müqaviləsinin etibarsız hesab olunması əsassız olduğundan müvafiq olaraq həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışın ləğvi hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, alqı-satqı yolu ilə əldə edən Cavabdeh8 və Cavabdeh9 Nəsir oğlu əqdə münasibətdə vicdanlı alıcı olduğundan, iddia həmin hissədə təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, cavabdehin etibarsız hesab edilən – Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 16 may 2011-ci ildə bağlanmış (AN-İ 0235474), 4Ə-2-225 reyestr nömrəli alqı-satqı müqaviləsi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X6 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında Cavabdeh4 xx.xx.2011-ci ildə bağlanmış (AN-İ 0235473) 4Ə-2-226 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə əldə edib, özgəninkiləşdirdiyi mübahisə edilən torpaq sahəsi ilə bağlı, o, vurulmuş ziyanla bağlı Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ilə məhkəməyə müraciət edə bilər.

128. İş materiallarından göründüyü kimi, mübahisələndirilən həmin alqı-satqı müqavilələri (əqdləri) üzrə alıcıların - əldə edənlərin vicdanlı olmamalarını təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə sübut edə bilməmişdir. İddiaçı isə hazırda qeyd olunan alqı-satqı müqavilələrinin və onun əsasında qəbul edilmiş çıxarışların ləğvini istəyir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

129. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

130. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

131. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər

132. Bundan başqa, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 hazırkı iddia ilə bağlı məsələyə dair məhkəmə qətnamələri olduğundan icraata xitam verilməsinə dair dəlil ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsinə nəzər saldıqda müəyyən olunur ki, iddiaçılar X16 və X13 cavabdehlər Cavabdeh5, Cavabdeh6 Ələkbır qızına, Cavabdeh4na, maraqlı şəxs DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, X6 adından Cavabdeh5 ilə Cavabdeh6 arasında xx.xx.2011-ci il tarixdə Göygöl rayon Dövlət Notariat Kontorunda 4Ə-2-225 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin həmin məsələyə baxılaraq iddia tələbi rədd edilmişdir. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin icraatında olan qeyd edilən tərəflər arasında 4Ə-2-225 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı olduğu halda, 4Ə-2-225 nömrəli alqı satqı müqaviləsinə münasibətdə tərəflər arasında olan hazırkı mübahisə başqa əsas, yəni əqdin etibarsızlığı ilə bağlıdır. Başqa sözlə birinci halda əqdin ləğvinə baxıldığı halda ikinci halda isə tamamilə başqa hüquqi nəticə doğuran əqdin etibarsızlığı ilə bağlı işə baxılır. Bu isə 4Ə-2-225 nömrəli alqı-satqı müqaviləsinə münasibətdə iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir.

133. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

134. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

135. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

136. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

137. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

138. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

139. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

140. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı X6 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-36/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar