Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-15/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 (İddiaçı1 hüquqi varisləri Osmanova (Qurbanova) Hürü Həsən qızı və İddiaçı2) cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və maddi zərər tələbinə dair mülki iş üzrə (Açar sözlər: Çəkilmiş xərcin ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X15 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 (İddiaçı1 hüquqi varisləri Osmanova (Qurbanova) Hürü Həsən qızı və İddiaçı2) cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və maddi zərər tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)- 45/2021 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Zaqatala rayonu Danaçı kəndidə yaşayan Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onların razılığı ilə və şahidlərin iştirakı ilə 30 avqust 2004-cü il tarixdə 2000 ABŞ dolları məbləğində pula aldıqları Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,41 ha torpaq sahəsinin alqı-satqısı haqqında cavabdehlərlə X16 arasında tərtib olunmuş alqı-satqı əqdinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən 0,42 ha torpaq sahəsində onlar tərəfindən, torpağı alarkən cavabdehlərə verdikləri dolların Azərbaycan manatına məzənnəsinə görə verdikləri 3400 manat, torpağın təmizlənməsi və baxımına bu günə qədər xərclənmiş 3000 manat, əkdikləri və hazırda orada qalan 70 topa fındıq kolunun birinin 150 manatdan hesablanmaqlaümumilikdə 10500 manat, əkdikləri və hazırda orada olan 10 ədəd qoz ağacının birinin qiyməti 600 manat olmaqla cəmi 6000 manat, kanalın qazılması üçün verilən 880 manat, cavabdehlərin qohumları tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasya ağacı, birinin maddi qiyməti 20 manat olmaqla cəmi 4400 manat pulun, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin ümumilikdə cəmi 28180 manat pulun və iddianın qaldırılması üçün dövlət rüsumu adı altında ödənilmiş 30 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
4. Cavabdeh1 iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona qarşı qaldırılmış iddia tələbini və iddianın həcminin artırılmasına dair ərizəni qəbul etmir. Çünki o həmin torpaq sahəsini satmamışdır. 2004-cü ildə pula ehtiyacı olmuş, kənd sakini X16 faizlə pul vermişdir. Ondan 200 ABŞ dolları istəmiş, əvəzində 0.41 ha torpaq sahəsini aldığı barədə akt tərtib edib qol çəkdirmişdir. Heç bir şahid olmadan notarius olmadan, 2 ildən sonra o rəhmətə getmişdir. Ondan sonra 2016-cı ildə bir neçə dəfə torpağını sənədlə satmadığı üçün geri istəmişdir. Onun ailə üzvləri torpağı geri vermək istəməmişdir. Onun oğlu İddiaçı2 kriminal keçmişi olan şəxs telefonla zəng vurub onu öldürməklə hədələmişdir. 2019-cu ildə o qəti şəkildə pulu ödəməklə torpağı geri istəmişdir. Onlar heç bir əsası olmayan iddia ilə onu məhkəməyə vermişlər. Onlar 17 ildir ki, həmin torpaq sahəsini zəbt edərək istifadə edirlər. Torpaq vergisini bu illər ərzində o özü ödəmişdir. Hikmət heç bir vərəsəlik hüququ olmadan həmişə Rusiyada yaşayıb tüfeyli həyat tərzi keçirir. Həmçinin torpaq sahəsi tək ona məxsus deyil. Torpaq sahəsi icarayə verilmiş, 2016-cı ildən isə geri tələb edilmişdir. Lakin İddiaçı2 torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Həmin torpaq sahəsində onun tərəfindən əkilmiş sayı dəqiq yadında qalmasa da fındıq ağacı (topası) əvvəldən olmuşdur. Həmin torpaq sahəsinin ətrafında heç bir kanal yoxdur. Ərazidə kəsilən akasiya ağacları da yoxdur. Torpaq sahəsi icarədara verildikdə orada yəqin ki, 40 ədəd fındıq əkilib. Bundan əlavə aktda heç bir qiymət göstərilməyib. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərin məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı2 məhkəməyə teleqram göndərərək mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, İddiaçı2 X11 vərəsəsidir. Ailəsi ilə birlikdə Zaqatala rayonun Danaçı kəndində yaşayır. X16 2006-cı ildə ölmüşdür. İddiaçı2 faktiki olaraq və notarial qaydada mərhum Həsən Osmanovdan qalan mirası qəbul etmişdir. Yaşadıqları evin yanında yerləşən cavabdehlərə məxsus 0,41 ha torpaq sahəsini X2 sakinləri Cavabdeh1 Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2004-cü ildə 2000 ABŞ dollarına almışdır. Bununla bağlı 30 avqust 2004-cü il tarixdə aralarında şahidlərin iştirakı ilə alqı-satqı əqdi tərtibedərək imzalamışlar. Həmin vaxtı torpağın sənədləri olmadığından alqı-satqı əqdi tərtib etmişlər ki, cavabdehlər torpağın sənədləri hazır olduqda notarial qaydada sözügedən torpaq sahəsini Həsən Osmanovun adına özgəninkiləşdirməyi, yəni satmağı öz öhdəliklərinə götürmüşlər. Həmin torpaq sahəsini cavabdehlər özləri İddiaçı2 satmağa təklif etmişlər. İddiaçı2 oranı almışdır. Həmin torpaq sahəsi alınan zaman yararsız vəziyyətdə olmuş, heyvanlar üçün otlaq kimi istifadə olunmuş, hasarı dağınıq vəziyyətdə olmuş, içərisi öz başına bitən kollarla dolmuşdur. Ərazini su basdığı zaman daşla doldurmuşdur. İddiaçılar torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinin içərisindəki daş və kolları təmizləmiş, əraziyə daxil olan suyun qarşısını alıb torpağı suvarmaq üçün ayrı su kanalı çəkdirmişdir. 2004-cu il tarixdən həmin əraziyə İddiaçı2 və övladları qulluq edir, torpağın vergilərini onlar ödəyir. Sözügedən torpaq sahəsinə bütünlükdə fındıq ağacları əkmişlər və hazırda həmin ağaclar böyüyüb və yüksək keyfiyyətdə məhsul verir. Həmin torpaq sahəsini İddiaçı2 aldıqdan sonra oraya xeyli miqdarda pul xərcləmişdir. Torpaq sahəsi tam yararsız vəziyyətdə olmuş, bütün əraziyə fındıq ağacları əkmişdir. Onlar həmin torpaq sahəsini aldığı zaman torpağın hüquqmüəyyənedici sənədləri olmadığından alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişdir. Sonradan cavabdehlə birlikdə torpağın hüquqi sənədlərini almışlar ki, alqı-satqı müqaviləsini rəsmiləşdirilsin. Lakin cavabdehlə aralarında bağladıqları alqısatqı müqaviləsini rəsmi qeyd etdirmək məqsədi ilə cavabdehləri Zaqatala rayon dövlət notariat konturuna dəvət etdikdə, sonuncular hər dəfə bir bəhanə edərək gəlməmişlər. İddiaçı2 alqı-satqı əqdinin bağlanmış hesab edilməsini və ya cavabdehlərin mülkiyyətində olan Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,42 ha torpaq sahəsində onlar tərəfindən, torpağı alarkən cavabdehlərə verdikləri dolların Azərbaycan manatına məzənnəsinə görə verdikləri 3400 manat, torpağın təmizlənməsi və baxımına bu günə qədər xərclənmiş 3000 manat, əkdikləri və hazırda orada qalan 70 topa fındıq kolunun birinin 150 manatdan hesablanmaqla ümumilikdə 10500 manat, əkdikləri və hazırda orada olan 10 ədəd qoz ağacının birinin qiyməti 600 manat olmaqla cəmi 6000 manat, kanalın qazılması üçün verilən 880 manat, cavabdehlərin qohumları tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasya ağacı, birinin maddi qiyməti 20 manat olmaqla cəmi 4400 manat pulun, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin ümumilikdə cəmi 28180 manat pulun və iddianın qaldırılması üçün dövlət rüsumu adı altında ödənilmiş 30 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyir. Hesab edir ki, iddiaları əsaslıdır və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 çıxış edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi cavabdehlə İddiaçı2 atası X16 arasında torpaq sahəsinin alqı-satqısına dair hər hansı razılaşma olmamış, cavabdeh iddiaçının atasından 200 ABŞ dolları pul götürmüş, o da əvəzində Cavabdeh1 digər cavabdehlərlə birgə mülkiyyətində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,41 ha torpaq sahəsinin alqı-satqısına dair akt imzalatmışdır. Cavabdeh və iddiaçının atası olan X16 arasında torpaq sahəsinin alqı satqısına dair hər hansı razılıq olmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də, iddianın Cavabdeh1 aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir.
8. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2004-cü ildə iddiaçıların qanun üzrə vərəsələri olduqları xx.xx.2006-cı il tarixdə vəfat etmiş X16 tərəfindən Cavabdeh1 verilmiş 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla), Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 300 manat ekspertiza xərcinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 300 manat ekspertiza xərci alınaraq “X10” MMC-nin köçürülməsi, kod 201218, VÖEN **********,SWİFT kod AİİBAZ2X, M\h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400C**********208. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 311 (üç yüz on bir) manat mütəxəssis xərcinin alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsimüəyyən etmişdir ki, Zaqatala Rayonu Danaçı kəndində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilən 0,3663 ha torpaq sahəsi kadastr nömrəsi **********0497 olan X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşir. İddiaçılar İddiaçı1 və İddiaçı2 0,42 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixdə vəfat etmiş X16 tərəfindən Cavabdeh1 2000 ABŞ dolları ödənilməklə 30 avqust 2004-cü il tarixdə alındığını, torpaq sahəsinin alqı-satqısı həyata keçirilən zaman torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığından notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmadığını və torpaq sahəsinə dair sənədlər hazır olduqda müqavilənin imzalanacığı barədə X16 ilə Cavabdeh1 razılığa gəldiklərini, lakin sonradan Cavabdeh1 torpaq sahəsinin alqı-satqısına dair müqavilə imzalamaqdan imtina etdiyini bildirmişlər. X16 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və onun ölümündən sonra İddiaçı1, İddiaçı2 və X12 adında vərəsələri qalmışdır. Həmin torpaq sahəsi 2004-cü ildən iddiaçıların istifadəsindədir və iddiaçılar torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edirlər, eyni zamanda bildirirlər ki, torpaq sahəsi üzərində 70 ədəd fındıq topası,10 ədəd qoz ağacı 220 ədəd akasiya ağacı əkmişlər, torpaq sahəsini metal torla hasarlamış və su kanalları qazılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin torpaq sahəsinə görə Cavabdeh1 ödənilmiş 2000 ABŞ dollarının Azərbaycan manatına uyğun məzənnə ilə 3400 manat, torpağın təmizlənməsi və baxımına görə çəkilmiş xərclərin, 70 topa fındıq kolunun 10 ədəd qoz ağacının, cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağacının dəyərinin, əkilmiş ağaclara qulluq göstərilməsinə görə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh1 iddia tələbinə etiraz edərək 2004-cü ildə X11 faizə pul verdiyini bilərək ondan 200 ABŞ dolları götürdüyünü və torpaq sahəsinin alqı-satqısı barəsində onunla hər hansı razılığa gəlmədiyini, lakin X16 verdiyi 200 ABŞ dolları müqabilində əvəzində 0.41 ha torpaq sahəsini aldığı barədə 30 avqust 2004-cü il tarixdə akt tərtib edib qol çəkdirdiyini bildirmişdir. O, X16 vəfat etdikdən sonra torpaq sahəsini iddiaçılardan tələb etdiyini lakin iddiaçılar torpaq sahəsini zəbt edərək qaytarmaqdan imtina etdiklərini bildirmiş və iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edirlər.
10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçıların vərəsəsi olduğu xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 200 ABŞ dolları pul almışdır.
11. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən 0,3663 ha torpaq sahəsi 2004-cü ilin avqust ayından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilir. 0,3663 ha torpaq sahəsi iddiaçıların istifadəsində olduğu müddətdə torpaq sahəsində 70 topa fındıq, 10 ədəd qoz ağacı, 220 ədəd akasiya ağacı iddiaçılar tərəfindən əkilmiş, həmin ağaclara qulluq göstərilmişdir. Torpaq sahəsində əkilmiş 220 ədəd akasiya ağacı cavabdehlər tərəfindən kəsilmişdir. Eyni zamanda iddiaçılar tərəfindən torpaq sahəsinin mütbitləşdirilmiş, setkadan hasar çəkilmiş və su arxları düzəldilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə ilk öncə iddia tələbinin “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə” dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçı tərəf torpaq sahəsinin alqı-satqısına dair notariat kontorunda bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsinin ona satılması barədə mülahizəsi əsassızdır və həmin torpaq sahəsinin ona satılmasını təsdiq edən hal kimi irəli sürdüyü cavabdehlərlə onun arasında 30 avqust 2004-cü il tarixli akt tərtib edilməklə müqavilə bağlaması olmuşdur. İddiaçının qeyd etdiyi akt iddia ərizəsinə əlavə edilmiş, həmin sənəd AKT adlandırılmış, həmin sənəd onlar tərəfindən imzalanmışdır. İddiaçı qeyd olunan “akt” adlandırılan sənədi alqı-satqı müqaviləsi kimi başa düşməkdə yanılır. Qeyd olunan hal Mülki Məcəllədə (646 və 648-ci maddələri) nəzərdə tutulmuş mənada alqı-satqı müqaviləsin ehtiva etmir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Halbuki tərəflər qeyd edilən tələblərin heç birinə əməl etməmişlər. Ona görə də iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz.
15. Məhkəmə daha sonra iddia tələbinin iddiaçının cavabdehə torpağını almaq üçün ödəmiş olduğu pul tələbinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia tələbi iddiaçının cavabdehə torpağını almaq üçün ödəmiş olduğu pul hissəsində qismən 200 ABŞ dolları həcmində təmin edilməli, qalan hissəsi isə (1800 ABŞ dolları) iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyindən rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, tədqiq edilmiş sübutlarla Cavabdeh1 X9 200 ABŞ dolları pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır.
17. Məhkəmə daha sonra iddia tələbinin “Zaqatala rayonu Danaçı kəndində yerləşən və iddiaçıların istifadəsində olan torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş və hazırda orada qalan 70 topa fındıq kolunun, 10 ədəd qoz ağacının, kanalın qazılması üçün çəkilmiş xərclərin, iddiaçılar tərəfindən əkilmiş və cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağaclarının dəyərinin ödənilməsi, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərcin ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissələrdə də qismən təmin edilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, iddia tələbi” Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş və hazırda orada qalan 70 topa fındıq kolunun, 10 ədəd qoz ağacının, kanalın qazılması üçün çəkilmiş xərclərin, iddiaçılar tərəfindən əkilmiş və cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağaclarının dəyərinin ödənilməsi” hissəsində qismən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 sentyabr 2021-ci il tarixli 408 nömrəli ekspert rəyinə uyğun olaraq təmin edilməli və cavabdehlərdən 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 manat alınaraq iddiaçılara verilməlidir.
19. Məhkəmə iddia tələbinin “220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarının ziyanı (220əd x 30m) - 6600 manat” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.
20. Məhkəmə qeyd etmişdir ki, ilkin ekspertizanın nəticəsi ilə əlavə ekspertizanın nəticəsi arasındakı fərq ilkin ekspertiza zamanı tədqiq olunan akasiya ağacının yeni əkilmiş növünün, əlavə ekspertiza zamanı isə kəsilmiş akasiya ağaclarına dəymiş ziyanın da qiymətləri nəzərdə tutulmuşdur. Əlavə ekspertiza zamanı ekspert, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən kəsilərək məhv edilmiş 100 ədəd akasiya ağacının ziyanı 3000 (100 əd x 30 m) manat təşkil etdiyindən, 220 ədəd akasiya ağacına görə dəymiş ziyanın miqdarı - 6600 manat təşkil etməsini müəyyən etmişdir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından da görünür ki, hər iki ekspertiza zamanı 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyərinin 660 manat təşkil etməsi müəyyən edilmiş, iddia tələbi də bu hissədə təmin edilmişdir. Yenidən əlavə olaraq akasiya ağaclarına görə cavabdehlərdən 6600 manat pulun tutulması iddiaçıların əsassız varlanmasına səbəb olur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin əsasları və ekspert rəyi bu hissədə əsaslı deyil. Ekspert bu nəticəyə gəlməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına istinad edir, hansı ki, həmin qərarda eyni ağaclara görə iki dəfə ziyanın müəyyən edilməsi öz əksini tapmamışdır. Məhkəmə iddia tələbinin bu hissəsi üzrə iddianın təmin edilməsi üçün yetərli sübutların olmadığı qənaətindədir.
22. Məhkəmə sonda iddia tələbinin rədd olunan hissələrinə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş tələbin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsasında yaranmış olmasına, əsassız varlanma nəticəsində və ya zərər vurmadan yaranan öhdəlik nəticəsində ona zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbi (məhkəmənin rədd olunması qənətinə gəlinən) təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini (rədd olunan hissə üzrə) dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isəməhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. Məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır.
24. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, 2004-cü ildə iddiaçıların qanun üzrə vərəsəsi olduqları xx.xx.2006-cı il tarixdə vəfat etmiş X16 tərəfindən Cavabdeh1 verilmiş 200 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla), Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiyasının 13,19, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 144.1, 144.2, 146.1, 146.2, 146.3, 646, 648.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.3, 1093.1-ci maddələrinə, “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarına,N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarına, «Məhkəmə qətnamələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2,76.1, 76.2, 77.1,89,106.1, 107, 115.0.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Qətnamədən narazı qalan İddiaçı2 və Cavabdeh1 tərəfindən tərəfindən apellyasiya şikayətləri verilmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-298/2022 saylı qətnaməsi ilə İddiaçı2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
28. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-298/2022 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh1 kassasiya şikayətləri vermişlər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-439/2023 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-398/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi, İddiaçı2 və Cavabdeh1 kassasiya şikayətlərinin qismən təmin edilməsi qərara alınmışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-439/2023 saylı qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanuni və əsaslı olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
31. İlk olaraq, cavabdehin kassasiya şikayətində göstərilmişdir ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan əlavə, cavabdeh ərizə ilə Ali Məhkəməyə müraciət edərək, İddiaçı1 da xx.xx.2021-ci il tarixdə vəfat etdiyini bildirmişdir.
32. Cavabdeh2 xx.xx.2015-ci il tarixdə vəfat etməsi EMİS-in məlumatları ilə olduğu kimi, iş materialları ilə də təsdiq olunur. Zaqatala RİH başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Zaqatala Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli 05 nömrəli məktubunda da Cavabdeh2 2015-ci ildə vəfat etdiyi qeyd olunsa da, bu fakt birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən diqqətə alınmamış, ölmüş fiziki şəxsə qarşı iddiaya mahiyyəti üzrə baxılmışdır.
33. İddiaçı1 vəfat etməsi iş materialları ilə təsdiqini tapmasa da, onun şəxsiyyət vəsiqəsinin məlumatları EMİS-də aktiv deyil, “FİN tapılmadı!” qeydi mövcuddur.
34. Beləliklə, hazırkı iddia qaldırılan vaxtda cavabdehlərdən biri artıq həyatda deyildi və bu fakt məhkəmələrə məlum (olmalı) idi. Belə olan halda, yəni iddia ərizəsi artıq icraata qəbul edilmiş olduğundan, MPM-in 153.2.1-ci maddəsində təsbit olunan vəzifəni yerinə yetirmək imkanı məhkəmə tərəfindən itirildiyi üçün, mülki prosessual qanunvericiliyin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə görə iş üzrə icraata həmin cavabdehə münasibətdə, iş məhkəmədə baxılmalı olmaması əsası ilə, xitam verilməli idi. Bu nəticə ondan irəli gəlir ki, tələbin yönəldildiyi fiziki şəxsin mülki hüquq qabiliyyəti, habelə mülkiprosessual hüquq qabiliyyəti xətm edilmişdir. Odur ki, ölümündən sonra onunla iddiaçı arasında hüquqi müstəvidə mübahisə, o cümlədən məhkəmə mübahisəsi yarana və o, bu mübahisəyə tərəf ola bilməz.
35. İddiaçı1 isə iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra öldüyü güman olunan halda, onun vərəsələrinin prosessual hüquq varisliyi qaydasında işə cəlb olunması, bu məqsədlə işin icraatının dayandırlılması yaxud ona aid hissədə icraata xitam verilməsi məsələlərinə hüquqi qiymət verilməli idi.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə digər maddi və prosessual hüquq normalarının pozuntularına da yol verilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası kimi bir sıra maddi hüquq normalarına, o cümlədən Mülki Məcəllənin 152, 157, 158, 1091, 1092, 1093-cü maddələrinə istinad etsə də, eyni hissədə iddianın qanuni əsası kimi konkret hansı normanın çıxış etdiyini, həmin normanın dispozisiya şərtlərinin işin faktiki halları ilə üst-üstə düşüb-düşməməsi sualına cavab vermək yolu ilə, göstərməmişdir.
38. Həmin hissədə iddianın maddi hüquqi əsası kimi iddia ərizəsində istinad olunan Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, əmlaka sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələbhüququ əmlakın sahibindən alındığı andan yaranır. Lakin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından biri odur ki, mübahisəli torpaq sahəsi iddiaçıların istifadəsindədir, onlardan alınmamışdır. Bu mənada məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin eyniməzmunlu dəlili ilə razılaşır.
39. Mübahisəli torpaq sahəsinin iddiaçılardan alındığı fərz olunan nəzəri hala dair məhkəmə kollegiyası qeyd edir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də, yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə, belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda, vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.
40. Cavabdehin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların istifadəsində olan mübahisəli 0,3663 ha torpaq sahəsinin rəsmi sənədlər əsasında kimin mülkiyyətində olmasının müəyyən edilməməsi barədə dəlili isə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə bu məsələyə DƏKÜRX-in xx.xx.2021-ci il tarixli **********27 nömrəli məktubu ilə təqdim olunan xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi və Torpaq sahəsinin yerləşmə vəziyyətinin sxeminə istinadla münasibət bildirmişdir. Lakin eyni məhkəmə bununla bağlı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə Cavabdeh2 Danaçı kəndi ərazisində xüsusi mülkiyyətində 1.3261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat (**********881 reyestr) nömrəli çıxarışın məlumatlarını müqayisəli təhlil də etməli idi.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə iddia ərizəsində qeyd olunan fındıq kolları, qoz və akasiya ağaclarının mübahisəli torpaq sahəsinə neçə ədədinin kim tərəfindən nə vaxt əkildiyinə, həmin bitkilərdən hansılarının neçə ədədinin kim tərəfindən nə vaxt məhv edildiyinə, hasar və su arxının kim tərəfindən nə vaxt nə qədər xərclə çəkildiyinə dair də mötəbər sübutlara istinad olunub qiymət verilməklə araşdırma aparmamışdır.
42. İddiaçının kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarıinstansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
44. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
45. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 34-46-cı bəndlərində şərh edilən hallar və hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməli, mötəbər sübutlara istinad olunub, qiymət verilməklə, həmin hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
46. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
47. Qətnamədən narazı qalan İddiaçı2 və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.
48. İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin onlara satdığı mübahisəli torpaq sahəsində gördükləri abadlıq, torpağın yararlı vəziyyətə gətirilməsi, həmin torpaqda əkdikləri ağaclar və orada görülən digər işlərlə bağlı, çəkilən xərclər haqqında iddia ərizəsində ətraflı qeyd etmişdir. Lakin Zaqatala Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prossesual pozuntulara yol vermişdir. Belə ki, həmin torpaq sahəsində əkdikləri fındıq kollarına, qoz və akasya ağaclarına verilmiş ilkin ekspert rəyindən narazı olduğu üçün təkrar ekspertiza keçirilməsi üçün vəsatət vermiş və vəsatəti Zaqatala Rayon Məhkəməsi tərəfindən əsaslı qəbul olunaraq təmin olunmuşdu. İlkin ekpert rəyindən narazı olmağının səbəbi ekspertin sözügedən mübahisəli torpaq sahəsində iştirak etmədən öz təsəvvürünə görə qiymətləri müəyyən etməsi oldu. Təkrar ekspertiza keçirilərkən ekspert şəxsən özü həmin ərazidə iştirak etdi və ikinci dəfə daha dəqiq ekspert rəyi verdi. Ekspert ilkin rəyindəki qiymətləri əkdikləri ağacların yeni əkilmiş olduğunu təsəvvür edərək yazdığını və ikinci ekspert rəyini ərazidə olan ağacları gördükdən sonra yenidən hesablayaraq vermişdir. İlkin ekspert rəyində ekspert həmin ərazidə əkdikləri akasya ağaclarını görmədən, ölçüsü müəyyən olunmadan yeni əkilmiş ağac tingləri kimi təsəvvür edib qiymət çıxarıb lakin təkrar ekspertiza zamanı akasya ağaclarının ölçüləri müəyyən olunaraq ikinci rəy verilib. Hakimin ilkin ekspert rəyini qəbul etməsi lakin ikinci ekspert rəyini qəbul etməməsi qərəzlidir. Hər iki ekspert rəyində ağacların qiymətinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən aparılmışdır. Ekspert ilkin rəyi ağacları görmədiyindən cavan ağac tinglərinə görə, ikinci rəyi isə akasya ağaclarını gördükdən və ölçüləri müəyyən olunduqdan sonra verdiyini bildirsə də, Zaqatala Rayon Məhkəməsinin bunu qəbul etməməsi əsassız və qanunsuzdur. Fərziyyəylə verilmiş ilkin rəydəki akasya ağaclarına hesablanmış 600 manatla razılaşan məhkəmə tam və dəqiq olan təkrar ekspertiza rəyiylə razılaşmır. İlkin rəy təsəvvürə əsasən verilib, təkrar ekspertiza rəyi əraziyə, əkilən ağaclara baxıldıqdan, onların ölçüləri müəyyən olunduqdan sonra verilib və hesablama hər iki rəydə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən aparılmışdır. Həmin ekspert rəyinin bütün hallarıyla razı olan Zaqatala Rayon Məhkəməsi təkrar ekspertiza rəyindəki akasya ağaclarının qiymətləndirilməsiylə razılaşmır. Bu da qərəzdən başqa hal deyil.
49. Zaqatala Rayon Məhkəməsi onun əkdiyi akasya ağaclarının orta bazar qiymətindən aşağı qiyməti götürməsi, təkrar ekspertizanın rəyini əsassız olaraq qəbul etməməsinin nəticəsində cavabdehlərin əsassız varlanmasına səbəb olur. Zaqatala Rayon Məhkəməsi onun əkdiyi qulluq etdiyi ağacların qiymətini aşağı qəbul etməklə cavabdehlərin əsassız varlanmasına səbəb olur. Lakin məhkəmə bu hissədə də maddi hüquq normasını düzgün tətbiq etməyərək onun əsassız varlanmağı qənaətinə gəlib. Əsassız varlanma fındıq və qoz ağaclarında olmadı, akasya ağaclarmda oldu????????
50. Zaqatala Rayon Məhəkəməsində cavabdehlərə həmin mübahisəli torpaq sahəsinin alınması üçün tərəfindən verilmiş 2000 min ABŞ dollarıyla bağlı hakim heç bir araşdırma aparmadan cavabdehin qəbul etdiyi 200 ABŞ dolları hissəsində qətnamə qəbul etdi. Həmin alqı satqı müqaviləsi Zaqatala rayonu Danaçı Bələdiyyəsi və Ərazi Nümayəndəsinin və digər şahidlərin iştirakıyla tərtib olunmuşdur. Onların məhkəmədə iştirakı üçün məhkəmə şərait yaratmadı. 200 dollara torpaq satmaq heç kim üçün inandırıcı ola bilməz, bu hal mümkün deyil. Cavabdeh 200 dolları qəbul edərək sübut etdi ki, həmin torpaq onlar tərəfindən satılıb lakin aldıqları pulu danaraq cılız rəqəm olan 200 ABŞ dollarını götürdüklərini bildirdi. İndiyədək məhkəmələrdə olan bu predmetlə bağlı işlərdə Zaqatala rayonunda 200 ABŞ dolları kimi cılız qiymətə torpaq satıldığı qeyd olunmayıb. Çünki bu mümkün deyil.
51. Zaqatala Rayon Məhəkəməsində heç bir əsas olmadan işin dəfələrə təxirə salınması, hakimin birinci ekspert rəyinin fərziyyələrlə verilmiş olmasına baxmayaraq onu qəbul etməsi lakin təkrar ekspert rəyiylə razılaşmaması qərəzlidir. Məhkəmə 600 manatı əsaslı varlanma lakin 6000 manatı əsassız varlanma kimi qəbul edib. Bu absurddur. Təkrar ekspertizadan sonra verilmiş ekspert rəyində qeyd olunan qiymətlər ekspertin həmin ərazidə iştirakından, gözüylə ağacları gördükdən, ölçülərini götürdükdən sonra hesablayaraq müəyyən olunmuş qiymətlərdir.
52. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)- 45/2021 saylı qətnaməsinin qismən, yəni, iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
53. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ilə cavabdehin Cavabdeh1 məhkəməyə təqdim etdiyi etirazda bildirdiyinə görə torpaq ətrafında heç bir kanalın olmadığı halda kanalın-arxın düzəlməsi xərci olaraq -1940 manat pulun cavabdehlərdən tutulub iddiaçılara verilməsi əsassız varlanmadır. Bundan əlavə ekspertiza zamanı qiymətlərinin həddən artıq şişirdilməsi də Əsassız varlanmadır
54. İddiaçı cavabdehlər tərəfindən hər-hansı bir ağacın kəsilməsini və ya məhv edilməsini sübuta yetirə bilməmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində torpaq sahəsinin ətrafında heç bir kanal olmasını qeyd etmişdir. Bundan başqa iddiaçıların iddia tələbinin həcminin artırılmasına dair ərizədə iddiaçılar göstərmişlər ki, akasiya ağacları cavabdehlərin qohumları tərəfindən kəsilmişdir. Məhkəmə qətnaməsində isə 220 ədəd akasiya ağacı cavabdehlər tərəfindən kəsilmişdir qeyd edilib. İlk növbədə ziyanın vurulmasının (ağacların kim tərəfindən kəsilməsi) müəyyən edilməsi lazım idi. Ziyanın vurulması sübuta yetirilmədən onun cavabdehlərdən tutulması əsassız və qanunsuzdur. Bundan başqa əgər həmin torpaq sahəsindən 220 ədəd kəsilmiş akasiya ağacı vardırsa bu foto və ya video formasında nə iddiaçılar, nə də mütəxəssis və ya ekspert rəylərində aydın formada görsənmir. Həmçinin torpaq sahəsi ətrafına setkanın çəkilməsinin sübutu yoxdur. Qətnamədə su arxlarının düzəldilməsinə çəkilən xərc qeyd olunur. Həmin torpaq sahəsi yerləşən ərazidə su arxları yoxdur, yəni bu hal da iddiaçılar tərəfindən sübuta yetirilmir, sübutu yoxdur. Su arxlarına görə cavabdehdən pulun tutulması absurddur. Çünkü həmin ərazidə su hövzəsi yoxdur. Lakin qətnamədə göstərilən “X10” MMC-nin rəyində faktiki mövcud olmayan kanalın-arxın düzəlməsi xərci olaraq -1940 manat göstərilmişdir.
55. Bildirir ki, məhkəmənin qətnaməsində əsaslandığı 30 avqust 2004-cü il tarixli aktdan görünür ki, həmin aktda 1 nəfər- Cavabdeh1 adı var. Qətnamədə cavabdeh kimi qeyd edilmiş digər heç bir şəxsin adı yoxdur. Belə olan halda hesab edir ki, Cavabdeh1 başqa şəxslərə qarşı iddia tələbi ümumiyyətlə baxıla bilməzdi, digər cavabdehlərin adları çıxarılmalı idi. Çünki digər şəxslər iddiaya cavab verməli olan şəxslər deyildir.
56. Cavabdeh1 ona bildirməsinə görə “X4 faizə pul verən şəxs idi. Ondan cavabdel Cavabdeh1 200 Dollar borc almışdır. Onlar əvəzində notariusun təsdiq etmədiyi 41 sotu qanunsuz olaraq götürüb zəbt edib, qanunsu olaraq həmin sahəyə fındıq ağacları əkiblər. Həmin torpaqlar özü münbit suvarılmayan torpaqlardır. Çünki onun yaxınlığında heç bir çay və yaxud digər su hövzəsi yoxdur. Həmin torpaq sahəsində heç bir akasiya ağacları yoxdur, torpaq sahəsinin suvarılması üçün də su arxı-kanalı yoxdur. Həmçinin onlar fındıq ağaclarını yaşıl hasar kimi sıx əkiblər. Adi fındıq topası şəklində əkməyiblər. Düzgün şəkildə ekspertiza keçirilsə idi. Hər şey məlum olardı. Həmçinin həmin fındıq ağacları düzgün formada əkilmədiyi üçün də barməhsul vermir. O, hesab edir ki, onlar bu pulun əvəzinə onun torpağını zəbt ediblər. Torpaq sahəsinə girib orda qanunsuz olaraq ağaclar əkiblər. Həmin ağacları çıxarıb aparsınlar. Çünki onların ağacları Cavabdeh1 lazım deyil. Həmin torpaq sahəsinin də vergilərini Cavabdeh1 vermişdir. Cavabdeh1 həmişə Rusiya Federeasiyasında olmuşdur. Cavabdeh1 ora girib ağac kəsmək imkanında olmamışdır. Bu mümküı deyil. İndiyə kimi istifadə ediblər, indi də çıxarıb aparsınlar fındıq ağaclarını. Onlar 17 il cavabdehin torpağından istifadə ediblər, nə icarə haqqı ödəyiblər nə də vergi veriblər. Seydi Mahmudov özü vergilərini ödəmişdir və vergi ödənilməsi barədə sənəd məhkəməyə təqdim edilmişdir. Bu neçə illər ərzində Cavabdeh1 onlara neçə dəfə müraciət edərək faiz olaraq Cavabdeh1 verdikləri pulu geri qaytarmağı və əvəzində isə onların cavabdehin torpaq sahəsindən çıxmalarını bildirmişdir. Onlar torpaq sahəsindən çıxmayıblar. Cavabdeh1 17 il ərzində həmin torpaq sahəsinə girməmişdir iddiaçılar özləri fındıq ağacları əkib gəlir götürüb özgə torpağını istifadə ediblər. Həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən əkilmiş sayı dəqiq xatırlamadığı fındıq ağacı (topası) əvvəldən olmuşdur. Həmin torpaq sahəsinin ətrafında heç bir kanal yoxdur. Ərazidə kəsilən akasiya ağacları da yoxdur. Torpaq sahəsi icarədara verildikdə orda yəginki 40 ədəd fındıq əkilib. Həmçinin torpaq sahəsində 10 ədəd 15 yaşlı qoz ağaclarının olması qeyd edilmişdir. Həmin torpaq sahəsində 2-3 ədəd qoz ağacı var. Həmin qoz ağacları da yabanı halda bitmişdir. Cavabdeh1 mütəxəssis və ekspertiza rəyləri ilə razı deyildir. Yenidən düzgün ekspertiza keçirilməsin istəyir. Bu barədə vəsatət verir.Apellyasiya şikayətinə əlavə edilir. Çünki mütəxəssis rəyi kifayət qədər aydın deyil həmçinin şişirdilmiş qiymətlərlə qiymətləndirilib. Həmçinin mütəxəssis rəyində 220 ədəd akasiya ağaclarına 2 dəfə qiymət qoyulub. Mütəxəsss Rəyi əsasında da həmin idarə ekspert rəyi verib. Ona görə də Cavabdeh1 heç bir rəy ilə razı deyildir. Təkrar ekspertiza keçirilməsini və ekspertizanın başqa ekspertiza idarəsinə verilməsini, ekspertiza xərcinin də cavabdeh Seyid Mahmduovdan tutulmasını xahiş edir.Həmçinin aparılan tədqiqatların yerində foto və video çəkilişinin aparılmasını istəyir. Çünki işdə ekspert rəyinə əlavə edilən foto şəkil ümumi çəkilib və ekspert rəyində göstərilənləri tamamlamır.”
57. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)- 45/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
58. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
59. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən şəxslər, onların vəkilləri, iddiaçının hüquqi varisləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, Cavabdeh1 vəkili Nümayəndə1 məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi müraciətində məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, işdə iştirak edən digər şəxslər, onların vəkilləri, iddiaçının hüquqi varisləri gəlməmələrinin səbəblərini bildirməmişlər.
60. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
61. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
63. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
66. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
67. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
68. İddiaçı2 apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsinin qismən, yəni, iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, iddianın İddiaçı1 (hüquqi varisi Osmanova (Qurbanova) Hürü Həsən qızının) iddiasının təmin edilmədiyi hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
69. Cavabdeh1 apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddianın rədd edilmiş və cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı təmin edilmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
70. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsinin əsaslılığını iddiaçının apellyasiya şikayətinə münasibətdə İddiaçı2 iddiasının təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
71. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2026-cı il tarixli, 2(107)-15/2025 saylı qərardadı ilə İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsi qismən, yəni İddiaçı1 (hüquqi varisi Osmanova (Qurbanova) Hürü Həsən qızı) və İddiaçı2 iddia tələblərinin Cavabdeh2 qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və maddi zərər tələbinə dair hissəsində ləğv edilmiş, iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsində iş üzrə icraata xitam verilmişdir.
72. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
73. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
74. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala Rayonu Danaçı kəndində yerləşən İddiaçı2 tərəfindən istifadə edilən 0,3663 ha torpaq sahəsi X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşir. İddiaçı2 0,42 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X16 tərəfindən Cavabdeh1 2000 ABŞ dolları ödənilməklə 30 avqust 2004-cü il tarixdə alındığını, torpaq sahəsinin alqı-satqısı həyata keçirilən zaman torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığından notarial qaydada alqısatqı müqaviləsinin bağlanmasının mümkün olmadığını və torpaq sahəsinə dair sənədlər hazır olduqda müqavilənin imzalanacığı barədə X16 ilə Cavabdeh1 razılığa gəldiklərini, lakin sonradan Cavabdeh1 torpaq sahəsinin alqı-satqısına dair müqavilə imzalamaqdan imtina etdiyini bildirmişdir. X16 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsi 2004-cü ildən İddiaçı2 istifadəsindədir. İddiaçı2 alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, torpaq sahəsinin alınmasına, torpaq sahəsində aparılmış yaxşılaşdırmalara dair xərclərin alınmasını tələb etmiş, apellyasiya şikayətinin dəlillərində isə alqı-satqı əqdinin bağlanmış hesab edilməsini deyil, torpaq sahəsinin alınmasına və torpaq sahəsində aparılmış yaxşılaşdırmalara dair xərclərin alınması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Cavabdeh1 tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.
75. Məhkəmə kollegiyası İddiaçı2 və Cavabdeh1 apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, mərhum Cavabdeh2 qarşı hissədə qətnamənin ləğv edilməli olmasına dair məhkəmə kollegiyasının 27 yanvar 2026-cı il tarixli, 2(107)-15/2025 saylı qərardadı ilə qiymətləndirilmiş tələbə dair hissə istisna olmaqla İddiaçı2 apellyasiya şikayətin dəlilləri əsassız, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır.
76. Məhkəmə kollegiyası İddiaçı2 apellyasiya şikayətin cavabdehlərə həmin mübahisəli torpaq sahəsinin alınması üçün tərəfindən verilmiş 2000 min ABŞ dollarıyla bağlı hakimin heç bir araşdırma aparmadan cavabdehin qəbul etdiyi 200 ABŞ dolları hissəsində qətnamə qəbul etməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 cavabdehin iddiaçının atasından 200 ABŞ dolları pul götürdüyünü göstərmiş, İddiaçı2 tərəfindən isə cavabdehə bununla bağlı 200 ABŞ dollarından daha yüksək məbləğdə pul vəsaitinin verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
77. Məhkəmə kollegiyası həmçinin tərəflərin apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-439/2023 saylı qərarında sadalanmış göstərişlər diqqətə alınmaqla təhlil edilməsini vacib hesab edir.
78. Belə ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-439/2023 saylı qərarında qeyd edilmiş torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda, vicdanlı sahibin mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməli olması, məhkəmənin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə Cavabdeh2 Danaçı kəndi ərazisində xüsusi mülkiyyətində 1.3261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat (**********881 reyestr) nömrəli çıxarışın məlumatlarını müqayisəli təhlil etməli olması, apellyasiya instansiyası məhkəməsinin iddia ərizəsində qeyd olunan fındıq kolları, qoz və akasiya ağaclarının mübahisəli torpaq sahəsinə neçə ədədinin kim tərəfindən nə vaxt əkildiyinə, həmin bitkilərdən hansılarının neçə ədədinin kim tərəfindən nə vaxt məhv edildiyinə, hasar və su arxının kim tərəfindən nə vaxt nə qədər xərclə çəkildiyinə dair də mötəbər sübutlara istinad olunub qiymət verilməklə araşdırma aparmamasına dair göstərişlərinin icrasını təmin etmək məqsədi ilə ekspertizalar təyin edilmiş, mütəxəssis cəlb edilmiş, sorğular verilmiş, alınmış rəylər və cavablar iş materiallarına əlavə edilmişdir.
79. Belə ki, işdə olan Zaqatala rayonu Danaçı Bələdiyyəsinin məhkəmə kollegiyasının sorğusuna verdiyi 09 iyun 2023-cü il tarixli 143 nömrəli cavab məktubunda göstərilmişdir ki, qeyd olunan (kadastr nömrəsi **********0497) torpaq sahəsində kim və ya kimlər tərəfindən hansı növdə və hansı sayda ağacların əkilməsi, məhv edilməsi, hasarın, su arxının kim tərəfindən və nə vaxt çəkilməsi barədə Zaqatala rayonu Danaçı Bələdiyyəsinə yazılı və ya şifahi məlumat daxil olmadığına görə Şəki Apellyasiya Məhkəməsinə bu barədə hər hansı bir məlumat verə bilmirlər.
80. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəmə kollegiyasının sorğusuna verdiyi 07 iyun 2023-cü il tarixli 5-82-20/2-17/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Danaçı kənd sakini X4 və ailəsi ilə Cavabdeh1 və ailəsi arasında mübahisəli hər hansı bir torpaq sahəsində hansı növdə və hansı sayda ağac (ağacların) əkilməsi barədə, həmin ağaclardan neçəsinin kim (kimlər) tərəfindən və nə vaxt məhv edilməsi barədə, həmin torpaq sahəsinin hasarlanıb-hasarlanmaması, su arxının çəkilib-çəkilməməsi barədə Danaçı KİƏD üzrə nümayəndəliyində hər hansı bir məlumat yoxdur.
81. İşdə olan Zaqatala Rayon Prokurorluğunun məhkəmə kollegiyasının sorğusuna verdiyi 21 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Zaqatala rayonu Danaçı kənd sakini Cavabdeh1 30 avqust 2004-cü il tarixli aktla həmkəndlisi X1 bildirdiyi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.3663 ha torpaq sahəsində ağacların məhv edilməsi barədə Zaqatala Rayon Prokurorluğunda və Zaqatala Rayon Polis Şöbəsində hər hansı formada araşdırma aparılmamışdır.
82. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və maddi zərər tələbinə dair mülki işə baxılması zərurəti ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.3663 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat (**********881 reyestr) nömrəli çıxarışla Cavabdeh2 və digərlərinə məxsus 1.3261 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh1 və onun ailə üzvlərinin adına Hüquqları dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********881 olan çıxarış sənədində göstərilən 1.3261 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən iddiaçının naturada istifadə etdiyi 0.3663 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Mübahisələndirilən 0.3663 ha torpaq sahəsinə hər hansı bir hüquqmüəyyənedici və texniki sənəd tərtib edilməmişdir.
83. İşdə olan məhkəmə kollegiyasının 30 may 2023-cü il tarixli qərardadının icrası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli 10/4651 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Zaqatala rayonu Danaçı kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.3663 ha torpaq sahəsinin (fındıq bağı) hazırkı orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10000 manat məbləğində müəyyən olunur.
84. Bitkilərin (ağacların) qiymətləndirilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından tədqiq olunan torpaq sahəsinin bitkilərlə və bitkisiz olmaqla ayrı-ayrılıqda qiymətləndirilməsi üzrə tədqiqat aparılmadı.
85. Tədqiq olunan ünvanda baxış zamanı hasar tikilisi və su arxı təqdim edilmədiyindən qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır.
86. Məhkəmə kollegiyasının 30 may 2023-cü il tarixli qərardadında qoyulmuş sualların natamam cavablandırılması nəzərə alınaraq, məhkəmə kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, alınmış rəy iş materiallarına əlavə edilmişdir.
87. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 10/847-9/788 saylı rəyindən görünür ki, Zaqatala rayonu Danaçı kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.3663 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 10400 manat məbləğində müəyyən olunur.
88. Ekspertiza tədqiqatı aparılarkən mübahisə predmeti olan torpaq sahəsinin üzərində mövcud olan bitkilər (ağaclar) nəzərə alınmamışdır.
89. Tədqiq olunan ünvanda hasar tikilisi və su arxı təqdim edilmədiyindən qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır.
90. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-649/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadının icrası üzrə verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2023-cü il tarixli 10/4651 saylı rəyi ilə Zaqatala rayonu Danaçı kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.3663 ha torpaq sahəsinin (fındıq bağı) hazırkı orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10000 manat məbləğində müəyyən edildiyi halda, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-49/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 05 dekabr 2024-cü il tarixli 10/847-9/788 nömrəli rəyi ilə Zaqatala rayonu Danaçı kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.3663 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 10400 manat məbləğində müəyyən edildiyindən, yəni ekspert torpaq sahəsinin ağaclarsız vəziyyətdə olan dəyərinin ağaclarla, yəni bağ şəklində olan dəyərindən daha yüksək olması qənaətinə gəlsə də bunun səbəblərinə rəylərdə aydınlıq gətirilmədiyindən məhkəmə kollegiyası 29 noyabr 2023-cü il tarixli 10/4651 saylı və 05 dekabr 2024-cü il tarixli 10/847-9/788 saylı rəylərlə əsassızlığına görə razılaşmamış və məhkəmə kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
91. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2025-ci il tarixli məlumatı ilə ekspertizanın aparılmasından imtina edilmiş və mülki iş materialları məhkəmə kollegiyasına qaytarılmışdır.
92. Bundan sonra məhkəmə kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərardadı ilə Zaqatala rayonu Danaçı kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0.3663 ha torpaq sahəsinin üzərində olan bitkilərsiz (ağaclarsız) və bitkilərlə (ağaclarla) ayrıayrılıqda hazırkı bazar qiymətlərinin neçə manat təşkil etməsi, həmin torpaq sahəsinə aid hasarın və su arxının çəkilməsinə nə qədər vəsaitin tələb edilməsinə dair sualların cavablandırılması “X10” MMC-nə həvalə edilmişdir.
93. “X10” MMC-dən əldə edilərək iş materiallarına əlavə edilmiş 02 dekabr 2025-ci il tarixli rəy və hesabatda göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.3663 ha torpaq sahəsinin üzərində olan bitkilərsiz (ağaclarsız) bazar dəyəri 30770 manat, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.3663 ha torpaq sahəsinin üzərində olan bitkilərin hazırkı bazar dəyəri 21860 manat, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.3663 ha torpaq sahəsinə aid hasarın və su arxının çəkilməsinə xərcin isə 2500 manat olması müəyyən edilmişdir.
94. İşdə olan “X10” MMC-nin 02 dekabr 2025-ci il tarixli rəyinə 05 yanvar 2026-cı ilə tarixli əlavəsində göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən 0.3663 ha torpaq sahəsinin üzərində olan bitkilərsiz (ağaclarsız)-30770 manat, bitkilər-21.860 manat və bitkilərlə (ağaclarla) birlikdə 52630 manat müəyyən edilir.
95. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı2 apellyasiya şikayətinin hakimin ilkin ekspert rəyini qəbul etməsi lakin ikinci ekspert rəyini qəbul etməməsinin qərəzli, əsassız və qanunsuz olması, ilkin rəy təsəvvürə əsasən, təkrar ekspertiza rəyinin isə əraziyə, əkilən ağaclara baxıldıqdan, onların ölçüləri müəyyən olunduqdan sonra verilməsi, Zaqatala Rayon Məhkəməsi onun əkdiyi akasya ağaclarının orta bazar qiymətindən aşağı qiyməti götürməsi, onun əkdiyi qulluq etdiyi ağacların qiymətini aşağı qəbul etməklə, təkrar ekspertizanın rəyini əsassız olaraq qəbul etməməsi nəticəsində cavabdehlərin əsassız varlanmasına səbəb olması, Cavabdeh1 apellyasiya şikayətinin torpaq ətrafında heç bir kanalın olmadığı halda kanalın-arxın düzəlməsi xərci olaraq -1940 manat pulun ondan tutulub iddiaçıya verilməsinin əsassız varlanma olması, ekspertiza zamanı qiymətlərinin həddən artıq şişirdilməsi, iddiaçının cavabdeh tərəfindən hər-hansı bir ağacın kəsilməsini və ya məhv edilməsini sübuta yetirə bilməməsi, iddia tələbinin həcminin artırılmasına dair ərizədə akasiya ağaclarının cavabdehlərin qohumları tərəfindən kəsilməsinin göstərilməsi, məhkəmənin isə qətnaməsində 220 ədəd akasiya ağacının cavabdehlər tərəfindən kəsilməsinin qeyd edilməsi, ilk növbədə ağacların kim tərəfindən kəsilməsinin müəyyən edilməsinin lazım olması, ziyanın vurulmasının sübuta yetirilmədən onun cavabdehdən tutulmasının əsassız və qanunsuz olması, həmin torpaq sahəsində heç bir akasiya ağaclarının olmaması, torpaq sahəsi ətrafına setkanın çəkilməsinin sübutunun olmaması, həmin torpaq sahəsi yerləşən ərazidə su arxlarının olmaması, bu halın da iddiaçı tərəfindən sübuta yetirilməməsi, təkrar ekspertizanın keçirilməli olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-439/2023 saylı qərarında qeyd edilmiş göstərişlərin icrası üzrə yuxarıda qeyd edilən tədqiqiqatlar aparılaraq, əldə edilmiş rəy və cavablar iş materiallarına əlavə edilsə də, yüksək instansiya məhkəməsi yaxşılaşdırma xərcləri ilə bağlı məsələni mübahisəli torpaq sahəsinin iddiaçılardan alındığı fərz olunan nəzəri halla əlaqələndirmiş, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, əmlaka sahiblik etdiyini iddia edən şəxsin öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilməsini və bu tələb hüququnun əmlakın sahibindən alındığı andan yarandığını diqqətə çadırmışdır.
96. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin iddiaçının torpaq sahəsindən çıxmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarından, həmçinin məhkəmə kollegiyasının soğrusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş yerquruluşu planından müəyyən edildiyi kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən torpaq sahəsinin 0.3663 ha hissəsi iddiaçı İddiaçı2 istifadəsindədir.
97. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Zaqatala rayonunun Danaçı kəndində yerləşən torpaq sahəsinin 0.3663 ha hissəsi İddiaçı2 istifadəsində olduğu, həmin torpaq sahəsi mülkiyyətçisinə qaytarılmadığı halda, İddiaçı2 həmin torpaq sahəsində aparılmış yaxşılaşdırmalara görə vəsaiti Cavabdeh1 tələb etməsi əsaslı olmamışdır.
98. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
99. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin qətnaməsində əsaslandığı 30 avqust 2004-cü il tarixli aktda 1 nəfər-Cavabdeh1 adının olması, qətnamədə cavabdeh kimi qeyd edilmiş digər heç bir şəxsin adının olmaması, Cavabdeh1 başqa şəxslərə qarşı iddia tələbinə ümumiyyətlə baxıla bilməməsi, digər cavabdehlərin adlarının çıxarılmalı olması, digər şəxslərin iddiaya cavab verməli olan şəxslər olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 istisna olmaqla digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.
100. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası qismində konkret olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin tələblərinin əsas götürülməli olmasını qiymətləndirməməklə, həmçinin torpaq sahəsində əkilmiş çoxillik bitkilər əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrildikləri, torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadıqları, onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı, vicdanlı sahibin mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdiyi halda həmin yaxşılaşdırmaların dəyərinin torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməli olması istiqamətində dəyərləndirmə aparmamaqla maddi hüquq normalarının, iddia irəli sürüldükdən sonra vəfat etmiş İddiaçı1 vərəsələrini prosessual hüquq varisliyi qaydasında işə cəlb etməməklə isə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
101. Belə ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
102. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
103. Hansı ki, məhkəmə kollegiyası tərəfindən Osmanova (Qurbanova) Hürü Həsən qızı və İddiaçı2 İddiaçı1 hüquqi varisləri qismində cəlb edilmişlər.
104. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin torpağın alınması üçün verilən pulun alınması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olmasına dair tələblə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
105. Həmçinin iş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 18 may 2020-ci il tarixdə verilmiş 564 saylı arayışdan müəyyən edildiyi kimi X4nun vəfatından sonra oğlu İddiaçı2 ona məxsus Zaqatala rayonu Danaçı kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olaraq yaşamaqla, atasından qalmış mirası faktiki olaraq qəbul etmiş, torpaq sahəsinin alışı üzrə mərhum atası tərəfindən verilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmək üçün subyektiv hüququ yaranmışdır.
106. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci iltarixli, 2(033)-45/2021 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı təmin edilmiş, Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh1 300 manat ekspertiza xərcinin alınaraq “X10 ” MMC-nin köçürülməsi (Kod 201218, VÖEN **********,SWİFT kod AİİBAZ2X, M\h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400C**********208), Cavabdeh1 311 (üç yüz on bir) manat mütəxəssis xərcinin alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi hissələrində ləğv edilməli, ləğv edilən Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissələrində yeni qətnamə qəbul edilməli, iddia tələbi Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissələrində rədd edilməlidir.
107. Qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
108. İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi diqqətə alınaraq, mütəxəssisin apardığı tədqiqatın dəyəri 500 manat İddiaçı2 tutularaq, “X10” MMC-nin Kapital Bank ASC-nin Sahil filialındakı hesabına (Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN**********, Hesab AZ64AİİB400900C**********208) ödənilməlidir.
109. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-45/2021 saylı qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 qarşı təmin edilmiş, Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh1 300 manat ekspertiza xərcinin alınaraq “X10 ” MMC-nin köçürülməsi (Kod 201218, VÖEN **********,SWİFT kod AİİBAZ2X, M\h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400C**********208), Cavabdeh1 311 (üç yüz on bir) manat mütəxəssis xərcinin alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilən Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissələrində yeni qətnamə qəbul edilsin. İddia tələbi Zaqatala rayonu Danaçı kəndində X14 Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7875 (yeddi min səkkiz yüz yetmiş beş) manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırki bazar dəyəri 2000 (iki min) manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyəri 660 (altı yüz altmış) manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 (bir min doqquz yüz qırx) manat, cəmi 12475 (on iki min dörd yüz yetmiş beş) manat pul vəsaiti və 200 (iki yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 dövlətə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi hissələrində rədd edilsin. Qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəssisin apardığı tədqiqatın dəyəri 500 manat İddiaçı2 tutularaq, “X10” MMC-nin Kapital Bank ASC-nin Sahil filialındakı hesabına (Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN**********, Hesab AZ64AİİB400900C**********208) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.