Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2516/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı a Cavabdeh4 qızının cavabdehlər Cavabdeh2, X11, Cavabdeh6, Cavabdeh1, və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, bəyənmə, ekspertiza məsələləri) Kateqoriya: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, əqdin bəyənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı a qızının cavabdehlər Cavabdeh2, X11, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı h esab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-82/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2, X10, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xüsusi mülkiyyətinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X20 verilmişdir. 2. 8 aprel 2002-ci ildə hazırkı iddiaçının atası X7, Cavabdeh2, X10, Cavabdeh6, Cav abdeh1 Asiman qızının və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində akt tərtib edilərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçının atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X12 arasında bağlanmış 8 aprel 2002-ci il tarixl i alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. X12 iddiaçının atasıdır. Cavabdeh2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh2 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmiş və 8 aprel 2002-ci ildə akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair sənədə imza etmişlər. Cavabdeh2 və X15 qanuni nümayəndələri kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X12 cavabdehlərə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini təhvil vermişlər. Onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. İddiaçının atası onlara inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı- satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X12 22 noyabr 2008-ci ildə ölmüşdür. Bundan sonra iddiaçı dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdehlər notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etdiklərini bildirmişlər. Bundan sonra cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Cavabdehlər tərəfindən 8 aprel 2002-ci ildə iddiaçının atasına satılan və vərəsəlik qaydasında iddiaçıya keçən 1.35 ha torpaq sahəsi tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuş, əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdi r. Lakin cavabdehlər tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, nəticədə iddiaçı tərəfin aldıqları torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir.
5. Birinci instansiya məhkəməsində işə baxılan zaman 08 aprel 2002-ci il tarixli aktda cavabdehlərə məxsusluğu göstərilən imzaların onlar tərəfindən icra edilibedilməməsi ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizaları təyin olunmuş, lakin cavbadehlər lazımi imza nümunələri təqdim etmədikləri üçün həmin ekspentizaların keçirilməsindən imtina edilmişdir
6. Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(019)-25/2023 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, X10, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X15, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə X12 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 alınıb iddiaçı a qızına verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh2, X10, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xüsusi mülkiyyətinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində kən d təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X20 verilmişdir. Cavabdeh2 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 08 aprel 2002-ci ildə iddiaçının atası X7, Cavabdeh2, X10, Cavabdeh6, Cavabdeh1 Asiman qızının və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçının atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Cavabdeh2 və X15 qanuni nümayəndələri kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X12 cavabdeh tərəfə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra cavabdehlər torpaq sahəsini X8 təhvil vermiş, həmçinin hazırda sənədlərin qaydasında olmadığını, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklərini bildirmişlər. İddiaçının atası cavabdeh tərəfə inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Tərəflər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqısatqı müqavil əsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. İddiaçının atası X12 22 noyabr 2008-ci ildə ölmüşdür. Bundan sonra mərhum X7 vərəsəsi olan iddiaçı a qızı dəfələrlə cavabdehlərə daşınmaz əmlakın-1.35 ha torpaq sahəsinin notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etmişlər. Bundan sonra iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklərinə söz vermişlər. Cavab dehlər tərəfindən 08 aprel 2002-ci ildə iddiaçının atasına satılan və vərəsəlik qaydasında iddiaçıya keçən 1.35 ha torpaq sahəsi əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçı tərəfin aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir.
8. Birinci instansiya məhkəmə sinin iclasında müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər həmin torpaq sahəsinin alqısatqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəkləri ilə bağlı razılaşmışlar.
9. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, X10, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X15, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə X12 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçı a qızına verilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 12-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.2, 152.3, 152.4, 213.1, 214.2, 215.2, 222.2, 222.3, 324, 329.1, 331.1, 331.2, 334.1, 334.2, 351.2, 351.3, 560.1, 560.2, 560.3.4, 567, 646.1, 648.1, 648.2, 402.1, 1134.1, 1146, 1151, 1153, 1255, 1306, 404-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4, 97.5,13.7 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsini onlar bir müddət əkib becərmiş, daha sonra onlar Bakı şəhərinə köçdüklərindən torpaq sahəsini əmisi X5 istifadə üçün vermişlər. Əmisi öldükdən sonra onlar daimi Bakı şəhərində yaşadığından həmin torpaq sahəsindən istifadə etməmişlər, 2018-ci ildə onlar Bakıdan Balakənə köçmüşlər və həmin vaxtdan daimi Balakəndə yaşayıb və torpaqdan istifadə etmişlər. İddiaçının vəkili və nümayəndəsi izahatında həmin torpaq sahəsinin iddiaçının atası öldükdən so nra iddiaçının özünün istifadə etdiyini bildirmişdir. Lakin iddiaçı özü həmin torpaq sahəsinin yerini belə tanımır. İddiaçının vəkili və nümayəndəsi izahatında qeyd etmişdir ki, iddiaçı torpağın notarial alqı-satqısı barədə onlara dəfələrlə müraciət etmişdir. Bu tamamilə yalandır, iddiaçının saxtalaşdırılmış aktdan xəbəri belə olmamışdır. Onlar iddiaçını məhkəmə prosesi zamanı tanımışdır. Onlar iddiaçının atası X12 adlı şəxslə heç bir alqı-satqı etməmişlər və həmin şəxsdən pul vəsaiti qəbul etməmişlər. Məhkəməyə təqdim olunmuş akt tamamilə saxtakarlıqla yazılmışdır. O, Balakən Rayon Məhkəməsinə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması və Balakən rayon Qazma Bələdiyyəsinin 3-cü şəxs qismində prosesə cəlb olunması barədə yazılı vəsatət vermişdir. Lakin məhkəmə vəsatəti təmin etməmi ş, Qazma Bələdiyyəsini işə cəlb etməmişdir. xx.xx.2002-ci il tarixli aktın Bələdiyyənin aktların qeydiyyatı kitabına işlənib-işlənmədiyi araşdırılmamışdır. Eyni zamanda aktdakı imzalardan göründüyü kimi Cavabdeh2 və Sarıyeva Surənin imzaları ilə onların qanuni nümayəndəsi kimi imza çəkdikləri şəxslərin imzaları tamamilə fərqlidir. Məhkəmə bu halı diqqətə almamış, imzaların həqiqiliyinin yoxlanılması üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini təmin etməmiş, ekspert vəsatətlərini cavablandırmamış, saxtalaşdırılmış aktı hüquqi sənəd kimi qəbul etmişdir. Aktda adı olan digər şəxs Abdullayev Mamed aktı imza etməkdən imtina etmişdir. X14 əlaqə saxladıqda, Mamed həmin vaxt orada poçt müdiri işlədiyini, Oruc adlı şəxsin onun otağına gələrək akta imza çəkməyini xahiş etdiyini bildirmi şdir. Lakin o, akt saxta olduğuna görə imza etməkdən imtina etdiyini bildirmişdir. İddiaçının atası Qazma Bələdiyyəsində mühasib işləmişdir. Bələdiyyənin möhürü onun əlində olmuşdur. Bu fakt da aktın saxtakarlıqla yazıldığını sübut edir. Cavabdeh2 və X10 qanuni nümayəndələri kimi Cavabdeh3 Cavabdeh4 və onun adından iştirak etmələri və aktı imzalamaları bildirilmişdir, belə bir hal olmuşdursa belə həmin vaxt nümayəndəsi olduğu Cavabdeh6 20 yaşında olmuşdur. Belə olan halda məhkəmə nəticəyə gələrkən bu faktı nəzərə almamış, Cavabdeh6 özünün imza etməli olduğunu qətnamədə qeyd etməmişdir. Aktda cavabdehlər Cavabdeh2 adı, onun və digər cavabdehlərin ata adlarını səhv yazılmışdır. Akt onların iştirakı ilə tərtib edilmişdirsə, ad Asiman yox Asman olaraq yazılmalı idi, bu hal da aktın kor-koranə yazılmasını təstiq edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 8 aprel 2002-ci il tarixli akt onun və etibarnamə üzrə nümayəndəsi olduğu şəxslər Cavabdeh2, X11, Cavabdeh6 Asıman qızına, Cavabdeh4, Cavabdeh3 iştirakı və xəbəri olmadan bağlanmışdır. Həmin vaxt onlar ümumiyyətlə Balakən rayonunda olmamışdır. Onlar həmin torpaq sahəsini X2, torpaq sahəsini 2019-cu ildən onlar istifadə etdikləri təqdirdə, 3 il sora yəni indi iddiaçı iddia qaldırmazdı.
13. Şəki Apellyasiya məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2024-cü il tarixli 4/72 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 1-ci cildinin 7-ci vərəqəsində olan 8 aprel 2002-ci il tari xli Aktın sonunda “1." rəqəminin qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Mülki işin 1-ci cildinin 7-ci vərəqəsində olan 8 aprel 2002-ci il tarixli Aktın sonunda “1." rəqəminin qarşısındakı imza X15 tərəfindən icra olunmuşdur.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-82/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Mahir Əsədli-sədrlik edən və məruzəçi, Elçin Mehdiyev və Ələddin Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin ümumi birgə mül kiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyət çilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
16. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.
17. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etiba rlıdır.
18. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
19. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
20. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kolleg iyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarında aşağdakılar qeyd edilir;
21. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
22. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
23. Mülki hüququn bəyənmə - sonradan v erilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
24. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanm ası üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir.
25. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
26. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstər ən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
27. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan kollegiya hesab edir ki, apelyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə 20 ilə yaxın həmin sahəni başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) əsaslandırılmamışdır.
28. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovu n şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
29. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin iddiaçının atasına satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir.
30. Məlum olduğu kimi, mü lki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istif adə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
31. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməmə yindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
32. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir.
33. Məhkəmə kollegiyası şikayətin iddiaçının atası X12 adlı şəxslə heç bir alqı-satqı etməmələri və həmin şəxsdən pul vəsaiti qə bul etməmələri, ümumiyyətlə bu barədə xəbərlərinin olmamaları, məhkəməyə təqdim olunmuş aktın tamamilə saxtakarlıqla yazılması barədə dəlillərini əsassız hesab etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmamışdır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.
35. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Qazma kəndi 1.80 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X6, X10, Cavabdeh6 Asiman qızının, Cavabdeh1 Asiman qızının, Cavabdeh4 Asiman oğlunun və Cavabdeh3 Asiman qızı nın xüsusi mülkiyyətinə verilmişdir.
36. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 08 aprel 2002-ci il tarixli aktda Cavabdeh2 və digər cavabdehlərin təhkim olunmuş Balakən rayonu Qazma kəndi Gülsan çöl sahəsindəki 1.35 hektar torpaq sahəsini ******* (bir milyon) manata X4 qeyd edilmişdir. Həmin aktı Cavabdeh2 və X15 tərəfindən imzalamışlar.
37. Məhkəmə kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 15 fevral 2024-cü il tarixli 3-16-16/2-4 /72 nömrəli rəy verilmişdir.
39. Rəydə göstərilmişdir ki, mülki işin 1-ci cildinin 7-ci vərəqəsində olan 8 aprel 2002ci il tarixli Aktın sonunda “1." rəqəminin qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Mülki işin 1-ci cildinin 7-ci vərəqəsində olan 8 aprel 2002-ci il tarixli Aktın sonunda “1." rəqəminin qarşısındakı imza X15 tərəfindən icra olunmuşdur.
40. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq edilir ki, cavabdehlər Cavabdeh2 və X15 8 aprel 2002-ci il tarixli Aktına imza etmişlər.
41. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhk əmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır.
42. Birinci instansiya məhkəməsi tərfindən Bələdiyyənin üçüncü şəxs kimi işə cəlb edilməməsi barədə şikayətin dəlilini də əsassız sayan kollegiya hesab edir ki, hazırkı iş üzrə bələdiyyənin üçüncü şəxs kimi işə cəlb edilməsinə lüzum yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmuş və cavabdehlər də 8 aprel 2002-ci il tarixli a ktla 1.35 hektar torpaq sahəsini ******* (bir milyon) manata X3. Həmin akt Cavabdeh2 və X15 tərəfindən imzalanmışdır. Yəni bələdiyyənin üçüncü şəxs kimi işə cəlb edilməsi hazırkı mübahisənin həll edilməsində heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə də şikayət bu hissədə də əsassızdır.
43. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düş ür.
44. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
45. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəs ini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir g östərə bilər.
46. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.
47. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 152.5, 213.1, 213.2, 213.6, 222.2, 222.3, 355.1, 355.2, 357, 358.1, 358.2, 360.2, 560.1, 560.2, 560.3.4 1134.1-ci, 2005-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 335.2, 336.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılımışdır ki, 08 aprel 2002-ci il tarixl i akt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331 və 334-cü maddələrinə uyğun olmamış, lakin məhkəmə tərəfindən qanunauyğun hesab edilmişdir.
50. Qanunla daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməsi nəzərdə tutulduğu halda məhkəmə tərəfindən qanunun sözügedən tələbi nəzərə alınmamışdır
51. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirildiyi halda məhkəmə tərəfindən qanunvericiliyin sözügedən tələbinə riayət olunub olunmaması düzgün araşdırılmamışdır. Halbuki məhkəmə tərəfindən sözügedən maddi hüquq normalarının tələblərinə uyğun işin halları düzgün müəyyən edilsəydi, 08 aprel 2002-ci il tarixli aktın cavabdehlər tərəfindən imzalanmadığımüəyyən edilərdi. Həmçinin ekspertiza rəyi nəzərə alındığı halda belə sözügedən aktın digər cavabdehlər tərəfindən sonradan bəyənildiyi məhkəmə tərəfindən müəyyən olunmamış, əksinə sözügedən torpaq sahəsi cavabdehlərin qohumunun və 2018-ci il tarixdən isə cavabdehlərin özlərinin istifadəsində olmuş, torpaq vergiləri cavabdehlər tərəfindən ödənilmişdir. Sözügedən halları isə üçüncü şəxs qismində cəlb ediləcəyi halda Balakən RayonQazma Bələdiyyəsi təsdiq edə bilərdi.
52. Məhkəmə tərəfindən cavabdehlərin mülkiyyət və hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
53. Məhkəmə tərəfindən iddiaçının 08 aprel 2002-ci il tarixli aktı 20 il sonra mübahisələndirməsi və sözügedən iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmamışdır.
54. Ekspert rəyi ilə sözügedən aktda çəkilmiş imzanın Cavabdeh6 tərəf indən çəkilibçəkilməməsi müəyyən olunmadığından və həmçinin cavabdehlər keçirilmiş ekspertiza rəyi ilə razılaşmadıqlarından təkrar ekspertizanın keçirilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməmişdir.
55. Cavabdehlər məhkəmə iclasında Mamed Abdullayev adlı şəxsin şahid qismində dindirilməsini xahiş etsələr də, məhkəmə tərəfindən həmin şəxs şahid qismində dindirilməmişdir, halbuki 08 aprel 2002- ci tarixli aktda adı keçən Mamed Abdullayev məhkəmə tərəfindən şahid qismində dindiriləcəyi təqdirdə sözügedən aktda adının yazıldğını, lakin həmin aktınOruc Müftəliyev tərəfindən saxta olaraq hazırlandığını və həmin aktın aktda adı keçən cavabdehlər tərəfindən imzalanmadığını gördüyündən onun da həmin aktı imzalamadığını təsdiq edəcəkdi
56. Şikayət iddia əri zəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilımişdir ki, ekspert rəyi ilə sözügedən aktda çəkilmiş imzanın Cavabdeh6 tərəfindən çəkilib-çəkilməməsi müəyyən olunmadığından və həmçinin cavabdehlər keçirilmiş ekspertiza rəyi ilə razılaşmadıqlarından təkrar ekspertizanın keçirilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməmişdir.
57. Kassator şikayətini Mülki Məcəllənin 144.1, 222, 331,334, 357, 358, 360.2-ci, Mülki Prosessual Məcəllənin 57, 102-ci maddələrinə istinad edərək əsaslandırmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
59. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
60. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
61. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
62. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
63. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
64. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
65. Maddə 222.2.Birgə mülkliyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
66. Maddə 222.3. Birg ə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
67. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
68. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
69. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
70. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
71. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
72. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
73. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vur maq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
74. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
75. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
76. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddələri:
77. Maddə 335.2(01 noyabr 2005-ci ilədək qüvvədə olmuşdur). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tə rəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 78. 336.2(01 noyabr 2005-ci ilədək qüvvədə olmuşdur). Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarı İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzr ə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyi uyğun qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsi ndən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının 08 aprel 2002-ci il tarixli aktı 20 il sonra mübahisələndirməsi və sözügedən iş üzrə iddia müddətinin keçməsinin nəzərə alınmaması barədə dəlili ilə əlaqədar bildirir ki, dəlil əsassızdır.Belə ki, birinci instansiya məhkəməsində yekun məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqinə dair ərizə verilməlidir ki, məhkəmə də həmin ərizəni müzakirə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması ü çün əsasdır.
91. Lakin cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizə verməsi iş materialları ilə təsdiqlənmir.
92. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehlər məhkəmə iclasında Mamed Abdullayev adlı şəxsin şahid qismində dindirilməsini xahiş etsələr də, məhkəmə tərəfindən həmin şəxsin şahid qismində dindirilmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları ilə cavabdeh tərəfin belə vəsatət verməsi təsdiqlənmir.
93. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə ə saslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
95. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasas iya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2024-cü il tarixli 2(107)82/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.