Məhkəmə qərarları › İş №2(102)-202/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-202/2025

11.02.2025 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-202/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı7, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızının, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şəki Asan Xidmətin Notariusuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı7, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızı, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şəki Asan Xidmətin Notariusuna qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-840/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Şəki rayon Torpaq Şöbəsi tərəfindən 03 mart 1999-cu il tarixli, JN: 0050(KOD ********) saylı Dövlət Aktı ilə Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı7, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızının, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə 24,17 ha torpaq sahəsi verilmişdir. Cavabdeh1 19 dek abr 2006-ci il tarixdə 4Ə-2/537 nömrəli müqavilə ilə onların ümumi birgə mülkiyyətlərində olan 24,17 ha torpaq sahəsinin 17,87 ha hissəsini Cavabdeh2 satmışdır. Bundan sonra Cavabdeh2 xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı7, İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı dövlət Notariat Kontorunda bağlanılmış 19 dekabr 2006-cı il tarixli, 4Ə-2/537 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daş ınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçı7 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən ona, həyat yoldaşı Cavabdeh1, övladları X5, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 Şəki rayonunun Turan qəsəbəsində (küçmiş G.Əsədov qəsəbəsində) 24,17 ha torpaq sahəsi verilmişdir. Bu barədə onun, Cavabdeh1, X3, X4, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X1 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən 03 mart 1999-cu il tarixli JN: 0050 (KOD ********) saylı Dövlət Aktı verilmişdir. Bir müddət həmin torpaq sahəsindən əkin-biçin üçün istifadə etmişlər. Lakin bir müddət sonra həyat yoldaşı Cavabdeh1 19 dekabr 2006-ci il tarixdə qeyd edilən torpaq sahəsinin bir hissəsini icarəyə vermək istədiyini bildirmişdir. O da yoldaşının bu fikrinə etiraz etməmişdir. Lakin sonradan öyrənmişdir ki, həyat yoldaşı Cavabdeh1 19 dekabr 2006-ci il tarixdə 4Ə-2/537 nömrəli müqavilə ilə onların ümumi birgə mülkiyyətlərində olan 24,17 ha torpaq sahəsinin 17,87 ha hissəsini Cavabdeh2 adlı bir şəxsə satmışdır. Lakin alqı-satqının necə və nə vaxt baş tutmasından xəbəri olmamışdır. Belə ki, o və digər iddiaçılar olan övladları alqı-satqı müqaviləsində iştirak edərək onu imzalamaq üçün Notariusa dəvət edilməmiş, müqavilənin bağlanmasında iştirak edərək onu imzalamamışlar. Bundan sonra həmin müqavilə əsasında Cavabdeh2 xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onların həmin vaxt ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin satılmasından xəbərləri olmamışdır. Bu səbəbdən də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən, ona, ata-anası-Cavabdeh1,İddiaçı7, qardaş-bacıları -X5, İddiaçı7, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 24,17 ha torpaq sahəsi verilmişdir. Uzun illərdir ki, onlar ayrı-ayrı şəhərlərdə yaşayır və işləmişlər. Həmin torpaq sahəsi həmişə ailələrinin istifadəsində olmuşdur. Yəni həmin torpaq sahəsi üzərində nəzarət həmişə atası olan Cavabdeh1 nəzarətində olmuşdur. O, və digər iddiaçılar satılan torpaq sahəsinin atası tərəfindən yalnız icarəyə verildiyini zənnnn etmişlər.19 dekabr 2006-cı il tarixli 4Ə-2/537 nömrəli alqı-satqı müqaviləsi onun xəbəri olmadan bağlanmışdır. Belə ki, o, sözügedən alqı-satqı müqaqviləsinin bağlanmasından xəbəri olmamış və həmin müqaviləni imzalamamışdır. İddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçılar onun ailə üzvləridir. Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 nömrəli qərarına əsasən ona, həyat yoldaşına, övladları X5, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 Şəki rayonunun Turan qəsəbəsində (küçmiş G.Əsədov qəsəbəsində) 24,17 ha torpaq sahəsi verilmişdir. Bu barədə onun, Cavabdeh1, X3, X4, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaç ı5 və X1 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən 03 mart 1999-cu il tarixli, JN:0050 (KOD ********) saylı Dövlət Aktı verilmişdir. Bir müddət həmin torpaq sahəsindən əkin-biçin üçün istifadə etmişlər. Lakin bir müddət sonra qeyd edilən torpaq sahəsinin bir hissəsini satmaq istəmişdir. Buna görə də 19 dekabr 2006-ci il tarixdə 4Ə-2/537 nömrəli müqavilə ilə onların ümumi birgə mülkiyyətlərində olan 24,17 ha torpaq sahəsinin 17,87 ha hissəsini Cavabdeh2 adlı bir şəxsə satmışdır. Sözügedən müqaviləyə iddiaçıların yerinə o özü imza etmişdir. Yəni iddiaçılar müqavilənin imzalanmasında iştirak etməmişlər.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2019-cu il tarixli, 12625 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2006-cı il tarixli, 4Ə-2/537 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş m üqavilədə “İmzalar” qrafasında “2.” rəqəmi qarşısındakı imza İddiaçı7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, “4.” rəqəmi qarşısındakı imza - Mustafayeva (Hüseynova) Nailə Eyyub qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, “5.” rəqəmi qarşısındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, “6.” rəqəmi qarşısındakı imza - İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş və “7.” rəqəmi qarşısındakı imza - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

7. Şəki Rayon Məhkəməsinin (hakim C. İmanov) 2(075)-790/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh1, İddiaçı7, İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 ilə Cavabdeh2 arasında Şəki rayonu 2 saylı Dövlət Notariat Ko ntorunda bağlanılmış 19 dekabr 2006-cı il tarixli, 4Ə-2/537 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 nömrəli qərarına əsasən, iddiaçılara 24,17 ha torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçıların adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən 03 mart 1999-cu il tarixli JN: 0050 (KOD ********) saylı Dövlət Aktı verilmişdir. Cavabdeh1 19 dekabr 2006-ci il tarixdə onların ümumi birgə mülkiyyətlərində olan 24,17 ha torpaq sahəsinin 17,87 ha hissəsini Cavabdeh2 satmışdır. Bundan sonra Cavabdeh2 xx.xx.2007-ci il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. İddiaçıların həmin vaxt ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin satılmasından xəbərləri olmamış və həmin müqaviləni imzalamamışlar. İddiaçılar iddialarını müdafiə edir. Cavabdeh1 iddianı qəbul edir. Digər cavabdehlər X6 və Şəki Asan Xidmətin Notariusu isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya qarşı hər hansı münasibət bildirməmişlər.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2, 324.3, 337.1, 337.2, 337.3, 337.4, 346.1, 362.1, 362.2, 346, 362, 389.1 və 390.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

10. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(075)-790/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Cavabdeh2 ilə birgə nigah dövründə əldə etdikləri Şəki rayonu Turan qəsəbəsində yerləşən Cavabdeh1 və ailə üzvülərinə mxsus 17,87 ha torpaq sahəsini vicdanlı əldə etmişlər. Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 19 dekabr 2006-cı il tarixli, 4Ə-2/537 nömrəli müqavilə birgə nikah dövründə bağlanmışdır. Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 19 dekabr 2006-cı il tarixli, 4Ə-2/537 nömrəli müqavilənin predmeti o nların ümumi birgə mülkiyyəti sayılır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Məcidov (məruzəçi), M. Əsədli və E. Mehdiyev) 2(107)-840/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiaçılar İddiaçı7, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızının, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şəki Asan Xidmətin Notariusuna qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət etmişdir.

13. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi göstərmişdir ki, torpaq sahəsinin satılmasında id diaçıların iştirakı olmamış, müqavilə onlar tərəfindən imzalanmamış, torpaq sahəsi həmin şəxslərin iradəsi ziddinə özgəninkiləşdirilmişdir. Lakin bu şərtlər məhkəmənin düzgün qiymətləndirdiyi məsələlər deyildir. İddiaçılar alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılıqları da olmamışdır. Belə olan halda həmin müqavilə etibarsız sayılmalıdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2006-cı ildən torpaq sahəsi Cavabdeh2 təhvil verilmiş, həmin vaxtdan da o, torpaq sahəsindən təyinatı üzrə istifadə edir, torpaqla bağlı vergilər onun tərəfindən ödənilir, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılar uzun müddət bu vəziyyətə etiraz etməmiş, Cavabdeh2 hər hansı bir iradları olmamışdır.

14. Məhkəmə kollegiyası Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız olan əqd, sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməklə etibarlı hala gətirilə bilər. Bu səbəbdən, əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq aradan qaldırılaraq həmin əqd etibarlı hala gətirilə bilər. Nəticə olaraq, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını nəzərə alaraq, iddiaçıların müqavilənin bağlanmasına dair sonradan bəyənmə halları nəzərə alınmalı və bu əsasla müvafiq qərar verilmişdir.

15. Məhkəmə öz mövqeyini “F.Nəcəfovanın şikayəti üzrə Az ərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadına, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60.1-ci, Mülki Məcəlləsinin 6.1.5, 28.2, 144.1, 213.1, 213.2, 213.3, 215.4, 215.5, 215.6, 218.1, 218.2, 218.3, 324.4, 337.1, 337.2, 337.3, 354.1, 355.1, 355.2, 357, 358.2, 360.2, 405.1, 425.1, 560.1, 560.2, 560.3, 560.3.4, 567 və 650-cı, Mülki Prosessuаl Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi apelyasiya şikayətini təmin edib, iddia tələbini rədd edərkən Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad etmişdir. Lakin həmin maddəni düzgün tövsif etməmişdir. Mül ki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu maddə etibarsız əqdin mübahisələndirilməsi müddətini nəzərdə tutur və müddətin başlanma vaxtı da əqdin icrasına başlanıldığı gündən hesablanmalıdır. Lakin birinci instansiya məhkəməsi, həmin müddətin başlanma vaxtını və kəsici müddətin tətbiqinin mümkünlüyünü düzgün müəyyən etməmişdir.

18. Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi yalnız əşyanın mülkiyyətçinin mülkiyyətində olması şərti ilə bağlana bilər. Həmin maddədə qeyd olunduğu kimi, satıcı alıcıya əşyanı verməyi, alıcı isə qarşılığında müvafiq məbləği ödəməyi öhdəsinə götürür. Hazırkı işdə, müqavilənin tərəfi olan şəxslər mülkiy yətçilər olmamışlar və torpaq sahəsi heç bir qarşılıq ödəmədən satılmışdır. Bu səbəbdən, Mülki Məcəlləsinin 567-ci maddəsinə əsaslanaraq, alqı-satqı müqaviləsi baş tutmamışdır.

19. Apellyasiya instansiya məhkəməsi qətnaməsində mübahisələndirilən torpaq sahəsinin Cavabdeh2 2006-cı ildən təhvil verildiyini və həmin vaxtdan torpaq sahəsindən təyinatı üzrə istifadə edildiyini qeyd etsə də, iş materiallarında bunu təsdiq edən heç bir sübut yoxdur. Əksinə, iddiaçılar həmin torpaq sahəsini istifadə etmiş və faktiki olaraq torpaq sahəsi onların nəzarətində olmuşdur. Bu, apellyasiya məhkəməsinin qətnaməsinin faktiki hallara uyğun olmadığını və yalnız formal mülahizələrə əsaslandığını göstərir. Cavabdeh uzun müddət ərzində, 5 il ərzində mübahisəli torpaq sahəsini şikayət etməyib və yalnız 5 ildən so nra apelyasiya şikayəti verib. Əgər cavabdeh həmin torpaq sahəsindən istifadə etsəydi, apelyasiya şikayəti dərhal verilərdi və məhkəmə qətnaməsi dərhal mübahisələndirilərdi. Bu da göstərir ki, mübahisəli torpaq sahəsi cavabdehin istifadəsində olmamışdır. Birinci instansiya məhkəməsində 8-9 ay ərzində məhkəmə prosesi getməsinə baxmayaraq, Cavabdeh2 bir dəfə də olsa məhkəmə iclasına gəlməmişdir. Əgər cavabdeh mübahisəli torpaq sahəsini istifadə edirdisə, məhkəmə iclaslarına iştirak etməli və öz etirazını bildirməli idi. Bu da bir daha sübut edir ki, cavabdeh mübahisəli torpaq sahəsini istifadə etməyib. Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir. Sübut etməli olduğu faktlar, mübahisəli hüquq münasibətlərinin mövcudluğunu və iddiaçının hüququnun pozulmasını t əsdiqləyən hallar idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Maraqlı şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin iclasında iddiaçılar torpaq sahəsinin guya satıldığını deyil, icarəyə verildiyini qeyd edirlər. Bununla da dolayısı ilə məsələdən xəbərdar olduqlarını etiraf etmiş olmuşlar. Həmçinin, 13 il ərzində hərəkətsizliklərini nümayiş etdirməklə müqavilənin bəyənilməsini təsdiq etmiş olurlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

24. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından ası lı olmayaraq bu razılıq ehtimal edilir. 25. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icra sına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

28. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

29. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

30. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

31. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

32. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki h üquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərək ət etməlidir.

35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçıların kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, o byektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydı n görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən ma ddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı7, Mustafayeva (Hüseynova) Nailə Eyyub qızı, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-840/2024 nömrəli iş üzrə 4 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar