Məhkəmə qərarları › İş №2(102)-2583/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2583/2024

04.09.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2583/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə və sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan DƏDRX-dən Çıxarışın və xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi ********* *10 olan DƏDRX-dən Çıxarışın və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqısatqı müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan DƏDRX-dən Çıxarışın və 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan DƏDRX-dən Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(074)-130/2022 nömrəli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 adlarına verilm iş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və onların əsasında Cavabdeh8 ilə Şamaxı regional “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 02 avqust 2021-ci il tarixli 4ə-1023 və 4ə-1024 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin əsasında verilmiş 05 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********10 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və 05 a vqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********11 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.

3. Cavabdeh6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsi ilə (hakim Z.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və E.M.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(074)-130/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

5. Cavabdeh8 kassasiya şikayəti ver ərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

7. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

8. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş h allar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər t ələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud d a icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh8 kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul edilməsi haqqında qərardad ləğv edilərək, iş həmin hissədə kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

11. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq təsbit olunduğu halda, Məcəllənin 403.1-ci maddəsinin dispozisiyasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ verilmişdir. Yəni, prosessual qanunvericiliyin həmin müddəasına görə kassasiya şikayətinin verilməsi üçün şəxsin işdə iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etməsi faktı kifayət etmir, kassasiya şikayəti vermək hüququnun yaranması üçün tərəfin apellyasiya məhkəməsindən tələbi olmalı və həmin tələb təmin olunmamalıdır.

12. Hazırkı işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı iddiası tam, cavabdehlərin hər birinə münasibətdə təmin olunmuş, o cümlədən mübahisə predmetini təşkil edən torpaq sahəsi i lə bağlı Cavabdeh8 ilə bağlanmış alqısatqı müqavilələri etibarsız edilməklə, onun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar ləğv edilmişdir.

13. Lakin, həmin qətnamədən cavabdehlərdən yalnız Cavabdeh6 apellyasiya şikayəti vermiş, Cavabdeh8 isə qətnaməni mübahisələndirməmişdir. Odur ki, Cavabdeh8 apellyasiya məhkəməsindən hər hansı tələbi olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan və apellyasiya məhkəməsindən tələbi olmayan şəxsin isə kassasiya şikayəti verməsi mülki prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına əsasən yol verilmir.

14. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehin hazırkı kassasiya şikayətinin dəlilləri öz hüquqlarının müdafiəsinə yönəldilməmişdir. Kassasiya şikayəti aşağıdakı dəlillərlə əsaslanmışdır: “Belə ki, iş materialları ilə tam sübuta yetirilmişdir ki, nə iddiaçılar Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən orada iştirak etməyiblər və ərizəni imzalamayıblar, nə də mən həmin ərizə imzalanarkən və alqı-satqı müqaviləsi bağlanarkən Azərbaycan Respublikasında olmamışam. Bundan başqa, iş materialları ilə o da müəyyən olundu ki, biz uzun müddətdir ki, torpaq sahəsinin yerləşdiyi Şəhriyar qəsəbəsində yaşamırıq və mübahisəli torpaq sahəsindən məlumatsız olmağımız normaldır. İş materialları ilə müəyyən olunmuş bütün bu halları nəzərə alsaq, torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh2la İddiaçı arasında bağlanmış müqavilədən bizim məlumatsız olmağımıza şübhə ilə yanaşılması tamamilə əsassızdır və məntiqsizlikdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-622/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi və həmin qətnamə ilə bağlı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3679/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilən arqumentlərlə əsaslandırmağa çalışmışdır.”

15. Göründüyü kimi, kassasiya şikayəti kassatorun maraqlarına toxunan hissədə deyil, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə münasibətdə, digər Cavabdeh6 mənafeyindən əsaslandırılmışdır.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh8 apellyasiya şikayəti verməməsi, kassasiya şikayətini isə qətnamənin özünə aid hissəsində maddi və ya prosessual hüquq normalarının pozulması ilə əsaslandırmam ası Mülki Prosessual Məcəllənin 403.1 və 408.1.5-ci maddələrinin tələbləri baxımından onu hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(103)-167/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək imkanından məhrum edir.

17. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 28 iyun 2024-cü il tarixli qərardadı ləğv edilərək, kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməs inin Mülki Kollegiyasının 28 iyun 2024-cü il tarixli, 2(102)-2583/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh8 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar