Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-145/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8 və Şamaxı Rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), X2 və Elşanə Rafiq qızı Vəliyevadan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8 və Şamaxı Rayon Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqavil əsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2024-cü il tarixli 2(105)-44/2024 nömrəli qərardadından Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə 2025-ci il 10 yanvar tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Şamaxı rayonu Dövlət Notariat Kontoru, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 ilə Cavabdeh8 arasında xx.xx.2021ci il tarixdə Şamaxı regional “Asan xidmət” mərkəzi notariat ofisində bağlanmış 4ə- 1023 və 4ə-1024 nömrəli alğı-satqı müqavilələrinin və həmin müqavilələrin əsasında verilmiş AA622746 nömrəli çıxarışın etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2022-ci il 13 may tarixli 2(074)-130/2022 nömrəli qətnaməsi ilə (hakim - Natiq İsmayılov) iddianın təmin olunması qət edilmişdir.
3. Cavabdeh6 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2024-cü il 8 yanvar tarixli 2(105)-44/2024 nömrəli qətnaməsi ilə (hakimlər - Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Elman Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə Cavabdeh6 və xx.xx.2024-cü il tarixdə Cavabdeh8 kassasiya şikayətləri vermiş və kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 25 aprel tarixli 2(102)-1836/2024 nömrəli qərardadı ilə Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2024-cü il 4 iyun tarixli 2(105)-44/2024 saylı qərardadı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmşdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 28 iyun tarixli 2(102)-2583/2024 nömrəli qərardadı ilə Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, daha sonra 2024-cü il 4 sentyabr tarixli 2(102)-2583/2024 nömrəli qərardadla Cavabdeh8 tərəfindən verilmiş həmin kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 14 oktyabr tarixli qərardadı ilə apellyasiya instansiya məhkəməsinin qət naməsindən Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Daha sonra Cavabdeh6 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 21 oktyabr tarixli qərardadı ilə Cavabdeh6 kassasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh6 qətnamədən kassasiya şikayətinin verilməsi müddətinin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizəni onunla əs asladırmışdır ki, qətnamənin surəti ona xx.xx.2024-cü il tarixində verilib. Qətnamədən narazı qaldığı üçün qanunda nəzərdə tutulmuş müddət ərzində, yəni xx.xx.2024-cü ildə kassasiya şikayəti vermişdir. Lakin maddi imkanı olmadığına görə, vəkillə müqavilə bağlayıb vəkil orderini şikayətinə qoşa bilməmişdir. Bu səbəbdən də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-44/2024 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 08 yanvar tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Qətnamədən onunla birlikdə digər Cavabdeh8 Ağaqədir oğlu da kassasiya şikayəti verdiyinə görə, eləcə də, yuxarıda göstərdiyi kimi, vəkillə müqavilə bağlamağa maddi imkanı olmadığına görə, kassasiya şikayəti verə bilməmişdir. Narazı qaldığı və hüquqlarını pozan məhkəmə qətnaməsi artıq mübahisələndirildiyi üçün kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv ediləcəyini düşünmüşdür. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2583/2024 saylı qərardadı ilə Cavabdeh8 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin qərardadla elektron məhkəmə sistemi vasitəsilə tanış olarkən ona məlum olmuşdur ki, qətnamədən Cavabdeh8 kassasiya şikayəti vermək hüququ ümumiyyətlə olmayıb. AR Ali Məhkəməsinin həmin qərardadı elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə xx.xx.2024-cü il tarixində yerləşdirilib.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, sözügedən qətnamə iş üzrə digər cavabdeh tərəfindən mübahisələndirildiyinə görə vaxtında məhkəməyə müraciət etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, qətnamənin digər cavabdeh tərəfindən mübahisələndirilməsi Cavabdeh6 qətnaməni mübahisələndirməsi üçün maneə olmamışdır. Cavabdehin qətnaməni qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirmək, ondan şikayət vermək hüququ olmuş, lakin hüquqi müdafiə vasitələrindən səmərəli istifadə etməmişdir.
15. Belə ki, ərizənin dəlillərindən də göründüyü kimi, cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 08 yanv ar 2024-cü il tarixli 2(105)-44/2024 nömrəli qətnaməsindən 19 mart 2024-cü il tarixdə də kassasiya şikayəti vermiş, lakin məlum səbəblərdən həmin kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin kassasiya şikayətinin 04 iyun 2024-cü il tarixli 2(105)-44/2024 saylı qərardadla geri qaytarıldığı vaxt müvafiq qüsurları aradan qaldırmaq, yenidən kassasiya şikayəti vermək və müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə müraciət etmək imkanı olduğu halda, bu hüququndan istifadə etməmiş, yalnız digər cavabdehin kassasiya şikayəti geri qaytarıldıqdan sonra hazırkı ərizə ilə müraciət etmiş, prosessual müddəti üzrsüz olaraq ötürmüşdür.
16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki mövqeyini həmçinin məhkəmə mübahisəsinin lüzumsuz uzadılması kimi qiymətlən dirir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamədən istənilən vaxt kassasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olacaqdır ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının MPM-in 128, 129.1, 129.2, 133.1, 403.1, 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh6 (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-44/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-44/2024 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, formal əsaslarla onun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-44/2024 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəmi təmin etməyən S umqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası göstərilən konstitusion hüquqlarının mövcudluğunu və təmin olunmalı olduğunu nəzərə almamışdır.
21. Qətnamənin surəti ona xx.xx.2024-cü il tarixində verilib. Qətnamədən narazı qaldığı üçün qanunda nəzərdə tutulmuş müddət ərzində, yəni xx.xx.2024-cü ildə kassasiya şikayəti verib. Lakin maddi imkanı olmadığına görə, vəkillə müqavilə bağlayıb vəkil orderini şikayətinə qoşa bilməyib. Bu səbəbdən də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-44/2024 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 08 yanvar tarixli, 2(105)44/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Qətnamədən onunla birlikdə digər Cavabdeh8 Ağaqədir oğlu da kassasiya şikayəti verdiyinə görə, eləcə də, yuxarıda da göstərdiyi kimi, vəkillə müqavilə bağlamağa maddi imkanı olmadığına görə, kassasiya şikayəti verə bilməmişdir. Narazı qaldığı və hüquqlarını pozan məhkəmə qətnaməsinin artıq mübahisələndirildiyini və kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv ediləcəyini düşünmüşdür. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasınınxx.xx.2024-cü il tarixli 2(102)- 2583/2024 saylı qərardadı ilə Cavabdeh8 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2024cü il tarixli, 2(105)-44/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin qərardadla elektron məhkəmə sistemi vasitəsilə tanış olarkən məlum olmuşdur ki, qətnamədən Cavabdeh8 kassasiya şikayəti vermək hüququ ümumiyyətlə olmayıb. Azərbaycan Respublikasının Ali Məhkəməsinin həmin qərardadı elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə xx.xx.2024-cü il tarixində yerləşdirilib. Buna görə də, poz ulmuş hüquqlarının kassasiya instansiyası məhkəməsi vasitəsilə bərpası məqsədi ilə vəkillə müqavilə bağlayıb kassasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Təbii olaraq, qeyd edilən hadisələrin baş verdiyi zaman axınında, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət ondan asılı olmayan səbəblərdən ötürülmüşdür. Göstərilən arqumentlərin heç birini üzrlü səbəb kimi qəbul etməyən və ərizəmi formal əsaslarla rədd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qətnamə çıxdığı ilk gündən mən həmin qətnamədən narazı qalmışam və şikayət vermək niyyətimi yazılı şəkildə bildirmişəm. Qətnamədənqanunda nəzərdə tutulmuş müddət ərzində kassasiya şikayəti versəm də, kassasiya şikayətim qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun verilmədiyindən geri qaytarılmışdır.
22. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabin et vasitəsilə həyata keçirilir.
25. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
26. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
27. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 28. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddət in qurtarma günü hesab olunur. 29. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
30. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
31. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 32. 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
37. Maddə 418.3. Prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şik ayətində qərardad Cavabdeh6 mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin yoxlanılır. tərəfindən tam aktı bütövlükdə Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətində qeyd olunan dəlillər mülahizə xarakterlidir və əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(105)-44/2024 nömrəli qətnaməsindən 19 mart 2024-cü il tarixdə də kassasiya şikayəti vermiş, lakin məlum səbəblərdən həmin kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin kassasiya şikayətinin 04 iyun 2024-cü il tarixli 2(105)-44/2024 saylı qərardadla geri qaytarıldığı vaxt müvafiq qüsurları aradan qaldırmaq, yenidən kassasiya şikayəti vermək və müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə müraciət etmək imkanı olduğu halda, bu hüququndan istifadə etməmiş, yalnız digər cavabdehin kassasiya şikayəti geri qaytarıldıqdan sonra hazırkı ərizə ilə müraciət etmiş, prosessual müddəti üzrsüz olaraq ötürmüşdür.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün müddətinin bərpa edilməsi barədə ərizə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir.
44. Ona görə də kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2024-cü il tarixli, 2(105)-44/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.