Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-213/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(042)-13/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə Gədəbəy rayonu, Söyüdlü kəndində 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon 1 saylı DNK, xx.xx.2008-ci il tarixli, 4Ə-222 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və DTXK Gədəbəy rayon şöbəsinin xx.xx.1999-cu il tarixli JN-0336 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
3. Gədəbəy rayon Polis şöbəsindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, məktubdan görünür ki, İddiaçı məxsus torpaq sahəsinin qonşulardan geri qaytarılması məsələsi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
4. JN-0002 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində Cavabdeh2 və onun ailə üzvlərinə 2.34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.
5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli, mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-ii “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin koordinantları ilə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Gədəbəy rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-0002 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin koordinantla və faktiki istifadənin koordinantları arasında uyğunsuzluqlar olduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01,10.2020-ci il tarixli, 11/M-147 №-li mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı 003921 №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin koordinatları ilə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixi, 05 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-0002 KOD ******* saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin koordinatları və faktiki istifadənin koordinatları arasında uyğunsuzluqlar olduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinə mütəxəssis rəyinin verilməsi barədə 21 aprel 2021-ci il tarixli 2(042)- 25/2021 nömrəli məktubun icrası ilə əlaqədar Gədəbəy rayonu Söyüdlü kəndində olmuşdur. İddiaçı ləğv edilmiş DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş 0.344477 ha torpaq sahəsinə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən şərti koordinatlar GPS aparatı vasitəsi ilə yerəköçürmə edilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsinin şimal tərəfindən 0.0478 ha hissəsi digər vətəndaşlar tərəfindən həyətyanı sahə kimi istifadə edilir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal tərəfindən 0.0478 ha hissəsi digər vətəndaşlar tərəfindən həyətyanı sahə kimi istifadə edilir. Lakin, İddiaçı xüsusi mülkiyyətində olan 0.344477 ha torpaq sahəsinin Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi mütəxəssislər tərəfindən cavablandırılmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, AA seriyalı 000972 №-li, xx.xx.2008-ci il tarixli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları” “UTM” (X3) koordinat sistemində olmadığından və həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/2928 nömrəli ekspert rəyindən görünür ki, AA seriyalı 000972 №-li, xx.xx.2008-ci il tarixli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları” “UTM” (X3) koordinat sistemində olmadığından və həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sulların cavablandırılması mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsi tərəfindən verilmiş **********59 reyestr nömrəli, xx.xx.2008-ci il il tarixli, № AA 000972 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üzrə 4-1 nöqtədə 119.11 metr, 1-2 nöqtədə 29.55 metr, 2-3 nöqtədə 122.04 metr və 3-4 nöqtədə 30.42 metr ölçülü ümümilikdə cəmi 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən şimal tərəfindən 0.0571 ha (eni 30 uzunu 19 metr) hissəsini zəbt edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və eləcə də 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin şərq tərəfdən 0.0379 ha hissəsini (eni 4 metr uzunluğu 100 metr, 4x100) zəbt edib taxıl məhsulu əkən Gədəbəy rayonu, Söyüdlü kənd sakini Cavabdeh3 çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonu, Sarıhəsənli kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri X6 və X1 alqı-satqı müqaviləsi əsasında kənd təsərüfatı təyinatlı 0.344477 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, **********59 reyest nömrəli, ********** qeydiyyat nömrəli və MH seriyalı, № ******* nömrəli çıxarış və Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il il tarixli, **********59 reyestr nömrəli və № AA 000972 nömrəli Torpaq sahəsinin planı və ölçüsünü də almışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan torpaq sahəsində kartof əkib-becərib, ondan istifadə edir. O, xüsusi mülkiyyətimdə olan həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üzrə 4-1 nöqtədə 119.11 metr, 1-2 nöqtədə 29.55 metr, 2-3 nöqtədə 122.04 metr və 3-4 nöqtədə 30.42 metr ölçülü, ümumilikdə cəmi 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin bir qismini hazırda cavabdeh olan qonşular qanunsuz zəbt etdiyindən istifadə edə bilmir. Belə ki, torpaq sahəsinin hansı qonşu tərəfindən zəbt edilməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsi tərəfindən mütəxəssis göndərib yerində yoxlanılmasına ehtiyac yarandığından 26 dekabr 2019-cu il tarixdə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinin mühəndisinventarlaşdırıcısı X5 xx.xx.2020-ci il tarixdə onun iştirakı ilə müayinə aktı tərtib etmiş və həmin müayinə aktında qeyd edilmişdir ki, ona məxsus torpaq sahəsinin 0.095 ha hissəsi digər vətəndaşlar tərəfindən zəbt olunaraq meyvə ağacları və taxıl əkilmişdir. O, torpaq sahəsinin ölçülüb rəy verilməsi üçün 17 aprel 2020-ci il tarixdə təkrar ərizə ilə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etimşdir. Şəmkir Ərazi İdarəsinin 08 may 2020-ci il tarixli **********79 nömrəli məktubunda qeyd edilmişdir ki, 0.344477 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, əkin sahəsinin şimal tərəfindən 0.0571 ha hissəsinə digər qonşu tərəfdən meyvə ağacları əkilmiş, şərq tərəfdən isə 0.0379 ha hissəsinə isə bir başqa qonşu taxıl əkmişdir. Onun ümumi 0.095 ha torpaq sahəsi qonşular tərəfindən zəbt edilmişdir.
13. Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(042)-110/2023 nömrəli qətnaməsi (hakim Marif Kazımov) ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 595 (beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan (01 mart 2021-ci il, 14 sentyabr 2021-ci il və 13 iyul 2022-ci il tarixli ekspert rəyləri üzrə) ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab:AZ34CTRE********************, büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu – 3) keçirilməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.1, 216-220, 233.1, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(042)-13/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun 0.344477 ha kənd təsərrüfat təyinatlı əkin toirpaq sahəsinin bir qismi, yəni 0.095 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri isə əsassızdır və təkrar ekspertiza keçirilməlidir. Həmçinin, məhkəmə ekspertiza xərcinin ondan tutaraq prosessual pozuntu etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 oglu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(042)- 13/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gədəbəy rayonu, Söyüdlü kəndində 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi isə cavabdehlər tərəfindən tutulmamışdır.
48. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak hüquq münasibətləri ilə bağlı yaranan mübahisədir və işin hallarına aşağıda göstərilən əlaqəli normalar əsasında qiymət verilməli və əmlak hüquqlarının müdafiəsi barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
49. İlk növbədə iddianın faktiki əsaslarının təhlili, konkret olaraq iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
50. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
51. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
52. Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin yeganə mülkiyyətçisidir və bu torpaqla bağlı iddia verməyə subyektiv hüququ vardır.
53. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
54. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
55. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
56. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri)
57. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsi tutulmamışdır.
58. Belə ki, işin tam və obyektiv araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin ərazinin foto şəkilləri çəkilərək həmin mübahisəli torpaq sahəsi yerində müayinə edilmişdir.
59. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı aid torpaq sahəsi Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində, cavabdehlər Cavabdeh1 və digərlərinə aid olan torpaq sahəsi isə Gədəbəy rayonu Maarif-Slavyanka kəndinin ərazisində yerləşir. İddiaçı ilə cavabdehlərin torpaq sahəsini ümumi istifadədə olan kəndarası yol ayırır. Həmin torpaq sahələri ust-üstə düşmür. Mübahisəli ərazi şimal tərəfdən sol hissəsi İddiaçı istifadəsindədir, orada vaqon vardır. İddiaçıya aid torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkilmişdir. Mübahisəli torpağın şimal tərəfdən sağ hissəsi isə Cavabdeh1 və digər cavabdehlərə aid torpaqdır, orada yaşayış üçün tikilmiş iki mərtəbəli köhnə ev vardır və aşağı hissəsində əkin və meyvə ağacları vardır. Həmin torpaq isə Maarif-Slavyanka kəndinin ərazisinə aiddir. Yerində baxış zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi idarəsinin nümayəndəsi X4 iştirak edərək tərəflərə mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti barədə geniş izahlı məlumat vermişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi isə Gədəbəy rayonu Maarif-Slavyanka kəndinin ərazisində yerləşdiyindən və həmin torpaq sahələrini kəndarası yol ayardığı üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və ya tərəflərin torpaq sahəsini ayıran kənd yolunun sonuncular tərəfindən bağlanaraq mübahisəli torpaq sahəsinə müdaxilə edilməsi müəyyən edilməmişdir. İddiaçı isə cavabdehlər tərəfindən torpaq sahəsinin zəbt edildiyini bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPMin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
62. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
63. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
64. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
65. Həmçinin, digər tərəfdən istər birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş 13 iyul 2022-ci il tarixli, 10/1318 nömrəli ekspertiza rəyi, istərsə də apellyasiya baxışı zamanı keçirilmiş 11 avqust 2023-cü il tarixli, 10/2928 nömrəli ekspert rəyindən görünür ki, AA seriyalı 000972 №-li, xx.xx.2008-ci il tarixli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları” “UTM” (X3) koordinat sistemində olmadığından və həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığında qərardadda ekspert qarşısında qoyulmuş sulların cavablandırılması mümkün olmamışdır.
66. Göründüyü kimi, iddiaçıya MH seriyalı ******* nömrəli çıxarış əsasında məxsus olan 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən tutulmamış, habelə həmin çıxarışda göstərilən torpaq sahəsinin koordinatları koordinat sistemində olmadığından və həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır.
67. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
68. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
69. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır.
70. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
71. Apellyator şikayətində ekspertiza xərcinin ondan tutulması barədə göstərdiyi dəlili kollegiya əsassız hesab edir. Çünki, cavabdehlər tərəfindən hüquq pozuntusunun törədilməsi sübuta yetirilmədiyi üçün ekpertiza xərcləri cavabdehlərə şamil edilə bilməz. Belə ki, MPM-nin 119.1-ci maddəsinə qeyd edilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 50 manat ekspertiza xərci iddiaçıdan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(042)-13/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat İddiaçı tululub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.