Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2139/2024 07.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyin Gəncə rayon Mənzil-İstismar hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanunsuz zəbt etdiyi mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-413/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyin Gəncə rayon Mənzil-İstismar hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən xx.xx.1994-cü il tarixdə 170 saylı orderlə X2 istifadəsinə verilmiş qapalı hərbi şəhərciyin mənzilindən çıxarılması haqqında qətnamə çıxraılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-413/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2 (076)-413/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayətin qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilib-verilməməsi yoxlanılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 413/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək həmin şikayətin Azərbaycan Respublikası MPM-in 363-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin yoxlanılması üçün iş materialları ilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-413/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixli reyestrlə Cavabdeh1 poçt vasitəsilə göndərilmiş, lakin ona göndərilmiş poçt zərfinin üzərində “imtina edilib” qeydi yazılaraq geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 birinci instansiya məhkəməsinə müraciət edərək qətnaməni xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmiş və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci madddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-413/2024 nömrəli qətnaməsinin xx.xx.2024-cü il tarixdə göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən qətnamənin alınmasından imtina edilmiş, bunda sonra o, təkrar birinci instansiya məhkəməsinə müraciət edərək qətnaməni almışdır. Birinci instansiya məhkəməsi isə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılılbburaxılmamasını araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbiki Azərbaycan Respublikası MPM-in 137.1-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-413/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 363-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin müəyyən edilməsi üçün iş materialları ilə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2139/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2139/2024
07.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver