Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-214/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “mülkiyyətdə olan torpaq sahəsində özbaşına tikilmiş evin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X1 qarşı “mülkiyyətdə olan torpaq sahəsində özbaşına tikilmiş evin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində 0,0385 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş evin onun hesabına sökülməsi, cavabdehin Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində 0,0385 ha həyətyanı torpaq sahəsindən, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4 sahə 6 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən və Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 15 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində 0,0385 ha torpaq sahəsi, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4 sahə 6 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 15 ünvanda yerləşən həyətyanı torpaq sahələri onun mülkiyyətindədir. Bu torpaq sahələri Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində 0,0385 ha torpaq sahəsində isə qanunsuz olaraq ev tikilmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tikinti işləri aparılarkən ona bu torpaq sahəsinin ona aid olması bildirilsə də cavabdeh bildirmişdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq baş memarı vəzifəsində işləmiş Məharət Mustafayev tərəfindən verilmiş sərəncamla bu torpaq sahəsi ona məxsusdur. Lakin, buna baxmayaraq cavabdeh ona verilmiş sərəncamı əsas gətirərək onun mülkiyyətində olan torpaq sahəsinin birində özbaşına ev tikmiş və digər torpaq sahələrini də zəbt etmiş, giriş darvazası qoymuşdur. Odur ki, cavabdeh tərəfindən, mülkiyyətində olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində 0,0385 ha torpaq sahəsində tikmiş evin cavabdehin öz hesabına sökülməsi və ona aid torpaq sahələrindən çıxarılmasını iddia edir. Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddia qismən təmin edilərək, **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən 385 kvadratmetr həyətyanı torpaq sahəsinin 362,95 kvadratmetr hissəsindən, **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E-4, sahə 15də yerləşən 400 kvadratmetr torpaq sahəsindən bütövlüklə və **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E-4, sahə 6-da yerləşən 400 kvadratmetr həyətyanı torpaq sahəsinin 391,67 kvadratmetr hissəsindən Cavabdeh çıxarılması, "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kvadratmetr torpaq sahəsinin 236,73 kvadratmetr hissəsi **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 kvadratmetr hissəsi **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 17,63 kvadratmetr hissəsi **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst üstə düşdüyündən Cavabdeh tərəfindən inşa edilmiş 263,31 kvadratmetr fərdi yaşayış evinin zəbt edilmiş əraziyə düşən 256.25 kvadratmetr hissəsinin Cavabdeh vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən 0,0385 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində **********48 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E- 4, sahə 15-də yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, Məhəllə E- 4, sahə 6-da yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində **********87 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 385,0 kv.m həyətyanı torpaq sahəsinin 362,95 kv.m hissəsi, Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. (Bax sxem 1) **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400,0 kv.m həyətyanı torpaq sahəsi bütövlüklə, Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. (Bax sxem 2) **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400,0 kv.m həyətyanı torpaq sahəsinin 391,67 kv.m hissəsi, Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. (Bax sxem 3) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 236,73 kv.m hissəsi, **********48 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 1,89 kv.m hissəsi, **********76 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 17,63 kv.m hissəsi, **********87 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən torpaq sahələrinin ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, Makayev küçəsində yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin texnikitikinti ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 10/3722 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların X6 daşınmaz əmlakın Dövlət Reyestrində İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********48 olan Gəncə şəhəri, Sadıllı Qəsəbəsi, Həsənbəy Ağayev küçəsində 0,0385 ha torpaq sahəsi; əmlakın dövlət reyestr nömrəsi **********76 olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 15 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və əmlakın dövlət reyestr nömrəsi **********87 olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-4, sahə 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsində kürsü və xarici divarları 40 sm qalınlığında mişarlanmış əhəng daşından, arakəsmələr isə 20 sm qalınlığında boşluqlu kərpicdən hörülmüş, dam hissəsi ağac konstruksiyalardan çardaq şəkildə quraşdırılaraq, şiferlə örtülmüş, iki mərtəbəli fərdi yaşayış evi inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin texnikitikinti ekspertizasının 25 may 2022-ci il tarixli, 10/2923 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən, **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 385 m2 həyətyanı torpaq sahəsinin 362,95 m2 hissəsinin, **********76 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400 m2 həyətyanı torpaq sahəsinin bütövlüklə, **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 400 m2 həyətyanı torpaq sahəsinin 391,67 m2 hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olundu. "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 m2 torpaq sahəsinin 236,73 m2 hissəsinin **********48 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 m2 hissəsinin **********76 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 17,63 m2 hissəsinin isə **********87 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh X4 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslnadırılmışdır ki, İddiaçı iddia etdiyi mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, Sadıllı Qəsəbəsində yerləşən torpaq sahələrinə dair verilmiş çıxarış tamamilə qanunsuz verilmişdir. İddiaçı müxtəlif illərdə Bələdiyyə tərəfindən alqısatqı ilə həmin torpaq sahələri verilmişdir və bu alqı-satqı müqavilələri bağlanarkən 15 mart 2002-ci il tarixli "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin müddəalarına əməl edilməmişdir. Həmin əsasnamənin 22-ci bəndində qeyd edilib ki, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmçinin, həmin əsasnamənin 25-1-ci bəndində qeyd edilib ki, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər. Məhkəmənin qətnaməsində də qeyd edilib ki, İddiaçı eyni qəsəbədə, eyni ərazidə üç mülkiyyət hüququ ilə torpaq sahəsi məxsusdur. Bu da onu göstərir ki, həmin torpaq sahələrinə mülkiyyət hüququ tanınarkən 15 mart 2002-ci il tarixli "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 25-1-ci bəndinin də müddəalarına əməl edilməyib. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında " Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində qeyd edilib ki, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İddiaçı Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən torpaq sahələrinə mülkiyyət hüququ qeydə alınarkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Ümumiyyətlə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin satışının hərrac və müsabiqə qaydasına isə əməl edilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, mülkiyyət hüququ ididaçıya məxsus olduğu üçün cavabdeh həmin ərazidən çıxarılmalı, qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Çünki iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə mülkiyyət hüququ qanunvericiliyin tələbləri pozulmaqla tanınmışdır. Ona görə də İddiaçı həmin torpaq sahələrinə mülkiyyət hüququ mübahisə doğurur. Məhkəməyə birinci instansiya məhkəməsində ona görə sübutlar təqdim edə bilməmişdir ki, İddiaçı qeyd etdiyi torpaq sahələrinə mülkiyyət hüququnu qanunvericiliyin tələblərini pozmaqla əldə etməsi ona yalnız 05 sentyabr 2022-ci il tarixdə məlum olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X5 bildirmişdir ki, cavadbeh heç bir hüquqmüəyyənedici sənəd olmadan iddiaçının mülkiyyətində olan torpaq sahələrinə ev tikmişdir ki, bu fakt iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunmaqdadır. Cavabdeh onun torpaq sahəsinə dair icra hakimiyyətinin sərəncamlarının olduğunu iddia etmişdir. Lakin, həmin torpaq sahəsi bələdiyyə torpaqğı olduğundan bununla bağlı icra hakimiyyətinin sərəncam verməsi də mümkünsüzdür. İddiaçı cavabdehin onun torpağında ev tikməsini nəzərə alaraq, qonşuluqda olan cavadbehə məxsus torpaq sahəsi ilə dəyişməsini də təklif etmiş, lakin cavadbehlər müxtəlif yollarla iddiaçının təklifinə müsbət cavab verməmişlər. Birinci instansiya məhkəməsi də iddianı əsaslı olaraq təmin etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh **********48 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 385 kv.m həyətyanı torpaq sahəsinin 362,95 kv.m hissəsi, **********76 reyestr nömrəli çıxarışa əsasən 400 kv.m həyətyanı torpaq sahəsi bütövlüklə, **********87 reyestr nömrəli çıxarışa əsasən 400 kv.m həyətyanı torpaq sahəsinin 391,67 kv.m hissəsi Cavabdeh faktiki olaraq qanunsuz sahibliyində olmaqla, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 263,31 kv.m torpaq sahəsinin 236,73 kv.m hissəsi **********48 reyestr nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 1,89 kv.m hissəsi **********76 reyestr nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi ilə, 17,63 kv.m hissəsi isə **********87 reyestr nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cavadbehin apellyasiya şikayətinin dəlili iddiaçıya məxsus mülkiyyət hüququna dair qeydin (“Çıxarış”ların) qanunsuz olması ilə bağlı olmuşdur ki, cavadbeh iddiaçının mülkiyyət hüququna dair qeydinin ləğvini mübahisələndirməsi və həmin qeydlərin ləğv edilməsi ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd olunur ki, əvvəl iş üzrə icraat dayandırılmışdır ki, buna da səbəb cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-547/2020 saylı, 01 noyabr 2022-ci il tarixli məktubunda Gəncə İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(114)-547/2020 saylı qərarının ləğv edilməsi və üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmə barədə ərizəsinə baxılması ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinin icraatında işin olması olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili hazırkı iş üzrə mülkiyyət hüququna dair istinad edilmiş çıxarışların Gəncə İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(114)- 547/2020 saylı qərarı əsasında verilməsi ilə bağl izahat verdiyindən məhkəmə kollegiyası qeyd olunan halı işin mübahisələndirilməyən halı kimi qəbul edərək, icraatı dayandırmışdır. Lakin sonradan hazırkı iş üzrə iddiaçının istinad etdiyi etdiyi mülkiyyət hüquna dair qeydlərin Gəncə İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(114)- 547/2020 saylı qərarı əsasında aparılmadığı müəyyən edildiyindən iş üzrə icraat təzələnmiş və mahiyyəti üzrə baxılmışdır. Cavabdeh məhkəmə iclasına gəlməməklə yanaşı, hazırkı iş üzrə iddiaçının iddia etdiyi mülkiyyət hüquna dair qeydlərin də tərəfindən mübahisələndirilməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iş üzrə icraatın yenidən dayandırılması ilə bağlı məsələyə də baxmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsindən X3in apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(125)-71/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.