Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2157/2023 04.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Məmmədov Ədil İsa oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1nə qarşı mərhum atası X1 qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən ikiotaqlı, yaşayış sahəsi 48 kv.m, köməkçi sahəsi 21 kv.m olan evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə onun tərəfindən mirasın faktiki qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(042)-688/2021 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) ərizə təmin edilərək, Ərizəçi mərhum atası X2 miras qalmış Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən ikiotaqlı, yaşayış sahəsinin 48 kv.m, köməkçi sahəsinin 21 kv.m olan evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(042)-688/2021 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadı ilə apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadından Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 qətnamədən şikayət vermək hüququ yoxdur. Ona görə də Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadı ləğv edilməlidir. Maraqlı şəxs2 məhkəmənin qətnaməsindən xx.xx.2021-ci il tarixdə, yəni məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan 3 il sonra apellyasiya şikayəti vermiş və şikayətində məhkəmənin qətnaməsini xx.xx.2023-cü il tarixdə almasını göstərsə də buraxılmış müddətin üzrlü hesab edilib bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Gədəbəy Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(042)-688/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayətə baxılmasına dair Gədəbəy Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(042)- 688/2021 saylı qərardadı ləğv edilməli, Gədəbəy Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(042)-688/2021 saylı qərardadından verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələbinə uyğunluğunun yoxlanılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadından verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Şikayətin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Əlavədən göründüyü kimi qeyd edilən forma qərardadlardan verilən şikayətlərə də şamil olunmaqdadır. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361.1-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə baxaraq şikayəti təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gədəbəy Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadı ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(042)-688/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət Mülki Prosessual Məcəllənin 361.1-ci və 363.1.1-1-ci maddələrinin tələblərinin yoxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2157/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2157/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver