Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-216/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı qəza çıxışının bağlanmasının qanunsuz hesab edilməsi və cavabdehlərin hesabına sökülərək çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi, yolun bağlanması üçün quraşdırılmış jalüzün cavabdehlərin öz hesabına sökülməsi, ümumi istifadədə olan yoldan istifadə ilə əlaqədar cavbdehlərin özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin qoyulması, qəza çıxışının qanunsuz bağlanması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi, qeyri-yaşayış binasından istifadə və sahibliklə əlaqədar müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qeyriyaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneənin aradan qaldırılması, binaya dair iddiaçının həyata keçirmək isdədiyi hərəkətlərə müdaxilənin qarşısının alınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)-1028/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Gəncə şəhəri, X3 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının qanunsuz hesab olunması, həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının cavabdehlərin öz hesablarına sökülməsi və çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması (yenidən bərpa olunması), həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissəsinə gedən və ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına bağladıqları və quraşdırdıqları jalüzün cavabdehlərin öz hesablarına sökülməsi, Dövlətin mülkiyyətində olan və tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən sərbəst istifadə olunması, hər hansı maneələr qoyulmadan rahat şəkildə ümumi maraqlar naminə istifadə edilərkən cavabdehlərin hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması, həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanması nəticəsində vurulmuş 5.000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq (tutularaq) İddiaçı xeyrinə ödənilməsi (verilməsi), həmin qeyri-yaşayış binasının mülkiyyətçisinin mülkiyyətindən istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilənin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və binaya dair iddiaçının həyata keçirmək istədiyi bütün hərəkətlərə cavabdehlər və digər istənilən üçüncü şəxslərin hər hansı müdaxilələrinin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 171 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)-1028/2023 nömrəli (hakim C.Quliyev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qəza çıxışının bağlanmasının qanunsuz hesab edilməsi və cavabdehlərin hesabına sökülərək, çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi, yolun bağlanması üçün quraşdırılmış jalüzün cavabdehlərin öz hesabına sökülməsi, ümumi istifadədə olan yoldan istifadə ilə əlaqədar cavabdehlərin özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin qoyulması, qəza çıxışının qanunsuz bağlanması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi, qeyri-yaşayış binasından istifadə və sahibliklə əlaqədar müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneənin aradan qaldırılması, binaya dair iddiaçının həyata keçirmək istədiyi hərəkətlərə müdaxilənin qarşısının alınması» tələbi barədə iddiası rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin tam təmin olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2023-cü il tarixli 2(104)-2641/2023 nömrəli qərardadı ilə iş üzrə icraat Gəncə İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2-1(114)-3829/2023 nömrəli qərarının icrası başa çatanadək hazırkı iş üzrə icraat dayandırılmışdır. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyi üçün iş üzrə icraat təzələnmışdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Gəncə Şəhər Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(125)- 1028/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-216/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-216/2024
23.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver