Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2167/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair» iddia ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək babası X1 miras qalmış, Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 hektar torpaq sahəsini onun ölümündən sonra anası X9 tərəfindən qəbul edillməsi, X4 01 iyun 1958-ci il tarixdə ölməsindən sonra isə vərəsəliyin onun tərəfindən qəbul edilməsi və onun həmin mülk üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək babası X2 30 oktyabr 1973-cü il tarixdə ölməsindən sonra ondan miras qalmış, Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 hektar torpaq sahəsini onun qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçısını onunla əsaslandırmışdır ki, İddiaçı babası X2 1927-ci ildə Əliqulu, 1930cu ildə Zəhra, 1934-cü ildə Əsli və 1935-ci ildə Xanım adında uşaqları olmuşdur. İddiaçı xx xxxxxx 1956-cı il tarixdə X4 Bağırov Qurbanın nikahlarından anadan olmuşdur. X4 01 iyun 1958-ci il tarixdə, X2 30 oktyabr 1973-cü il tarixdə ölmüşdür. İddiaçı babası X2 30 oktyabr 1973- cü il tarixdə öldükdən sonra isə ondan miras qalmış Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 hektar torpaq sahəsi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edimiş və idarə edilmişdir. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsi ilə (hakim M.Məmmədov) iddia tələbi təmin edilməmişdir. Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X8 apellyasiya şikayəti verərək, Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin əsassız olduğu üçün ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Göygöl rayon notariat ofisinə qarşı iddia qaldırıb Göygöl rayonu Tulallar kəndində babam X1 miras qalmış 0,24 ha torpaq sahəsinin babasının ölümündən sonra anası X4 faktiki qəbul etməsini, anası 1958-ci ildə rəhmətə getdikdən sonra vərəsəliyin onun tərəfindən faktiki sahiblik edilib idarə etməyini göstərib Göygöl rayonu Tulallar kəndindəki 0,24 ha torpaq sahəsini onun tərəfindən qəbul edilib idarə edilməsinə dair tələbi isə təmin edilməmişdir. Məhkəmə qətnamədə göstərir ki, guya onun babası öləndən sonra onun 16 yaşı olmuşdur. Guya o tam fəaliyyət qabiliyyətli şəxs olmamışdır. Məhkəmənin bu əsasla iddianı rədd etməsinin hüquqi əsası yoxdur. İş üzrə dindirilmiş şahidlər X7, X5 da onun babası ilə yaşayıb o öləndən sonra orada o yaşayıb oranı onun idarə etməyini göstərsələr də onun guya vərəsəlik açılan zaman 16 yaşı olmağı əsas gətirməklə iddiası təmin edilməmişdir. Bildirir ki, 16 yaşlı şəxs natamam fəaliyyət qabiliyyətli şəxsdir. 2 il keçəndən sonra onun 18 yaşı olmuşdur. Yəni 18 yaşından da bu günə kimi torpaq onun sahibliyində və istifadəndədir. Heç bir mübahisə yoxdur. Sadəcə olaraq mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Yəni bu gün ondan başqa bu miras torpağı qəbul edən yoxdur. Əgər olmuş olsa idi o ortaya çıxıb bununla bağlı məhkəməyə ərizə verərdi. Məhkəmənin məlum qətnaməsi vərəsə kimi mənim hüququmu pozur. Məhkəmə qətnaməsinin nəticə hissəsi uyğun gəlmir. Onun mirası faktiki qəbul etməyi təkzib edilməz hallarla tam sübut olunduğu halda qətnamədə bunun əksi göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq göstərmişlər ki, Notariusa müraciət etsələr də, müddət keçdiyinə görə imtina edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdirlər ki, Əkbərin 3 qızı və 1 oğlu olub. Amma vəfat ediblər. Bildiyinə görə onlardan birinin övladı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı iddia tələbində babası X1 miras qalmış, Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 hektar torpaq sahəsini onun ölümündən sonra anası X9 tərəfindən qəbul edillməsi, X4 01 iyun 1958-ci il tarixdə ölməsindən sonra isə vərəsəliyin onun tərəfindən qəbul edilməsi və onun həmin mülk üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsi isə iddia icraatı qaydasında işə mahiyyəti üzrə baxaraq, iddia tələbinin təmin edilməməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hazırki tələbin mahiyyətindən görünür ki, tələb hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasından ibarətdir. İddiaçı tərəf apellyasiya şikayətində və məhkəmə iclasında da həmin tələbi müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələbini pozaraq iddia ərizəsini icraata qəbul edərək, iddiaya mahiyyəti üzrə baxmış və qətnamə çıxarmışdır. Kollegiya hesab edir ki, hazırkı işə iddia icraatı, yəni mülki məhkəmə icraatı qaydasında baxılma bilməzdi. İş üzrə digər vərəsələrin razılığı iş materiallarına əlavə edilməmiş və onlar iş üzrə cavabdeh qoyulmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən, hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmçinin hazırkı iddia notariat orqanına qarşı qaldırıla bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəm kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-799/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2167/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2167/2024
03.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver