Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2170/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-764/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X1 verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyəti olan “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-764/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X3 tərəfindən xx.xx.2024-cü ildə İddiaçı mülkiyyəti olan “Nissan Note” markalı, 77-ER609 qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh Fordovsi oğluna verdiyi xx.xx.2024-cü il tarixli, 7E-4192 reystr nömrəli baş etibarnamənin, həmçinin Cavabdeh X2 verdiyi xx.xx.2024-cü il tarixli, 7E-3162 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamədən əmələ gələn bütün nəticələrin ləğv edilməsi, cavabdehlər Cavabdeh və X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Nissan Note” markalı, **-ER-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınıb İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh nümayəndəsi X3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-764/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətindən isə görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Belə ki, MPM-nə 2 saylı əlavənin 12-ci bəndinə əsasən, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Apellyator apellyasiya şikayətində MPM-nə 2 saylı əlavənin 12-ci bəndinin tələblərinə riayət etməmiş və tələbini ümumiyyətlə göstərməmişdir. Bundan başqa, apellyasiya verən şəxsin X3 olması göstərilsə də, nümayəndə qismində etibarnaməsinə dair məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməmiş və bununla da, MPM-in tərkib hissəsi olan 2 saylı Əlavənin 3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin MPM-in tərkib hissəsi olan 2 saylı Əlavənin 6-11-ci bəndlərinin tələbləri pozulmuş və bununla da şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl olunmamışdır. Halbuki, apellyasiya şikayəti cədvəl formasında tərtib edilməklə, hər bir qrafada pozuntusu qeyd edilən maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, hər bir qrafanın qarşısında həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin və 2 saylı əlavəsinin tələblərə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən halları müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarında göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd etdiyi hüquqi mövqeyinə uyğun olaraq, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, hazırkı qərardadın təqdim edildiyi vaxtdan 10 gün müddətində şikayət verən şəxsin yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-764/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-764/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2170/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2170/2024
15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver