Məhkəmə qərarları › İş №2(104)-2170/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2170/2025

15.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2170/2025 15.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARDADİ (Açar sözlər: icraatın dayandırılması) X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-5788/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 2(125)-5788/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh X4, X5 və X3 qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair 2(125)- 1120/2025 nömrəli mülki iş baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, hаzırki mülki iş üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

1. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5788/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və “evə köçürülmə” tələbinə dair mülki işin icraatının davam etdirilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir

2. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “evə köçürülmə” haqda mülki iş üzrə məhkəmənin icraatının dayandırılması barədə qərar qəbul etməsi əsasız və qanunsuzdur. İcraatının dayandırılması barədə qərar qəbul etməsi əsasız və qanunsuzdur. Belə ki, məhkəmə işin icraatını dayandırarkan onun köçürülmək istədiyi, paylı mülkiyyətində olan evin digər paylı mülkiyyətçisi olan Cavabdeh “payın naturada bölünməsi” tələbinə dair iddiasının məhkəmənin icraatında olması qeyd edilir. Məhkəmənin bu əsası ilə razılaşmır. O səbəbdən ki, onun köçürülməsini tələb etdiyi, Gəncə şəhəri, R.Qasımovküçəsi,ev 68 ünvanda yerləşən evin naturada bölünməsi və ya bölünməsinin mümkün olmaması onun həmin evdən payı olmasını istisna etmir. Hər bir halda o, həmin evdə payının olması səbəbindən evdə olan mülkiyyət hüququ əsasında o da təyinatı üzrə istifadə edə bilər. Hazırda onun evdən istifadə hüququ işin icraatı dayandırılmaqla yuxarıda qeydedilən səbəblərdən əsassız olaraq məhdudlaşdırlır və məhkəmədə işə baxılması lüzumsuz şəkildə uzadılır.Məhkəmə tərəfindən bu maddənin tələbləri düzgün tətbiq edilməmişdir. Belə ki, pay bölgüsü onun paylı mülkiyyətdə olan evdə olan payını istisna etmir. Onun pay hüququ istisna olunmadığı halda onun evə köçrülməsi ilə bağlı mülki işin digər işin həllindən asılılığını yaratmır. Zatən paylar faktiki olaraq uzun müddətdir bölünüb. Payın naturada bölünməsi iddiası məhkəmədə bir neçə il davam edə bilər. Belə olan halda uzun müddət o, kirayələrdə yaşamaq məcburiyyətində qalır. Hesab edir ki, bu maddənin tələbləri məhkəmə tərəfindən işin halları real qiymətləndirilməməklə düzgün tətbiq edilməmişdir

3. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5788/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

5. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarı: Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5788/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

9. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh X4 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin 2(125)-1120/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Cavabdeh X4, X5 və X3 qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, o cümlədən, məhkəmənin 01 sentyabr 2025-ci il tarixli məktubunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 sentyabr 2025-ci il tarixdə daxil olmuş 3-16- 16/2-10/5632/2025 nömrəli ekspert vəsatətinə əsasən ekspert tərəfindən 30 oktyabr 2025- ci il tarixə saat 13:00-da qeyd edilən ünvanda ekspertizanın keçiriləcəyi bildirilmişdir. Belə olduğu halda, hazırda məhkəmədə baxılan İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş, Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh X4, X5 və X3 qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair mülki işlə birbaşa bağlı (əlaqəli) olduğu üçün məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-1120/2025 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmalıdır.

10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

11. Hazırkı işdə iddiaçı çıxarış əsasında ona məxsus mülkiyyət hüququna əsaslanaraq evə köçürülməsini istəyir. Əlaqəli məhkəmə mübahisəsi isə evin naturada bölgüsü ilə bağlıdır. Məhkəmə hesab edir ki, əlaqəli iş üzrə naturada bölgünün mümkün olub-olmaması məsələsi hazırkı iddia tələbinə baxılmasına mane olmur.

12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5788/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar