Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2174/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və maraqlı şəxs Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması, maneənin cavabdehin hesabına aradan qaldırılması, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-33/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və maraqlı şəxs Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Kosalar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılaraq ümumi istifadədə olan yolun açılması, dəmir darvazanın Cavabdeh1 hesabına sökülməsi və torpağın zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-33/2024 saylı qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması, maneənin cavabdehin hesabına aradan qaldırılması, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair dair iddiasının təmin edilməməsi,İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli,2(023)-33/2024 saylı qətnaməsini tam ləğv edərək, iddia ərizəmin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni iddiaçının ünvanı göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. İddiaçı apellyasiya şikayətində yaşayış ünvanını göstərmədiyinə, yəni apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş məzmununa riayət etməməklə verildiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli,2(023)-33/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qazax Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli,2(023)-33/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2174/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2174/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver