Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2180/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(021)-4011/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 679,99 manat əsas, 802,35 manat faiz borcu olmaqla, cəmi 1482,34 manat və ödənilmiş 34,83 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsi; Cavabdeh 679,99 (altı yüz yetmiş doqquz manat 99 qəpik) manat əsas borc, 802,35 (səkkiz yüz iki manat 35 qəpik) manat faiz borcu və 34,83 (otuz dörd manat 83 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1517,17 (bir min beş yüz on yeddi manat 17 qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə, eləcədə apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(021)-4011/2023 nömrəli qərardadı ilə həmin məhkəımənin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunması, ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi və apellyasiya şikayətininin icraata götürülməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(021)-4011/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş həmin məhkəməyə qaytaarılmalıdır. Kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş, eləcədə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Birinci instansiya məhkəıməsi 13 sentyabr 2024-cü il tarixli 2(021)- 4011/2023 nömrəli qərardadla apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməmiş, eləcədə ötürülmüş prosessual müddətin bərpası barədə cavabdeh vəsatət verməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, verilmiş apellyasiya şikayətindən müəyyən olunur ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin daxilində, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətdə vermişdir. Birinci instansiya məhkəməsi isə prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirmədən apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(021)-4011/2023 nömrəli qərardadı ləğv edilməli və həmin məhkəmənin 14 noyabr 2023-cü il tarixli 2(021)- 4011/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılıb hüquqi qiymət verilməsi üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 395-398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(021)-4011/2023 nömrəli qərardadı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılıb hüquqi qiymət verilməsi üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2180/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2180/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver