Məhkəmə qərarları › İş №2(104)-2200/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2200/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2200/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-129/2024 saylı qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və X3 tərəfindən verilmiş apellyasiya şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil ərizənin dəqiqləşdirmə barədə ərizə təqdim edərək, hazırda mərhum X2 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-129/2024 saylı qətnaməsi ilə (hakim Kamil Rzayev) ərizə təmin edilmiş, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 01 sentyabr 2023-cü il tarixdə vəfat etmiş qardaşları mərhum X2 miras qalmış əmlakların Ərizəçi2 və Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və X1 Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(061)-129/2024 qətnaməsindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verərək, həmin qətnamənin ləğv edilməsini, ərizənin baxılmamış saxlanılmasını və işə yenidən ümumi icraat qaydasında baxılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-129/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)- 129/2024 saylı qətnaməsi üzrə apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2200/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Ərizəçi2 qərardaddan verdiyi şikayətinin müzakirə edilməsi üçün mülki işin Tərtər Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2200/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Ərizəçi2 qərardaddan verdiyi şikayətinin müzakirə edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-129/2024 qətnaməsindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verərək, həmin qətnamənin ləğv edilməsini, ərizənin baxılmamış saxlanılmasını və işə yenidən ümumi icraat qaydasında baxılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2200/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Ərizəçi2 qərardaddan verdiyi şikayətinin müzakirə edilməsi üçün mülki işin Tərtər Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2200/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Ərizəçi2 qərardaddan verdiyi şikayətinin müzakirə edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2200/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçi2 qərardaddan verdiyi şikayətinin müzakirə edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar